Məhkəmə qərarları › İş №2(029)-30/2025

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-30/2025

14.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-30/2025 14.01.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Ərizəçi İsmayilova (Allahverdiyeva) Bəsti Davud qızının və onun vəkili Vəkil iştirakı ilə, Ərizəçi İsmayilova (Allahverdiyeva) Bəsti Davud qızının Maraqlı şəxsnə qarşı “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” tələbinə dair iddia tələbi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi İsmayilova (Allahverdiyeva) Bəsti Davud qızı Maraqlı şəxsnə qarşı “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə müraciət edərək, onun doğum faktının - soyadı: Allahverdiyeva, adı: Bəsti, ata adı: Davud qızı doğum tarixi: xx.xx.1957-ci il, doğum yeri: Azərbaycan Respublikası, Oğuz rayonu, atasının tam adı: X17, atasının milliyyəti: ləzgi, anasının tam adı: X11, anasının milliyyəti: ləzgi qeyd edilməklə - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Oğuz rayon Qeydiyyat Şöbəsi tərəfindən qeydiyyata alınması faktını müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o - İsmayilova (nikahdan əvvəlki soyadı: Allahverdiyeva) Bəsti Davud qızı 17.11,1957-ci il tarixdə anadan olmuşdur. X4 15.11,1910-cu il tarixdə anadan olub. Anasının doğum yeri barədə məlumatı yoxdur. Sadəcə anasının əslən Rusiya Federasiyasının Dağıstan Respublikasından olduğunu bilir. Anası xx.xx.1995-ci il tarixdə Qusar rayonunun Cağarqışlaq kəndində vəfat edib. X5 xx.xx.1900-cü il tarixdə anadan olub. Atasının doğum yeri barədə məlumatı yoxdur. Sadəcə atasımın əslən Rusiya Federasiyasının Dağıstan Respublikasından olduğunu bilir. Atası xx.xx.1980-ci il tarixdə Qusar rayonunun Cağarqışlaq kəndində vəfat edib. X2 xx.xx.1935-ci il tarixdə Vartaşen rayonunun Vardanlı kəndində (indiki Oğuz rayonunun Kərimli kəndi) anadan olub. Qardaşının doğumu Oğuz rayon Qeydiyyat Şöbəsi tərəfindən qeydə alınıb. X8 xx.xx.1942-ci il tarixdə Oğuz rayonunda anadan olub. X23 Davut(d) qızı xx.xx.1950-ci il tarixdə Vartaşen səhərinin (indiki Oğuz səhəri) Yaqublu kəndində anadan olub. Bacısının doğumu Vartaşen rayonu (indiki Oğuz səhəri) Yaqublu kənd Soveti tərəfindən qeydə alınıb. Valideynlərinin verdiyi məlumata görə onlar əvvəllər Azərbaycanın Oğuz rayonunda yaşamışlar, anadı Oğuz rayonunda sovxozda sağıcı işləyib. Onun təxminən iki yaşı olanda valideynlərim və bacı-qardaşlarımla birlikdə Oğuz rayonundan “Muğan düzünə köçmüşlər və indiki Saatlı rayonunun ərazisində məskunlaşmışlar. Atası orada çobanlıqla məşğul olurdu. Onların yaşadıqları kəndə yaxın türklərin yaşadığı kənd var idi. Dağıstanın Axtı rayonunun İcraiyyə Komitəsi Dağıstandan gəlmiş şəxslər üçün həmin kəndin yaxınlığında yaşayış məntəqəsi yaratmışdı. O, Fiy kənd orta məktəbinin həmin məntəqədəki filialında təhsil alırdı. O, 1964- cü ildə həmin məktəbin birinci sinfinə getmiş, 1972-ci ildə isə səkkizinci sinfi bitirmişdir. 1976-cı ildə biz (bacı-qardaşları) valideynlərilə birlikdə Qusar rayonunun Cağarqışlaq kəndinə köçmüşlər. 1978-ci ildə İsmayı(i)lov Rövşən Allahverən oğlu ilə nikaha daxil olmuşdur. Onların nikahları Qusar rayonunun Kuzunqışlaq kənd icra nümayəndəliyi tərəfindən xx.xx.1978-ci il tarixdə 17 nömrəli aktla qeydə alınmışdır. Nikaha daxil olduqdan sonra ərinin soyadına uyğun olaraq ona “İsmayilova” soyadı verilmişdir. Həmin nikahdan onların üç uşaqları doğulub. O, heç vaxt SSRİ vətəndaşının pasportu ilə təmin edilməmiş, doğum haqqında şəhadətnaməm isə yanıb və həmin vaxt doğum haqqında təkrar şəhadətnamə ilə təmin edilmək üçün aidiyyəti orqana müraciət etməmişdir. Bu səbəbdən də bu vaxta qədər şəxsiyyəti təsdiq edən sənədlə təmin edilməmişdir. Şəxsiyyəti təsdiq edən sənədlə təmin edilməyi üçün ona doğum haqqında şəhadətnamə lazımdır. Lakin yuxarıda da qeyd etdiyi kimi onun doğum haqqında şəhadətnaməsi yanıb, bundan sonra o, doğum haqqında təkrar şəhadətnamə ilə təmin edilmək üçün aidiyyəti orqana müraciət etməmişdir. Valideynləri əslən Rusiya Federasiyasının Dağıstan Respublikasından olduğu üçün, həmçinin onlar Dağıstanın Axtı rayonunun İcraiyyə Komitəsi tərəfindən “Muğan düzü”ndə (indiki Saatlı rayonunun ərazisində) Dağıstandan gəlmiş şəxslər üçün salınmış yaşayış məntəqəsində 1959-cu ildən 1976-cı ilə kimi yaşadıqları üçün onun da Rusiya Federasiyasında doğulduğunu və doğumunun orada qeydiyyata alına biləcəyini ehtimal edərək doğum haqqında təkrar şəhadətnamə ilə təmin edilmək məqsədilə Maraqlı şəxs vasitəsilə Rusiya Federasiyasının Ədliyyə Nazirliyinə müraciət etmişdir. Həmin müraciətə cavab olaraq Rusiya Federasiyasının Dağıstan Respublikasının Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli “Vətəndaşlıq vəziyyəti aktının olmaması haqqında” bildirişdə qeyd edilmişdir ki, Dağıstan Respublikasının Axtı rayonunun VVAQ şöbəsinin arxivində xx.xx.1957-ci il təvəllüdlü X7 doğumu haqqında akt qeydi aşkar olunmadı. Bundan sonra o, doğum akt qeydinin bərpa edilməsi üçün xx.xx.2023-cü il tarixdə Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs xx.xx.2023-cü il tarixli, 3-16-5/8- 1xx-xx-2023 nömrəli məktubla ona aşağıdakı məzmunda cavab vermişdir: Araşdırma zamanı müəyyən olunmuşdur ki, sizin doğum haqqında şəhadətnamə və şəxsiyyəti təsdiq edən sənədi yoxdur. Doğum barədə akt qeydinin həqiqətən olduğunu təsdiq edən sənədi olmadığı üçün ərizənin qeydiyyat şöbəsində təmin edilməsi mümkün deyildir. Doğumun qeyd edilmə faktının müəyyən edilməsi üçün yaşadığı yer üzrə ümumi şəhər (rayon) məhkəməsinə müraciət etməyi tövsiyyə edlilir”. Yuxarıda qeyd etdiklərindən də göründüyü kimi, o, doğulan zaman valideynləri Oğuz rayonunun ərazisində yaşayıblar və onun iki yaşı olarkən Oğuz rayonundan “Muğan düzü”nə köçüblər. Həmçinin, bacı - qardaşları da Oğuz rayonunda doğulublar. Bu səbəbdən də hesab etmişdir ki, onun da doğumunun Oğuz rayon Qeydiyyat Şöbəsi tərəfindən qeydiyyata alınması ehtimalı ola bilər. Odur ki, xx.xx.2023-cü il tarixdə Oğuz rayon Qeydiyyat Şöbəsinə müraciət edərək doğumunun Oğuz rayon Qeydiyyat Şöbəsi tərəfindən qeydə alımb-alınmadığına dair ona arayış verililməsini xahiş etmişdir. Oğuz rayon Qeydiyyat Şöbəsi həmin müraciətinə cavab olaraq bildirmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və Qeydiyyat şöbəsinin arxivində doğum haqqında akt qeydi aşkar olummayıb. Daha sonra o, xx.xx.2024-cü il tarixdə Saatlı rayon Qeydiyyat Şöbəsinə (surəti Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinə göndərilməklə) müraciət edərək doğumunun Saatlı rayon Qeydiyyat Şöbəsi tərəfindən qeydə alınıb-alınmadığına dair ona arayış verilməsini xahiş etmişdir. Həmin müraciətinə Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti xx.xx.2024-cü il tarixli, 3-16-5/4-15-1-02- 6/2024 nömrəli məktubla aşağıdakı məzmunda cavab vermişdir: Qusar rayonunun Kuzunqışlaq kənd icra nümayəndəliyi tərəfindən xx.xx.1978-ci ildə qeydə alınmış nikahınız haqqında akt qeydi nəzərdən keçirilərkən xx.xx.1957-ci ildə Oğuz rayonunda doğulduğunuz müəyyən edilmişdir. “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi, Saatlı rayon Qeydiyyat Şöbəsi üzrə 1954-1961-ci illər üzrə ilkin və bərpa, Oğuz rayon Qeydiyyat Şöbəsi üzrə 1957-1960-cı illər ilkin, 1961-1978-ci illər bərpa, eləcə də Xidmətin arxivində mühafizə edilən akt qeydləri üzrə axtarış aparılsa da, doğumunuz haqqında akt qeydi aşkar edilməmişdir. Göstərilənlərə əsasən şəxsiyyət vəsiqəniz olmadan doğumunuz haqqında akt qeydinin bərpa edilməsi üçün məhkəməyə müraciət etməyiniz tövsiyyə olunur. Məhkəmənin qərarından asılı olaraq qeydiyyat Şöbəsi tərəfindən doğumunuz haqqında akt qeydinin bərpa edilməsi məsələsinə baxılacaqdır ”. İşin yuxarıda qeyd edilən hallarından bəlli olur ki, hazırda onun şəxsiyyətini və vətəndaşlığımı təsdiq edən sənədi yoxdur. İşin hallarından o da bəlli olur ki, onun 67 yaşı olsa da, doğum haqqında şəhadətnaməsi olmadığı üçün şəxsiyyəti təsdiq edən sənədlə təmin olunmağı mümkün olmur. Hazırda onun şəxsiyyəti təsdiq edən sənədlə təmin edilməyi üçün ilk öncə Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsi vacibdir. Bunun üçün isə o, Dövlət Miqrasiya Xidmətinə doğum haqqında şəhadətnaməmi təqdim etməlidir ki, DMX “onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi” ilə əlaqədar icraat apara bilsin. Belə ki, “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.4.5-ci bəndinə əsasən, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün tələb olunan sənədlərdən biri də, doğum haqqında şəhadətnamədir. İşin hallarından bəlli olur ki, onun doğum haqqında şəhadətnaməsi yanıb və hazırda onun doğum haqqında şəhadətnaməsi yoxdur. Bu səbəbdən də, “onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi” ilə əlaqədar icraatın aparılması mümkün olmur. Göründüyü kimi, ona sənədləşdirilməyi üçün doğum haqqında şəhadətnamə lazımdır. Lakin onun doğum haqqında şəhadətnaməsi yoxdur, doğum akt qeydi isə Qeydiyyat Şöbəsində aşkar edilmədi. Belə olan halda, onun doğumun haqqında akt qeydinin bərpa edilməsi zərurəti yaranıb. İş materiallarından görünür ki, o, Maraqlı şəxsnə müraciət edərək doğumu haqqında akt qeydinin bərpa edilməsini və doğum haqqında şəhadətnamə ilə təmin edilməyini xahiş etmişdir. Lakin doğumu barədə akt qeydinin əvvəllər olduğunu təsdiq edən sənəd olmadığı üçün Maraqlı şəxs doğumu haqqında akt qeydini bərpa etməkdən imtina edib. Hazırda onun doğumu haqqında akt qeydinin bərpa olunması üçün doğumunun qeyd edilmə faktının məhkəmə qaydasında müəyyən edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında ərizəçi İsmayilova (Allahverdiyeva) Bəsti Davud qızı ərizəni müdafiə edərək ərizədə göstərilənlərə uyğun izahat vermiş və ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi İsmayilova (Allahverdiyeva) Bəsti Davud qızının vəkili Vəkil ərizəsini müdafiə edərək ərizədə göstərilənlərə uyğun izahat vermiş və ərizəsinin təmin edilməsini xahiş etmişdir. İş üzrə Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək, iləri ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirmiş, işə iştirakları olmadan qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 ərizədə göstərilənlərə uyğun izahat vermişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin və onun etibarnamə üzrə nümayəndəsi və vəkilinin izahatlarını, şahidin ifadəsini dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan Maraqlı şəxsndən verilmiş 16 noyabr 2023-cü il tarixli 3-16-5/8- 1xx-xx-2023 saylı məktubdan görünür ki, araşdırma zamanı məlum olmuşdur ki, İsmayilova (Allahverdiyeva) Bəsti Davud qızının doğum haqqında şəhadətnaməsi və şəxsiyyəti təsdiq edən sənədi yoxdur. Doğumu barədə akt qeydinin həqiqətən olduğunu təsdiq edən sənədi olmadığı üçün ərinəzinin qeydiyyat şöbəsində təmin edilməsi mümkün deyildir. Əsas Müddəaların 14-cü bəndinə əsasən, itmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Doğumun qeyd edilmə faktının müəyyən edilməsi üçün yaşadığı yer üzrə ümumi şəhər (rayon) məhkəməsinə müraciət etməyi tövsiyyə olunmuşdur. İşdə olan 19 dekabr 2023-cü il tarixli 3-16-5/11-330/2023 saylı Oğuz rayon Qeydiyyat şöbəsindən verilmiş arayışdan görünür ki, 01 dekabr 2023-cü il tarixdə Oğuz rayon Qeydiyyat şöbəsinə yazdığı ərizəyə cavab olaraq bildirilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktlayı” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və Qeydiyyat şöbəsinin arxivində doğumu haqqında akt qeydi aşkar olunmamışdır. İşdə olan 15 fevral 2024-cü il tarixli 3-16-5/4-15-1-026/2024 saylı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktları Reyestri Xidmətindən verilmiş məktubdan görünür ki, müraciətdə İsmayilova (Allahverdiyeva) Bəsti Davud qızı şəxsiyyətini təsdiq edən sənədin olmadığını bildirərək doğumun Saatlı rayon qeydiyyat şöbəsi tərəfindən qeydə alınıb-alınmadığı barədə məlumat verilməsini xahiş etmişdir. Qusar rayonunun Kuzunqışlaq kənd icra nümayəndəliyi tərəfindən xx.xx.1978- ci ildə qeydə alınmış nikah haqqında akt qeydi nəzərdən keçirilərkən xx.xx.1957-ci ildə Oğuz rayonunda doğulduğu müəyyən edilmişdir. “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi, Saatlı rayon qeydiyyat şöbəsi üzrə 1954-1961 -ci illər üzrə ilkin və bərpa, Oğuz rayon qeydiyyat şöbəsi üzrə 1957-1960-cı illər ilkin, 1961-1978-ci illər bərpa, eləcə də Xidmətin arxivində mühafizə edilən akt qeydləri üzrə axtarış aparılsa da, doğumu haqqında akt qeydi aşkar edilməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbəsi tərəfindən icra edilir. İtmiş akt qeydinin qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Göstərilənlərə əsasən şəxsiyyət vəsiqəsi olmadan doğumu haqqında akt qeydinin bərpa edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Müraciətilə əlaqədar İsmayilova (Allahverdiyeva) Bəsti Davud qızı ilə əlaqə saxlanılarkən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən məhkəməyə müraciət edilməsində ona hüquqi yardım göstəriləcəyini bildirmişdir. Məhkəmənin qərarından asılı olaraq qeydiyyat şöbəsi tərəfindən doğumu haqqında akt qeydinin bərpa edilməsi məsələsinə baxılacaqdır. İşdə olan Oğuz rayon Qeydiyyat şöbəsindən verilmiş 19 dekabr 2023-cü il tarixli 3- 16-5/11-330/2023 saylı arayışdan görünür ki, X7 doğumu haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. İşdə olan Maraqlı şəxsndən verilmiş 15 aprel 2022-ci il tarixli 124 saylı arayışın surətindən görünür ki, X12 və X7 nikah haqqında 09 dekabr 1978-ci il tarixdə 17 nömrəli akr qeydi tərtib olunmuşdur. Nikahın qeydə alındığı yer: Qusar rayonunun Kuzunqışlaq kənd icra nümayəndəliyində dövlət qeydiyyatına alınmışdır. Nikah bağlandıqdan sonra ərizəçi “İsmayilova” soyadını qəbul etmişdir. İşdə olan 10 mart 2023-cü il tarixli çıxarışdan görünür ki, İsmayilova Bəsti BMT QAK-ın himayəsində olan vətəndaşlığı olmayan şəxs qismində qeydiyyata alınmışdır. İşdə olan Vİ-ЖГ 264376 və Vİİİ-ЖГ 442505 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X21 və X10 anası X22r. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1935-ci il təvəllüdlü X1 rayonunun Vardanlı kəndində (anadan olub. X4, X5dur. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1950-ci il təvəllüdlü X3 şəhərinin Yaqublu kəndində anadan olub. X4, X5dur. İşdə olan Rusiya Federasiyası Dağıstan Respublikasının Ədliyyə Nazirliyinin VVAQ şöbəsindən verilmiş 01 iyun 2023-cü il tarixli 234 saylı bildirişindən görünür ki, VVAQ VDR-də X7 doğumunun dövlət qeydiyyatı haqqında məlumat mövcud deyildir. Yoxlama 1957-ci il tarixdən hal-hazırki dövrədək aparılmışdır. Sözügedən vətəndaşlıq vəziyyəti aktının qeydi mövcud deyildir. İşdə olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Qaçqın Statusunun Müəyyənləşdirilməsi idarəsindən verilmiş 25 aprel 2023-cü il tarixli 3-37/2-J-3395-xx-xx- 10299/2023 saylı arayışdan görünür ki, verilir, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin himayəsində olan, vətəndaşlığı olmayan şəxs, xx.xx.1957-ci il təvəllüdlü Basti İsmayılovaya (himayə sənədi № ***- *******9) ondan ötrü ki, o, Dövlət Miqrasiya Xidməti tərəfindən 10 mart 2023-cü il tarixindən 31 mart 2024-cü il tarixinədək ünvan 1i ünvanına olduğu yer üzrə qeydiyyata alınmışdır Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.11 .-ci maddəsinə əsasən qanuvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, İsmayilova (nikahdan əvvəlki soyadı: Allahverdiyeva) Bəsti Davud qızı 17.11,1957-ci il tarixdə anadan olmuşdur. X4 15.11,1910-cu il tarixdə anadan olub. Anasının doğum yeri barədə ərizəçinin məlumatı yoxdur. Anası xx.xx.1995-ci il tarixdə Qusar rayonunun Cağarqışlaq kəndində vəfat edib. X5 xx.xx.1900-cü il tarixdə anadan olub. Atasının doğum yeri barədə ərizəçinin məlumatı yoxdur. Ərizəçinin atası xx.xx.1980-ci il tarixdə Qusar rayonunun Cağarqışlaq kəndində vəfat edib. Ərizəçinin X2 xx.xx.1935-ci il tarixdə Vartaşen rayonunun Vardanlı kəndində (indiki Oğuz rayonunun Kərimli kəndi) anadan olub. Qardaşının doğumu Oğuz rayon Qeydiyyat Şöbəsi tərəfindən qeydə alınıb. Ərizəçinin X8 xx.xx.1942-ci il tarixdə Oğuz rayonunda anadan olub. Ərizəçinin X23 Davut(d) qızı xx.xx.1950-ci il tarixdə Vartaşen səhərinin (indiki Oğuz səhəri) Yaqublu kəndində anadan olub. Bacısının doğumu Vartaşen rayonu (indiki Oğuz səhəri) Yaqublu kənd Soveti tərəfindən qeydə alınıb. Bundan başqa işdə olan Maraqlı şəxsndən verilmiş 15 aprel 2022-ci il tarixli 124 saylı arayışın surətindən görünür ki, X12 və X7 nikah haqqında 09 dekabr 1978-ci il tarixdə 17 nömrəli akr qeydi tərtib olunmuşdur. Nikahın qeydə alındığı yer: Qusar rayonunun Kuzunqışlaq kənd icra nümayəndəliyində dövlət qeydiyyatına alınmışdır. Nikah bağlandıqdan sonra ərizəçi “İsmayilova” soyadını qəbul etmişdir. Məhkəmə hesab edir ki, ərizəçinin ərizəsi əsaslı olduğundan ərizə təmin olunmalı, İsmayilova (Allahverdiyeva) Bəsti Davud qızı doğum faktının - soyadı: Allahverdiyeva, adı: Bəsti, ata adı: Davud qızı doğum tarixi: xx.xx.1957-ci il, doğum yeri: Azərbaycan Respublikası, Oğuz rayonu, atasının tam adı: X17, atasının milliyyəti: ləzgi, anasının tam adı: X11, anasının milliyyəti: ləzgi qeyd edilməklə - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Oğuz rayon Qeydiyyat Şöbəsi tərəfindən qeydiyyata alınması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdİ: Ərizə təmin edilsin. İsmayilova (Allahverdiyeva) Bəsti Davud qızı doğum faktının - soyadı: Allahverdiyeva, adı: Bəsti, ata adı: Davud qızı doğum tarixi: xx.xx.1957-ci il, doğum yeri: Azərbaycan Respublikası, Oğuz rayonu, atasının tam adı: X17, atasının milliyyəti: ləzgi, anasının tam adı: X11, anasının milliyyəti: ləzgi qeyd edilməklə - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Oğuz rayon Qeydiyyat Şöbəsi tərəfindən qeydiyyata alınması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar