Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-357/2020 26.02.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar Rayon Məhkəməsinin hakimi Kazımov Rafiq Vəli oğlu İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı torpağa mülkiyyət hüququna dair Dövlət Aktlarının, notariat müqavilələrinin və daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışların etibarsız hesab edilməsinə, torpaq sahəsindən çıxarılmasına və vurulmuş maddi zərərin əvəzinin tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM : İddiaçılar İddiaçı1 və qeyriləri cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı torpağa mülkiyyət hüququna dair Dövlət Aktlarının, notariat müqavilələrinin və daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışların etibarsız hesab edilməsinə, torpaq sahəsindən çıxarılmasına və vurulmuş maddi zərərin əvəzinin tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı torpağa mülkiyyət hüququna dair Dövlət Aktlarının, notariat müqavilələrinin və daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışların etibarsız hesab edilməsinə, torpaq sahəsindən çıxarılmasına və vurulmuş maddi zərərin əvəzinin tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməməklə təqdim edildiyindən icraata qəbul edilməməli və geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsində notariat müqavilələrinin etibarsız hesab edilməsi tələb olunsa da notariat ofisi cavabdeh qismində göstərilməmişdir. İddia ərizəsində etibarsız hesab edilməsi tələb olunan Dövlət Aktının, notariat müqavilələrinin və çıxarışların surətləri iddia ərizəsinə əlavə olunmamışdır. Həmçinin həmin sənədlərin surətlərinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən alına bilməməsini təsdiq edən hər hansı bir sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Həmin Məcəllənin 150.0.5-ci maddəsinə əsasən iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, göstərilən səbəblərə görə hesab edirəm ki, iddia ərizəsi Azərbaycan Respublikasının MPM-nin 149-cu maddəsinin tələbləri pozulmaqla məhkəməyə verilmişdir. Azərbaycan Respublikasının MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikasının MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılmasına əsas olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrarən məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 152,263- 264,267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı torpağa mülkiyyət hüququna dair Dövlət Aktlarının, notariat müqavilələrinin və daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışların etibarsız hesab edilməsinə, torpaq sahəsindən çıxarılmasına və vurulmuş maddi zərərin əvəzinin tələbinə dair iddia iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı1 qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qusar rayon məhkəməsinə verilə bilər.
Məhkəmə qərarları › İş №2(029)-357/2020
Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-357/2020
26.02.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver