Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-42/2023 19.01.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Qusar rayon məhkəməsinin hakimi Cəlilov Əli İsa oğlu, İddiaçı Rüfət oğlunun Cavabdeh qarşı “qanunsuz zəbt edilmiş torpaq sahəsinin geri tələb edilməsi” tələbinə dair mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İddiaçı Rüfət oğlu Cavabdeh qarşı “qanunsuz zəbt edilmiş torpaq sahəsinin geri tələb edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Rüfət oğlu məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, hazırda o, həmin iddiaya baxılmasını istəmir, iddianın baxılmamış saxlanılmasını və iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinin tələbinə görə, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.4-cü maddəsinin tələbinə görə isə, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Həmin Məcəllənin 114.1.5-ci maddəsinin tələbinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət qaytarılır. Məhkəmədə işə baxılması üçün İddiaçı Rüfət oğlu tərəfindən xx.xx.2021-ci il tarixdə ödənilmiş 10 (on) manat (qəbz nömrəsi 7********) dövlət rüsumu qərardad qanuni qüvvəyə mindikdən sonra İddiaçı Rüfət oğluna qaytarılmalı və icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qusar rayon maliyyə şöbəsinə tapşırılmalıdır Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Rüfət oğlunun Cavabdeh qarşı “qanunsuz zəbt edilmiş torpaq sahəsinin geri tələb edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Məhkəmədə işə baxılması üçün İddiaçı Rüfət oğlu tərəfindən xx.xx.2021-ci il tarixdə ödənilmiş 10 (on) manat (qəbz nömrəsi 7********) dövlət rüsumu qərardad qanuni qüvvəyə mindikdən sonra İddiaçı Rüfət oğluna qaytarılmalı və icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qusar rayon maliyyə şöbəsinə tapşırılsın. İzah olunsun ki, iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qusar Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Əli Cəlilov
Məhkəmə qərarları › İş №2(029)-42/2023
Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-42/2023
19.01.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver