Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-317/2021 12.03.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu İddiaçı Cavabdeh və qeyrisinə qarşı həyətyanı torpaq sahəsinə gedən su arxının açılması tələbinə dair iddia ərizəsinə baxaraq, Müəyyən etdim: İddiaçı Cavabdeh və qeyrisinə qarşı həyətyanı torpaq sahəsinə gedən su arxının açılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının MPM-nin 149.2.3, 149.2.5-ci maddələrinə əsasən ərizədə iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə yönələn tələb; ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Həmin Məcəllənin 150.0.5-ci maddəsinə əsasən iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri iddia ərizəsinə əlavə edilir. Mülki prosessual qanunvericiliyə əsasən ərizəyə əlavə edilən sənədlərin siyahısı ərizənin tərkib hissəsi kimi müəyyən edilmişdir. İş materiallarından görünür ki, iddia ərizəsində su arxının açılması tələbindən başqa, həm də gələcəkdə iddiaçıya veriləcək Qusar rayonu Qalacıq bələdiyyəsinə məxsus torpaq sahəsinin buraxılması tələb olunmuş, lakin verilməsi nəzərdə tutulan torpaq sahəsinə dair heç bir sənəd, o cümlədən torpaq sahəsinə dair iddiaçının hər hansı hüququnun olmasına dair müvafiq sənəd ərizəyə əlavə olunmamışdır. Beləliklə, tələb qeyri-müəyyən olmaqla ərizə Azərbaycan Respublikasının MPM-nin 149-cu maddəsinin tələbləri pozulmaqla məhkəməyə verilmişdir. Azərbaycan Respublikasının MPM-nin 152.1.1-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ona görə də, hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 152, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın. İddiaçı izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada ərizə ilə məhkəməyə müraciət edilə bilər. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qusar rayon məhkəməsinə şikayət vermək olar.
Məhkəmə qərarları › İş №2(029)-317/2021
Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-317/2021
12.03.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver