Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-326/2022 12.05.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxs Qusar rayon Dövlət Notariat ofisinə qarşı qohumluq münasibətlərinin müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs Qusar rayon Dövlət Notariat kontoruna qarşı qohumluq münasibətlərinin müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun və 06 fevral 2008-ciil tarixdə ünvan 1ində vəfat etmiş X5 arasında qohumluluq münasibətlərinin müəyyənləşdirilməsinə, yəni X5 onun doğma əmisi qızı olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, onun əmisi qızı X14 06 fevral 2008-ci il tarixdə ünvan 1ində vəfat etmişdir. Əmisi qızı X5 ölümündən sonra birinci, ikinci, üçüncü və dördüncü növbədə vərəsələrdən heç kim qalmamışdır. Onun beşinci dərəcəli vərəsələrindən doğma əmisi uşaqları olan o, yəni Ərizəçi, Mirzəməhəmmədova (Rəhimova) Səmayə Abdurəhim qızı, X25 və X15 qalmışdır. Əmisi qızı X5 ölümündən sonra ondan miras qalmış əmlakı faktiki olaraq o, qəbul edib idarə edir. X5 digər vərəsələri ondan miras qalmış əmlakı qəbul etməmişlər. Onlar miras əmlakdan notariat qaydada imtina etmişlər. O, əmisi qızı X4 miras qalmış əmlaklar barəsində qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Qusar rayon Notariat ofisinə müraciət etmiş, lakin Qusar rayon Notariat ofisi onun əmisi qızı X14 ilə qohumluq münasibətlərini təsdiq edən sənədlər olmadığı üçün vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Onun X3nun, əmisi X21 və əmisi qızı X5 doğumu haqqında Qusar rayon Qeydiyyat şöbəsinin vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında müvafiq qeyd tapılmamışdır. Bu səbəbdən də onun əmisi qızı X14 ilə qohumluluq münasibətlərini, yəni X5 onun doğma əmisi qızı olmasını müəyyənləşdirmək mümkün olmamışdır. Ona görə də, onun və X5 qohumluq münasibətləri məhkəmə qaydasında müəyyənləşdirilməli, X5 onun doğma əmisi qızı olması faktı məhkəmə qaydasında təsdiqlənməlidir. X5 onun qohumu, doğma əmisi qızı olması faktının müəyyənləşdirilməsi ona vərəsəlik hüquqlarını həyata keçirmək üçün zəruridir. X5 beşinci dərəcəli digər vərəsələri mirası qəbul etməmiş, bu barədə notariat qaydasında təsdiqlənən ərizələr vermiş, bununla da o, mərhum X5 mirasına dair hüququ olan yeganə varisidir. X5 həqiqətən də onun əmisi qızı olması Qusar RİHB-nın Düztahir kənd İƏD üzrə nümayəndəliyinin 20 dekabr 2021-ci il tarixli 495 saylı arayışı ilə təsdiq olunur. Bu faktı bir çox şahidlər də təsdiq edə bilərlər. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, ərizəni müdafiə edir və öz tələbində durur. Bundan başqa səhhəti ilə bağlı 12 may 2022-ci il tarixə saat 10:00-a təyin edilmiş məhkəmə iclasına gələ bilmir, ona görə də, işə onun iştirakı olmadan baxılaraq ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı şəxs Qusar rayon Notariat Ofisinin notariusu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək xidməti zərurətlə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyi üçün işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmiş, çıxarılacaq qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, ərizə əsaslıdır və aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan Qusar rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 15.12.2021-ci il tarixli 526/15 saylı arayışdan görünür ki, həmin şöbənin arxivində X11 məxsus doğum haqqında akt qeydi tapılmamışdır. İşdə olan Qusar rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 14.12.2021-ci il tarixli 521/15 saylı arayışdan görünür ki, həmin şöbənin arxivində X23 məxsus ölüm haqqında akt qeydi tapılmamışdır. İşdə olan Qusar rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 14.12.2021-ci il tarixli 524/15 saylı arayışdan görünür ki, həmin şöbənin arxivində X23 məxsus doğum haqqında akt qeydi tapılmamışdır. İşdə olan Qusar rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 02 fevral 2022-ci il tarixli 55 saylı arayışdan görünür ki, 1912-ci ildə ünvan 1ində anadan olmuş X6 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə 02.02.2022-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İşdə olan АЗ № 243736 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1962-ci ildə Qusar rayonunda anadan olmuşdur. X3, anası X12r. İşdə olan Qusar rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 06.10.2021-ci il tarixli arayışdan görünür ki, X16 12.02.1981-ci il tarixdə ünvan 1ində ölmüşdür. İşdə olan Qusar rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 01.12.2021-ci il tarixli çıxarışdan görünür ki, X16 və X7 22.04.1953-cü il tarixdə 05 saylı akt qeydi ilə nikah bağlamışlar. İşdə ona Qusar RİHB-nın Düztahir kənd İƏD üzrə nümayəndəliyindən veirilmiş 20 dekabr 2021-ci il tarixli 495 saylı arayışdan görünür ki, X14 vəfat etdiyi günə kimi, ünvan 1i ünvanında yaşamışdır və onun ölümündən sonra aşağıdakı vərəsələri qalmışdır. 1. Mirzəməhəmmədova (Rəhimova) Səmayə Abdurəhim qızı-əmisi qızı, 17.02.1950 2. X25əmisi oğlu, 27.11.1955 3. Pirmətova (Rəhimova) Milvarə Abdurəhim qızı-əmisi qızı, 17.03.1958 4. X17-əmisi oğlu, 04.03.1960 5. Ərizəçi-əmisi oğlu, xx.xx.1962. Mərhumun ölümündən sonra miras əmlakı əmisi oğlu Ərizəçi idarə edir. İşdə olan X8, X1, X9 və X18 notariat qaydasında təsdiqlənmiş ərizələrindən görünür ki, onlar 06 fevral 2008-ci ildə ölmüş əmisi qızları X4 irs qalmış (yaşayış (evi, mənzil və otaq), qeyri yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət) mirasın onlara çatan hissəsindən imtina etmişlər. İşdə olan reyestr nömrəsi **********35 olan 15.10.2021-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1ində yerləşən 0.8022 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X10 və X5 payları ümumi birgə olmaqla xüsusi mülkiyyətindədir. İşdə olan Qusar RİHB-nın Düztahir kənd İƏD üzrə nümayəndəliyindən verilmiş 27 aprel 2022-ci il tarixli 215 saylı arayışdan görünür ki, Ərizəçi həqiqətən də, ünvan 1ində yaşamış mərhum X5 doğma əmisi oğludur. Belə ki, Abdulsahidin atası Abdurəhim ilə Qızxanımın atası Yusif doğma qardaş olmuşlar. İşdə olan X22, X19 və X33 tərəfindən tərtib olunmuş və Qusar RİHB-nın Düztahir kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təsdiq olunmuş 20 aprel 2022-ci il tarixli aktdan görünür ki, həqiqətən də ünvan 1ində yaşamış mərhum X2 Abdulsahid Abdurəhim oğlunun doğma əmisi qızıdır. Belə ki, Abdulsahidin atası Abdurəhim ilə Qızxanımın atası Yusif doğma qardaş olmuşlar. Həmin şəxslər onların qohumlarıdır və odur ki, həmin faktın doğruluğunu təsdiq edirlər. İşdə olan Qusar rayon Notariat Ofisi tərəfindən verilmiş 28 yanvar 2022-ci il tarixli X-133 saylı məktubdan görünür ki, həmin notariat ofisində 06.02.2008-ci il tarixdə vəfat etmiş X4 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə Ərizəçi müraciətinə baxılmışdır. Həmin şəxsə bildirilmişdir ki, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi miras qoyanla vərəsənin qohumluq əlaqələrini təsdiq edən sənədlərin mövcud olmaması səbəbindən mümkün deyildir. Bununla bağlı qohumluq faktının təsdiq olunması üçün məhkəməyə müraciət etməsi Ərizəçi tövsiyyə olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, X14 06 fevral 2008-ci il tarixdə ölmüşdür. X24 Ərizəçi doğma əmisi qızı olsa da, bu barədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında müvafiq qeydlər tapılmamışdır. Buna baxmayaraq, həmin hal məhkəməyə təqdim edilmiş Qusar RİHB-nın Düztahir kənd İƏD üzrə nümayəndəliyinin 20 dekabr 2021-ci il tarixli 495 saylı, 27 aprel 2022-ci il tarixli 215 saylı arayışları ilə və digər sənədlərlə tam təsdiq olunur. Hal-hazırda Ərizəçi X24nın miras əmlakını vərəsəlik yolu ilə qəbul etmək istəyir. Bu məqsədlə o, Qusar rayon Notariat Ofisinə müraciət edərək adına vərəsəlik haqqında şəhadətnamə verilməsini xahiş etmiş, lakin, oradan ona bildirmişlər ki, onunla X24nın arasında olan qohumluq münasibətlərini təsdiq edən sənəd olmadığından vərəsəlik şəhadətnaməsinin verilməsi mümkün deyildir. Ona görə də, ona məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Ərizəçi ilə X24nın arasında olan qohumluq münasibətlərini təsdiq edən sənəd olmasa da, ərizəçi ilə həmin şəxsin arasında olan qohumluq faktı-yəni ərizəçinin həmin şəxsin doğma əmisi oğlu olması məhkəmə iclasında tədqiq edilmiş yuxarıda sadalanan sənədlərlə tam təsdiq olunmuşdur. Azərbaycan Respublikasının MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2, 307.2.1-ci maddələrinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə hesab edir ki, Ərizəçi 06 fevral 2008-ci il tarixdə vəfat etmiş X5 doğma əmisi oğlu olmasını təsdiq edən rəsmi sənəd olmasa da, həmin hallar işdə olan sənədlərlə təsdiq olunduğundan həmin şəxslərin arasındakı qohumluq münasibətləri-yəni ərizəçinin Qızxanım Abduləzizovanın doğma əmisi oğlu olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçi öz tələbinin əsası kimi istinad etdiyi halları tam sübuta yetirmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 06 fevral 2008-ci il tarixdə vəfat etmiş X14 ilə Ərizəçi arasındakı qohumluq münasibətləri-yəni sonuncunun X24nın doğma əmisi oğlu olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №2(029)-326/2022
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-326/2022
12.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver