Məhkəmə qərarları › İş №2(029)-43/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-43/2021

04.02.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-43/2021 04.02.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı nümayəndəsi və vəkili Vəkil Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı qanunsuz olaraq zəbt edilmiş torpaq sahəsindən çıxarılma tələbinə dair mülki işə Qusar şəhərində xx xxxxxx 2021-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmiş onun qanuni icarəsinə verilmiş 4,0 ha torpaq sahəsindən cavabdehin çıxarılaraq həmin torpaq sahəsinin aidiyyatı üzrə ona qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək izahatında göstərdi ki, iddiaçı, Qusar rayonu Kuzun bələdiyyəsi ilə torpaq icarəsi müqaviləsini bağlayaraq Kuzun bələdiyyəsinin Zindan Muruq kəndində yerləşən 4,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini xx xxxxxxx 2018-ci il tarixdən xx xxxxxxx 2033cü il tarixinədək, yəni 15 (on beş) il müddətinə icarəyə götürmüşdür. İddiaçı ilə Kuzun bələdiyyəsi arasında bağlanmış həmin icarə müqaviləsi DƏDRX-nin 5 saylı Ərazi İdarəsində qeydiyyata alınaraq həmin torpaq sahəsinə iddiaçının icarə hüquqları barədə ********** qeydiyyat nömrəli xx xxxxxx 2019-cu il tarixli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. İddiaçının qanuni icarəsinə verilmiş 4,0 ha torpaq sahəsini Cavabdeh bütövlüklə qanunsuz olaraq zəbt edərək bir hissəsini şumlamış, qalan hissəsini də istədiyi kimi istifadə edir. İddiaçı dəfələrlə müraciət etməsinə baxmayaraq Cavabdeh torpaq sahəsini aidiyyatı üzrə iddiaçıya qaytarmaqdan imtina edir. Cavabdeh həmin torpaq sahəsinin mülkiyyət hüququ əsasında özünə məxsus olduğunu iddia edir. Bununla əlaqədar iddiaçının müraciəti əsasında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Xaçmaz Ərazi Şöbəsinin əməkdaşları həm iddiaçının icarəsində olan həmin 4,0 ha torpaq sahəsinə, həm də Cavabdeh mülkiyyət hüququ əsasında məxsus olan torpaq sahəsinə yerində baxış keçirmişlər. Müəyyən olunmuşdur ki, Cavabdeh tərəfindən həqiqətən də iddiaçının icarəsində olan 4,0 ha torpaq sahəsi bütövlüklə qanunsuz olaraq zəbt edilmişdir. Həmçinin müəyyən olunmuşdur ki, cavabdehin özünə məxsus torpaq sahəsi iddiaçının icarəsində olan 4,0 ha torpaq sahəsindən təxminən 1 (bir) kilometr uzaqda yerləşən boş sahədir. Lakin buna baxmayaraq Cavabdeh Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Xaçmaz Ərazi Şöbəsinin əməkdaşlarının təklifinə əsasən torpaq sahəsini aidiyyatı üzrə iddiaçıya qaytarmaqdan imtina etmişdir. Ona görə də Cavabdeh qanunsuz olaraq zəbt etdiyi İddiaçı qanuni icarəsinə verilmiş 4,0 ha torpaq sahəsindən məhkəmə qaydasında çıxarılmalıdır. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, o, Qusar rayonunun Zindan Muruq kəndində yaşayır. O, İddiaçı icarəsində olan torpaq sahəsini zəbt etməmişdir. Belə ki, Qusar rayon məhkəməsinin xx xxxxxxx 2009-cu il tarixli 2(029)-354/2009 saylı qətnaməsi ilə onun mülkiyyətinə 66000 kv.metr, yəni 0.66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş, torpaq sahəsi Dövlət Torpaq Kadastrı kitabında xx xxxx 2014-cü il tarixdə 436 nömrə ilə uçota alınmış və bu barədə A № 449604 saylı torpaq sahəsinin plan və ölçüsü verilmişdir. Həmin torpaq sahəsinə onun mülkiyyət hüquqları Seriya RX № ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə də təsdiq olunur. Hazırda o, öz qanuni mülkiyyətində olan torpaq sahəsindən istifadə edir. İddiaçı tələbi tamamilə əsassızdır. Qeyd edilənləri nəzərə alıb iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə İddiaçı nümayəndəsi və vəkili Vəkil və Cavabdeh izahatlarını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi qismən edilməlidir. Belə ki, iş materiallarında olan Qusar rayon məhkəməsinin xx xxxxxxx 2009-cu il tarixli 2(029)-354/2009 saylı qətnaməsinin surətindən görünür ki, Qusar rayonu Zindan Muruq bələdiyyəsinin ehtiyyat fondu torpaqlarından 0.66 hektar torpaq sahəsinin ayrılaraq iddiaçı Cavabdeh xüsusi mülkiyyətinə verilməsi, həmin torpaq sahəsinin ayrılaraq iddiaçının mülkiyyətinə verilməsinin cavabdehlər Qusar rayonu Zindan Muruq bələdiyyəsinin və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsinə həvalə olunması, bu qətnamənin Qusar rayonu Zindan Muruq bələdiyyəsinin ehtiyat fondu torpaqlarından ayrılaraq iddiaçı Cavabdeh mülkiyyətinə verilən 0.66 hektar torpaq sahəsinə dair sonuncunun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olması qət edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş Dövlət Torpaq Kadastrı kitabında xx xxxx 2014-cü il tarixdə 436 nömrə ilə uçota alınmış A № 449604 saylı Torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Qusar rayon məhkəməsinin xx xxxxxxx 2009-cu il tarixli, 2(029)-354/2009 saylı qətnaməsi ilə Cavabdeh Qusar rayonunun Atluxan kəndi ərazisindən 6600 kv.metr kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx xxxx 2016-cı il qeydiyyat tarixli Seriya RX № ******* saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Qusar rayonunun Atluxan kəndində yerləşən **********51 reyestr nömrəli 0.66 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh məxsusdur. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, ********** qeydiyyat tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakaın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Qusar rayonunun Zindanmuruq kəndində yerləşən 4 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx xxxxxxxx 2018-ci il tarixli 3M-172 reyestr nömrəli icarə müqaviləsinə əsasən xx xxxxxxx 2018-ci il tarixdən xx xxxxxxx 2033-cü il tarixədək İddiaçı icarəsinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 10/3674 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx xxxxxxxx 2020-ci il tarixli, **********08 nömrəli mütəxəssis rəyinə əsasən, Qusar rayonu Zindanmuruq kəndində yerləşən ********** qeydiyyat nömrəli xx xxxxxx 2019-cu il tarixli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı icarəyə verilmiş **********27 reyestr nömrəli 4.0 ha torpaq sahəsinin naturada ölçüləri 3.2 ha-dır. Həmin ölçülər hüquqmüəyyənedici sənədə uyğun deyildir. Cavabdeh tərəfindən İddiaçı icarəsində olan torpaq sahəsini istifadə edir.Cavabdeh tərəfindən istifadə edilənn bu torpaq sahəsinin ölçüsü 2.5 hektardır. Beləliklə, məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, xx xxxxxx 2019-cu il tarixli, ********** qeydiyyat tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakaın Dövlət reyestrindən Çıxarışa əsasən Qusar rayonunun Zindanmuruq kəndində yerləşən 4 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx xxxxxxxx 2018-ci il tarixli 3M- 172 reyestr nömrəli icarə müqaviləsinə əsasən xx xxxxxxx 2018-ci il tarixdən xx xxxxxxx 2033-cü il tarixədək İddiaçı icarəsinə verilmişdir. Cavabdeh tərəfindən iddiaçının icarəsində olan 4.0 hektar torpaq sahəsinin 2.5 hektar hissəsi istifadə edilir. Ona görə məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı qanuni icarəsinə verilmiş 4.0 hektar torpaq sahəsinin 2.5 hektar hissəsindən çıxarılmalı və həmin torpaq sahəsi aidiyyatı üzrə iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 3-cü bəndində göstərilir ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci bəndinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-i və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzssiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tədqiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. İş üzrə 209.20 (iki yüz doqquz manat iyirmi qəpik) manat təşkil edən ekspertiza xərcləri Cavabdeh tutularaq 100 (bir yüz) manat Məhkəmə Ekspertizası Mərkəzinin- VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı Dövlət Xəzinədarlıq Agentliyi, Kodu-210005, VÖEN **********, Müxbir hesab- AZ41NABZ013601**********3944, SFИFT BИK-CTREAZ22) hesabına və 109.20 (bir yüz doqquz manat iyirmi qəpik) manat isə Kapital Bankın 1 saylı Xətai Filialı, Kod:200071 VÖEN (BANK) **********, Müxbir hesab: AZ37NABZ0135001**********1944, SWİFT: ALİİBAZ2X, Kadastr və Yerquruluşu Lahiyə-Tədqiqat Mərkəzi MMC-VÖEN **********, Hesab N:AZ23AİİB******************** hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı qanuni icarəsinə verilmiş 4.0 hektar torpaq sahəsinin 2.5 hektar hissəsindən çıxarılaraq həmin torpaq sahəsi aidiyyatı üzrə iddiaçıya qaytarılsın. İş üzrə 209.20 (iki yüz doqquz manat iyirmi qəpik) manat təşkil edən ekspertiza xərcləri Cavabdeh tutularaq 100 (bir yüz) manat Məhkəmə Ekspertizası Mərkəzinin- VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı Dövlət Xəzinədarlıq Agentliyi, Kodu-210005, VÖEN **********, Müxbir hesab- AZ41NABZ013601**********3944, SFИFT BИK-CTREAZ22) hesabına və 109.20 (bir yüz doqquz manat iyirmi qəpik) manat isə Kapital Bankın 1 saylı Xətai Filialı, Kod:200071 VÖEN (BANK) **********, Müxbir hesab: AZ37NABZ0135001**********1944, SWİFT: ALİİBAZ2X, Kadastr və Yerquruluşu Lahiyə-Tədqiqat Mərkəzi MMC-VÖEN **********, Hesab N:AZ23AİİB******************** hesabına keçirilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar