Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-300/2025 30.01.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Cəlilov Əli İsa oğlu İddiaçı Cavabdeh qarşı “alimentin tutulması və uşaq” tələbinə dair iddia ərizəsinə baxaraq, Müəyyən etdim: İddiaçı Cavabdeh qarşı “alimentin tutulması və uşaq” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10 mart 2011-ci il təvəllüdlü X1 ata himayəsinə verilməsinə və X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 200 manat miqdarında alimentin tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, iş materiallarında olan 25 aprel 2024-cü il tarixli 2(029)-51/2024 saylı Qusar rayon Məhkəməsinin qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh və üçüncü şəxs Qusar rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik komissiyasına qarşı “uşağın atasının himayəsinə verilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 2(105)-1223/2024 saylı Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsindən görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, Qusar rayon Məhkəməsinin 25 aprel 2024-cü il tarixli 2(029)- 51/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında 28 mart 2016-cı il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında qeyd olunur ki, Məhkəmələrə izah olunsun ki, nikahın pozulması zamanı uşağın valideynlərdən hansının yanında qalması məsələsinin və ya uşaqla bağlı mübahisənin həll olunması, bu barədə məhkəmə qətnaməsi qüvvəyə mindikdən sonra uşaq tələbinə dair yeni əsaslarla iddia qaldırılmasına mane olmur. İddiaçı həmin qətnamədən sonra yaranmış yeni əsasa istinad etməmişdirsə, eyni tərəflər arasında, eyni predmet barəsində, eyni əsaslarla qaldırılmış iddia ərizəsi MPM-in 153.2, 153.2.2-ci maddələrinə əsasən iddianın yolverilməzliyinə görə icraata qəbul edilməməli, əgər icraata qəbul olunmuşdursa, həmin Məcəllənin 261.0, 261.0.2-ci maddələrinə əsasən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2 və 153.2.2-ci maddələrinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa-hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır vəişə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə verilməli və ya göndərilməlidir. Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh İddiaçı qızına qarşı hazırkı iddia tələbi ilə bağlı Qusar rayon Məhkəməsinin 25 aprel 2024-cü il tarixli 2(029)-51/2024 saylı qətnaməsi mövcud olduğundan, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(105)-1223/2024 saylı Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsi ilə Qusar rayon Məhkəməsinin 25 aprel 2024-cü il tarixli 2(029)- 51/2024 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanıldığından və hazırkı iddia tələbi ilə Qusar rayon Məhkəməsinin 25 aprel 2024-cü il tarixli 2(029)-51/2024 saylı qətnaməsində iddia tələbi eyni əsaslara söykəndiyindən, hazırkı işdə, iddiaçı yeni əsasa istinad etmədiyindən, hazırki işin icraata götürülməsindən imtina olunmalıdır. Həmin Məcəllənin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət qaytarılır. Məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsi qəbul etməkdən imtina edildiyindən, İddiaçı tərəfindən məhkəmədə işə baxılması üçün ödənilmiş 50 (əlli) manat dövlət rüsumu qərardad qanuni qüvvəyə mindikdən sonra İddiaçı qaytarılmalı və icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qusar rayon maliyyə şöbəsinə tapşırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 153, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: İddiaçı Cavabdeh qarşı “alimentin tutulması və uşaq” tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə görə iddia ərizəsi qəbul etməkdən imtina edilsin və ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı məhkəmədə işə baxılması üçün ödənilmiş 50 (əlli) manat dövlət rüsumu qərardad qanuni qüvvəyə mindikdən sonra İddiaçı qaytarılsın və icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qusar rayon maliyyə şöbəsinə tapşırılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qusar rayon məhkəməsinə şikayət vermək olar. Hakim Əli Cəlilov
Məhkəmə qərarları › İş №2(029)-300/2025
Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-300/2025
30.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver