Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-386/2021 08.04.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu X2, İddiaçı2 və X6 X5 və üçüncü şəxs X7 qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsinə baxaraq, Müəyyən etdim: X4, İddiaçı2 və X1 Azər Feyzulla qızına və üçüncü şəxs X7 qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İş materiallarından görünür ki, iddiaçı Mahiyət Fəyzullayeva tərəfindən dövlət rüsumunun ödənilməsi haqqında müvafiq qəbz ərizəyə əlavə olunsa da, digər iddiaçılar tərəfindən dövlət rüsumunun ödənilməsinə dair belə bir sənədlər ərizəyə əlavə olunmamışdır. Beləliklə, ərizə iddiaçılar İddiaçı2 və Naza Feyzullayeva tərəfindən qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər təqdim edilmədən məhkəməyə verilmişdir. Azərbaycan Respublikasının MPM-nin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ona görə də hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: İddia ərizəsi və ona əlavə edilmiş sənədlər X3, İddiaçı2 və X8 geri qaytarılsın. X3, İddiaçı2 və X8 izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada ərizə ilə aidiyyəti üzrə məhkəməyə müraciət etmək olar. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qusar rayon məhkəməsinə şikayət vermək olar.
Məhkəmə qərarları › İş №2(029)-386/2021
Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-386/2021
08.04.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver