Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-38/2021 05.02.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı Cavabdeh1 Sadulla oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Sadulla oğluna və Cavabdeh2 qarşı qanunsuz zəbt edilmiş torpaq sahəsinin geri tələb edilməsinə dair mülki işə Qusar şəhərində xx xxxxxx 2021-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Sadulla oğluna və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qusar rayonu Xuluq kəndində yerləşməklə ona məxsus olan 1.68 hektar torpaq sahəsindən cavabdehlər Cavabdeh1 Sadulla oğlunun və Cavabdeh2 oğlunun çıxarılmaları və həmin torpaq sahəsinin onun sahibliyinə və istifadəsinə qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Qusar rayon X5 xx xxxx 1998-ci il tarixli 9/3 nömrəli qərarı ilə onun mərhum atası X4 və mərhum anası X2 2.68 hektar torpaq sahəsi verilmiş, mülkiyyət hüququları KOD 30108028 JN: 0045 saylı Dövlət Aktı ilə rəsmiləşdirilmişdir. Həmin 2.68 hektar torpaq sahəsindən 1.68 hektarını cavabdehlər Cavabdeh1 Sadulla oğlu və Cavabdeh2 tərəfindən özbaşına tutularaq (zəbt edilərək) istifadə edilir. Zəbt edilmiş 1.68 hektar torpaq sahəsini cavabdehlər Cavabdeh1 Sadulla oğlundan və Cavabdeh2 dəfələrlə geri tələb etmiş, lakin cavabdehlər torpaq sahəsini geri qaytarmaqdan imtina etmişlər. Qusar rayon X5 xx xxxx 1998-ci il tarixli 9/3 nömrəli qərarı ilə onun mərhum atası X4 və mərhum anası X2 verilmiş 2.68 hektar torpaq sahəsi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ona məxsusdur. Lakin hal-hazırda həmin torpaq sahəsinə Daşınmaz Əmlakdan Çıxarış almamışdır. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 Sadulla oğlu iddianı qəbul etməyərk izahatında göstərdi ki, o, İddiaçı ümumiyyətlə tanımır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Seriya MA № ******* saylı Çıxarışa əsasən Qusar rayonu Xuluq kəndi ərazisində oğlu Kamran Rzayevin 1.52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. O, İddiaçı torpaq sahəsini zəbt etməmişlər, iddiaçı ona qarşı əsassız iddia qaldırmışdır. Odur ki, qeyd edilənləri nəzərə alıb iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə qeyd edilənlərə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı və Cavabdeh1 Sadulla oğlunun izahatlarını dinləyib, iş materiallarını tam, obyektiv və qərəzsiz araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə iddia rədd edilməlidir. Belə ki, işdə olan JN:00xx xxx 30108028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Qusar rayon X5 xx xxxx 1998-ci il tarixli 9/3 saylı qərarına əsasən X3 və X1 mülkiyyətlərinə 2.68 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Notariat Kontoru tərəfindən verilmiş xx xxxxxx 2017-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, JN:00xx xxx 30108028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Qusar rayonu Xuluq kəndində yerləşən ümumi sahəsi 2.68 ha olan torpaq sahəsinin mərhum X4 məxsus hissədə qanun üzrə vərəsəsi İddiaçıdur. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Seriya Seriya MA № ******* saylı, **********9 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Qusar rayonu Xuluq kəndində yerləşən 1.52 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə X7 məxsusdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 10/3673 nömrəli eskpert rəyindən görünür ki, JN:00xx xxx 30108028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Qusar rayonu Xuluq kəndində yerləşən 2.68 hektar torpaq sahəsinin koordinatları ilə İddiaçı faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları arasında şərq tərəfdən 153 metr, qərb tərəfdən isə 472 metr fərq vardır. Bu səbəbdən iddiaçıya məxsus torpaq sahəsinin cavabdehlər tərəfindən nə qədər istifadə olunub-olunmadığını müəyyən etmək mümkün olmamışdır. Bu kimi uyğunsuzluqlar mübahisəli torpaq sahələrinin yerləşdiyi ərazinin Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sistemini yaradılması və rəqəmsal kadast xəritəsinin tərtib olunması Qaydaları” əsasında, torpaqların rəqəmsal kadastr xəritələrinin hazırlanıb təsdiq olunmasından sonra öz həllini tapacaqdır. Beləliklə, məhkəmə iclasında cavabdehlər Cavabdeh1 Sadulla oğlu və Cavabdeh2 tərəfindən İddiaçı məxsus torpaq sahəsinin zəbt olunması müəyyən olunmamışdır. Belə ki, İddiaçı öz tələbini əsaslandırdığı hallara dair məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmiş və bu hallar məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Odur ki, məhkəmə hesab edir ki İddiaçı cavabdehlər Cavabdeh1 Sadulla oğluna və Cavabdeh2 qarşı qanunsuz zəbt edilmiş torpaq sahəsinin geri tələb edilməsinə dair iddiası rədd edilməlidir. İş üzrə 265.70 (iki yüz altmış beş manat yetmiş qəpik) manat təşkil edən ekspertiza xərcləri İddiaçı tutularaq 100 (bir yüz) manat Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı Dövlət Xəzinədarlıq Agentliyi, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFИFT BИK-CTREAZ22) hesabına və 165.70 (bir yüz altmış beş manat yetmiş qəpik) manat isə Kapital Bankın 1 saylı Xətai Filialı, Kod:200071 VÖEN (BANK) **********, Müxbir hesab: AZ37NABZ0135001**********1944, SWİFT: ALİİBAZ2X, Kadastr və Yerquruluşu Lahiyə- Tədqiqat Mərkəzi MMC-VÖEN **********, Hesab N:AZ23AİİB******************** hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Sadulla oğluna və Cavabdeh2 qarşı qanunsuz zəbt edilmiş torpaq sahəsinin geri tələb edilməsinə dair iddiası rədd edilsin. İş üzrə 265.70 (iki yüz altmış beş manat yetmiş qəpik) manat təşkil edən ekspertiza xərcləri İddiaçı tutularaq 100 (bir yüz) manat Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı Dövlət Xəzinədarlıq Agentliyi, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFИFT BИK-CTREAZ22) hesabına və 165.70 (bir yüz altmış beş manat yetmiş qəpik) manat isə Kapital Bankın 1 saylı Xətai Filialı, Kod:200071 VÖEN (BANK) **********, Müxbir hesab: AZ37NABZ0135001**********1944, SWİFT: ALİİBAZ2X, Kadastr və Yerquruluşu Lahiyə- Tədqiqat Mərkəzi MMC-VÖEN **********, Hesab N:AZ23AİİB******************** hesabına keçirilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(029)-38/2021
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-38/2021
05.02.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver