Məhkəmə qərarları › İş №2(029)-44/2023

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-44/2023

18.04.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-44/2023 18.04.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı qanunsuz zəbt edilmiş torpaq sahəsindən çıxarılmasına və torpaq sahəsində qanunsuz inşa edilmiş tikililərin sökülməsi tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı qanunsuz zəbt edilmiş torpaq sahəsindən çıxarılmasına və torpaq sahəsində qanunsuz inşa edilmiş tikililərin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Qusar rayonunun Avaran Qışlaq kəndində yerləşməklə **********44 reyestr nömrəli, 10 mart 2020-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ona məxsus 0.07 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmasına və Cavabdeh tərəfindən həmin torpaq sahəsində qanunsuz inşa edilmiş tikililərin cavabdehin özünün hesabına sökülməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Qusar rayonunun Avaran Qışlaq kəndi ərazisində onun xüsusi mülkiyyətində 0.07 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Həmin torpaq sahəsinə onun xüsusi mülkiyyət hüququ **********44 reyestr nömrəli, 10 mart 2020-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla təsdiq olunur. Həmin torpaq sahəsi ona torpaq islahatları keçirilərkən Qusar rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən verilmişdir. İlkin olaraq həmin torpaq sahəsinə onun adına Dövlət Aktı verilmişdir. 10 mart 2020-ci il tarixdə isə o, həmin torpaq sahəsinə dair Dövlət Aktının əvəzinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Həmin torpaq sahəsi onun xüsusi mülkiyyətində olmasına baxmayaraq 20 ilə yaxın bir müddətdir ki, Qusar rayonu Avaran Qışlaq kənd sakini olan Cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilərək istifadə olunur. O, cavabdehə dəfələrlə müraciət edərək torpaq sahəsindən çıxmasını xahiş etmişdir. Lakin, cavabdeh könüllü olaraq torpaq sahəsini boşaltmamış, hətta həmin torpaq sahəsinin bir hissəsində onun iradlarına baxmayaraq yaşayış evini də tikmişdir. Cavabdehin bu qanunsuz hərəkətləri ilə əlaqədar o, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, aidiyyəti dövlət orqanlarının rəhbərlərinə, Qusar rayon İcra Hakimiyyətinə və Qusar rayon Polis şöbəsinə şikayət ərizələri ilə müraciət etmişdir. Qusar rayon Polis şöbəsində onun şikayət ərizəsi araşdırılan zaman cavab əvvəlcə ona məxsus olan torpaq sahəsini zəbt etmədiyini, ona məxsus torpaq sahəsinin başqa yerdə olduğunu bildirmişdir. Lakin, məsələ torpaq mütəxəsislərinin də, iştirakı ilə araşdırıldıqda müəyyən olunmuşdur ki, cavabdeh məhz **********44 reyestr nömrəli, 10 mart 2020-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ona məxsus 0.07 ha torpaq sahəsini qanunsuz olaraq istifadə edir və orada qanunsuz olaraq tikili tikmişdir. Bundan sonra cavabdeh sözünü dəyişərək guya həmin torpağın şifahi razılaşmaya əsasən onun tərəfindən cavabdehə satıldığını bildirmişdir. Bu ağ yalandır, o, cavabdehə həmin torpağı nə şifahi, nə də ki, yazılı razılıq əsasında satmamışdır. Qusar rayon Polis Şöbsinin müstəntiqi Ümüd Xankişiyevin 02 fevral 2021-ci il tarixli qərarına əsasən cavabdeh barəsində cinayət işinin başlanmasına imtina olunmuş və ona mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. O da, cavabdehin qanunsuz olaraq zəbt etdiyi ona məxsus torpaq sahəsindən çıxarılmasını və həmin torpaq sahəsində cavabdehin qanunsuz inşa etdiyi tikililərin cavabehin öz hesabına sökülməsini məhkəmə qaydasında tələb edir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq edərək izahatında göstərmişdir ki, ona verilmiş pay torpaq sahəsi uzun müddətdir ki, cavabdeh tərəfindən zəbt edilib istifadə olunur. Cavabdeh həmin torpaq sahəsində tikili də tikib. O, tikili tikəndə cavabdehə həmin torpaq sahəsinin ona məxsus olduğunu demiş, lakin cavabdeh ona rədd cavabı verərək “get kimə istəyirsənsə şikayət et” demişdir. O, torpaq sahəsini cavabdehə satmamışdır. Qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, həmin torpaq sahəsini o, iddiaçının atası Seydulla Tağıyevdən təxminən 2002-2005-ci illərdə almışdır, lakin alqı-satqı müqaviləsi olmamış, öz aralarında şifahi razılaşmışlar, bu barədə hər hansı sənəd, sübut isə yoxdur. Torpaq sahəsinin əvəzində o, Malik Mikayılovla birlikdə iddiaçının atasına 80 ədəd yonca presi vermiş, həmin yonca preslərini özü onun həyətinə boşaltmışdır. Sonradan o, torpaq sahəsini alqı-satqı etmək istədiyini deyəndə iddiaçının atası ona birinci torpaq sahəsinə çıxarış çıxartmaq lazım olduğunu demiş, sonradan həmin torpaq sahəsinə çıxarış çıxardanda iddiaçı tərəf ondan şikayət etmişdir. İddiaçını onu aldatması barədə şikayət etməmişdir. O, həmin torpaq sahəsində ev tikmişdir. O, ekspertizanın rəyi ilə razı deyildir, iddiaçının torpaq sahəsinin yanında İlahəyə məxsus torpaq sahəsi var, 70 metr aşağıya sürüşüb, torpaq sahələrin koordinatları düzgün göstərilməyib, rəydə göstərilən formada olduğu halda torpaq sahələri Avaran qışlaq kəndin ərazisinə düşür. Buna görə də iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünü ki, Qusar rayonu Xürel kəndi ərazisində yerləşən 0.07 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə payları ümumi birgə olmaqla İddiaçı, X2, X3 və X1 məxsusdur. İşdə olan Qusar rayon İcra Hakimiyyəti başçısının Aparatından verilmiş 30 dekabr 2020-ci il tarixli 3-988 saylı İddiaçı ünvanlanmış cavab məktubundan görünür ki, avaranqışlaq kəndi ərazisində (qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi xx.xx.2020,çıxarışa əsasən) mülkiyyətində olan 0.07 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində ağaclar əkilmiş və sahənin bir hissəsini İlqar adında olan Avaranqışlaq kənd sakini tərəfindən zəbt edilərək metal torla hasara alınmışdır. Bununla əlaqədar məhkəmə orqanlarına müraciət etməyi tövsiyyə edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 01 iyun 2022-ci il tarixli 10/2545 saylı rəyindən görünür ki, mülki iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Xaçmaz Layihə-Tədqiqat İdarəsi tərəfindən tərtib edilmiş, xx.xx.2021-ci il tarixli arayışına əsasən mübahisə predmeti olan torpaq sahəsinin naturadan alınan koordinatları kameral şəraitdə ƏMDX elektron baza xəritə və ortofoto üzərində dəqiqləşdirdikdən sonra məlum oldu ki, vətəndaşların faktiki istifadə etdiyi torpaq sahələri ilə ƏMDX-nin elektron baza məlumatlarındakı xəritələr arasında kəskin fərq yaranmışdır. Qusar Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2(029)-824/2021 saylı qərardadındakı sualların cavablandırılması Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il 818№ Fərmanı ilə təsdiqlənmiş "torpaqların elektron kadastrı uçotu informasiya sistemi" nin yaradılması işləri yekunlaşdıqdan və kameral şəraitdə mütəxəssislərin istifadəsinə verildikdən sonra cavablandırılması mümkün olacaqdır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməri Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 8-21-3-34/2-941/2022 saylı mütəxəssis rəyinən görünür ki, xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı, X2, X3 və X1 məxsus olan Qusar rayonu Xürəl kəndində yerləşən **********44 reyestr nömrəli 0.07 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada faktiki istifadə yeri mövcud deyildir, lakin TEKİUS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasında torpaq sahəsinin ölçüləri, şimal tərəfi 7.71 metr, cənub-şərq tərəfi 4.34 mert, cənub-qərb tərəfi 4.35 metr, şərq tərəfi 93.12 metr və qərb tərəfi isə 87.69 metr təşkil edir. Həmin ölçülər hüquq müəyyənedici sənədə uyğun deyildir. Cavabdeh tərəfindən həmin torpaq sahəsinin 0.0398 ha hissəsi istifadə olunur və həmin 0.0398 ha hissəsində ümumi tikinti altı sahəsi 62 kv.m. olan köməkçi tikilinin 25 kv.m. hissəsi inşa olunmuşdur. Həmin torpaq sahəsi 0.0398 ha ölçüdə istifadə olunmaqla şimal tərəfdən 5.16 metr, cənub tərəfdə 4.34 metr, şərq tərəfdən 93.13 metr, qərb tərəfdən isə 89.87 metr təşkil edir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 01 iyun 2022-ci il tarixli 10/2545 saylı ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 07 mart 2023cü il tarixli 10/1147 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Tərlan Səfərovun mütəxəssis rəyində qeyd edilir ki, xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı, X2, X3 və X1 məxsus olan Qusar rayonu Xürel kəndində yerləşən **********44 reyestr nömrəli 0.07 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada faktiki istifadə yeri mövcud deyildir, lakin TEKİUS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasında torpaq sahəsinin ölçüləri, şimal tərəfi 7.71 metr, cənub-şərq tərəfi 4.34 metr, cənub-qərb tərəfi 4.35 metr, şərq tərəfi 93.12 metr və qərb tərəfi 87.69 metr təşkil edir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Tərlan Səfərovun mütəxəssis rəyində qeyd edilir ki, həmin ölçülər hüquq müəyyən edici sənədə uyğun deyildir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Tərlan Səfərovun mütəxəssis rəyində qeyd edilir ki, Cavabdeh tərəfindən həmin torpaq sahəsinin 0.0398 ha hissəsi istifadə olunur və həmin 0.0398 ha hissəsində ümumi tikinti altı sahəsi 62 kv.m olan köməkçi tikilinin 25 kv.m hissəsi inşa olunmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Tərlan Səfərovun mütəxəssis rəyində qeyd edilir ki, həmin torpaq sahəsinin 0.0398 ha ölçüdə istifadə olunmaqla şimal tərəfdə 5.16 metr, cənub tərəfdə 4.34 metr, şərq tərəfdə 93.13 metr,qərb tərəfdə is 89.87 metr təşkil edir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 07 mart 2023cü il tarixli 10/1147 saylı ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməri Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 8-21-3-34/2-941/2022 saylı mütəxəssis rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 07 mart 2023-cü il tarixli 10/1147 saylı ekspert rəyi ilə razılaşaraq həmin rəyləri işin hallarını müəyyən edən kifayət qədər əsaslı, tam aydın və dolğun sübut kimi qəbul edir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı məxsus olan, Qusar rayonu Avaran qışlaq kəndi ərazisində yerləşən 0.07 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin şimal tərəfdən 5.16 metr, cənub tərəfdə 4.34 metr, şərq tərəfdən 93.13 metr, qərb tərəfdən isə 89.87 metr olmaqla sahəsi 0.0398 ha hissəsini iddiaçının iradəsinə zidd olaraq istifadə edir, həmin torpaq sahəsində köməkçi tikililər inşa etmişdir. Bununla da, cavabdeh iddiaçının mülkiyyət hüququna əsassız müdaxilə etməklə onun həmin hüququnu pozmuşdur. Ona görə məhkəmə hesab edir ki, iddiaçının pozulmuş mülkiyyət hüququ müdafiə olunmaqla bərpa edilməli, cavabdeh qanunsuz istifadə etdiyi həmin torpaq sahəsindən çıxarılmalı və həmin torpaq sahəsi iddiaçının qanuni sahibliyinə və istifadəsinə qaytarılmalı, həmin 0.0398 ha hissəsində ümumi tikinti altı sahəsi 62 kv.m. olan köməkçi tikilinin 25 kv.m. hissəsi Cavabdeh öz hesabına sökülməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan Hüquqlarının və X6 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə əəsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam verək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci bəndinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Həmin Məcəllənin 111-ci maddəsinin 3-cü hissəsinə əsasən torpaqların vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və X6 haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 23-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-i və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzssiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tədqiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, iddiaçı tərəf öz iddiasının əsası kimi istinad etdiyi halları qismən sübuta yetirmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh Qusar rayonunun Avaran Qışlaq kəndində yerləşməklə **********44 reyestr nömrəli, 10 mart 2020-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı məxsus 0.07 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.0398 hektar hissəsindən (mütəxəssis tərəfindən tərtib olunmuş sxemə uyğun olaraq) çıxarılmalı və həmin torpaq sahəsi İddiaçı qanuni sahibliyinə və istifadəsinə verilməli, həmin torpaq sahəsində Cavabdeh tərəfindən tikilmiş 62 kv.m. olan köməkçi tikilinin 25 kv.m. hissəsi həmin şəxsin öz hesabına sökülməlidir. Azərbaycan Respublikasının MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Həmin Məcəllənin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 01 iyun 2022-ci il tarixli 10/2545 saylı rəyi üzrə ekspertiza xərci 50 (əlli) manat, 07 mart 2023-cü il tarixli 10/1147 saylı rəy üzrə ekspertiza xərci 50 (əlli) manat, ümumilikdə 100 (yüz) manat təşkil edən məhkəmə xərcləri Cavabdeh və İddiaçı müştərək tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X4, Kodu-210005, VÖEN **********, Müxbir hesab- AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh Qusar rayonunun Avaran Qışlaq kəndində yerləşməklə **********44 reyestr nömrəli, 10 mart 2020-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı məxsus 0.07 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.0398 hektar hissəsindən (mütəxəssis tərəfindən tərtib olunmuş sxemə uyğun olaraq şimal tərəfdən 5.16 metr, cənub tərəfdən 4.34 metr, şərq tərəfdən 93.13 metr, qərb tərəfdən isə 89.87 metr olmaqla) çıxarılsın və həmin torpaq sahəsi İddiaçı qanuni sahibliyinə və istifadəsinə verilsin. Cavabdeh tərəfindən inşa olunmuş 0.0398 ha hissəsində ümumi tikinti altı sahəsi 62 kv.m. olan köməkçi tikilinin 25 kv.m. hissəsi Cavabdeh (mütəxəssis tərəfindən tərtib olunmuş sxemə uyğun olaraq) öz hesabına sökülsün. İş üzrə 100 (yüz) manat təşkil edən məhkəmə xərcləri Cavabdeh və İddiaçı müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X4, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar