Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-31/2022 02.06.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılmasına və mülkiyyət hüquqlarının bərpa edilməsinə dair mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılmasına və mülkiyyət hüquqlarının bərpa edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən zəbt edilmiş 1500 kv.metr torpaq sahəsindən çıxarılması və torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının bərpa edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 11 dekabr 1997-ci il tarixli 17/2 saylı qərarına əsasən onun və ailə üzvlərinə, yəni arvadı X11 və qızı X4 və o, İddiaçı nun mülkiyyətinə Qusar rayX16 kəndi ərazisində 2.13 ha torpaq sahəsi verilmişdir. Daha sonar həmin torpaq sahəsinin mülkiyyətlərinə verilməsinə dair onlara 18.02.1999-cu il tarixli JN-0008 kod 30103028 olan Torpaöa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Mülkiyyətlərinə verilmiş torpaq sahəsi iki hissədən ibarət olmaqla Avaran Qışlaq kəndi ərazisində ayrı-ayrı yerlərdə yerləşir. Torpağamülkiyyət hüququna dair Dövlət Aktı ona veriləndə torpaq sahələri X15 Komissiyası tərəfindən ona yerində göstərilmiş və o, ailə üzvləri ilə birlikdə həmin vaxtdan sözü gedən torpaqdan istifadə etmişdir. 2019-cu il tarixdə 5735.95 kv.metrdən ibarət olan torpaq sahəsinin 1500 kv.metr torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilmişdir. Torpaq sahəsini geri tələb etməyinə baxmayaraq cavabdeh tərəfindən sözü gedən torpaq sahəsi buraxılmamış, zəbt etdiyi torpaq sahəsinin Avaran Qışlaq kəndinin aid olduğu Qusar rayonun Kuzun bələdiyyəsinə məxsus olduğu bildirilmişdir. Onun ərizəsinə əsasən Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzinin Xaçmaz Layihə-Tədqiqat İdarəsinin mütəxəssisi, Kuzun bələdiyyəsinin sədri və onun iştirakı ilə torpaq sahəsinə baxış keçirilmiş və Dövlət Aktına əsasən torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını yerində müəyyən etmək mümkün olmamışdır. Buna baxmayaraq mübahisəli torpaq sahəsi hal-hazırda onun mülkiyyətindədir və heç kimin həmin torpaq sahəsinə girməyəzəbt etməyə qanuni əsası yoxdur. Mövcud vəziyyətdə, yəni Avaran Qışlaq kəndi ərazisində torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsi tərtib edilənə kimi X15 Komissiyası tərəfindən onlara yerində göstərilmiş torpaq sahəsi mülkiyyətlərindədir və cavabdeh tərəfindən torpaq sahəsi zəbt edilməklə mülkiyyət hüquqları pozulmuşdur. Həmçinin “Azərbaycan Respublikasında Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 07 mart 2016-cı il tarixli Fərmanına əsasən Avaran Qəşlaq kəndi ərazisində torpaqların elektron kadastr uçotu informasiya sistemi yaradılanda da torpaq sahəsinin ölçüləri razılığı olmadan hər hansı bir qaydada məhdudlaşdırıla bilməz. Cavabdeh tərəfindən mülkiyyətində olan torpaq sahəsi zəbt edilməklə Azərbaycan Respublikasının MM-nin 152.1-ci maddəsində nəzərdə tutulmuş torpaq sahəsi üzərində mülkiyyət hüququ pozulmuşdur. Əvvəlki məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirmişdir ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 1997-ci il 11 dekabr tarixli 17/2 saylı qərarına əsasən ona və ailə üzvlərinə-arvadı X11 və qızı Qurbanova Raidəİmran qızının mülkiyyətinə Qusar rayonunun Avaran Qışlaq kəndi ərazisindən 2.13 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Daha sonra həmin torpaq sahəsinin onların mülkiyyətilərinə verilməsinə dair onlara18 fevral 1999-cu il tarixli JN-0008 KOD 30103028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Mülkiyyətlərinə verilmiş torpaq sahəsi iki hissədən ibarət olmaqla Avaran Qışlaq kəndi ərazisində ayrı-ayrı yerlərdə yerləşir. Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı onlara veriləndə torpaq sahələri X15 Komissiyası tərəfindən onlara yerində göstərilmişdir və həmin torpaq sahəsindən həmin vaxtdan istifadə edirlər. 2019-cu ildə 5735.95 kv.metrdən ibarət olan torpaq sahəsinin 1500 kv.metr torpaq sahəsi Cavabdeh tərəfindən zəbt edilmişdir. Cavabdehdən zəbt ediyi torpaq sahəsini buraxmasını tələb etsələr də, cavabdeh zəbt etdiyi torpaq sahəsinin Avaran Qışlaq kəndinin aid olduğu Qusar rayonunun Kuzun bələdiyyəsinə məxsus olduğunu bildirmişdir. Onun ərizəsinə əsasən Kadastr və Yerquruluşu Layihə tədqiqat Mərkəzinin Xaçmaz Layihə-Tədqiqat İdarəsinin mütəxəssisi, Kuzun bələdiyyəsinin sədri və özünün iştirakı ilə torpaq sahəsinə baxış keçirilmiş və Dövlət Aktına əsasən torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını yerində müəyyən etmək mümkün olmamışdır. Buna baxmayaraq mübahisəli torpaq sahəsi halhazırda onların mülkiyyətindədir və heç kimin həmin torpaq sahəsinə girməyə və həmin torpaq sahəsini zəbt etməyə qanuni əsası yoxdur. Avaran Qışlaq kəndi ərazisində torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilənə kimi X15 Komissiyası tərəfindən onlara yerində göstərilmiş torpaq sahəsi elə onların mülkiyyətindədir və cavabdeh tərəfindən torpaq sahəsi zəbt edilməklə mülkiyyət hüquqları pozulmuşdur. Cavabdeh zəbt etdiyi torpaq sahəsini könüllü buraxmaq istəmir. Ona görə də hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləti nəzərə alıb mübahisənin ədalətli həll olunması üçün iş üzrə məhkəmə-torpaqşünaslıq ekspertizasının təyin edilməsinə dair qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonuncu məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, izahatında göstərmişdir ki, onun mülkiyyətində olan 0.55 ha mübahisəli torpaq sahəsi Avaran Qışlaq kəndində yerləşir. Həmin torpaq sahəsi ilə cavabdehə məxsus torpaq sahəsi arasında 9 metrlik yol üçün nəzərdə tutulmuş torpaq sahəsi var. Cavabdeh yol üçün nəzərdə tutulmuş torpaq sahəsini və özünə məxsus torpaq sahəsinin təxminən 7-8 sot hissəsini kəsərək özünə məxsus olmasını demişdir. Həmin torpaq sahəsi neçə illərdir ki, cavabdeh tərəfindən istifadə edilir. Cavabdeh həmin torpaq sahəsində qələmlər əkmiş, o, isə həmin qələmləri çıxarmışdır. Dəfələrlə onun, kənd sovetinin, bələdiyyənin və kənd camaatının müraciətlərinə baxmayaraq cavabdeh ona məxsus torpaq sahəsini və yolu buraxmamışdır. O, ekspert rəyi ilə razıdır. Ekspertiza aparılanda cavabdehdə orda iştirak etmişdir. Buna görə də, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, İddiaçı ona qarşı tələbi tamamilə əsassızdır. Belə ki, o, iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmişdir. X16 kəndi ərazisində 1.04 hektar kənd təsərrüfatı təyinatlı, həmçinin 0.12 hektar həyətyanı torpaq sahəsi vardır. Ona məxsus olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçıya və onun ailəsinə məxsus olan torpaq sahəsi ilə yanaşıdır. Hər ikisi özünə məxsus olan torpaq sahəsindən istifadə edir. Ona görə də, iddia tamamilə əsassız olduğundan rədd edilməlidir. Qeyd edilənləri nəzərə alıb iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonuncu məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, 2015-ci ildən iddiaçı onunla yola getmir. İddiaçının tələb etdiyi torpaq sahəsi bələdiyyənin balansında olan 3%-lik torpaqdır. Mübahisəli torpaq sahəsinin bir tərəfində İddiaçı, digər tərəfdə Albert Mikayılova, o birisi tərəfdə isə, Taleh Şixzadayeva məxsus torpaq sahəsi yerləşir. O, ekspertizanın rəyi ilə razı deyil, mütəxəssis ölçü işləri aparanda, iddiaçıya məxsus olan torpaq sahələrini ölçməyib. Mübahisəli torpaq sahəsinə dair heç kimin sənədi yoxdur. Həmin torpaq sahəsinin ona verilməsi barədə 2015-ci ildə bələdiyəyə müraciət etmiş, o vaxtki Bələdiyyə sədri Məzahirə hətta 100 manat pul da vermişdir. O, mübahisəli torpaq sahəsini zəbt etməmiş, çəpərə almış, iddiaçıya həmin torpaqdan istifadə etməyə qoymamış, həmin torpaq sahəsinə dair onun heç bir sənədi yoxdur. Orada iddiaçının heç bir torpaq sahəsi yoxdur. Əgər İmran həmin torpaq sahəsinə gəlsə mübahisə olacaq. İddiaçı onun barəsində mütəmadi şikayətlər edir, onun evinə səhər kənd soveti, günorta polis, axşam bələdiyyə gəlir. Mübahisə ilə bağlı o, vəkillərə müraciət etmiş, 3 rayonda ona vəkil duran olmamış, Bakı şəhərində bir vəkil ondan bu işə çıxmaq üçün 4000 manat pul istəmişdir. Buna görə də, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları araşdıraraq hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, işdə olan JN-0008 KOD 30103028 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 11 dekabr 1997-ci il tarixli 17/2 saylı qərarı ilə Qusar rayonu Avaran Qışlaq kəndi ərazisindən 2.13 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi İddiaçı, X6 və X4 xüsusi mülkiyyətinə verilmişdir. İşdə olan 22.06.2020-ci il tarixli Süleymanov Şahin, İslamov Fikrət və Əskərov Sadıq tərəfindən tərtib edilmiş aktdan görünür ki, Qusar rayonu Avaran Qışlaq kənd sakinləri İddiaçı, X6 və X4 JN-0008 KOD 30103028 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən, mülkiyyətlərində olan 5735.95 kv.metr torpaq sahəsinin 1500 kv.metr hissəsi Avaraq Qışlaq kənd sakini Cavabdeh tərəfindən 2019-cu ildə zəbt edilmişdir. İşdə olan Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzinin Xaçmaz Layihə- Tədqiqat İdarəsinin mütəxəssisi Mübariz Kərimovun, Qusar rayonu Avaran Qışlaq kənd sakini İddiaçı və Qusar rayonu Kuzunqışlaq bələdiyyəsinin sədri Elmar Ağabəyovun iştirakları ilə tərtib edilmiş 12 iyun 2020-ci il tarixli aktın surətindən görünür ki, İddiaçı 16 mart 2020-ci il tarixli ********** saylı müraciəti ilə bağlı sözü gedən ərazidə olmuşlar, ərazinin bölgü xəritəsi ilə vətəndaşların faktiki istifadəsi arasında müəyyən fərqlər aşkar olunmuş, ona görə də, vətəndaşa məxsus olan JN 8 (kod ********) saylı Dövlət Aktına əsasən torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını yerində təyin etmək və vətəndaşa tanıtmaq mümkün olmamışdır. İşdə olan 25 mart 2017-ci il tarixli X8, X1, X2, Əzim İsmayılov və Cavabdeh tərəfindən tərtib olunmuş aktın surətindən görünür ki, Cavabdeh 1994-cü ildə Şərq sovxozu tərəfindən Avaran Qışlaq sahəsindən 0.12 ha həyətyanı torpaq sahəsi verilmiş və onun tərəfindən həmin torpaq sahəsində yaşayış evi inşa edilərək hal-hazırda həmin evdə yaşayır. 1996-1998-ci illərdə Şərq sovxozu üzrə Aqrar islahatlar zamanı Cavabdeh məxsus torpaq sahəsi və yaşayış evi yerində mövcud olmuşdur. İşdə olan "xxxx" MMC-nin 09.02.2022-ci il tarixli C-14 saylı mütəxəssis rəyindən görünür ki, 18 fevral 1999-cu il tarixli JN-0008 KOD 30103028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən İddiaçı məxsus olan Qusar rayonu Avaran Qışlaq kəndində yerləşən 2.13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.57 ha olan hissəsində mübahisə vardır. İddiaçı naturada faktiki istifadə etdiyi torpaq sahəsinin ölçüləri 0.6955 ha təşkil edir. Həmin naturada olan ölçülərin 0.55 ha hissəsi hüquqmüəyyənedici sənədə uyğundur. Cavabdeh tərəfindən həmin torpaq sahəsinin 0.0750 ha hissəsi istifadə olunur. Sxem tərtib edilmiş və sxemdə cizgilər göstərilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə tikinti-texniki ekspertizasının 26 aprel 2022-ci il tarixli 10/2544 saylı rəyindən görünür ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Xaçmaz LTİ-nin mütəxəssis rəyinə əsasən, 18 fevral 1999-cu il tarixli JN-0008 KOD 30103028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən İddiaçı məxsus olan Qusar rayonu Avaran Qışlaq kəndində yerləşən 2.13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.57 ha olan hissəsində mübahisə olduğu, İddiaçı naturada faktiki istifadə etdiyi torpaq sahəsinin ölçüləri 0.6955 ha təşkil etdiyi, həmin naturada olan ölçülərin 0.55 ha hissəsi hüquqmüəyyənedici sənədə uyğun olduğu, Cavabdeh tərəfindən həmin torpaq sahəsinin 0.0750 ha hissəsi istifadə olunduğu müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 26 aprel 2022-ci il tarixli 10/2544 saylı Məhkəmə tikinti-texniki ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məjburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə "xxxx" MMC-nin 09.02.2022-ci il tarixli C-14 saylı mütəxəssis rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-torpaqşünaslıq ekspertizasının 26 aprel 2022-ci il tarixli 10/2544 saylı ekspert rəyi ilə razılaşaraq həmin rəyləri işin hallarını müəyyən edən kifayət qədər əsaslı, tam aydın və dolğun sübut kimi qəbul edir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh 18 fevral 1999-cu il tarixli JN-0008 KOD 30103028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən İddiaçı və onun ailə üzvlərinə məxsus olan, Qusar rayonu Avaran Qışlaq kəndində yerləşən 2.13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.0750 ha hissəsini iddiaçının iradəsinə zidd olaraq istifadə edir və bununla da, iddiaçının mülkiyyət hüququna əsassız müdaxilə etməklə onun həmin hüququnu pozmuşdur. Cavabdeh istifadə etdiyi torpaq sahəsinə dair hər hansı sənədi məhkəməyə təqdim etməmiş, belə bir sənədinin olmadığını bildirmişdir. İnsan Hüquqlarının və X7 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 1-3-cü hissələrinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci bəndinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Həmin Məcəllənin 111-ci maddəsinin 3-cü hissəsinə əsasən torpaqların vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzssiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tədqiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, iddiaçı tərəf öz iddiasının əsası kimi istinad etdiyi halları qismən sübuta yetirmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, 18 fevral 1999-cu il tarixli JN-0008 KOD 30103028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən İddiaçı və onun ailə üzvlərinə məxsus olan Qusar rayonu Avaran Qışlaq kəndndə yerləşən 2.13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.0750 ha hissəsindən Cavabdeh çıxarılmalı və həmin torpaq sahəsi İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə qaytarılmalıdır. İş üzrə 50 (əlli) manat təşkil edən məhkəmə xərcləri İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X3, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. 18 fevral 1999-cu il tarixli JN-0008 KOD 30103028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən İddiaçı və onun ailə üzvlərinə məxsus olan Qusar rayonu Avaran Qışlaq kəndində yerləşən 2.13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.0750 ha hissəsindən Cavabdeh çıxarılsın və həmin torpaq sahəsi İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə qaytarılsın. İş üzrə 50 (əlli) manat məbləğində məhkəmə xərcləri İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X3, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №2(029)-31/2022
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-31/2022
02.06.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver