Məhkəmə qərarları › İş №2(029)-38/2022

Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-38/2022

26.09.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-38/2022 26.09.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Qusar rayon məhkəməsinin hakimi Cəlilov Əli İsa oğlu, İddiaçılar İddiaçı və X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi idarəsinə qarşı “torpağın qanunsuz sahiblikdən alınaraq istifadəsinə qaytarılmaqla tamlığının bərpa olunması” tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxış iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı və X3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi idarəsinə qarşı “torpağın qanunsuz sahiblikdən alınaraq istifadəsinə qaytarılmaqla tamlığının bərpa olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçılar İddiaçı və X3 tərəfindən məhkəməyə ünvanlanmış 22 sentyabr 2022-ci il tarixdə işə əlavə edilmiş ərizədən görünür ki, iddia tələbinin baxılmamış saxlanmasına və iş materiallarına əlavə olunmuş sənədləri geri qaytarmağı məhkəmədən xahiş etmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinin tələbinə görə, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.4-cü maddəsinin tələbinə görə isə, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Həmin Məcəllənin 114.1.5-ci maddəsinin tələbinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət qaytarılır. İddiaçılar İddiaçı və X1 məhkəmədə işə baxılması üçün xx.xx.2020-ci il tarixdə ödənilmiş 20 (iyirmi) manat (Qəbz №-si 82804) dövlət rüsumu qərardad qanuni qüvvəyə mindikdən sonra iddiaçılar İddiaçı və X2 qaytarılmalı və icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qusar rayon maliyyə şöbəsinə tapşırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114, 259, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı və X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi idarəsinə qarşı “torpağın qanunsuz sahiblikdən alınaraq istifadəsinə qaytarılmaqla tamlığının bərpa olunması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçılar İddiaçı və X1 məhkəmədə işə baxılması üçün xx.xx.2020-ci il tarixdə ödənilmiş 20 (iyirmi) manat (Qəbz №-si 82804) dövlət rüsumu qərardad qanuni qüvvəyə mindikdən sonra iddiaçılar İddiaçı və X2 qaytarılsın və icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qusar rayon maliyyə şöbəsinə tapşırılsın. İzah olunsun ki, iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qusar Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar