Məhkəmə qərarları › İş №2(029)-389/2020

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-389/2020

04.06.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-389/2020 04.06.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə X1 nümayəndəsi X10 iştirakı ilə, X1 cavabdeh X16 qarşı evdən istifadə hüquqlarına xitam verilməsi tələbinə dair mülki işə Qusar şəhərində xx xxxx 2020-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun mülkiyyətində olan Qusar şəhəri, Q.Məhəmməd küçəsindəki 25 saylı evdən istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. X4 xx xxx 2020-ci il tarixdə məhkəməyə ərizə göndərərək X11 cavabdeh qismində işə cəlb edilərək onun mülkiyyətində olan Qusar şəhəri, Q.Məhəmməd küçəsindəki 25 saylı evdən istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X1 nümayəndəsi X20 məhkəməyə iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim edərək, X11 Qusar şəhəri, Q.Məhəmməd küçəsindəki 25 saylı evdən istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X1 nümayəndəsi X20 iddianı müdafiə edərək izahatında göstərdi ki, X4 onun nənəsidir, atası mərhum İftixar Nurməmmədovun anasıdır. Qusar şəhəri, Q.Məhəmməd küçəsindəki 25 saylı fərdi yaşayış evi tam xüsusi mülkiyyət hüququ üzrə X3 məxsusdur. Ev üzərində iddiaçının mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli və xx xxxx 2019-cu il qeydiyyat tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış ilə rəsmiləşdirilmişdir. Cavabdeh X21 da X3 məxsus həmin evə qeydiyyata düşmüş, lakin faktiki olaraq orada yaşamır. Belə ki, cavabdeh X21 10 ildən çoxdur ki, Rusiya Federasiyasında yaşayır və Rusiya Federasiyasının vətəndaşıdır. X3 məxsus sözügedən Qusar şəhəri, Q.Məhəmməd küçəsindəki 25 saylı evdə cavabdeh X13 məxsus hər hansı bir əmlak yoxdur, onun iddiaçının evinə qeydiyyatı formal xarakter daşıyır. Cavabdeh X11 həmin evdə qeydiyyatda qalması iddiaçının evə dair sahiblik, istifadə və sərəncam hüquqlarını sərbəst şəkildə həyata keçirməsi üçün maneədir. Ona görə də cavabdeh X11 X3 məxsus Qusar şəhəri, Q.Məhəmməd küçəsindəki 25 saylı evdən istifadə hüququna xitam verilməlidir. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh X21 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə qeyd edilənləri nəzərə alıb cavabdeh X11 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli və xx xxxx 2019-cu il qeydiyyat tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Qusar şəhəri, Q.Məhəmməd küçəsindəki 25 saylı ünvanda yerləşən **********56-10301 reyestr nömrəli 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 172.50 kv.metr fərdi yaşayış evi tam xüsusi mülkiyyət hüququ üzrə X12 məxsusdur. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinın 5 saylı X44 tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixdə tərtib edilmiş 1465 inventar nömrəli Texniki Pasportun surətindən görünür ki, Qusar şəhəri, Q.Məhəmməd küçəsindəki 25 saylı ünvanda yerləşən **********56-10301 reyestr nömrəli fərdi yaşayış evinin hüquq subyekti X14r. İşdə olan Seriya AZE № 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, xx xxxx 1932-ci il tarixdə Qusar rayonunun Urva kəndində anadan olmuş X19 hazırda Qusar şəhəri, Q.Məhəmməd küçəsindəki 25 saylı ünvanda qeydiyyatdadır. İşdə olan Qusar İHB-nın Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli 2282 nömrəli Arayışdan görünür ki, X6 şəhəri, A.Mehman (Q.Məhəmməd) küçəsi 25 saylı evdə yaşayır. İşdə olan “Elektron notariat” X2 Çıxarışdan görünür ki, Qusar şəhəri, Q.Məhəmməd küçəsindəki 25 saylı evdə xx xxxx 1932-ci il təvəllüdlü X19, xx xxxxxx 1956-cı il təvəllüdlü Cavabdeh1, xx xxxxxx 1997-ci il təvəllüdlü X24, xx xxxxxx 1987-ci il təvəllüdlü X25, xx xxx 1958-ci il təvəllüdlü Cavabdeh2, xx xxxx 1995-ci il təvəllüdlü X20, xx xxxxxxx 1964-cü il təvəllüdlü X22 və xx xxxx 1987-ci il təvəllüdlü X21 qeydiyyatdadırlar. İşdə olan ИЕ № 236694 nömrəli evlənmə haqqında şəhadətnamənin surətindən görünür ki, X26 ilə X29 arasında xx xxxx 1956-cı il tarixdə Qusar rayon Urva kənd sovetində 6 nömrəli akt qeydi ilə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Nurməmmədova soyadı verilmişdir. İşdə olan İ-ИЕ № 660274 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx xxxxxx 1958-ci il tarixdə anadan olmuşdur. X8, anası X14r. İşdə olan XVİİİ-ЖГ № 465289 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx xxx 1995-ci il taridə anadan olmuşdur. X5, anası X17r. İşdə olan AZ-İ № 765922 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx xxxxxx 2010-cu il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx xxxxxxxx 2010-cu il tarixdə 113 nömrə ilə qeyd edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Qusar şəhəri, Q.Məhəmməd küçəsindəki 25 ünvanında yerləşən 0.04 hektar həyətyanı torpaq sahəsi və üzərindəki ümumi sahəsi 172.50 kv.metr yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə tam mülkiyyət sahibi olmaqla X12 məxsusdur. Həmin mənzil iddiaçının adına ********** qeydiyyat nömrəli, xx xxxx 2019-cu il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış ilə rəsmiləşdirilmişdir. Cavabdeh X21 həmin mənzildə qeydiyyatdadır. Lakin cavabdeh həmin ünvanda uzun müddətdir ki, yaşamır. Həmin ünvanda cavabdehə məxsus olan hər hansı bir əmlak yoxdur. Cavabdehin mübahisəli yaşayış evinə qeydiyyatı formal xarakter daşıyır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə hesab edir ki, X7 şəhəri, Q.Məhəmməd küçəsindəki 25 ünvanında formal qeydiyyatdadır. Belə ki, faktiki olaraq cavabdeh X21 həmin evdə yaşamır. Yaşayış evindən istifadəyə dair iddiaçı ilə cavabdeh arasında hər hansı bir razılaşma yoxdur. Cavabdeh X11 Qusar şəhəri, Q.Məhəmməd küçəsindəki 25 ünvanında yerləşən fərdi yaşayış evində formal olaraq qeydiyyatda olması mülkiyyətçi kimi X1 hüquqlarını pozur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsasən kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunan normaların tələblərini rəhbər tutaraq hesab edir ki, cavabdeh X11 xüsusi mülkiyyət hüququ üzrə X3 məxsus olan Qusar şəhəri, Q.Məhəmməd küçəsindəki 25 ünvanda yerləşən fərdi yaşayış evinə dair istifadə hüququna xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X11 xüsusi mülkiyyət hüququ üzrə X3 məxsus olan Qusar şəhəri, Q.Məhəmməd küçəsindəki 25 ünvanda yerləşən fərdi yaşayış evinə dair istifadə hüququna xitam verilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qusar Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar