Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-327/2022 01.06.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçi maraqlı şəxslər Qusar rayon Notariat Ofisinə, Ağayeva (Babayeva) Zahidət Şahnamaz qızına və Maraqlı şəxs3 qarşı mirasın qəbul edilməsi müddətinin uzadılması, vərəsəlik hüququnun tanınması tələbinə dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi maraqlı şəxslər Qusar rayon Notariat Ofisinə, Ağayeva (Babayeva) Zahidət Şahnamaz qızına və Maraqlı şəxs3 qarşı mirasın qəbul edilməsi müddətinin uzadılması, vərəsəlik hüququnun tanınması tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İşin məhkəmə baxışı iclasında baxılması 01 iyun 2022-ci il tarixə saat 16:30-a təyin edilmişdir. Ərizəçi məhkəməyə ərizə göndərərək hazırda ərizəyə baxılmasını tələb etmədiyini bildirmiş, ərizənin baxılmamış saxlanılmasını və ərizəyə əlavə edilmiş sənədlərin ona geri qaytarılmasını, həmçinin səhhəti ilə əlaqədar məhkəmə iclasına gələ bilmədiyi üçün işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Qusar rayon Notariat Ofisinin notariusu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və məhkəməyə məktub göndərərək işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmiş, iş üzrə çıxarılacaq qərarı məhkəmənin mülahizəsinə buraxmışdır. Maraqlı şəxslər Ağayeva (Babayeva) Zahidət Şahnamaz qızı və Maraqlı şəxs3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikasının MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən ərizənin geri qaytarılması və mülki işin baxılmamış saxlanması barədə ərizə verildiyindən həmin mülki iş baxılmamış saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM–nin 259, 260, 263, 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Ərizəçi maraqlı şəxslər Qusar rayon Notariat Ofisinə, Ağayeva (Babayeva) Zahidət Şahnamaz qızına və Maraqlı şəxs3 qarşı mirasın qəbul edilməsi müddətinin uzadılması, vərəsəlik hüququnun tanınması tələbinə dair ərizəsi geri qaytarılsın və mülki iş baxılmamış saxlanılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qusar rayon məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Adil Vəliyev
Məhkəmə qərarları › İş №2(029)-327/2022
Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-327/2022
01.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver