Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-330/2025 08.05.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “müayinə keçirilməsinə yaradılan maneçiliyə son qoyulması tələbinə” dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “müayinə keçirilməsinə yaradılan maneçiliyə son qoyulması tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən, JN- 029F KOD 30106038 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasən mərhum valideynləri X6, X1 və onun mülkiyyətində olan Qusar rayonu, Həsənqala kəndində yerləşən 0,30 ha həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar həmin daşınmaz əmalakın müayinəsinə yönələn maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırmışdır ki, JN-029F KOD 30106038 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında Qusar rayon Aqrar islahat Komissiyasının 12 avqust 1999-cu il tarixli 10/4 saylı qərarı ilə mərhum valideynləri X6, X2 və onun mülkiyyətinə Qusar rayonu, Həsənqala kəndində yerləşən 0,30 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi üzərində valideynlərinə məxsus fərdi yaşayış evi vardır. Cavabdeh onun qardaşıdır. X3 23 iyul 2002-ci ildə, anası X4 02 mart 2003-cü ildə vəfat etmişdir. O, valideynləri ilə birgə paylı mülkiyyətçisidir. Hal-hazırda həmin torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə hüquqların dövlət reyestrində qeydiyyata alınması və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq istəyir. Bu məqsədlə notariat ofisinə və Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı publik hüquqi şəxsin 5 saylə Ərazi İdarəsinə müraciət etmişdir, idarənin əməkdaşları sənədləri ekspertiza etmiş və daşınmaz əmlakın müayinəsi üçün daşınmaz əmlakın yerləşdiyi əraziyə gəlmişdir. Müayinə zamanı cavabdeh müayinə işlərinin aparılmasına maneçilik törətmişdir. Buna səbəbdən mübahisə olduğu üçün müayinənin aparılması mümkün olmamışdır. Ona görə də “Daşınmaz əmlakın Dövlət reyestri haqqında ” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizəsinin icrasından imtina olunmuşdur. Bununla da o, paylı mülkiyyətçisi olduğu torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasına nail ola bilmir. İddia ərizəsinə əlavə edilmiş Qusar rayonu Notariat Ofisi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Ərazi İdarəsinə ünvanlanmış 06 mart 2024- cü il tarixli x/272 və x/273 nömrəli vərəsəlik məktublarından da görünür ki, o, valideynlərinin ölümündən sonra miras qalmış əmlaklara dair vərəsəliyin qəbulu və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün notariat ofisinə müraciət etmiş və mərhum valideynlərinin vərəsələri sırasına daxildir. Hal-hazırda Cavabdeh müayinəyə maneə yaratdığına görə vərəsəlik və mülkiyyət hüquqlarını da həyata keçirə bilmir. Ona görə də hazırki, iddia tələbi ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında İddiaçı iddianı qəbul etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq etmiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməmiş və iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin olunmalıdır. Belə ki, işdə olan JN-029F KOD 30106038 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Qusar rayon AİK-in 10/4 saylı 12 avqust 1999-cu il tarixli qərarı ilə Qusar rayonu Həsənqala kəndində X5, X1 və İddiaçı mülkiyyətinə 0.30 ha fərdi yaşayış evi təyinatlı torpaq sahəsi verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, JN-029F KOD 30106038 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında Qusar rayon Aqrar islahat Komissiyasının 12 avqust 1999-cu il tarixli 10/4 saylı qərarı ilə İddiaçı mərhum valideynləri X6, X2 və İddiaçı mülkiyyətinə Qusar rayonu, Həsənqala kəndində yerləşən 0,30 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi üzərində iddiaçının valideynlərinə məxsus fərdi yaşayış evi vardır. Cavabdeh İddiaçı qardaşıdır. İddiaçı X3 23 iyul 2002-ci ildə, anası X4 02 mart 2003-cü ildə vəfat etmişdir. İddiaçı həmin torpaq sahəsinin valideynləri ilə birgə paylı mülkiyyətçisidir. İddiaçı həmin torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə hüquqların dövlət reyestrində qeydiyyata alınması və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq istəyir. Bu məqsədlə notariat ofisinə və Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı publik hüquqi şəxsin 5 saylı Ərazi İdarəsinə müraciət etmiş, daşınmaz əmlakın müayinəsi üçün daşınmaz əmlakın yerləşdiyi əraziyə gəlmişdir. Lakin həmin idarələrin əməkdaşları tərəfindən müayinə aparılmasına Cavabdeh tərəfindən maneçiliklər törədilmişdir. Bununla da, iddiaçının mülkiyyət hüququ pozulmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 1-3-cü hissələrinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci bəndinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədənaidiyyatı üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzssiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tədqiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, iddiaçı tərəf öz iddiasının əsası kimi istinad etdiyi halları tam sübuta yetirmişdir. Beləliklə, məhkəmə iddiaçının dəlilləri ilə razılaşaraq hesab edir ki, Cavabdeh tərəfindən, JN-029F KOD 30106038 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasən X5, X1 və İddiaçı mülkiyyətində olan Qusar rayonu, Həsənqala kəndində yerləşən 0,30 ha həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar həmin daşınmaz əmlakın müayinəsinə yönələn maneələr aradan qaldırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən, JN-029F KOD 30106038 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasən X5, X1 və İddiaçı mülkiyyətində olan Qusar rayonu, Həsənqala kəndində yerləşən 0,30 ha həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar həmin daşınmaz əmlakın müayinəsinə yönələn maneələr aradan qaldırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əli Cəlilov
Məhkəmə qərarları › İş №2(029)-330/2025
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-330/2025
08.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver