Məhkəmə qərarları › İş №2(029)-382/2025

Qusar Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(029)-382/2025

20.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-382/2025 20.06.2025 QUSAR RAYON MƏHKƏMƏSİ X1 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 3510 (üç min beş yüz on) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, yaxın münasibətlərdə olduğu Cavabdeh 2023-cü ilin iyun ayında 670 manat, iyul ayında 2600 manat və avqust ayında 640 manat məbləğində borc pul vermişdir. Verdiyi pullara dair çeklər və qəbz var. Cavabdeh ondan aldığı borc puldan hissə-hissə 400 manatını qaytarmış, pulun qalan hissəsini isə hələ də borclu qalmış, hər dəfə müxtəif bəhanələr gətirərək onu aldadır. İddiaçı məhkəməyə göndərdiyi teleqramda işə onun iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 238.1-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılmasını məqsədəmüvafiq hesab etmişdir. İşə baxıb, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, iddia əsaslıdır və aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh imzası ilə verilmiş xx.xx.2023-cü il tarixli qəbzdə qeyd olunur ki, qəbzi imzalayan şəxs İddiaçı 2600 manat məbləğində borc almışdır. İş materiallarında olan xx.xx.2023 və xx.xx.2023-cü il tarixli qəbzlərdən görünür ki, soyadı, adı və atasının adı “T.C.Z” (Cavabdeh) kimi qeyd edilmiş şəxsin bank kartına 670 və 640 manat məbləğində pul köçürülmüşdür. Bununla da, məhkəmə iclasında müəyyən olunan hallar ondan ibarətdir ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 3910 manat məbləğində pul verməsi təqdim edilmiş həmin sənədlərlə təsdiq olunur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halı, yəni cavabdeh həmin pulun 400 manat hissəsini qaytardıqdan sonra onun hazırda iddiaçiya 3510 manat məbləğində pul borclu olduğunu sübut etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki prosessual qanunvericiliyinin sübutların toplanması və təqdim edilməsi yükünün bütünlüklə tərəflərin üzərinə düşməsi və məhkəmənin yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb onlardan istifadə etməli olmasına dair müddəalarını rəhbər tutaraq, məhkəmə hesab edir ki, hazırki mübahisəyə münasibətdə iddiaçı cavabdehə pulun borc verilməsini sübut etməlidir. Odur ki, məhkəmə bu nəticəyə gəlir ki, cavabdeh bağlanmış borc müqaviləsi üzrə öhdəliyi lazımınca və vicdanlılığın tələb etdiyi tərzdə icra etmədiyindən müqavilədən yaranan öhdəliyə görə məsuliyyəti yaranmış və o, tərəflərin iradə azadlığı əsasında bağlanmış müqaviləyə görə yaranmış öhdəliyi icra etməlidir. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, Cavabdeh 3510 manat məbləğində pul tutularaq İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 3510 (üç min beş yüz on) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış Qusar rayon məhkəməsinə ərizə verə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ANAR QASİMOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar