Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-318/2021 14.04.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, Ramazanova (Pirimova) Zərifə Kamil qızının Maraqlı şəxsnə qarşı şəxsin ölmüş elan edilməsinə dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ramazanova (Pirimova) Zərifə Kamil qızı Maraqlı şəxsnə qarşı şəxsin ölmüş elan edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək xx xxxxxxxx 1985-ci ildə Qusar rayonu Aşağı Ləgər kəndində anadan olmuş X6 ölmüş elan edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ramazanova (Pirimova) Zərifə Kamil qızı ərizəni onunla əsaslandırmışdır ki, onun oğlu X10 xx xxxxxxxx 1985-ci il tarixdə Qusar rayonu Aşağı Ləgər kəndində anadan olmuşdur. xx xxx 2014-cü il tarixdə oğlu Sami evdən çıxıb getmiş, həmin gün Azərbaycan Respublikasının ərazisini tərk edərək “Şirvanlı” sərhəd-keçid məntəqəsindən Rusiya Federasiyasının ərazisinə keçməklə, Mahaçqala-İstanbul aviareysi ilə Türkiyə Respublikasına getmiş, oradan da Suriya Ərəb Respublikasına getmişdir. Həmin vaxtdan oğlu X10 itkin düşmüş, ondan heç bir xəbər çıxmamış, onun harada olması naməlum olaraq qalmışdır. X19 Ərəb Respublikasında gedən vətəndaş müharibəsində döyüşlərdə iştirak etmiş və orada həlak olmuşdur. Oğlunun xx xxx 2014-cü il tarixdə evdən çıxıb getməsini, o vaxtdan onun barəsində heç bir xəbər, soraq, məlumatın olmamasını bir çox şahidlər təsdiq edə bilərlər. Artıq 7 ildir ki, oğlu Samidən heç bir xəbər yoxdur. Oğlunun Azərbaycan Respublikasının ərazisini tərk edərək Suriya Ərəb Respublikasına getməsi, Suriya Ərəb Respublikasında gedən döyüşlərdə iştirak etməsi barədə Qusar rayon Polis Şöbəsinin əməliyyat məlumatları, habelə oğlu barədə xx xxx 2014-cü il tarixdən etibarən heç bir sorağın olmaması barədə şahid ifadələri əsas götürülməklə oğlu Sami Pirimov məhkəmə qaydasında ölmüş elan edilməlidir. Həmin şəxsin ölmüş elan edilməsi ona, oğlundan miras qalmış əmlaklar barəsində vərəsəlik hüquqlarını həyata keçirmək üçün zəruridir. Ərizəçi Ramazanova (Pirimova) Zərifə Kamil qızı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin şəxs məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs rəisi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin şəxs məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək xidməti zərurətlə əlaqədar işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, qanuni qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan Seriya AZE 09128950 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 xx.xx.1985-ci ildə Qusar rayonu Aşağı Ləyər kəndində anadan olmuş və həmin kənddə qeydiyyatdadır. İşdə olan Seriya AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1963-cü ildə Qusar rayonu Aşağı Ləyər kəndində anadan olmuş və həmin kənddə qeydiyyatdadır. İşdə olan İİ-JQ 475039 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə Ərizəçi xx xxxxxx 1981-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar və Ərizəçi “Pirimova” soyadını qəbul etmişdir. İşdə olan Xİ-JQ 274396 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 atası X11, anası X3r. İşdə olan Qusar rayon Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 149- 22020-1220 saylı məktubdan görünür ki, Qusar rayonu Aşağı Ləyər kənd sakini, xx.xx.1985-ci il təvəllüdlü X10 radikal dini təriqli olmaqla xx.xx.2014-cü il tarixdə ölkə ərazisini tərk edərək “Şirvanlı” sərhəd-keçid məntəqəsindən Rusiya Federasiyası ərazisinə keçməklə Mahaçqala-İstanbul aviareysi ilə Türkiyə Respublikasına getmiş, oradan da Suriya Ərəb Respublikasının ərazisinə keçməklə “İŞİD”in nəzarəti altında olan torpaqlarda fəaliyyət göstərən qanunsuz silahlı birləşmələrə qoşulmuşdur. Sami Pirimovun sonrakı taleyi barəsində əlavə məlumat əldə olunmamışdır. İşdə olan xx xxxxxx 2021-ci il tarixdə X7, X8, X5 və Ərizəçi tərəfindən tərtib olunmuş və Qusar rayon İHB-nın Aşağı Ləyər kənd İƏN tərəfindən təsdiq olunmuş aktdan görünür ki, Qusar rayonu Aşağı Ləyər kənd sakini, xx.xx.1985-ci il təvəllüdlü X10 2014-cü ildə yaşadığı Qusar rayonu Aşağı Ləyər kəndindən çıxıb Türkiyəyə, oradan da Suriya Ərəb Respublikasına getmişdir. Həmin vaxtdan X10 barəsində heç bir xəbər, soraq və ya başqa məlumat çıxmamışdır. X6 qohumları onu çox axtarmış, lakin barəsində bu vaxta kimi heç bir soraq çıxmamışdır. X2 və X4 məhkəməyə göndərdikləri izahatlarından görünür ki, onlar yuxarıda qeyd olunan akta göstərilən halları təsdiq etmişlər. İşdə olan Qusar rayon prokurorluğu tərəfindən verilmiş xx xxxx 2021-ci il tarixli 259xid-21 saylı məktubdan görünür ki, xx.xx.1985-ci ildə Qusar rayonu Aşağı Ləyər kəndində anadan olmuş X6 barəsində həmin prokurorluqda hər hansı bir təqsirləndirici material yoxdur. İşdə olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2021 və 23.03.21-ci il tarixli tələbnamələrdən görünür ki, xx.xx.1985-ci ildə Qusar rayonu Aşağı Ləyər kəndində anadan olmuş X10 məhkum olunmamışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 17/6-4982 saylı məktubdan görünür ki, xx.xx.1985-ci il təvəllüdlü X9 adlı şəxs haqqında məlumat qeydiyyatdan keçmir. İşdə olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 16/1586 saylı məktubdan və ona əlavə olunmuş “Giriş-çıxış və qeydiyyat” X1 Axtarış Sistemindən (İAMAS) edilmiş çıxarışdan görünür ki, Sami Pirimovun xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikasının hüdudlarından kənara çıxdığı qeyd edilmiş, geri qayıtması barədə məlumat isə yoxdur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, ərizəçinin oğlu Qusar rayonu Aşağı Ləyər kənd sakini, xx.xx.1985-ci il təvəllüdlü X10 xx.xx.2014-cü il tarixdə ölkə ərazisini tərk edərək “Şirvanlı” sərhəd-keçid məntəqəsindən Rusiya Federasiyası ərazisinə keçməklə Türkiyə Respublikasına getmiş, oradan da Suriya Ərəb Respublikasına keçməklə “İŞİD” qruplaşmasının nəzarəti altında olan torpaqlara gedərək döyüşlərdə iştirak etmək üçün silahlı dəstələrə qoşulmuş və ölüm təhlükəsi olan həmin döyüşlərdə itkin düşmüş, həmin vaxtdan 5 ildən artıq müddət keçmişdir. X6 Suriya Ərəb Respublikasında gedən hərbi əməliyyatlarda itkin düşməsi ərizəyə əlavə edilmiş sənədlərlə təsdiq olunur. Hazırda həmin şəxsin əmlakları barəsində vərəsəlik müəyyən olunmalı olduğundan onun məhkəmə qaydasında ölmüş elan edilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən, əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən, şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, Ərizəçi (Pirimovanın) öz tələblərinin əsası kimi istinad etdiyi hallar-yəni oğlu Sami Pirimovun 2014-cü ilin may ayında Suriya Ərəb Respublikasında ölüm təhlükəsi olan hərbi əməliyyatlar zamanı gedən döyüşlərdə itkin düşməsi, 2014-cü ildən etibarən onun yaşayış yerində görünməməsi məhkəməyə təqdim edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx xxxxxxxx 1985-ci il təvəllüdlü, Qusar rayonu Aşağı Ləyər kəndində qeydiyyatda olmuş X10 ölmüş elan edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 305.1, 305.1.2-ci maddələrinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin xəbərsiz itkin düşmüş elan edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 312-ci maddəsində göstərilir ki, şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 305, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx xxxxxxxx 1985-ci il təvəllüdlü, Qusar rayonu Aşağı Ləyər kəndində qeydiyyatda olmuş X10 ölmüş elan edilsin. Qətnamənin qanuni qüvvəyə mindiyi gün X6 ölüm günü sayılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №2(029)-318/2021
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-318/2021
14.04.2021 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver