Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-409/2021 14.04.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və üçüncü şəxs Qusar rayonu İmamqulukənd bələdiyyəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsinə baxaraq, Müəyyən etdim: İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və üçüncü şəxs Qusar rayonu İmamqulukənd bələdiyyəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia ərizəsindən və ona əlavə olunmuş sənədlərdən görünür ki, iddianın predmetini cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin qoyulması təşkil edir. Həmin tələbə baxılması isə ümumi məhkəmələrin səlahiyyətinə aid deyildir, həmin tələblə bağlı əvvəlcə çıxarışı vermiş orqana müraciət olunmalı, müsbət cavab alınmadıqda isə müvafiq inzibati məhkəməyə müraciət edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 153.2, 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Beləliklə, işə məhkəmə qaydasında baxılmalı olmadığından hesab edirəm ki, hazırkı iddianın yol verilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalı və ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Həmçinin, iddiaçıya çıxarışın verilməsi ilə bağlı hüquqların dövlət qeydiyyatını həyata keçirən müvafiq inzibati orqana müraciət etməli olduğu izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPMnin 153, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və üçüncü şəxs Qusar rayonu İmamqulukənd bələdiyyəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina olunsun və ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı çıxarışın verilməsi ilə bağlı hüquqların dövlət qeydiyyatını həyata keçirən müvafiq inzibati orqana müraciət etməli olduğu izah edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qusar rayon məhkəməsinə şikayət vermək olar.
Məhkəmə qərarları › İş №2(029)-409/2021
Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-409/2021
14.04.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver