Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-423/2022 28.09.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin buraxılması, tikilinin sökülməsi tələbinə dair iddiası, Cavabdeh İddiaçı qarşı torpaq sahəsinin alınması üçün ödənilmiş pulun və torpaq sahəsində aparılmış tikililərin dəyərinin ödənilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin buraxılması, tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan başqa, Əliyeva X1 Ədilə Ənvər qızına qarşı torpaq sahəsinin alınması üçün ödənilmiş pulun və torpaq sahəsində aparılmış tikililərin dəyərinin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin məhkəmə baxışı iclasında baxılması 28 sentyabr 2022-ci il tarixə saat 11:00-a təyin edilsə də, tərəflər məhkəmə iclasının keçirilməsinin yeri və vaxtı barədə əvvəlcədən lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikasının MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlmədiyindən mülki iş baxılmamış saxlanmalıdır. Həmçinin, məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etməklə, ərizənin baxılmamış saxlanması barədə qərardadın ləğv edilməsinə dair vəsatətlə məhkəməyə müraciət etmək hüquqları işdə iştirak edən şəxslərə izah edilməlidir. Bundan başqa, iş üzrə məhkəmə-qiymətləndirmə ekspertizası Cavabdeh vəsatəti əsasında təyin edildiyindən 300 (üç yüz) manat məbləğində məhkəmə xərcləri Cavabdeh tutularaq Əmlak Ekspert Mərkəzinin-(VÖEN **********, Hesab N AZN: AZ30GUNA********************, Bank: GUNAY BANK ASC, VÖEN:**********, Müxbir hesab: AZ25NABZ********************, KOD: 505594; SWİFT: GUNAAZ22) hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM–nin 259, 260, 263, 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin buraxılması, tikilinin sökülməsi tələbinə dair iddiası, Cavabdeh İddiaçı qarşı torpaq sahəsinin alınması üçün ödənilmiş pulun və torpaq sahəsində aparılmış tikililərin dəyərinin ödənilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə mülki iş baxılmamış saxlanılsın. Məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etməklə, ərizənin baxılmamış saxlanması barədə qərardadın ləğv edilməsinə dair vəsatətlə məhkəməyə müraciət etmək hüquqları işdə iştirak edən şəxslərə izah edilsin. İş üzrə 300 (üç yüz) manat məbləğində məhkəmə xərcləri Cavabdeh tutularaq Əmlak Ekspert Mərkəzinin-(VÖEN **********, Hesab N AZN: AZ30GUNA********************, Bank: GUNAY BANK ASC, VÖEN:**********, Müxbir hesab: AZ25NABZ********************, KOD: 505594; SWİFT: GUNAAZ22) hesabına keçirilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qusar rayon məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Adil Vəliyev
Məhkəmə qərarları › İş №2(029)-423/2022
Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-423/2022
28.09.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver