Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-297/2023 13.06.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc pulun geri qaytarılması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borc pulun geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 13610,40 (on üç min altı yüz on manat qırx qəpik) manat əsas borc və 131 manat dövlət rüsumu pulu, cəmi 13741,40 manat pul alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ailəsilə birlikdə Xaçmaz rayonu, Yalama kəndində yaşayır. Özü Azərbaycan Dəmir Yolları QSC-nin H.Z.Tağıyev qəsəbəsində yerləşən ŞÇ-1 idarəsində növbətçi-mexanik vəzifəsində çalışır, aylıq əmək haqqısı 595 manatdır. Cavabdeh Yalama kəndinə yaxın yerləşən Qusar rayonu, Gilahoba kənd sakinidir. Onunla 2022-ci ilin yanvar ayında Yalama kəndində təsadüfən tanış olmuş, bir neçə dəfə cavabdehlə çay-çörək yemişlər. Növbəti dəfə cavabdehlə görüşdükləri zaman cavabdeh ona bildirmişdir ki, “ona təcili olaraq 9000 (doqquz min) manat pul lazımdır” və ondan xahiş etmişdir ki, həmin məbləğdə pulu tapıb borc versin. O, cavabdehə bildirmişdir ki, aldığı əmək haqqı beş nəfərdən ibarət ailəsinə çatmır, onun cavabdehə borc verməyə pulu yoxdur, lakin cavabdeh, ondan əl çəkməmiş, yalvar-yaxar edərək ona mütləq qaydada pul tapmağı xahiş etmişdir. O, cavabdehə demişdir ki, əgər həqiqətəndə ona pul lazımdırsa gedib bankdan kredit alsın. Cavabdeh dedi ki, heç yerdə işləmir, ona görə də bank ona kredit verməz. Özü ona təklif etmişdir ki, o, öz adına kredit alıb pulu cavabdehə versin və həmin krediti cavabdehin özü ödəyəcəkdir. Cavabdehin israrla ondan pul borc verməyi xahiş etdiyini və bir neçə dəfə onunla oturub çörək yediyini nəzərə alaraq razılıq vermiş ki, bankdan öz adına kredit alıb cavabdehə borc verib. 28 fevral 2022-ci il tarixdə cavabdehlə birlikdə Xaçmaz şəhərinə gəlib Azərbaycan Beynəlxalq Bankının Xaçmaz filialından öz adına 9000 manat kredit alaraq həmin pulu bütövlükdə cavabdehə borc vermişdir. Onunla "xxxx" ASC-nin Xaçmaz filialı arasında xx.xx.2022-ci il tarixli, BPM********** 17 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən borc verən ona 9000 AZN məbləğində kredit vermiş, kreditin müddəti 08 ay, kredit üzrə illik faiz dərəcəsi 22 daiz müəyyən edilmişdir. Həmin kredit müqaviləsinə Əlavə nömrə 1 kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəli tərtib edilmiş, həmin cədvələ əsasən o, kreditin ödənilməsi ilə bağlı borc verənə hər ay 283,56 manat ödəniş etməli, son nəticə olaraq o, aldığı 9000 manat kreditə görə borc verənə faizlə birlikdə ümumi 13610,40 manat pul ödəməlidir. Cavabdehə borc vermək üçün bankdan kredit almağını evdə heçkimə bildirməmişdir. 2022-ci ilin mart ayında bankdan həyat yoldaşı X1 telefon zəngi daxil olaraq, həyat yoldaşı İddiaçı krediti ödəmədiyi bildirilmiş, bundan sonra həyat yoldaşı kredit almağından xəbər tutaraq nə üçün kredit aldığını soruşduqda ona hər şeyi olduğu kimi danışmışdır. Bundan sonra həyat yoldaşı cavabdehi telefonla özünün iş yerinə dəvət edərək ondan aldığı 9000 manat pulun geri qaytarılmasını tələb etmiş, cavabdeh həyat yoldaşına onun iş yerində şahidlərin iştirakı ilə iltizam vermişdir ki, ondan borc aldığı pulu hər ay banka ödənişlər etməklə ödəyəcək və krediti bütövlükdə 2022-ci ilin noyabr ayında tam bağlayacaqdır. Lakin cavabdeh kredit pulları ödəməmiş və hər ay əmək haqqından 283 manat pul tutularaq kreditin ödənilməsinə yönəldilir. Beləliklə, cavabdeh onu aldadaraq bankdan ona 9000 manat kredit aldırıb, həmin məbləğdə ondan pulu borc almış və söz verdiyi kimi krediti 2022-ci ilin noyabr ayında tam bağlamamışdır. Hazırda həmin krediti o, ödəyir və nəticə etibarı ilə kreditin ödənilməsi ilə bağlı o, banka 13610,40 manat pul ödəməlidir (hazırki vaxtadək o, hər ay 283,56 manat ödəməklə 10 ay ərzində 2835,60 manat pul ödəmişdir). Cavabdeh onun bankdan kredit olaraq götürdüyü və ona borc verdiyi pulu, kreditlə bağlı faizləri könüllü olaraq ödəmədiyi üçün hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq edərək və izahatında bildirmişdir ki, o, cavabdehə 9000 manat pul və 300 manat pul olan kart alıb vermişdir. Həmin pulu bankdan o, öz adına almışdır. Cavabdeh ona ya pul ya da pulun əvəzinə torpaq sahəsi qaytaracağını deyib. Ancaq aralarında bu barədə şifahi razılaşma olub. Cavabdeh sonradan pulun alması barədə qəbz də yazıb. Hazırda o, cavabdehdən dörd ilin faizlərini də tələb edir. Cavabdeh təxminən ona 1000 manat pul qaytarmışdır. Buna görə də iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməmiş və izahatında bildirmişdir ki, o, cavabdehi tanıyır. Ona pul lazım idi, aliment ödəyirdi. İddiaçı ilə tanış olduqdan sonra aralarında yaxşı münasibət yarandı. O, iddiaçıdan pul almış, aldığı pulu hər ay kredit kimi yəni hissə-hissə ödəyəcəyini demişdir. O, iddiaçı ilə ikisi birlikdə banka getmiş, iddiaçı bankdan içərisində 300 manat pul olan tam kartı və 9000 manat pul alıb ona vermişdir. Həmin vaxt o, aldığı puldan iddiaçıya 500 manat pul vermişdir. Hazırda təxminən onun iddiaçıya ya 1870 manat ya da 1780 manat qaytarmışdır. O, iddiaçıya kredit kimi hər ay 280 manat pul ödəyirdi. Sonda cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək onun iddiaçıya 9.000 manat borcu olduğunu bildirmişdir. İşə baxıb,tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli BPM**********17 saylı kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı 48 ay müddətinə illik 22 faiz dərəcəsi ilə 9000 manat məbləğində kredit verilmişdir. İşdə olan Cavabdeh, Tariverdiyeva Təranə və Rustamova Nazilə tərəfindən imzalanmış İltizamdan görünür ki, Cavabdeh 2022-ci il mart ayında İddiaçı adına olan 8000 manat pulu o almış və söz vermişdir ki, o pulları o, ödəyəcəkdir və ona gecikməyə heçnə düşməyəcəkdir. Hər ayda ödənişlərini ödəyir. Almağının səbəbi ona təcili pul lazım idi və Cavabdeh bildirmişdir ki, noyabr ayında krediti tam şəkildə bağlayacaqdır. Məhkəmə araşdırması zamanı tədqiq edilmişdir ki, cavabdeh məhkəmə iclasında təqdim etdiyi ərizədə iddiaçıya 9000 manat borcu olduğunu qəbul etmiş, qalan hissədə iddianı qəbul etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsində qeyd edilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasənborcmüqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması iləşifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasənəgər müqavilənin iştirakçıları borcun faizlər iləverilməsinişərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 742.1 və 742.2-ci maddəsinə əsasən Əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. Yüz on manatdan çox məbləğdə borclar üçün borc müqaviləsinin ləğv edilməsi haqqında xəbərdarlıq müddəti üç ay, daha az məbləğdə borclar üçün bir ay təşkil edir. Əgər borc üzrə faizlər şərtləşdirilməyibsə, borc alanın ləğvetməyə dair bildiriş vermədən də borcu qaytarmaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dairxx.xx.2016-cı il tarixli qərarına əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88-ci maddələri). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, nonneganti,incumbitprobation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə araşdırması zamanı İddiaçı "xxxx" ASC-dən götürdüyü 9000 manat məbləğində pulu və içərisində 300 manat pul olan tam kartı cavabdehə borca verməsi, Cavabdeh həmin pulu hissə-hissə olmaqla qaytarmağı öhdəsinə götürməsi, iddiaçıya 9000 manat borcu qalması öz təsdiqini tapmışdır. Hazırkı iş üzrə İddiaçı "xxxx" ASC-dən götürdüyü 9000 manat məbləğində pula görə cavabdeh tərəfindən aylıq faizlərin ödənilməsi ilə bağlı hər hansı sübut təqdim edilməmişdir. Aylıq ödəmə qrafikinə görə ödənişlərin və faizlərin ödənilməsi cavabdeh tərəfindən verilməsi ilə bağlı da hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəfindən təqdim olunmuş kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı 48 ay müddətinə illik 22 faiz dərəcəsi ilə 9000 manat məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli BPM**********17 saylı kredit müqaviləsinə əlavə ödəniş qrafikindən görünür ki, bank qarşısında iddiaçı öhdəlik götürmüşdür. Həmin kredit müqaviləsində nəzərdə tutulan faizlərin məhz cavabdeh tərəfindən ödənilməsi, cavabdehin faizləri ödəməsi ilə bağlı üzərinə öhdəlik götürməsi, həmçinin Cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı 48 ay müddətinə illik 22 faiz dərəcəsi ilə 9000 manat məbləğində kredit borcuna görə hər ay faizlərin ödənilməsi ilə bağlı sübutlar məhkəməyə təqdim olunmadığına görə məhkəmə hesab edir ki, iddiaçı məhkəməyə təqdim etmiş olduğu iddia tələbində nəzərdə tutulan faiz hissəsi təmin edilməməlidir. Məhkəmə iddiaçının dəlilləri ilə qismən razılaşaraq hesab edir ki, Cavabdeh 9000 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsində göstərilir ki, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 131 (yüz otuz bir) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 9000 (doqquz min) manat məbləğində pul vəsaiti, həmçinin dövlət rüsumu kimi ödənilmiş 131 (yüz otuz bir) manat, ümumilikdə 9131 (doqquz min yüz otuz bir) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-297/2023
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-297/2023
13.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver