Məhkəmə qərarları › İş №2(029)-379/2025

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-379/2025

10.07.2025 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-379/2025 10.07.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, X1, xx.xx.1977-ci il təvəllüdlü, qeydiyyat və yaşayış yeri Qusar rayonu, Aşağa Ləyər kəndi olmuş, X4 və X2, xx.xx.1981-ci il təvəllüdlü, qeydiyyat və yaşayış yeri Qusar rayonu, Aşağı Ləyər kəndi olmuş ərizədə qeyd olunan tarixlərdən ölmüş hesab etmələri barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, mərhum atası X3 ölümündən sonra miras qalmış həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun dövlət reyeystrində qeydiyyata alınması və ona çıxarışın alınması, miras əmlaka vərəsəlik payının müəyyən edilməsi məqsədilə Qusar rayonu, Aşağı Ləyər kəndində anadan olmuş və erkən yaşlarında vəfat etmiş ögey bacı və qardaşlarına ölüm haqqında şəhadətnamənin, arayışların olmadığı səbəbindən çıxarışın verilməsi mümkün olmadığını bildirmişlər. Onun ögey bacı və qardaşları, X5, xx.xx.1977-ci il təvəllüdlü, qeydiyyat və yaşayış yeri Qusar rayonu, Aşağa Ləyər kəndi olmuş və xx.xx.1977-ci il tarixdə, (10 aydan) vəfat etmişdir. X9, xx.xx.1979-cü il təvəllüdlü,qeydiyyat və yaşayış yeri Qusar rayonu, Aşağı Ləyər kəndi olmuş və xx.xx.1979-ci il tarixdə ( 6 gündən) vəfat etmişdir. X6,xx.xx.1981-ci il təvəllüdlü,qeydiyyat və yaşayış yeri Qusar rayonu, Aşağı Ləyər kəndi olmuş və xx.xx.1981 -ci il tarixdə (24 gündən) vəfat etmiş və Qusar rayon, Aşağı Ləyər kənd qəbristanlığında dəfn edilmişdir. Uşaqların erkən yaşlarında vəfat etməsi, mübahisəli məsələlərin olmaması və digər qurumlardan hər hansı sənədin tələb olunmaması səbəbindən doğum haqqında və ölüm haqqında şahadətmamələrin və ölüm haqqında arayışlar vaxtında almamışlar. Uşaqların doğum və ölüm tarixləri bibisi X10 tərəfindən təsdiq olunur və yazıb özündə saxlamışdır. AR “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X17 “Qusar Rayon Mərkəzi Xəstəxanası” X18 tərəfindən verilən sorğuya cavab məktubunda X5, X9 və X6 barələrində “Qusar rayon Mərkəzi xəstəxanası” X18in Arxiv və Statistika Bölməsində heç bir sənəd tapmadığını bildirmişlər. Həmçinin Qusar rayonu,X19 Məntəqəsindən verilən sorğuya cavab məktubunda yuxarıda adları qeyd olunan vətəndaşların heç birinə tibbi sənəd tapılmadığını bildirmişdir. AR Ədliyyə Nazirliyinin Maraqlı şəxsndən alınan sorğuya cavab məktubunda yuxarıda adları qeyd olunan vətəndaşların ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamələrin olmadığını bildirmiş və ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət olunması məsləhət görmüşdür. Qusar rayon İcra Hakimiyyəti Başçısının Aşağı Ləyər inzibati ərazi airəsi üzrə nümayəndəliyindən verilən sorğuya cavab məktubunda yuxarıda adları qeyd olunan vətəndaşların erkən yaşlarında vəfat etdiyini və Qusar rayonu Aşağı Ləyər kənd qəbristanlığında dəfn etdikləri bildirmişdir. Həmçinin Qusar rayonu, Aşağı Ləyər kənd Bələdiyyəsindən verilən cavab məktubunda yuxarıda adları qeyd olunan sakinlərin erkən yaslarında vəfat etdiyini və Qusar rayonu,Aşağı Ləyər kənd qəbristanlığında dəfn olunduğunu bildirmişdir. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, ərizəni müdafiə edir.Bundan əlavə bildirmişdir ki, şəxsi işləri ilə əlaqədar təyin olunmuş məhkəmə iclasına gələ bilmir,mülki işinonun iştirakı olmadan keçirilərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə məktub göndərərək qanuni qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Bundan başqa, xidməti zərurətlə əlaqədar işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə ərizəçinin və Maraqlı şəxs nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan 30 yanvar 2025-ci il tarixli Maraqlı şəxsndən verilmiş arayışdan görünür ki, xx.xx.1981-ci ildə Azərbaycan Respublikasının Qusar rayonunun Aşağı Ləyər kəndində anadan olmuş X2 ölüm haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İşdə olan 30 yanvar 2025-ci il tarixli Maraqlı şəxsndən verilmiş arayışdan görünür ki, xx.xx.1977-ci ildə Azərbaycan Respublikasının Qusar rayonunun Aşağı Ləyər kəndində anadan olmuş X1 ölüm haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İşdə olan 30 yanvar 2025-ci il tarixli Maraqlı şəxsndən verilmiş arayışdan görünür ki, xx.xx.1979-cu ildə Azərbaycan Respublikasının Qusar rayonunun Aşağı Ləyər kəndində anadan olmuş X4 ölüm haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İşdə olan Qusar RİHB-nın Aşağı Ləgər kənd İƏD üzrə nümayəndəliyindən verilmiş xx.xx.2025-ci il tarixli 41 saylı arayışdan görünür ki, nümayəndəliydə olan məlumata əsasən Qusar rayonu, Aşağı Ləgər kənd sakini, Ərizəçi ögey bacı və qardaşları erkən yaşlarında vəfat etmiş və onlar Qusar rayon Aşağı Ləgər kənd qəbristanlığında dəfn olunmuşdur. X5, xx.xx.1977-ci il təvəllüdlü, qeydiyyat və yaşayış yeri Qusar rayonu, Aşağı Ləgər kəndi olmuş və xx.xx.1977-ci il tarixdə vəfat etmişdir. X9, xx.xx.1979-ci il təvəllüdlü, qeydiyyat və yaşayış yeri Qusar rayonu, Aşağı Ləgər kəndi olmuş və xx.xx.1979-ci il tarixdə vəfat etmişdir. X7, xx.xx.1981-ci il təvəllüdlü, qeydiyyat və yaşayış yeri Qusar rayonu, Aşağı Ləgər kəndi olmuş və xx.xx.1981-ci il tarixdə vəfat etmişdir. İşdə olan Qusar rayonu Aşağı Ləyər kənd Bələdiyyəsindən verilmiş 27 yanvar 2025-ci il tarixli arayışdan görünür ki, Qusar rayonu, Aşağı Ləgər kənd sakini, Ərizəçi ögey bacı və qardaşları erkən yaşlarında vəfat etmiş və onlar Qusar rayon Aşağı Ləgər kənd qəbristanlığında dəfn olunmuşdur. X5, xx.xx.1977-ci il təvəllüdlü, qeydiyyat və yaşayış yeri Qusar rayonu, Aşağı Ləgər kəndi olmuş və xx.xx.1977-ci il tarixdə vəfat etmişdir. X9, xx.xx.1979-ci il təvəllüdlü, qeydiyyat və yaşayış yeri Qusar rayonu, Aşağı Ləgər kəndi olmuş və xx.xx.1979-ci il tarixdə vəfat etmişdir. X7, xx.xx.1981-ci il təvəllüdlü, qeydiyyat və yaşayış yeri Qusar rayonu, Aşağı Ləgər kəndi olmuş və xx.xx.1981-ci il tarixdə vəfat etmişdir. İşdə olan 01 noyabr 2024-cü il tarixli 554 saylı Maraqlı şəxsndən verilmiş arayışın surətindən görünür ki, X8 15 iyul 2007-ci ildə ölmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.2-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Bu Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə belə qənaətə gəlir ki, ərizəçinin ögey bacı və qardaşları xx.xx.1977-ci il təvəllüdlü X1 xx.xx.1977-ci il tarixdə vəfat etməsi, xx.xx.1979-cü il təvəllüdlü X4 xx.xx.1979-ci il tarixdə vəfat etməsi və xx.xx.1981-ci il təvəllüdlü X2 xx.xx.1981 -ci il tarixdə vəfat etməsi və Qusar rayon, Aşağı Ləyər kənd qəbristanlığında dəfn edilməsi tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin ərizəsi əsaslıdır, ona görə də təmin edilməli və ərizəçinin ögey bacı və qardaşları qeydiyyat və yaşayış yeri Qusar rayonu, Aşağa Ləyər kəndi olmuş xx.xx.1977ci il təvəllüdlü X1 xx.xx.1977-ci il tarixdə ölməsi, qeydiyyat və yaşayış yeri Qusar rayonu, Aşağa Ləyər kəndi olmuş xx.xx.1979-cü il təvəllüdlü X4 xx.xx.1979-ci il tarixdə ölməsi və qeydiyyat və yaşayış yeri Qusar rayonu, Aşağa Ləyər kəndi olmuş xx.xx.1981-ci il təvəllüdlü X2 xx.xx.1981 -ci il tarixdə ölməsi faktı müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: Ərizə təmin edilsin. Ərizəçinin Ərizəçi ögey bacı və qardaşları qeydiyyat və yaşayış yeri Qusar rayonu, Aşağa Ləyər kəndi olmuş xx.xx.1977-ci il təvəllüdlü X1 xx.xx.1977-ci il tarixdə ölməsi, qeydiyyat və yaşayış yeri Qusar rayonu, Aşağa Ləyər kəndi olmuş xx.xx.1979-cü il təvəllüdlü X4 xx.xx.1979-ci il tarixdə ölməsi, qeydiyyat və yaşayış yeri Qusar rayonu, Aşağa Ləyər kəndi olmuş xx.xx.1981-ci il təvəllüdlü X2 xx.xx.1981 -ci il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlikedən: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar