Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-438/2024 16.05.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçi maraqlı şəxslər Qusar rayon Notariat ofisinə, Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs3 qarşı “mirasa dair qanun üzrə vərəsəlik müəyyən olunmaqla mirasın mülkiyyətə verilməsi” tələbinə dair mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçi maraqlı şəxslər Qusar rayon Notariat ofisinə, Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs3 qarşı “mirasa dair qanun üzrə vərəsəlik müəyyən olunmaqla mirasın mülkiyyətə verilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum babası X7 miras kütləsinə daxil olan, ünvan 1ində yerləşən evin və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsinin miras əmlak kimi onun tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin və həmin miras əmlaklar vərəsəlik yolu ilə onun mülkiyyətinə verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi iddia ərizəni onunla əsaslandırmışdır ki, ünvan 1ində yerləşən 0.30 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 1918-ci ildə inşa edilmiş fərdi yaşayış evi babası X8 məxsus olmuş, bu barədə ünvan 1inin aid olduğu Zindan Muruq kənd icra nümayəndəliyində müvafiq qeydiyyat aparılmışdır. Qusar rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Arxiv arayışı ilə babasının şəxsi istifadəsində 0.30 ha torpaq sahəsi və təsərrüfatın şəxsi mülkiyyətində 1918-ci ildə inşa olunmuş fərdi yaşayış evinin olması təsdiq olunur. Babası vəfat etməmişdən əvvəl babasının oğlu, yəni onun X3 da həmin evdə yaşamış, babası Feyti Əlimuradov xx.xx.1974-cü il tarixdə vəfat etmiş, o, vəfat etdikdən sonra atası Teymurşah Rəsulov babasına məxsus evə sahiblənməklə orada yaşamağa, evi və torpaq sahəsini idarə etməyə davam etmiş, bununla da öz atasının mirasını faktiki olaraq qəbul etmişdir. Hal-hazırda fərdi yaşayış evinin işıq xətti və telefon xətti atası Teymurşah Rəsulovun adınadır. X3 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Vəfat edənədək evin bütün kommunal xidmət haqlarını mərhum atası ödəmiş, o, vəfat etdikdən sonra isə işıq sayğacı və telefon xətti mərhum atasının adında qalsa da, xidmət haqlarını onun adından o, özü ödəmişdir. O, xx.xx.1964-cü ildə həmin evdə anadan olmuş, orada böyümüşdür. Mərhum atası vəfat etdikdən sonra onun qanun üzrə 4 nəfər vərəsələri qalmışdır. Həmin şəxslər aşağıdakılardır: O, yəni Ərizəçi, bacısı Maraqlı şəxs3 Teymurşah qızı, bacısı Maraqlı şəxs2 Teymurşah qızı, qardaşı Maraqlı şəxs1, anası X17 11 avqust 2013-cü il tarixdə vəfat etmişdir. Hazırda mərhum babasından miras qalmış ev köhnə olsa da, yaşayışa yararlıdır, davamlı olaraq orada yaşamasa da mütəmadi olaraq oraya baş çəkir, nəzarət edir, evin həyətyanı torpaq sahəsindən istifadə edir, ona sahiblik edir, orada müxtəlif kənd təsərrüfatı məhsulları əkib becərir. Bununla da, o, uzun müddətdir ki, həmin evin və həyətyanı torpaq sahəsinin yeganə sahibi və idarəçisidir. Mərhum atasının digər vərəsələri olan qardaşı və bacıları mərhum babasından qalmış mirası qəbul etmək istəmirlər və bu barədə məhkəməyə gəlib öz fikirlərini bildirəcəklər. Yuxarıda qeyd etdiyi kimi, mərhum babasından miras qalmış ev və həyətyanı torpaq sahəsi əvvəlcə babası Feyti Əlimuradovun vərəsəsi olan mərhum atası Teymurşah Rəsulovun, sonuncunun vəfatından sonra isə onun tərəfindən faktiki olaraq qəbul edilmişdir. Onun həmin miras əmlaklarını faktiki olaraq qəbul etməyi onun mütəmadi olaraq fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə sahiblik etməklə orada müxtəlif kənd təsərrüfatı məhsullarını əkib becərməyidir, fərdi yaşayış evinin işıq və telefon haqlarını ödəməyi və s. hallarla tam şəkildə təsdiq olunur, həmin hallara dair sənədləri ərizəsinə əlavə edir. Hal-hazırda miras əmlakla bağlı vərəsələr arasında heç bir mübahisə yoxdur. Odur ki, Mülki Məcəllənin yuxarıda qeyd etdiyim normalarına əsasən hesab edir ki, mərhum babası Feyti Əlimuradovun miras kütləsinə daxil olan, ünvan 1ində yerləşən yaşayış evinin və həmin evin yerləşdiyi 0.30 ha torpaq sahəsinin miras əmlaklar kimi onun tərəfindən qəbul edilmələri faktı müəyyən edilməli və həmin əmlaklar qanun üzrə vərəsəlik qaydasında mülkiyyətinə verilməlidir. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, ərizəni müdafiə edir, təmin edilməsini xahiş edir. Bundan başqa bildirmişdir ki, şəxsi işlərilə əlaqədar xx.xx.2023-cü il tarixə təyin olunmuş məhkəmə iclasına gələ bilmir, ona görə də işə onun iştirakı olmadan baxaraq ərizənin təmin edilməsinə dair və ədalətli qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxslər Qusar rayon Notariat ofisinə, Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq həmin ofisin nümayəndəsi və digər şəxslər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4 və 185.5-ci maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Belə ki, işdə olan Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X14 xx.xx.1974-cü il tarixdə Qusar rayonun Kuzun kəndində ölmüşdür. İşdə olan Xİİİ-ЖГ № 282820 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 05 mart 1928-ci il tarixdə ünvan 1ində anadan olmuşdur. İşdə olan Qusar RİHB-nın Zindanmuruq kənd İƏD üzrə nümayəndəliyindən verilmiş xx.xx.2024-cü il tarixdə 84 saylı arayışdan görünür ki, mərhum X11 vəfat edən günədək ünvan 1 ünvanında yaşamışdır və ölümündən sonra aşağıdakı vərəsələri qalmışdır. Ərizəçi-oğlu, Maraqlı şəxs3-qızı, Maraqlı şəxs2-qızı, Ərizəçi-oğlu. Mərhumun ölümündən sonra miras əmlakı oğlu Ərizəçi idarə edir. İşdə olan Qusar rayonu Qeydiyyat şöbəsindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X17 xx.xx.2013-cü il tarixdə ünvan 1ində ölmüşdür. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X5 xx.xx.1964-cü il tarixdə ünvan 1ində anadan olmuşdur. X4, anası X15r. İşdə olan Qusar RİHB-nın Zindanmuruq kənd İƏD üzrə nümayəndəliyindən verilmiş xx.xx.2024-cü il tarixdə 75 saylı arayışdan görünür ki, Qusar rayon Kuzun kənd sakini Rəsulov X1 yaşamış mərhum X7 ölümündən sonra miras əmlakı Ərizəçi idarə edir. İşdə olan Qusar rayonu İHB-nın X16 Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş 14 fevral 2024-cü il tarixli 71 saylı arayışdan görünür ki, Qusar rayon Kuzun kənd sakini Rəsulov X1 yaşamış X7 vərəsələri siyahısına daxildir. Mərhumun ölümündən sonra miras əmlakı Ərizəçi idarə edir. İşdə olan xx.xx.2024-cü il tarixli 3-48-30RA/2-R-xx-xx/2024 arxiv arayışından görünür ki, rayon arxivində saxlanılan Qusar rayon Zindan Muruq kənd X9 İcraiyyə Komitəsinin 1972-1974cü illərin Kuzun kəndi üzrə 3 nömrəli təsərrüfatbaşına kitabında şəxsimülkiyyətində 1918-ci ildə tikilmiş yaşayış evi (yaşayış evinin kvadratları göstərilməyib) və təsərrüfatın xüsusi istifadəsində 1972-1973-cü illərdə cəmi 0.30 hektar torpağın olduğu qeyd edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1159.1 və 1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1160-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1243.1 -ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, həqiqətən də, ünvan 1ində yerləşən 0.30 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 1918-ci ildə inşa edilmiş fərdi yaşayış evi ərizəçinin babası X8 məxsus olmuş, bu barədə ünvan 1inin aid olduğu Zindan Muruq kənd icra nümayəndəliyində müvafiq qeydiyyat aparılmışdır. Ərizəçinin babası vəfat etməmişdən əvvəl babasının oğlu, yəni ərizçənin X3 da həmin evdə yaşamış, ərizəçinin babası Feyti Əlimuradov xx.xx.1974-cü il tarixdə vəfat etmiş, vəfat etdikdən sonra ərizəçinin atası Teymurşah X2 məxsus evə sahiblənməklə orada yaşamağa, evi və torpaq sahəsini idarə etməyə davam etmiş, bununla da öz atasının mirasını faktiki olaraq qəbul etmişdir. Hal-hazırda fərdi yaşayış evinin işıq xətti və telefon xətti ərizəçinin atası Teymurşah Rəsulovun adınadır. Ərizəçinin X3 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Vəfat edənədək evin bütün kommunal xidmət haqlarını mərhum atası ödəmiş, vəfat etdikdən sonra isə işıq sayğacı və telefon xətti mərhum atasının adında qalsa da, xidmət haqlarını onun adından ərizəçi özü ödəmişdir. Ərizəçi xx.xx.1964-cü ildə həmin evdə anadan olmuş, orada böyümüşdür. Ərizəçinin atası vəfat etdikdən sonra onun qanun üzrə 4 nəfər vərəsələri qalmışdır. Həmin şəxslər aşağıdakılardır: Ərizəçi, bacısı Maraqlı şəxs3 Teymurşah qızı, bacısı Maraqlı şəxs2 Teymurşah qızı, qardaşı Maraqlı şəxs1, anası X17 11 avqust 2013-cü il tarixdə vəfat etmişdir. Maraqlı şəxs3 Teymurşah qızı, Maraqlı şəxs2 Teymurşah qızı və Maraqlı şəxs1 mirası qəbul edilməsi ilə hərəkət etmədiyindən və məhkəmədən xahiş etmədiyindən Ərizəçi ərizəsi təmin edilməlidir. Ərizəçi mərhum babası X7 miras kütləsinə daxil olan, ünvan 1ində yerləşən evin və 0.30 ha həyətyanı torpaq sahəsinin miras əmlak kimi Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli və həmin miras əmlaklar vərəsəlik yolu ilə onun mülkiyyətinə verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. Ərizəçi mərhum babası X7 miras kütləsinə daxil olan, ünvan 1ində yerləşən evin və 0.30 ha həyətyanı torpaq sahəsinin miras əmlak kimi Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin və həmin miras əmlaklar vərəsəlik yolu ilə onun mülkiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-438/2024
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-438/2024
16.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver