Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-368/2023 30.05.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1060 (min altmış) manat əsas borcun və iddi qaldırmaqla ödədiyi 31 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki,o, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərir və Qusar şəhərinin Çingiz Qurbanov küçəsində yerləşən mağaza binasında Plastik Qapı və pəncərə istehsalat emalatxanasını işlədir. Cavabdeh X1 2021-ci ilin təxminən iyun-iyul aylarında işlətdiyi Plastik Qapı və Pəncərə istehsalat emalatxanasına gələrək Qusar rayon Yasab kəndində yerləşən evini təmir elətdirdiyini bildirərək həmin evə qapı və pəncərələrin lazım olduğunu bildirmişdir. Sonradan cavabdeh X1 ilə onun işçisi Qusar rayon Yasab kəndinə gedərək qapı və pəncərələrin ölçülərini götürmüşdür. Ölçülərindən məlum olmuşdur ki, cavabdehə lazım olan qapı və pəncərələrin dəyəri 1060 manat təşkil etmişdir. Cavabdeh X1 həmin qapı və pəncərələri hazırlayıb yerində quraşdırılandan sonra pulunu yaxın günlərdə ödəyəcəyinə söz vermişdir. Lakin, həmin borclu qaldığı 1060 manat pulu cavabdeh X1 bu günə kimi qaytarmamışdır. O, dəfələrlə pulunun qaytarılması üçün cavabdehə müraciət etsə də, cavabdeh könüllü olaraq həmin məbləği qaytarmaq istəmir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq edərək izahatında göstərmişdir ki, X1 onun işlətdiyi plastik qapı və pəncərə istehsalat emalatxanasına gələrək qapı və pəncərələrin lazım olduğunu bildirmişdir. Cavabdehə lazım olan qapı və pəncərələrin dəyəri 1060 manat təşkil etmişdir. Cavabdeh Eyyubov NamikYarmət oğlu həmin qapı və pəncərələri hazırlayıb yerində quraşdırılandan sonra pulunu yaxın günlərdə ödəyəcəyinə söz verdi. Lakin, həmin borclu qaldığı 1060 manat pulu indiyənə kimi qaytarmamışdır. O, dəfələrlə pulunun qaytarılması üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh könüllü olaraq həmin məbləği qaytarmaq istəməmişdir. Cavabdeh sonradan ona pulun əvəzinə torpaq sahəsi verəcəyini demiş, birinci gedib torpaq sahəsinə baxmış, sonra isə ona başqa torpaq sahəsi göstərmiş o da razı olmamışdır.Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmiş, məhkəməyə ərizə təqdim edərək izahatında bildirmişdir ki, həqiqətən də o, İddiaçı 1060 manata plastik qapı və pəncərələri almışdır. Atası rəhməti getdiyinə görə həmin pulu qaytara bilməmişdir. Gələcəkdə bütün imkanlardan istifadə edərək həmin pulu qaytaracaqdır. İddianın təmin edilməsinə etiraz etmir. İşə baxıb, iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir.. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsində qeyd edilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1.-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2.-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddianın etirafı qəbul edilməli və İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddia tələbi təmin edilməlidir. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, həqiqətən də, cavabdeh X1 2021-ci ilin təxminən iyun-iyul aylarında İddiaçı işlətdiyi Plastik Qapı və Pəncərə istehsalat emalatxanasına gələrək Qusar rayon Yasab kəndində yerləşən evini təmir elətdirdiyini bildirərək həmin evə qapı və pəncərələrin lazım olduğunu bildirmişdir. Sonradan cavabdeh X1 ilə onun işçisi Qusar rayon Yasab kəndinə gedərək qapı və pəncərələrin ölçülərini götürmüşdür. Ölçülərindən məlum olmuşdur ki, cavabdehə lazım olan qapı və pəncərələrin dəyəri 1060 manat təşkil etmişdir. Cavabdeh X1 həmin qapı və pəncərələri hazırlayıb yerində quraşdırılandan sonra pulunu yaxın günlərdə ödəyəcəyinə söz vermişdir. Lakin, həmin borclu qaldığı 1060 manat pulu cavabdeh X1 bu günə kimi qaytarmamışdır. Cavabdeh iddiaçıya borclu olduğunu məhkəmə iclasında etiraf etmiş bununla bağlə ərizədə təqdim etmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 31 (otuz bir) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216- 220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1060 (min altmış) manat məbləğində əsas borc pul və 31 manat ödənilmiş dövlət rüsumu məbləğində pul tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-368/2023
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-368/2023
30.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver