Məhkəmə qərarları › İş №2(029)-30/2024

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-30/2024

05.02.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-30/2024 05.02.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı və Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin qaytarılması, çəpərin sökülməsi” tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin qaytarılması, çəpərin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Qusar rayonu Yuxarı Ləyər kəndində yerləşən, xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ona məxsus olan 3.2802 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.35 hektar hissəsindən çıxarılması, həmin torpaq sahəsinin həmin şəxsdən alınaraq onun qanuni sahibliyinə və istifadəsinə verilməsinə, həmin torpaq sahəsində Cavabdeh tərəfindən çəkilmiş çəpərin həmin şəxsin öz hesabına sökülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Qusar rayonu Yuxarı Ləyər kəndində yerləşən 3.2802 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə onun adına qeydiyyata alınmaqla xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Həmin torpaq sahəsinin 0.35 hektar hissəsini xeyli müddətdir ki, Cavabdeh tərəfindən qanunsuz olaraq tutulmaqla çəpərlənmişdir. Onun tərəfindən dəfələrlə həmin şəxsdən torpaq sahəsinin buraxılması və aidiyyəti üzrə ona geri qaytaması tələb olunsa da, həmin şəxs bundan imtina etmiş, torpaq sahəsini bələdiyyədən ona pul müqabilində qaytarıldığını bildirmişdir. Lakin, həmin ərazidə bələdiyyə mülkiyyətində olan heç bir torpaq sahəsi yoxdur və həmin torpaq sahəsi ona məxsusdur. Bu səbəbdən də onun hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, Cavabdeh onun torpaq sahəsinə dair qanunla müəyyən edilmiş mülkiyyət hüququna əsassız müdaxilə etməklə onun sahiblik və istifadə hüquqlarını pozmuş və hazırda mübahisəli torpaq sahəsi cavabdehin qanunsuz sahibliyində və istifadəsindədir. Bunun nəticəsi olaraq onun həmin torpaq sahəsindən sərbəst şəkildə istifadə edə və ona sahiblik edə bilmir. Ona görə də, hesab edir ki, onun pozulmuş hüquqları bərpa edilməli, cavabdeh zəbt etdiyi həmin torpaq sahəsindən çıxarılmalı və həmin torpaq sahəsi onun qanunsuz sahibliyindən alınıb geri qaytarılmalıdır. Həmçinin, cavabdeh tərəfindən qanunsuz çəkilmiş çəpər onun öz hesabına sökülməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq etmiş, izahatında göstərmişdir ki, Qusar rayonu Yuxarı Ləyər kəndində yerləşən 3.2802 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə onun adına qeydiyyata alınmaqla xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Həmin torpaq sahəsinin 0.35 hektar hissəsini xeyli müddətdir ki, Cavabdeh tərəfindən qanunsuz olaraq tutulmaqla çəpərlənmişdir. Onun tərəfindən dəfələrlə həmin şəxsdən torpaq sahəsinin buraxılması və aidiyyəti üzrə ona geri qaytaması tələb olunsa da, həmin şəxs bundan imtina etmişdir.O, ekspertiza rəyi ilə razı deyildir. Belə ki, ekspert rəyində cavabdehin 0.135 ha torpaq sahəsindən istifadə etdiyi qeyd edilmiş,faktiki olaraq cavabdeh 0.35 ha torpaq sahəsini zəbt etmişdir. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddianı qismən qəbul edərək izahatında bildirmişdir ki,o, ekspert rəyi ilə razıdır. Cavabdeh həmin ərazidə bağ salmışdır. Hər iki tərəfin istifadəsində olan torpaqlara dair çıxarışı var. Cavabdeh onun tərəfindən zəbt edilmiş 0.135 ha torpağa görə iddiaçı ilə alqı-satğı aparmağa razıdır. Odur ki, iddianın qismən təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəməiddiaçının və cavabdehin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Qusar rayon Yuxarı Ləyər kəndində yerləşən kənd təsərrüfatlı təyinatlı 3.2802 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-34/2-13950/2023 saylı məktubu ilə təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, dövlət qeydiyyatı haqqında əmlakın Dövlət reyestrindən 05 mart 2022-ci il qeydiyyat tarixli, Dövlət qeydiyyatı haqqında əmlakın Dövlət reyestrindən 05 mart 2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********96 reyestr nömrəli çıxarışa əsasən, iddiaçı X1 məxsus Qusar rayonu, Yuxarı Ləyər kəndində yerləşən torpaq sahəsinin naturada ölçüsü 3.095 ha təşkil edir və hüquqmüəyyənedici sənədə uyğun deyildir. Həmin torpaq sahəsinin bir hissəsi Cavabdeh tərəfindən istifadə olunur. İstifadə olunan torpaq sahəsinin ölçüsü 0.135 ha təşkil edir. Qeyd: İddiaçı məxsus **********96 reyestr nömrəli torpaq parseli TEKİUS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasında 3.23 ha təşkil edir (yəni 0.05 ha azalma qeydə alınmışdır). İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 30 dekabr 2023-cü il tarixli 3-16-16/2-10/8746 nömrəli ekspert rəyindən görünür ki, Qərardadın 1-ci sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Tərlan Səfərovun mütəxəssis rəyində qeyd edilir ki, dövlət qeydiyyatı haqqında əmlakın Dövlət reyestrindən 05 mart 2022-ci il qeydiyyat tarixli, Dövlət qeydiyyatı haqqında əmlakın Dövlət reyestrindən 05 mart 2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********96 reyestr nömrəli çıxarışa əsasən, iddiaçı X1 məxsus Qusar rayonu, Yuxarı Ləyər kəndində yerləşən torpaq sahəsinin naturada ölçüsü 3.095 ha təşkil edir və hüquqmüəyyənedici sənədə uyğun deyildir.Qərardadın 2-ci sualı üzrə:Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Tərlan Səfərovun mütəxəssis rəyində qeyd edilir ki, həmin torpaq sahəsinin bir hissəsi Cavabdeh tərəfindən istifadə olunur.Qərardadın 3-cü sualı üzrə:Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Tərlan Səfərovun mütəxəssis rəyində qeyd edilir ki, istifadə olunan torpaq sahəsinin ölçüsü 0.135 ha təşkil edir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 30 dekabr 2023-cü il tarixli 3-16-16/2-10/8746 nömrəli məktubdan görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 3-21-3-34/2-13950/2023 saylı mütəxəssis rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 30 dekabr 2023-cü il tarixli 3-16-16/2-10/8746 saylı ekspert rəyləri ilə razılaşaraq həmin rəyləri işin hallarını müəyyən edən kifayət qədər əsaslı, tam aydın və dolğun sübut kimi qəbul edir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 30 dekabr 2023-cü il tarixli 3-16-16/2-10/8746 nömrəli ekspert rəyinə uyğun olaraq İddiaçı məxsus torpaq sahəsinin 0.135 ha hissəsi qanunsuz olaraq tutulmuşdur. İddiaçı torpaq sahəsinin özünə məxsus olduğunu və bu qanunsuz hərəkətlərindən çəkinməyini tələb etsə də onun xəbərdarlıqlarına məhəl qoymamışdır. Bununla da, Cavabdeh tərəfindən İddiaçı mülkiyyətinə əsassız müdaxilə baş vermiş, sonuncunun qanunla qorunan mülkiyyət hüququnu heç bir qanuni əsas olmadan məhdudlaşdırmışdır. Ona görə də, məhkəmə iddiaçının dəlilləri ilə qismən razılaşaraq hesab edir ki, iddiaçı 0.35 ha torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edildiyini iddia ərizəsində bildirsədə, mütəxəssis və ekspert rəylərində 0.135 ha torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edildiyi qeyd edilmişdir.Odur ki, ekspert rəyinə uyğun olaraq, iddiaçının yuxarıda göstərilən məlum torpaq sahəsinə dair mülkiyyət hüququ müdafiə olunmalı, cavabdeh tərəfindən edilən əsassız müdaxiləyə isə son qoyulmalıdır. İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 1-3-cü hissələrinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Həmin Məccəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Həmin Məccəllənin 178.2-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Həmin Məccəllənin 238.1-ci maddəsinə əsasən Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Həmin Məccəllənin 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci bəndinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəf öz iddiasının əsası kimi istinad etdiyi halları tam sübuta yetirmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəf öz iddiasının əsası kimi istinad etdiyi halları qismən sübuta yetirmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 30 dekabr 2023-cü il tarixli 3-16-16/2-10/8746 nömrəli ekspert rəyinə uyğun olaraq İddiaçı məxsus torpaq sahəsinin 0.135 ha hissəsi qanunsuz olaraq tutulmuşdur. İddiaçı torpaq sahəsinin özünə məxsus olduğunu və bu qanunsuz hərəkətlərindən çəkinməyini tələb etsə də onun xəbərdarlıqlarına məhəl qoymamışdır. Bununla da, Cavabdeh tərəfindən İddiaçı mülkiyyətinə əsassız müdaxilə baş vermiş, sonuncunun qanunla qorunan mülkiyyət hüququnu heç bir qanuni əsas olmadan məhdudlaşdırmışdır. Ona görə də, məhkəmə iddiaçının dəlilləri ilə qismən razılaşaraq hesab edir ki, iddiaçı 0.35 ha torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edildiyini iddia ərizəsində bildirsədə, mütəxəssis və ekspert rəylərində 0.135 ha torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edildiyi qeyd edilmişdir.Odur ki, ekspert rəyinə uyğun olaraq, iddiaçının yuxarıda göstərilən məlum torpaq sahəsinə dair mülkiyyət hüququ müdafiə olunmalı, cavabdeh tərəfindən edilən əsassız müdaxiləyə isə son qoyulmalıdır. Cavabdeh Qusar rayonu Yuxarı Ləyər kəndində yerləşən, xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı məxsus olan 3.2802 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.135 hektar hissəsindən çıxarılmalı, 0.135 hektar torpaq sahəsi Cavabdeh alınaraq İddiaçı qanuni sahibliyinə və istifadəsinə verilməli, həmin torpaq sahəsinin 0.135 hektar hissəsində Cavabdeh tərəfindən çəkilmiş çəpər Cavabdeh öz hesabına sökülməlidir. Azərbaycan Respublikasının MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Həmin Məcəllənin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 30 dekabr 2023-cü il tarixli 3-16-16/2-10/8746 saylı rəyi üzrə ekspertiza xərci 100 (yüz) manat təşkil edən məhkəmə xərcləri Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X2, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh Qusar rayonu Yuxarı Ləyər kəndində yerləşən, xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı məxsus olan 3.2802 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.135 hektar hissəsindən çıxarılsın, 0.135 hektar torpaq sahəsi Cavabdeh alınaraq İddiaçı qanuni sahibliyinə və istifadəsinə verilsin, həmin torpaq sahəsinin 0.135 hektar hissəsində Cavabdeh tərəfindən çəkilmiş çəpər Cavabdeh öz hesabına sökülsün. Qalan hissədə iddia təmin edilməsin. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 30 dekabr 2023-cü il tarixli 3-16-16/2-10/8746saylı rəyi üzrə 100 (yüz) manat təşkil edən məhkəmə xərcləri Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X2, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar