Məhkəmə qərarları › İş №2(029)-34/2025

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-34/2025

08.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-34/2025 08.01.2026 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı X11 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X11 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh torpaq sahəsinə görə ödədiyi 1900 manat məbləğində pul vəsaiti, 2012-ci ildən hazıradək olan dövr ərzində infilyasiya faizləri nəzərə alınıb indeksasiya olunmaqla, o cümlədən torpaq sahəsinim dəyəri indeksasiya olunmaqla cəmi 20000 manat məbləğində pul vəsaitinin, həmçinin dövlət rüsumu kimi onun tərəfindən ödənilmiş 150 manat məbləğində pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı X11 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə iddia ərizəsinə dəqiqləşmə ilə müraciət edərək bildirmişdir ki, iddia ərizəsində qeyd etdiyi kimi, onunla Cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmış, lakin həmin müqavilə lazımi formada bağlanmadığından, yəni notariat qaydasında təsdiqlənmədiyindən əhəmiyyətsiz bir əqd olmuşdur. Bununla belə, əhəmiyyətsiz olsa da, həmin razılaşma üzrə o, həmin şəxsə 1900 manat məbləğində pul vermişdir. Cavabdeh torpaq sahəsinin rəsmiləşdirilməsindən yayınsa da, ondan aldığı pulu ona qaytarmalı olduğu halda qaytarmamış, uzun müddət özlərində saxlamış və bununla ona zərər dəymişdir. Bundan başqa, onun tərəfindən həmin torpaq sahəsinə xərclər çəkilərək bağ salınmış, hazırda həmin bağdan da məhrum olmuşdur. Belə ki, bağ sahəsinin salınması üçün onun tərəfindən xeyli sayda meyvə ağacları alınmış, həmin ağaclara hər il aqrotexniki qulluq göstərməklə onların böyüməsini təmin etmişdir. Cavabdeh isə həmin bağın salınmasına heç bir etirazını bildirməmiş, çünki torpaq sahəsinin faktiki olaraq ona məxsus olduğunu etiraf etmişdir. Həmin bağ sahəsinin salınması üçün onun tərəfindən 20000 manatdan artıq xərc çəkilmişdir. Bu barədə məhkəmə tərəfindən müvafiq ekspertiza təyin olunsa, torpaq sahəsində çoxlu sayda meyvə ağaclarının olması, onların xeyli müddət əvvəl əkildiyi və xüsusi aqrotexniki qulluq göstərildiyi müəyyən olunar. Bu səbəbdən də hesab edir ki, yuxarıda göstərilən torpaq sahəsinin alınması ilə əlaqədar onun tərəfindən ödənilmiş 1900 manat, o cümlədən həmin torpaq sahəsində bağ sahəsinin salınması üçün çəkdiyi xərclər hesablanmaqla cəmi 20000 manat məbləğində pul vəsaiti Cavabdeh alınıb ona verilməlidir. Cavabdeh torpaq sahəsinə görə ödədiyi 1900 manat məbləğində pul vəsaiti 2012-ci ildən hazıradək olan dövr ərzində infilyasiya faizləri nəzərə alınıb indeksasiya olunmaqla, o cümlədən torpaq sahəsində bağ sahəsinin salınması üçün çəkdiyi xərclərin əvəvzi hesablanmaqla cəmi 20000 manat məbləğində pul vəsaitinin alınaraq, həmçinin dövlət rüsumu kimi onun tərəfindən ödənilmiş 150 manat məbləğində pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı X11 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə məhkəyə iddia ərizəsinə dəqiqləşmə verərək bildirmişdir ki, torpaq sahəsinə görə ödənilmiş 1900 manat pul vəsaitinin 2012-ci ildən hazırki dövrə kimi olan inflyasiya faizlərini nəzərə alaraq inflyasiya olunaraq 1900 manat X 2.2 = 4180 manat və həmin torpaq sahəsinin çəkilmiş xərc 20050 manat, həmçinin ödənilmiş dövlət rüsumu 150 manat olmaqla, cəmi 24380 (iyirmi dörd min üz yüz səksən) manat məbləğində pulun Cavabdeh tutularaq iddiaçının xeyrinə verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslanırılmışdır ki, o, Qusar rayonu Qarat-oba kənd sakini olmaqla ailəsilə birlikdə həmin kənddə yaşayır. 2012-ci ildə həmkəndlisi Cavabdeh həmin şəxsin özünə və ailə üzvlərinə məxsus olan 1 ha torpaq sahəsini 1900 manata satın almışdır. Həmin vaxt Cavabdeh və onun həyat yoldaşı X13 08 may 2012-ci il tarixdə onun adına 50 il müddətinə etibarnamə vermişlər ki, həmin torpaq sahəsini ailə üzvlərindən birinin adına rəsmiləşdirsin. Bundan sonra, onun, Cavabdeh Nurrnət oğlunun və İmaməddin Vahidovun iştirakı ilə 12 mart 2013-cü il tarixli akt tərtib olunmuş, həmin aktda Cavabdeh 1 ha torpaq sahəsinin 1900 manata ona satıldığı göstərilmiş və akt Qusar rayonu Şirvanovka bələdiyyəsi tərəfindən təsdiq edilmişdir. Həmin vaxtdan sonra o, Rusiya Federasiyasına getmiş və təxminən 5 il bundan əvvəl Qusar rayonu Qarat-oba kəndinə qayıdaraq Ağamət Gərəxanovdan satın aldığı torpaq sahəsindən istifadə etməyə başlamış, orada bağ sahəsi salaraq müxtəlif meyvə ağacları əkmişdir. Bununla bağlı təxminən 10000 manat məbləğində xərc çəkmiş, mütəmadi olaraq bağ sahəsinə qulluq etmişdir. Təxminən 1 il bundan əvvəl torpaq sahəsini etibarnamə və dövlət aktını notariat orqanına təqdim edərək satın aldığı torpaq sahəsini ailə üzvlərindən birinin adına rəsmiləşdirilməsini xahiş etmiş, notariat ofisində ona bildirmişlər torpaq sahəsi Cavabdeh və ailə üzvlərinin adlarına olduğundan torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanması üçün digər mülkiyyətçilərin də notariat ofisinə gələrək müqaviləyə imza etməli olduqlarını bildirmişlər. Bundan sonra o, Cavabdeh müraciət edərək Dövlət Aktında olan yalnışlığın düzəldilərək ailə üzvlərinin notariat ofisinə gəlmələrini xahiş etdikdə həmin şəxs bundan imtina edərək torpaq sahəsini rəsmiləşdirmək istəmədiyini bildirmişdir. O, isə torpaq sahəsini 10 il əvvəl ondan satın aldığını, buna görə ona pul verdiyini, torpaq sahəsində bağ sahəsini saldığını, bununla bağlı 10000 manat məbləğində xərc çəkdiyini bildirmişdir. Lakin, buna baxmayaraq cavabdeh alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsindən imtina etmişdir. Göründüyü kimi, onunla Cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmış, lakin həmin müqavilə lazımi formada bağlanmadığından, yəni notariat qaydasında təsdiqlənmədiyindən əhəmiyyətsiz bir əqd olmuşdur. Bununla belə, əhəmiyyətsiz olsa da, həmin razılaşma üzrə o, həmin şəxsə 1900 manat məbləğində pul vermişdir. Cavabdeh torpaq sahəsinin rəsmiləşdirilməsindən yayınsa da, ondan aldığı pulu ona qaytarmalı olduğu halda qaytarmamış, uzun müddət özlərində saxlamış və bununla ona zərər dəymişdir. Çünki, o, torpaq sahəsini satın almaq imkanından məhrum olmuş, həmçinin cavabdehə verdiyi pul vəsaiti xeyli miqdarda infilyasiyaya uğramışdır. Belə ki, hazırda onun cavabdehdən aldığı torpaq sahəsinin dəyəri təxminən 20000 manat təşkil edir. Bundan başqa, onun tərəfindən həmin torpaq sahəsinə xərclər çəkilərək bağı salınmış, hazırda həmin bağdan da məhrum olmuşdur. Bu səbəbdən də hesab edir ki, yuxarıda göstərilən torpaq sahəsinin alınması ilə əlaqədar onun tərəfindən ödənilmiş 1900 manat, o cümlədən həmin pulun 2012-ci ildən hazıradək plan dövr ərzində infilyasiya faizləri, torpaq sahəsinin dəyəri indeksasiya olunmaqla cəmi 20000 manat məbləğində pul vəsaiti Cavabdeh alınıb ona verilməlidir. Həmçinin, onun tərəfindən ödənilmiş 150 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq ona verilməlidir. Cavabdeh məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, o, iddianı qəbul etmir, iddia qanunsuz və əsassızdır. Belə ki, iddiaçı Hacıbala Nuriyev iddia ərizəsində qeyd etmişdir ki, guya o, özünə və ailə üzvlərinə məxsus 1.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 1900 manata satmışdır. Halbuki, həmin şəxslə onun arasında heç bir alqı-satqı müqaviləsi bağlamamış, torpaq sahəsinin alqı-satqısı ilə bağlı həmin şəxsdən hər hansı məbləğdə pul almamışdır. İddiaçı onun tərəfindən guya ona pul verilməsini təsdiq edən akt təqdim edilmişdir. Həmin aktı o, imzalamamış, kimin imzalamasından xəbəri yoxdur. Əgər iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin olunsa, aydın olar ki, aktda olan imza ona aid deyil. İşin faktiki halları ilə bağlı bildirir ki, o, və onun həyat yoldaşı X13 08 may 2012-ci il tarixdə iddiaçı Hacıbala Nuriyevin adına 50 il müddətinə etibarnamə vermişdir. Həmin etibarnaməni onlar qeyd olunan 1.0 ha torpaq sahəsindən istifadə etməsi məqsədi ilə vermişdir. İddiaçı Hacıbala Nuriyev onlara məxsus torpaq sahəsində saldığı bağı alqı-satqı əsasında deyil, istifadəyə götürməklə salmışdır. Hal-hazırda isə Hacıbala Nuriyev həmin torpaq sahəsini ona satmaq üçün ona təsir göstərir. O və ailə üzvləri isə həmin torpaq sahəsini iddiaçıya satmaq istəmirlər. Göründüyü kimi, iddiaçı Hacıbala Nuriyevlə onun arasında öhdəlik münasibətlərinin mövcud olmasını, həmçinin onun iddiaçı qarşısında pul öhdəliyinin olmasını məhz iddiaçı sübut etməlidir. İddiaçı X9 cavabdeh X1 qarşı pul tələbinə dair iddiası rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddiaçı X17 iddiaı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq etmiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddiaçı X11 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddiaı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq etmiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı X14 və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq onlar, məhkəmə iclasına gəlməmiş, iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, o, iddianı və ona əlavəni müdafiə edir, təmin edilməsini xahiş edir. Həmçinin bildirmişdir ki, şəxsi işlərilə əlaqədar təyin olunmuş məhkəmə iclaslarında iştirak edə bilmir. Odur ki, işə onun və X11 iştirakları olmadan baxaraq, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan JN 0040 KOD 30124078 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Qusar rayon AİK-nin 30 sentyabr 1997-ci il tarixli 14/2 saylı qərarı ilə Qusar rayon Qaratoba kəndi ərazisindən 5.85 ha torpaq sahəsi X7, X4, X8, X2, X3, X5 və X6 mülkiyyətlərinə verilmişdir. İşdə olan Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Qusar rayon Statistika İdarəsindən verilmiş məlumatdan görünür ki, inflyasiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətləri indeksi 2025-ci ilin noyabr ayında 2012-ci ilin sentyabr ayına nisbətən 217.5 faiz təşkil etmiş, yəni qiymətlərin səviyyəsi 2.2 dəfə artmışdır. İşdə olan 12 mart 2013-cü il tarixli X17, X15 və X10 tərəfindən tərtib edilmiş aktın surətindən görünür ki, Dövlət aktına əsasən Cavabdeh məxsus JB-0040 kod 30124078 1 (bir) ha torpaq sahəsi X14 nəğdi olaraq 1900 (min doqquz yüz) manata satılmışdır. İşdə olan X29 İnkişaf Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Qusar rayonunun Qarat oba kəndi ərazisində yerləşən, X11 istifadəsində olan torpaq sahəsi təxminən 0,8 ha təşkil edir və sahədə 2012-2013-cü illərdə əkilmiş 40 gilas, 134 fındıq, 3 gavalı, 12 armud, 9 qaysı, 4 şaftalı və 2 tut ağacı əkilmişdir. Baxış zamanı həm də 20 ədəd 2020-2021-ci illərdə əkilmiş gilas tingi də müşahidə olunmuşdur. Baxış nəticələrinə əsasən bildirmək olar ki, əkin sahəsində agrotexniki qaydada xəstəlik, ziyanverici və alaqlara qarşı mübarizə tədbirləri aparılmış, sahədə mineral və üzvi gübrələrdən istifadə olunmuş, əkin sahəsi mütəmadi suvarılmış, ağac diblərinin boşaldılması, ağac gövdələrinə əhəng vurulması və budama kimi tədbirlər həyata keçirilmişdir. 2020-2021-ci ildə 1 ədəd sertifikatlı gilas tingin qiyməti 5 manatdan 8 manata kimi təşkil edirdi. Bağçılıqda istifadə olunan mineral və digər gübrə növlərinin çoxluğunu nəzərə alaraq, baxış keçirtdiyi əkin sahəsində hansı gübrələrdən və hansı normalarda istifadə olunduğunu müəyyən etmək mümkün olmadığından, aqrotexniki tədbirlərə çəkilmiş xərc barədə məlumatların qeyd olunması mümkün olmamışdır. 2012- 2013-cü illərdə bağ sahəsinin salınması və tinglərin növlərə uyğun qiymətlərinin müəyyən edilməsi üçün rayon Statistika idarəsinə və aidiyatı digər qurumlara müraciət etmək tövsiyyə olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən verilimiş 4/968 saylı xx.xx.2025-ci il tarixli məhkəmə-xətşünaslıq ekspertizasının ekspert rəyindən görünür ki, ekspertiza təqdim edilmiş, mülki işin 75-ci vərəqəsində olan 08 may 2012-ci il tarixli etibarnamədə “İmza” qrafasındakı 2-ci imza və həmin imzanın qarşısında “Gərəyxanov A” yazısı - Cavabdeh tərəfindən icra olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən verilimiş 4/968 saylı xx.xx.2025-ci il tarixli məhkəmə-xətşünaslıq ekspertizasının tədqiqat dəyəri 126 (yüz iyirmi altı) manat müəyyən edilmişdir. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş 28 noyabr 2025-ci il tarixli CVN/N 60- 511/25 saylı rəydən görünür ki, Qusar rayonu,Qaratoba kəndində yerləşən mübahisəli bağ sahəsindəki 01 ədəd 12-13 illik alma ağacının bir illik məhsuldarlığı 40-60 kq, 40 ədəd 12 illik gilas ağacının bir illik məhsuldarlığı 20-25 kq, 02 ədəd 15 illik gisal ağacının 1 illik məhsuldarlığı 25-30 kq, 211 ədəd 12-13 illik fındıq kolunun bir illik məhsuldarlığı 14-15 kq (qabıqlı), 03 ədəd 13-14 illik gavalı aöacının bir illik məhsuldarlığı 20-30 kq. 13 ədəd 12-13 illik armud ağacının bir illik məhsuldarlığı 20-25 kq, 09 ədəd 12 illik ərik ağacının bir illik məhsuldarlığı 20-22 kq, 17 ədəd 3 illik gilas ağacları məhsul vermir, 02 ədəd 12 illik tut ağacının bir illik məhsuldarlığı 35-40 kq olan ağacların bazar qiymətlərinin müəyyən etmək üçün araşdırma aparılmış və həmin ağacların bazar qiyməti 20050 (iyirmi min əlli) manat təşkil etmişdir. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş 28 noyabr 2025-ci il tarixli CVN/N 60- 511/25 saylı rəy üzrə xidmət haqqı 300 (üç yüz) manat təşkil etmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli 10894 saylı rəydən görünür ki, İddiaçı tərəfindən Qusar rayon Məhkəməsinin hesabına 150 (yüz əlli) manat rüsum ödənilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş işin materialları ilə müəyyən olunmuşdur ki, İddiaçı cavabdehdən torpaq sahəsini əldə etmək məqsədilə sonuncuya 1900 manat məbləğində pul vermiş, cavabdeh isə həmin şəxsin adına 08 may 2012-ci il tarixdə 50 il müddətinə etibarnamə vermişdir. Cavabdeh iddiaçıdan bu məsələ ilə bağlı pul almadığını, iddiaçının təqdim etdiyi etibarnamənin onun tərəfindən imzalanmadığını bildirsə də, iş üzrə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının yuxarıda qeyd olunan məlum rəyi ilə həmin etibarnamədə olan imzanın məhz cavabdeh tərəfindən icra edildiyi məlum olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə torpaq sahəsinin alınması ilə əlaqədar həqiqətən də 1900 manat məbləğində pul vəsaitinin verilməsini iddiaçı sübuta yetirmişdir. Belə olan halda, məhkəmənin qənaətinə görə iddiaçının həmin pul vəsaitinin, həmin pulun verildiyi vaxtdan indiyədək infilyasiya faizi nəzərə alınmaqla qaytarılmasını tələb etmək hüququ, cavabdehin isə həmin məbləği qaytarmaq öhdəliyi vardır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Mülki Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. İşdə olan Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Qusar rayon Statistika İdarəsindən verilmiş məlumatdan görünür ki, inflyasiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətləri indeksi 2025-ci ilin noyabr ayında 2012-ci ilin sentyabr ayına nisbətən 217.5 faiz təşkil etmiş, yəni qiymətlərin səviyyəsi 2.2 dəfə artmışdır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən 1900 manat məbləğində pul vəsaitinin faizi ilə birlikdə 4180 manat məbləğində pul tələbi əsaslıdır. Bundan başqa, iddiaçı cavabdehin ona satmalı olduğu torpaq sahəsində bağ sahəsi saldığını, bununla bağlı xərclər çəkdiyini bildirərək cavabdehdən çəkilmiş xərcin əvəzinin ona ödənilməsini tələb etmişdir. Məhkəmə həmin iddia tələbini müzakirə edərək qeyd etməyi zəruri hesab edir ki, həqiqətən də, məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, iddiaçı 2012-ci ildən indiyədək cavabdehə məxsus 1.0 ha torpaq sahəsində bağ sahəsi salmış, müxtəlif növlü meyvə ağacları əkmiş, həmin ağaclara qulluq etmiş və s. işlər görmüşdür. Belə ki, işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən verilimiş 3-16-16/2-7/1722-9/8428 saylı xx.xx.2025-ci il tarixli məhkəmə bioloji-məhkəmə əmtəəşünaslıq ekspertizasının ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Qusar rayonu, Qaratoba kəndində yerləşən mübahisəli bağ sahəsindəki ağaclara baxış keçirildikdə 01 ədəd 12-13 illik alma ağacının bir illik məhsuldarlığı-40-60 kq, 40 ədəd 12 illik gilas ağacının bir illik məhsuldarlığı 20-25 kq, 02 ədəd 15 illik gilas ağacının bir illik məhsuldarlığı 25-30 kq, 211 ədəd 12-13 illik fındıq kolunun bir illik məhsuldarlığı 14-15 kq (qabıqlı), 03 ədəd 13-14 illik gavalı ağacının bir illik məhsuldarlığı 20-30 kq, 13 ədəd 12-13 illik armud ağacının bir illik məhsuldarlığı 20-25 kq, 09 ədəd 12 illik ərik ağacının bir illik məhsuldarlığı 20 kq, 04 ədəd 12 illik şaftalı ağacının bir illik məhsuldarlığı 20-22 kq, -17 ədəd 3 illik gilas ağacları məhsul vermir, 02 ədəd 12 illik tut ağacının bir illik məhsuldarlığı 35-40 kq olmaqla bağ salınmışdır. Tədqiqata təqdim edilmiş Qusar rayonu, Qaratoba kəndində yerləşən mübahisəli bağ sahəsindəki ağaclara üzvi və mineral gübrələrin verilməsi, suvarılma, ağac diblərinin boşaldılması kol və ağacların budanmasi bitki gövdələrinin əhənglənməsi, xəstəlik və zərərvericilərə qarşə dərmanlama kimi aqrotexniki qulluqlar edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən verilimiş 3-16-16/2-7/1722-9/8428 saylı xx.xx.2025-ci il tarixli məhkəmə bioloji-məhkəmə əmtəəşünaslıq ekspertizasının tədqiqat dəyəri 100 (yüz) manat müəyyən edilmişdir. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş 28 noyabr 2025-ci il tarixli CVN/N 60- 511/25 saylı rəydən görünür ki, Qusar rayonu,Qaratoba kəndində yerləşən mübahisəli bağ sahəsindəki 01 ədəd 12-13 illik alma ağacının bir illik məhsuldarlığı 40-60 kq, 40 ədəd 12 illik gilas ağacının bir illik məhsuldarlığı 20-25 kq, 02 ədəd 15 illik gisal ağacının 1 illik məhsuldarlığı 25-30 kq, 211 ədəd 12-13 illik fındıq kolunun bir illik məhsuldarlığı 14-15 kq (qabıqlı), 03 ədəd 13-14 illik gavalı aöacının bir illik məhsuldarlığı 20-30 kq. 13 ədəd 12-13 illik armud ağacının bir illik məhsuldarlığı 20-25 kq, 09 ədəd 12 illik ərik ağacının bir illik məhsuldarlığı 20-22 kq, 17 ədəd 3 illik gilas ağacları məhsul vermir, 02 ədəd 12 illik tut ağacının bir illik məhsuldarlığı 35-40 kq olan ağacların bazar qiymətlərinin müəyyən etmək üçün araşdırma aparılmış və həmin ağacların bazar qiyməti 20050 (iyirmi min əlli) manat təşkil etmişdir. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş 28 noyabr 2025-ci il tarixli CVN/N 60- 511/25 saylı rəy üzrə xidmət haqqı 300 (üç yüz) manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Göründüyü kimi, iddiaçı cavabdehə məxsus torpaq sahəsinə sonuncunun razılığı ilə sahiblənməklə ondan istifadə etməyə başlamış, həmin müddət ərzində iddiaçının torpaq sahəsində meyvə ağacları əkib becərməklə və onlara qulluq göstərməklə bağ sahəsini yaratması faktını bəyənməklə buna heç bir etiraz bildirməmiş, bununla da, iddiaçı torpaq sahəsinə münasibətdə vicdanlı sahib olmuşdur. Eyni zamanda cavabdeh məhkəməyə təqdim etdiyi etiraz ərizəsində özünün və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinin 1.0 hissəsini iddiaçıya verdiyini etiraf etmişdir. Belə olan halda, iddiaçının torpaq sahəsini qaytarması müqabilində orada bağ sahəsinin qurulmasına çəkdiyi xərclərin əvəzinin ödənilməsini cavabdehdən tələb etməyə subyektiv hüququ vardır və məhkəmənin qənaətinə görə iddiaçının cavabdehə məxsus torpaq sahəsindəki bağ sahəsinə görə onun tərəfindən çəkilmiş xərcin əvəzinin, yəni 20050 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə iddiasını əsaslıdır. Məhkəmə cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etiraz ərizəsini nəzərdən keçirərək hesab edir ki, etiraz əsassızdır. Belə ki, Cavabdeh etirazında iddiaçıdan pul almadığını, bildirsə də, işdə olan 12 mart 2013-cü il tarixli aktla onun iddiaçıdan torpaq sahəsinə görə 1900 manat alması sübuta yetirilmişdir. Eyni zamanda cavabdeh özünün etiraz ərizəsində torpaq sahəsini iddiaçıya verməsi faktını etiraf etmişdir. Cavabdeh etirazında torpaq sahəsini həmin şəxsə istifadə etməsi üçün verdiyini bildirsə də, bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Odur ki, məhkəmə etirazın dəlilləri ilə razılaşmayaraq qəbul etmir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məjburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən verilmiş 3-16-16/2-7/1722-9/8428 saylı xx.xx.2025-ci il tarixli məhkəməbioloji, məhkəmə əmtəəşünaslıq, 4-968 saylı xx.xx.2025-ci il tarixli məhkəmə xətşünaslıq ekspert rəyləri həmçinin "xxxx" MMC tərəfindən verilmiş 28 noyabr 2025-ci il tarixli CVN/N 60-511/25 saylı rəylərlə razılaşaraq həmin rəyləri işin hallarını müəyyən edən kifayət qədər əsaslı, tam aydın və dolğun sübut kimi qəbul edir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, torpaq sahəsinə görə ödənilmiş 1900 manat pul vəsaitinin 2012-ci ildən hazırki dövrə kimi inflyasiya faizləri nəzərə alınaraq 4180 manat (1900 X 2.2 =4180) və həmin torpaq sahəsində salınmış bağ sahəsinə çəkilmiş xərcin əvəzi kimi 20050 manat, həmçinin ödənilmiş dövlət rüsumu 150 manat olmaqla, cəmi 24380 (iyirmi dörd min üz yüz səksən) manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı X14 verilməlidir. İddia tələbi iddiaçının xeyrinə təmin edildiyindən iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəməxətşünaslıq ekspertizasının 4/968 saylı xx.xx.2025-ci il tarixli rəy üzrə ekspertiza xərci 126 (yüz iyirmi altı) manat və məhkəmə-xətşünaslıq ekspertizasının 3-16-16/2-7/1722-9/8428 saylı xx.xx.2025-ci il tarixli rəy üzrə ekspertiza xərci 100 (yüz) manat təşkil edən məhkəmə xərcləri Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X12, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Torpaq sahəsinə görə ödənilmiş 1900 manat pul vəsaitinin 2012-ci ildən hazırki dövrə kimi inflyasiya faizlərini nəzərə alınaraq 4180 manat və həmin torpaq sahəsində bağ sahəsinin salınmasına çəkilmiş xərcin əvəzi kimi 20050 manat, həmçinin ödənilmiş dövlət rüsumu 150 manat olmaqla, cəmi 24380 (iyirmi dörd min üz yüz səksən) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı X14 verilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 4/968 saylı xx.xx.2025-ci il tarixli rəy üzrə ekspertiza xərci 126 (yüz iyirmi altı) manat və məhkəmə-xətşünaslıq ekspertizasının 3-16-16/2-7/1722-9/8428 saylı xx.xx.2025-ci il tarixli rəy üzrə ekspertiza xərci 100 (yüz) manat təşkil edən məhkəmə xərcləri Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X12, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar