Məhkəmə qərarları › İş №2(029)-318/2020

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-318/2020

24.11.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-318/2020 24.11.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh və maraqlı tərəf Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X5rşı hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş MD seriyalı ******* saylı xx xxxx 2012-ci il tarixli Çıxarışın etibarsız hesab edilməsi barədə iddia ərizəsi üzrə mülki işə Qusar şəhərində xx xxxxxx 2020-ci il tarixdə Qusar Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh və maraqlı tərəf Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X5rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş MD seriyalı ******* saylı xx xxxx 2012-ci il tarixli Çıxarışın etibarsız hesab edilməsi, ona məxsus torpaq sahəsinə maneçiliklərin aradan qaldırılması və ona məxsus Qusar rayonu Çiləgir Bələdiyyəsi ərazisində yerləşən torpaq sahəsinə Dövlət Reyestrindən Çıxarış verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə iddia ərizəsində dəqiqləşdirmə aparılması barədə ərizə göndərərək, digər tələblərə aidiyyatı üzrə rayon məhkəmələrində baxılmalı olmadığına görə cavabdehə məxsus Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş MD seriyalı ******* saylı xx xxxx 2012-ci il tarixli Çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X4 iddianı müdafiə edərək izahatında göstərdi ki, İddiaçı Qusar rayonu, Çiləgir Bələdiyyəsinin ərazisindən ona 0,08 ha torpaq sahəsinin satılması ilə əlaqədar həmin Bələdiyyəyə rəsmi qaydada müraciət etmişdir. Bələdiyyənin xx xxxxxx 2006-cı il tarixli 27 saylı qərarı ilə həmin bələdiyyənin ərazisində, yəni Qusar rayon Çiləgir bələdiyyəsi ərazisindən iddiaçıya həyətyanı məqsədlə 0,08 ha torpaq sahəsi satılmışdır. İddiaçı torpaq sahəsinin satılması ilə əlaqədar ödəniş etmişdir. Həmin torpaq sahəsinin İddiaçı adına rəsmiləşdirilməsi və dövlət reyestrindən çıxarış verilməsi ilə əlaqədar Əmlak Məsələləri Dövlət Koitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin X9 rəsmi qaydada müraciət etmiş və sənədləri təqdim etmişdir. İddiaçıya xx xxxxx 2019-cu il tarixdə verilmiş cavabda göstərilmişdir ki, təqdim edilmiş sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar ərizəyə əlavə olunmuş Qusar rayonu, Çiləgir bələdiyyəsinin xx xxxxxx 2006-cı il trixli 27 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0.12 ha torpaq sahəsi 5 saylı X8 elektron baza kadastr xəritə materiallarında yaşayış məntəqələrinin pespektiv inkişafı üçün cəlb olunan torpaq sahələrinə aid deyildir, meşə zolağı kimi göstərilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən də göründüyü kimi torpağın alqısatqısı barədə qərar verilmiş və alqı-satqı müqaviləsi rəsmiləşdirilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsinin və Qusar RİHB-nın aparatının memarlıq və tikinti şöbəsinin rəyi alınmışdır. Qeyd olunan rəylərdə və digər sənədlərdə torpaq sahəsinin yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələrinə aid olduğu göstərilmişdir. Eyni zamanda qeyd olunan torpaq sahəsi ilə bağlı Qusar rayonu Çiləgir kənd sakini Cavabdeh da xx xxxxxx 2007-ci il tarixdə Çiləgir Bələdiyyəsinin qərarı ilə torpaq sahəsi ayrılmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş arayışa əsasən torpaq sahələri üst-üstə düşdüyündən iddiaçıya çıxarış verilməsindən imtina edilmişdir. İddiaçı ilə Qusar rayon Çiləgir Bələdiyyəsi arasında xx xxxxxx 2006-cı il, yəni bir il qabaq həmin torpaq sahəsininin alqı-satqısı rəsmiləşdirilmişdir. İddiaçının qanuni istifadəsində olan torpaq sahəsi başqasına satılmışdır. Cavabdehə eyni zamanda torpaq sahəsinin planı və ölçüsü, həmçinin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsinin rəyi, Qusar rayon İHB-nın Memarlıq və Tikinti Şöbəsinin rəyi verilmişdir. Həmin rəylər verilərkən torpaq sahəsi yerində müayinə olunmuş, həmçinin qeyd olunan torpaq sahəsinin iddiaçıya məxsus olmasının müəyyən olunmasına baxmayaraq Dövlət Reyestrindən cavabdehə çıxarış verilmişdir. İş üzrə mütəxəssislər və ekspert tərəfindən verilən rəydən də görmək olur ki, ünvan 4ində yerləşən və İddiaçı faktiki istifadəsində olan mübahisə predmeti olan torpaq sahəsinin naturada (yerində) ölçüləri 0.08 hektardır. Qusar rayonu, Çiləgir bələdiyyəsinin xx xxxxxx 2006-cı il tarixli 27 saylı qərarına əsasən İddiaçı satılmış 0.08 hektar həyətyanı torpaq sahəsinin planında koordinatlar olmadığından hüquqmüəyyənedici sənəd ilə natura arasında uyğunluq olub-olmamasını müəyyən etmək mümkün olmasa da, iddiaçının istifadəsində olan ünvan 4ində yerləşən 0.08 hektar həyətyanı torpaq sahəsi meşə torpaq sahələrinə aid deyildir. Həmçinin Seriya MA ******* saylı, xx xxxx 2012-ci il tarixli Çıxarışa əsasən Cavabdeh məxsus ünvan 4ində yerləşən 0.08 hektar həyətyanı torpaq sahəsinin koordinatları naturada cavabdehin faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları ilə deyil, 673 metr kənarda yerləşən İddiaçı faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür. Odur ki, qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə qeyd edilənləri nəzərə alıb işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı nümayəndəsi və vəkili X2 izahatını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv araşdıraraq hesab edir ki, aşağıda göstərilən əsaslara görə iddia təmin edilməlidir. İşdə olan Qusar rayon bələdiyyəsinin xx xxxxxx 2006-cı il tarixli, 27 nömrəli qərarının təsdiq olunmuş surətindən görünür ki, ünvan 4inin bələdiyyə ehtiyyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına az yararlı torpaq sahəsindən alqı-satqı qaydasında Bakı şəhər sakini İddiaçı həyətyanı məqsədlə 0.08 hektar torpaq sahəsinin satılması qərara alınmışdır. İşdə olan Torpaqların alqı-satqısına dair Aktın təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 ünvanında yaşayan İddiaçı Qusar rayonu Çiləgir bələdiyyə ərazisindən 0.08 hektar torpaq sahəsinin satılması barədə xx xxxxxx 2006-cı il tarixli 27 nömrəli qərar qəbul edilmişdir. Bunun müqabilində İddiaçı tərəfindən Qusar rayon xxxxının **********0 saylı hesabına əvvəlcədən 100.80 manat haqq ödənilmişdir. İşdə olan xx xxxxxx 2006-cı il tarixli, 32 nömrəli qəbzin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı tərəfindən xxxxın Qusar rayon filialının **********0 saylı hesabına 100.80 manat haqq ödənilmişdir. İşdə olan xx xxxxxx 2006-cı il tarixli, 424 nömrəli Fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması (satılması) barədə RİHB Aparatının Memarlıq və Tikinti şöbəsinin rəyinin təsdiq olunmuş surətindən görünür ki, Çiləgir bələdiyyəsinin KPİF torpaqlarından Bakı şəhər sakini İddiaçı tərtib edilmiş sxemdəki 0.08 hektar torpaq sahəsinin həmin məqsəd üçün ayrılması (satılması) kommunikasiyaların bələdiyyənin və torpaq sahibinin hesabına çəkilməsi şərtilə məqsədə müvafiqdir. İşdə olan Fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması (satılması) barədə DT və XK Qusar rayon şöbəsinin rəyindən görünür ki, Çiləgir Bələdiyyəsinin perspektiv inkişaf fondundan Bakı şəhər sakini İddiaçı Abubəkir qızına 0.08 hektar torpaq sahəsinin həmin məqsədi üçün ayrılması (satılması) qanuna müvafiqdir. İşdə olan “xxxx” ASC-nin Qusar rayon filialı tərəfindən verilmiş xx xxxxxx 2009-cu il tarixli 44 nömrəli Arayışdan görünür ki, Cavabdeh xx xxxxxx 2008-ci il tarixdə 09 nömrəli qəbznən 201 (iki yüz bir) manat 60 (altmış) qəpik pul vəsaiti həyətyanı torpaq sahəsini almaq üçün Çiləgir bələdiyyəsinin **********0 nömrəli hesablaşma hesabına köçürmüşdür. İşdə olan Torpaqların Alqı-Satqısına dair Aktın təsdiq edilmiş surətindən görünür ki, ünvan 4 sakini Cavabdeh Qusar rayon Çiləgir bələdiyyə ərazisində 0.08 hektar torpaq sahəsinin satılması barədə xx xxxxxx 2007-ci il tarixli 23 nömrəli qərar qəbul edilmişdir. Bunun müqabilində Cavabdeh tərəfindən Qusar rayon xxxxının **********0 saylı hesabına əvvəlcədən 201.60 manat haqq ödənilmişdir. İşdə olan xx xxxxxx 2007-ci il tarixli 23 nömrəli Qərarın təsdiq olunmuş surətindən görünür ki, ünvan 4inin bələdiyyə ehtiyyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına az yararlı torpaq sahəsindən alqı-satqı qaydasında Çiləgir kənd sakioni Cavabdeh həyətyanı məqsədlə 0.08 hektar torpaq sahəsinin satılması qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş Dövlət Torpaq Kadastrı kitabında xx xxxxxx 2010-cu il tarixdə 06 nömrə ilə uçota alınmış A № 241040 saylıTorpaq sahəsinin planı və ğlçüsünün təsdiq olunmuş surətindən görünür ki, ünvan 4 sakini Cavabdeh Qusar rayonu Çiləgir bələdiyyəsinin xx xxxxxx 2007-ci il tarixli 23 saylı qərarı ilə fərdi yaşayış evi tikmək üçün 800 kv.metr torpaq sahəsi satılmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X11 tərəfindən İddiaçı nümayəndəsi X1 ünvanlanmış xx xxxxxx 2018-ci il tarixli **********46 nömrəli cavab məktubundan görünür ki, Qusar rayonu, Çiləgir bələdiyyəsinin xx xxxxxx 2006-cı il tarixli 27 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0.12 hektar torpaq sahəsi 5 saylı X8 elektron baza kadastr xəritə materiallarında yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələrinə aid deyildir və meşə zolağı kimi göstərilmişdir. Bundan əlavə həmin torpaq sahəsi elektron baza xəritəsində digər şəxsə məxsus torpaq sahəsi ilə kəsişir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X11 tərəfindən Sumqayıt İnzibati- İqtisadi məhkəməsinə ünvanlanmış xx xxx 2019-cu il tarixli, **********65 nömrəli cavab məktubundan görünür ki, Qusar rayonu, Çiləgir bələdiyyəsinin xx xxxxxx 2006-cı il tarixli 27 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0.12 hektar torpaq sahəsi 5 saylı X8 elektron baza kadastr xəritə materiallarında yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələrinə aid deyildir və meşə zolağı kimi göstərilmişdir. Bundan əlavə, həmin torpaq sahəsi elektron baza xəritəsində digər şəxsə məxsus torpaq sahəsi ilə kəsişir. İşdə olan olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X11 tərəfindən Sumqayıt İnzibati- İqtisadi məhkəməsinə ünvanlanmış xx xxxx 2019-cu il tarixli, **********10 nömrəli cavab məktubundan görünür ki, İddiaçı adına verilmiş 0.08 hektar torpaq sahəsi Cavabdeh adına xx xxxx 2012-ci il tarixdə 0.08 hektar torpaq sahəsinə verilmiş ********** qeydiyyat nömrəli çıxarışla kəsişir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Seriya MA № ******* saylı, ********** qeydiyyat nömrəli, xx xxxx 2012-ci il qeydiyyat tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 4i ünvanında yerləşən **********54 reyestr nömrəli 0.08 hektar həyətyanı torpaq sahəsi tam mülkiyyət hüququ ilə Cavabdeh məxsusdur. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin X11 tərəfindən verilmiş № A 021725 saylı Torpaq sahəsinin planı və ölçüsünün təsdiq olunmuş surətindən görünür ki, ünvan 4i ünvanında yerləşən **********54 reyestr nömrəli torpaq sahəsinin hüquq sahibi Cavabdehdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli 10/1349 nömrəli ekspert rəyindən görünür ki, ünvan 4ində yerləşən və İddiaçı faktiki istifadəsində olan mübahisə predmeti olan torpaq sahəsinin naturada (yerində) ölçüləri 0.08 hektardır. Qusar rayonu, Çiləgir bələdiyyəsinin xx xxxxxx 2006-cı il tarixli 27 saylı qərarına əsasən İddiaçı satılmış 0.08 hektar həyətyanı torpaq sahəsinin planında koordinatları olmadığından hüquqmüəyyənedici sənəd ilə natura arasında uyğunluq olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. İddiaçı istifadəsində olan Qusar rayonu Çiləgir kəndində yerləşən 0.08 hektar həyətyanı torpaq sahəsi meşə torpaq sahələrinə aid deyildir. Seriya MA ******* saylı xx xxxx 2012-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Cavabdeh məxsus ünvan 4ində yerləşən 0.08 hektar həyətyanı torpaq sahəsinin koordinatları naturada Cavabdeh faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları ilə deyil 673 metr kənarda yerləşən İddiaçı faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür. Qusar rayonu, Çiləgir bələdiyyəsinin xx xxxxxx 2006-cı il tarixli 27 saylı qərarına əsasən İddiaçı satılmış ünvan 4ində yerləşən 0.08 hektar həyətyanı torpaq sahəsinin planında koordinatlar olmadığından Seriya MA ******* saylı xx xxxx 2012-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Cavabdeh məxsus olan 0.08 hektar həyətyanı torpaq sahəsi üst-üstə düşüb düşməməsini müəyyən etmək mümkün olmamışdır. Ekspert tərəfindən qeyd olunur ki, mübahisəli torpaq sahəsinə dair ərazinin baza məlumatları (kompleks yerquruluşu xəritələri, torpaq sahələrinin bölgü layihəsi) Mərkəzə təqdim olunmamışdır. Buna görə də, ekspert tərəfindən mütəxəssis rəyində yazılan məlumatların baza məlumatları ilə müqayisəli tədqiqatının aparılması mümkün olmamışdır. Odur ki, mütəxəssis rəyinin nəticələrinə məhkəmə tərəfindən qiymət verilə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin 1-4-cü hissələrinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-сi maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məсəllənin 139.3-сü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məjəllənin 140-сı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məсəllənin 146.1-сi maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məсəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq yalnız məhkəmə qaydasında etibarsız hesan edilə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 66-cı maddəsinin 1-ci hissəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci hissəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəllənin həmin Maddəsinin 3-cü hissəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Beləliklə, məhkəmə tədqiqi zamanı müəyyən olunmuşdur ki, Qusar rayonu, Çiləgir bələdiyyəsinin xx xxxxxx 2006-cı il tarixli 27 saylı qərarına əsasən İddiaçı satılmış 0.08 hektar həyətyanı torpaq sahəsinin planında koordinatlar olmadığından hüquqmüəyyənedici sənəd ilə natura arasında uyğunluq olub-olmamasını müəyyən etmək mümkün olmasa da, iddiaçının istifadəsində olan ünvan 4ində yerləşən 0.08 hektar həyətyanı torpaq sahəsi meşə torpaq sahələrinə aid deyildir. Həmçinin Seriya MA ******* saylı, xx xxxx 2012-ci il tarixli Çıxarışa əsasən Cavabdeh məxsus ünvan 4ində yerləşən 0.08 hektar həyətyanı torpaq sahəsinin koordinatları naturada cavabdehin faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları ilə deyil, 673 metr kənarda yerləşən İddiaçı faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları ilə üstüstə düşür. Göründüyü kimi, Cavabdeh Seriya MA № ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən özünə məxsus olan 0.08 hektar həyətyanı torpaq sahəsinin koordinatları naturada istifadə etdiyi torpaq sahəsinin koordinatları ilə deyil, iddiaçının faktiki istifadə etdiyi torpaq sahələrinin koordinatları ilə kəsişir və nəticədə İddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüququnun pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş materiallarını tam şəkildə araşdıraraq iddia tələbinin iddiaçı tərəfindən təqdim edilmiş sübutlarla qismən sübuta yetirildiyi qənaətinə gəlir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh məxsus Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş MA seriyalı ******* saylı xx xxxx 2012-ci il tarixli Çıxarış etibarsız hesab edilməlidir. İş üzrə 110 (bir yüz on) manat təşkil edən ekspertiza xərcləri İddiaçı tutularaq 50 (əlli) manat Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı Dövlət Xəzinədarlıq Agentliyi, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFИFT BИK- CTREAZ22) hesabına və 60 (altmış) manat isə xxxxın 1 saylı Xətai Filialı, Kod:200071 VÖEN (BANK) **********, Müxbir hesab: AZ37NABZ0135001**********1944, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluğu Lahiyə-Təhqiqaq Mərkəzi MMC-VÖEN **********, Hesab N:AZ23AİİB******************** hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh məxsus Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş MA seriyalı ******* saylı xx xxxx 2012-ci il tarixli Çıxarış etibarsız hesab edilsin. İş üzrə 110 (bir yüz on) manat təşkil edən ekspertiza xərcləri İddiaçı tutularaq 50 (əlli) manat Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı Dövlət Xəzinədarlıq Agentliyi, Kodu-210005, VÖEN **********, Müxbir hesab- AZ41NABZ013601**********3944, SFИFT BИK-CTREAZ22) hesabına və 60 (altmış) manat isə xxxxın 1 saylı Xətai Filialı, Kod:200071 VÖEN (BANK) **********, Müxbir hesab: AZ37NABZ0135001**********1944, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluğu Lahiyə-Təhqiqaq Mərkəzi MMC-VÖEN **********, Hesab N:AZ23AİİB******************** hesabınas keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar