Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-33/2021 26.02.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı nümayəndəsi və vəkili X8 iştirakı ilə, İddiaçılar İddiaçı və Cavabdeh İsabəyov Elxan Əmirbəy oğluna qarşı həyətyanı torpaq sahələrindən çıxarılma tələbinə dair mülki işə Qusar şəhərində xx xxxxxx 2021-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı və Cavabdeh İsabəyov Elxan Əmirbəy oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İsabəyov Elxan Əmirbəy oğlunun Qusar rayonunun Quxur Oba kəndində yerləşməklə hərəsinə 0.12 hektar olmaqla onlara, yəni iddiaçılar İddiaçı və Cavabdeh məxsus olan cəmi 0.24 hektar həyətyanı torpaq sahəsindən çıxarılmasına və həmin torpaq sahələrinin onların qanuni istifadələrinə qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X12 iddianı müdafiə edərək izahatında göstərdi ki, Qusar rayon Quxur Oba bələdiyyəsinin xx xxxxx 2007-ci il tarixli 4 nömrəli qərarına əsasən iddiaçılar İddiaçı və Cavabdeh hər birinə 0.12 hektar həyətyanı torpaq sahələri satılmışdır. Həmin həyətyanı torpaq sahələri bir-biri ilə yanaşı yerləşməklə 0.24 hektar sahəyə malik ümumi massiv təşkil edir. Həmin torpaq sahələrinə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən iddiaçıların adlarına müvafiq olaraq xx xxx 2011-ci il tarixli A№ 343723 saylı və xx xxx 2011-ci il tarixli A№ 343722 saylı 2 ədəd X17 və Ölçüsü verilmiş, həmin torpaq sahələri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsində Dövlət Torpaq Kadastrı kitabında iddiaçıların adlarına müvafiq olaraq № 357 və № 358 nömrələri ilə dövlət qeydiyyatına alınmışdır. Həmin torpaq sahələrini iddiaçılar artıq 10 ilə yaxındır ki, Qusar rayonu Quxur Oba bələdiyyəsindən alsalar da, çəpərləyib ətrafını bağlaya bilməmişlər. İddiaçılar gələcəkdə orada uşaqlarına ev tikəcəkləri vaxt ətrafını bağlamağı planlaşdırmışlar. Lakin təxminən 1 ildən çoxdur ki, iddiaçılara məxsus həmin torpaqlarla qonşuluqda yaşayış evi və həyətyanı torpaq sahəsi yerləşən cavabdeh İsabəyov Elxan Əmirbəy oğlu qanunsuz olaraq həmin 0.24 hektar torpaq sahələrini bütünlüklə zəbt edərək özü üçün istifadə edir. Bununla əlaqədar iddiaçılar cavabdeh İsabəyov Elxan Əmirbəy oğluna iradlarını bildirmiş və Qusar rayonu Quxur Oba bələdiyyəsinə müraciət etmişlər. Quxur Oba bələdiyyəsinin rəhbərliyi xx xxxxxxx 2018-ci il tarixdə cavabdeh İsabəyov Elxan Əmirbəy oğlunu idarəyə dəvət edərək məsələni cavabdehdən soruşduqda cavabdeh bildirmişdir ki, iddiaçılara həyətyanı torpaq sahələrinə görə heç bir mübahisələri yoxdur və iddiaçılar öz torpaq sahələrini çəpərləməklə istifadə edə bilər və bu barədə heç bir etirazı yoxdur. Cavabdeh İsabəyov Elxan Əmirbəy oğlu həm də bu barədə xx xxxxxxx 2018-ci il tarixdə Quxur Oba bələdiyyəsinin sədrinin adına yazılı izahat da vermişdir. Lakin buna baxmayaraq cavabdeh həmin tarixdən sonra da iddiaçıların torpaq sahələrindən qanunsuz olaraq istifadə etməyə davam etmiş, həmin torpaq sahələrində artıq müxtəlif meyvə tinglərini əkmişdir. Halhazırda da cavabdeh İsabəyov Elxan Əmirbəy oğlu iddiaçılara məxsus həmin cəmi 0.24 hektar həyətyanı torpaq sahələrini qanunsuz zəbt etməklə istifadə etməyə davam edir. İddiaçıların Quxur Oba bələdiyyəsindən aldıqları həmin 0.24 hektar həyətyanı torpaq sahələri Quxur Oba bələdiyyəsinə məxsus olmuş torpaq sahələridir. Həmin torpaq sahələri və yaxınlıqda yerləşən digər torpaq sahələri hələ Quxur Oba bələdiyyəsinin balansında olan vaxt müxtəlif şəxslər, o cümlədən cavabdeh İsabəyov Elxan Əmirbəy oğlu tərəfindən zəbt edilmişdir. Bu barədə Quxur Oba bələdiyyəsi həmin torpaq sahələrinin bələdiyyənin qanuni istifadəsinə qaytarılması barədə məhkəmədə iddia qaldırmış və Qusar rayon məhkəməsinin xx xxxx 2004-cü il tarixli 2-159/2004 saylı qətnaməsinə əsasən həmin torpaq sahələri qanunsuz istifadə etdikləri şəxslərdən, o cümlədən cavabdeh İsabəyov Elxan Əmirbəy oğlundan alınaraq Quxur Oba bələdiyyəsinin qanuni istifadəsinə qaytarılmışdır. İddiaçılar həmin torpaq sahələrini məhkəmə mübahisələri başa çatıb torpaq sahələri bələdiyyəyə qaytarıldıqdan sonra, xx xxxxx 2007-ci il tarixdə almışlar. Qusar rayon Məhkəməsinin 2(029)-268/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qərardadına əsasən iddiaçılar İddiaçı və Cavabdeh Qusar rayonu Quxur oba Bələdiyyəsinə qarşı cavabdehin xx xxxxxx 2019-cu il tarixli 08 nömrəli qərarının ləğv edilməsi tələbinə və iddiaçı İsabəyov Elxan Əmirbəy oğlunun cavabdeh Azərbaycan Respublikası Qusar rayonunun Quxuroba Bələdiyyəsinə qarşı “Qusar rayonu, Quxur oba kənd Bələdiyyəsinin xx xxxxx 2007-ci il tarixli 03 saylı və xx xxxxx 2007-ci il tarixli 04 saylı qərarını və eyni tarixli torpaqların alqı-satqısına dair aktların etibarsız hesab edilməsi tələbinə dair iddialara Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində mahiyyəti üzrə baxılıb həll edilənədək hazırki mülki iş üzrə icraat dayandırılmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-138/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarına əsasən Qusar rayonu Quxur-oba bələdiyyəsinin xx xxxxxx 2019-cu il tarixli 08 nömrəli qərarı ləğv edilmişdir. Həmin işdə üçüncü şəxs kimi iştirak edən cavabdeh İsabəyov Elxan Əmirbəy oğlu Sumqayıt İnzibati Məhkəməsinin 2- 1(118)-138/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarından Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-291/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə İsabəyov Elxan Əmirbəy oğlunun Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-138/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarından verdiyi apellyasiya şikayəti mümkün sayılmamışdır. İsabəyov Elxan Əmirbəy oğlu Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-291/2020 saylı xx xxxxxx 2020-ci l tarixli qərardadından Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-293/2021 saylı, xx xxxxxx 2021-ci il tarixli qərarına əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-291/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılaraq İsabəyov Elxan Əmirbəy oğlunun kassasiya şikayəti təmin edilməmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin e-2-1(085)-1383/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadına əsasən İsabəyov Elxan Əmirbəy oğlunun Azərbaycan Respublikasının “Qusar rayonu, Quxur-oba Bələdiyyəsinin xx xxxxx 2007-ci il tarixli 03 saylı və xx xxxxx 2007-ci il tarixli 04 saylı qərarlarının və eyni tarixli torpaqların alqısatqısına dair aktların etibarsız hesab edilməsinə dair iddiası geri götürülmüş hesab edilərək iş üzrə icraata xitam verilmişdir. Həmçinin iş üzrə keçirilmiş xx xxxxxxxx 2019-cu il tarixli 11063 saylı torpaqşünaslıq ekspertizasına əsasən, cavabdeh tərəfindən iddiaçılara məxsus torpaq sahələrinin istifadə olunması, cavabdeh İsabəyov Elxan Əmirbəy oğlu tərəfindən AN 343722 saylı X17 və Ölçüsünə əsasən verilmiş 0.12 ha torpaq sahəsi bütünlüklə, AN 343723 saylı X17 və Ölçüsünə əsasən verilmiş torpaq sahəsinin isə 0.10 ha hissəsini istifadə etməsi müəyyən olunmuşdur. Odur ki, qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. xx xxxx 2019-cu il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçılar Cavabdeh və İddiaçı iddianı müdafiə edərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. xx xxxx 2019-cu il tarixdə keçirilmiş məhkəmə iclasında cavabeh İsabəyov Elxan Əmirbəy oğlu iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, o, Qusar rayonunun Quxur Oba kəndində yaşayır. Quxur Oba kəndində özünə məxsus 0.12 hektar həyətyanı torpaq sahəsi var. O, həmin torpaq sahəsində 1996-cı ildə ev tikmiş və hazırda həmin evdə yaşayır. İddiaçıların qeyd etdikləri 0.24 hektar torpaq sahəsi onun evinin ətrafında yerləşir. İddiaçıların iddiası tamamilə əsassızdır. O, heç bir torpaq sahəsini zəbt etməmişdir. İddiaçıların məhkəməyə təqdim etdikləri torpağın ayrılmasına dair Quxur Oba bələdiyyəsinin 03 və 04 saylı, xx xxxxx 2007-ci il tarixli qərarı və torpağın alqı-satqısına dair xx xxxxx 2007-ci il tarixli aktlarda uyğunsuzluqlar vardır. Torpaqların alqı-satqısına dair aktın məzmunundan görünür ki, iddiaçılara torpaq sahələri xx xxxxx 2007-ci il tarixli bələdiyyə qərarı ilə verilmişdir. Bu qərarda iddiaçıların xx xxxxxx 2007-ci il tarixli torpağın alınması barədə niyyət ərizələri əsasında verilmişdir. Burada olan uyğunsuzluq ondan ibarətdir ki, tərəflər arasında alqı-satqıya dair akt vətəndaşlar ərizə verməmişdən öncə xx xxxxx 2007-ci il tarixdə tərtib edilərək imzalanmışdır. Halbu ki, vətəndaşlar ərizəni aktdan 4 ay sonra, yəni xx xxxxxx 2007-ci il tarixdə vermişlər. Qanuna əsasən vətəndaşlar niyyət ərizələrini qərar verilməmişdən öncə verməlidirlər. Eyni qanunsuzluqlar xx xxxxx 2007-ci il tarixli 03 və 04 saylı qərarlarda və eyni tarixli alqı-satqı haqqında aktlarda da öz əksini tapmışdır. Həmçinin, 03 saylı, xx xxxxx 2007-ci il tarixli bələdiyyə qərarına əsasən İddiaçı Kəbit oğlu ilə Bələdiyyə arasında olan alqı-satqı aktında da aydın şəkildə qeyd edilmişdir ki, İddiaçı torpağın dəyərinə görə bələdiyyənin hesabına 051428 saylı qəbzlə 228 (iki yüz iyirmi səkkiz) AZN ödəniş etmişdir. Amma iş materiallarına əlavə edilmiş qəbzin nömrəsi və tarixi isə tamamilə başqadır. Həmin qəbz 051472 saylı, xx xxxxxx 2009-cu il tarixlidir. Eyni uyğunsuzluq 04 saylı, xx xxxxx 2007-ci il tarixli bələdiyyə qərarına əsasən Cavabdeh ilə bələdiyyə arasında olan alqı-satqı aktında da mövcuddur. Belə ki, həmin aktda da qeyd edilir ki, Cavabdeh bələdiyyə hesabına alınan torpağa görə 051425, xx.xx.2007-ci il tarixli qəbzlə 228 (iki yüz iyirmi səkkiz) AZN ödəniş etmişdir. Həmin iş üzrə əlavə edilmiş qəbzin nömrəsi də tamamilə başqadır. Həmçinin Aktda qeyd edilmişdir ki, pulun dəyəri bələdiyyənin Kapital Bankdakı hesabına ödənilmişdir. Hansı ki, həmin pul banka deyil, bir başa bələdiyyəyə ödənilmişdir. Bundan əlavə xx xxxxx 2007-ci il tarixli 04 saylı qərarın məzmunundan aydın şəkildə görünür ki, iddiaçılara verilən torpaq Quxur Oba bələdiyyəsinin ehtiyyat fondunun, perspektivli kənd təsərrüfatına yararlı torpaq sahəsindən hər birinə 0.12 hektar olmaqla, cəmi 0.24 hektar olmaqla həyətyanı məqsədilə verilmişdir. Qusar rayon məhkəməsinin 2-159/2004 saylı qətnaməsindən aydın şəkildə görünür ki, mübahisəli torpaq örüş torpağıdır. Ona görə də, qeyd edilənləri nəzərə alıb iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı, Cavabdeh və cavabdeh İsabəyov Elxan Əmirbəy oğlu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı Cavabdeh və cavabdeh İsabəyov Elxan Əmirbəy oğlu sonuncu məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə qeyd edilənlərə əsasən işə iddiaçı Cavabdeh və cavabdeh İsabəyov Elxan Əmirbəy oğlunun iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı nümayəndəsi və vəkili X8 izahatını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Qusar rayon Quxuroba bələdiyyəsinin xx xxxxx 2007-ci il tarixli 04 nömrəli qərarının təsdiq olunmuş surətindən görünür ki, Quxuroba kənd sakini İddiaçı oğluna Quxuroba bələdiyyə ehtiyat fondunun alqı-satqı predmeti olan perspektiv torpaq sahəsindən, 0.12 ha həyətyanı torpaq sahəsi satılması qərara alınmışdır. İşdə olan Torpaqların alqı-satqısına dair Aktdan görünür ki, Qusar rayonu Quxuroba kəndində yaşayan İddiaçı Qusar rayonu Quxuroba bələdiyyəsi ərazisində yerləşən 0.12 ha torpaq sahəsinin satılması barədə xx xxxxx 2007-ci il tarixli 04 nömrəli qərar qəbul edilmişdir. Bunun müqabilində İddiaçı tərəfindən Qusar rayon Kapital Banka 228 manat ödənilmişdir. İşdə olan Fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması (satılması) barədə DT və XK Qusar rayon şöbəsinin rəyindən görünür ki, Torpaqların alqı-satqı qaydalarına və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” əsasnaməyə uyğun olaraq Quxur-oba X2 fondundan Quxur-oba kənd sakini Cavabdeh 0.12 ha torpaq sahəsinin həmin məqsədi üçün ayrılması (satılması) qanuna müvafiq hesab olunmuşdur. İşdə olan Fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması (satılması) barədə DT və XK Qusar rayon şöbəsinin rəyindən görünür ki, Torpaqların alqı-satqı qaydalarına və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” əsasnaməyə uyğun olaraq Quxur-oba X2 fondundan Quxur-oba kənd sakini İddiaçı 0.12 ha torpaq sahəsinin həmin məqsədi üçün ayrılması (satılması) qanuna müvafiq hesab olunmuşdur. İşdə olan Torpaqların alqı-satqısına dair Aktdan görünür ki, Qusar rayonu Quxuroba kəndində yaşayan Cavabdeh Qusar rayonu Quxuroba bələdiyyəsi ərazisində yerləşən 0.12 ha torpaq sahəsinin satılması barədə xx xxxxx 2007-ci il tarixli 04 nömrəli qərar qəbul edilmişdir. Bunun müqabilində Cavabdeh tərəfindən Qusar rayon Quxur-oba bələdiyyə hesabına 228 manat ödənilmişdir. İşdə olan Azərbaycan Respublikası Qusar rayon Quxuroba bələdiyyəsinin xx xxxxx 2007-ci il tarixli 04 nömrəli qərarının təsdiq olunmuş surətindən görünür ki, Quxuroba kənd sakini Cavabdeh Quxuroba bələdiyyə ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına yararlı torpaq sahəsindən, alqı-satqı qaydasıda 0.12 ha həyətyanı torpaq sahəsinin satılması qərara alınmışdır. İşdə olan Qusar rayon Məhkəməsinin 2-159/2004 saylı xx xxxx 2004-cü il tarixli qətnaməsinin surətindən görünür ki, Əmirbəyov Elxan Əmirbəyov oğlunun 1.90 hektar X3 1.40 hektar, X13 0.73 hektar, X10 0.30 hektar, Əlimuradov Sultanəhməd oğlunun 2.40 hektar və X4 zəbt etdikləri 0.12 hektar torpaq sahələri buraxılsın və Quxur-oba kənd bələdiyyəsinin balansına daxil edilməsi, Quxur-oba bələdiyyəsinin xx xxxx 2002-ci il tarixli qərarı, Mucuq kənd bələdiyyəsinin xx xxxxxx 2003-cü il tarixli icarə müqaivləsi, xx xxxxx 2003-cü il tarixli 04 saylı qərarı, xx xxxxxx 2002-ci il tarixli Sərəncamı və inzibati ərazi bölgüsündə dəyişiklər edilməsinə dair bağlanılmış xx xxxxxxxx 2001-ci il tarixli aktın etibarsız hesab edilməsi, Quxur-oba kənd bələdiyyəsinə cavabdehlər Əmirbəyov Elxan Əmirbəy oğluna, X5 və X1 ev tikmək məqsədi ilə qanunvericilikdə nəzərdə tutulmuş torpaq sahələrinin satılmasının təmin edilməsinin tapşırılması qət edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş Dövlət Torpaq Kadastrı kitabında xx xxx 2011-ci il tarixdə 357 nömrə ilə uçota alınmış A№ 343723 saylı X17 və ölçüsünün təsdiq edilmiş surətindən görünür ki, Qusar rayonu Quxuroba bələdiyyəsinin xx xxxxx 2007-ci il tarixli 03 saylı qərarı ilə İddiaçı Kabət oğluna Qusar rayonu Quxur-oba kəndi ərazisindən 1200 kv.m. fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş Dövlət Torpaq Kadastrı kitabında xx xxx 2011-ci il tarixdə 358 nömrə ilə uçota alınmış A№ 343722 saylı X17 və ölçüsünün təsdiq edilmiş surətindən görünür ki, Qusar rayonu Quxuroba bələdiyyəsinin xx xxxxx 2007-ci il tarixli 03 saylı qərarı ilə Cavabdeh Qusar rayonu Quxur-oba kəndi ərazisindən 1200 kv.m. fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi verilmişdir. İşdə olan Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin e-2-1(085)-1383/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərardadının surətindən görünür ki, İsabəyov Elxan Əmirbəy oğlunun Azərbaycan Respublikası Qusar rayonunun Quxuroba bələdiyyəsinə qarşı “Qusar rayonu, Quxur oba kənd Bələdiyyəsinin xx xxxxx 2007-ci il tarixli 03 saylı və xx xxxxx 2007-ci il tarixli 04 saylı qərarını və eyni tarixli torpaqların alqı-satqısına dair aktların etibarsız hesab edilməsinə” dair iddiası geri götürülmüş hesab edilməsi və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İşdə olan Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-138/2020 saylı xx xxxxxx 2020ci il tarixli qərarının surətindən görünür ki, iddiaçılar İddiaçı və Cavabdeh 0.12 ha torpaq sahəsinin satılması barədə Qusar rayonu Quxuroba bələdiyyəsinin xx xxxxx 2007-ci il tarixli 04 nömrəli qərarının ləğv edilməsi barədə Qusar rayonu Quxuroba bələdiyyəsinin xx xxxxxx 2019-cu il tarixli 08 saylı qərarının ləğv edilməsi qərara alınmışdır. İşdə olan Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2-1(105)-291/2020 saylı qərardadının surətindən görünür ki, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-138/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarından İsabəyov Elxan Əmirbəy oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün sayılmaması qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-293/2021 saylı xx xxxxxx 2021-ci il tarixli qərarının surətindən görünür ki, üçüncü şəxsin kasasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2-1(105)-291/2020 saylı qərarı, həmin qərarın “Qərara aldı:” hissəsindəki “İsabəyov Elxan Əmirbəy oğlunun üçüncü şəxs qismində prosessual iştirakına xitam verilsin” cümləsi qərardaddan xaric edilməklə, dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2019-cu il tarixli 11063 nömrəli eskpert rəyindən görünür ki, xx xxx 2011-ci il tarixli AN 343723 saylı və xx xxx 2011-ci il tarixli AN 343722 saylı X17 və Ölçüsünə əsasən iddiaçılar İddiaçı və X6 məxsus Qusar rayonu Quxur oba kəndində yerləşən cəmi 0.24 hektar həyətyanı torpaq sahələrinin naturada ölçüləri 0.24 hektardır. Həmin ölçülər hüquqmüəyyənedici sənədə uyğundur. Cavabdeh İsabəyov Elxan Əmirbəy oğlu tərəfindən iddiaçılara məxsus torpaq sahəsi istifadə olunur. Cavabdeh İsabəyov Elxan Əmirbəy oğlu tərəfindən AN 343722 saylı X17 və Ölçüsünə əsasən verilmiş 0.12 ha torpaq sahəsi bütünlüklə, AN 343723 saylı X17 və Ölçüsünə əsasən verilmiş torpaq sahəsinin isə 0.10 ha hissəsi istifadə edilir. Lakin ekspertizaya təqdim olunmuş əlavə sənədlərdən görünür ki, Qusar rayonu Quxur-oba Bələdiyyəsinin xx xxxxxx 2019-cu il tarixli 08 saylı iclas Protokolu ilə İddiaçı 0.12 ha torpaq sahəsinin ayrılması barədə Quxuroba Bələdiyyəsinin xx.xx.2017-ci il tarixli 04 saylı və Cavabdeh ayrılmış 0.12 ha torpaq sahəsinin ayrılmasına dair xx.xx.2017-ci il tarixli 04 saylı qərarları ləğv edilib. Beləliklə, məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, cavabdeh İsabəyov Elxan Əmirbəy oğlu xx xxx 2011-ci il tarixli A№ 343723 saylı X17 və Ölçüsünə əsasən İddiaçı məxsus Qusar rayonu Quxuroba kəndi ərazisində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinin 0.10 hissəsindən, xx xxx 2011-ci il tarixli A№ 343722 saylı X17 və Ölçüsünə əsasən iddiaçı Cavabdeh məxsus Qusar rayonu Quxuroba kəndi ərazisində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsindən bütünlüklə istifadə edir Ona görə məhkəmə hesab edir ki, cavabdeh İsabəyov Elxan Əmirbəy oğlu xx xxx 2011-ci il tarixli A№ 343723 saylı X17 və Ölçüsünə əsasən İddiaçı məxsus Qusar rayonu Quxuroba kəndi ərazisində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinin 0.10 hissəsindən, xx xxx 2011-ci il tarixli A№ 343722 saylı X17 və Ölçüsünə əsasən iddiaçı Cavabdeh məxsus Qusar rayonu Quxuroba kəndi ərazisində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsindən bütünlüklə çıxarılmalı və həmin torpaq sahələri iddiaçıların qanuni istifadəsinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 3-cü bəndində göstərilir ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci bəndinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. İnsan Hüquqlarının və X9 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-i və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzssiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tədqiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. İş üzrə 207.96 (iki yüz yeddi manat doxsan altı qəpik) manat təşkil edən ekspertiza xərcləri cavabdeh İsabəyov Elxan Əmirbəy oğlundan tutularaq 107.96 (bir yüz yeddi manat doxsan altı qəpik) manat Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı Dövlət Xəzinədarlıq Agentliyi, Kodu- 210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFИFT BИK- CTREAZ22) hesabına və 100 (bir yüz) manat isə Kapital Bankın 1 saylı Xətai Filialı, Kod:200071 VÖEN (BANK) **********, Müxbir hesab: AZ37NABZ0135001**********1944, SWİFT: ALİİBAZ2X, Kadastr və Yerquruluşu Lahiyə-Tədqiqat Mərkəzi MMC-VÖEN **********, Hesab N:AZ23AİİB******************** hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İsabəyov Elxan Əmirbəy oğlu xx xxx 2011-ci il tarixli A№ 343723 saylı X17 və Ölçüsünə əsasən İddiaçı məxsus Qusar rayonu Quxuroba kəndi ərazisində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinin 0.10 hissəsindən, xx xxx 2011-ci il tarixli A№ 343722 saylı X17 və Ölçüsünə əsasən iddiaçı Cavabdeh məxsus Qusar rayonu Quxuroba kəndi ərazisində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsindən bütünlüklə çıxarılsın və həmin torpaq sahələri iddiaçıların qanuni istifadəsinə qaytarılsın. İş üzrə 207.96 (iki yüz yeddi manat doxsan altı qəpik) manat təşkil edən ekspertiza xərcləri cavabdeh İsabəyov Elxan Əmirbəy oğlundan tutularaq 107.96 (bir yüz yeddi manat doxsan altı qəpik) manat Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı Dövlət Xəzinədarlıq Agentliyi, Kodu- 210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFИFT BИK- CTREAZ22) hesabına və 100 (bir yüz) manat isə Kapital Bankın 1 saylı Xətai Filialı, Kod:200071 VÖEN (BANK) **********, Müxbir hesab: AZ37NABZ0135001**********1944, SWİFT: ALİİBAZ2X, Kadastr və Yerquruluşu Lahiyə-Tədqiqat Mərkəzi MMC-VÖEN **********, Hesab N:AZ23AİİB******************** hesabına keçirilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(029)-33/2021
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-33/2021
26.02.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver