Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-446/2021 26.05.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı1 və Cavabdeh iştirakları ilə İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh və üçüncü şəxs X7 qarşı evə köçürülmə tələbinə dair iddiaları üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı1, X10 və İddiaçı3 Cavabdeh və üçüncü şəxs X7 qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onların Qusar rayonu Əvəcuq kəndində yerləşən, JN- 192A Kod 30116028 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilən 0.09 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı1 Cavabdeh ilə nikahı rəsmi qeyd etdirməklə ailə həyatı qurmuş və birgə nikahlarından xx.xx.1993-cü il təvəllüdlü Larisa, 01.09.1994-cü il təvəllüdlü Naira və xx.xx.1997-ci il təvəllüdlü Naza adlı uşaqları anadan olmuşdur. İddiaçı1 ailə həyatı qurduqdan sonra cavabdehlə birlikdə 1997-ci ildə Qusar rayonu Əvəcuq kəndində yerləşən 0.09 ha torpaq sahəsində fərdi yaşayış evi inşa etdirmiş, uzun müddət ərzində evi təmir etdirib yaşayış sahəsinə çevirmişlər və 2006-cı ildən həmin evdə yaşamağa başlamışlar. Onların birgə nikahlarından anadan olmuş uşaqlar-yəni iddiaçılar İddiaçı2, İddiaçı3 və üçüncü şəxs Mirzəcanova (Fəyzullayeva) Naira Azər qızı da həmin evdə yaşamışlar. Naira Mirzəcanova (Fəyzullayeva) ailə həyatı qurub başqa ünvana köçmüşdür. Həmin evin yerləşdiyi 0.09 ha həyətyanı torpaq sahəsi İddiaçı1, Cavabdeh, X3, İddiaçı3 və üçüncü şəxs Mirzəcanova (Fəyzullayeva) Naira Azər qızının mülkiyyətində olmaqla JN-192A KOD ******* saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə həmin şəxslərin adlarına rəsmiləşdirilmişdir. Bununla da, həmin torpaq sahəsinə və fərdi yaşayış evinə dair həmin şəxslərin birgə mülkiyyət hüquqları vardır. Son zamanlar cavabdeh iddiaçıları həmin evdə yaşamağa qoymur, bu yaxınlarda isə onları həmin evdən qovmuşdur. Bununla da, cavabdeh iddiaçıların torpaq sahəsinə dair mülkiyyət hüquqlarını, fərdi yaşayış evinə dair isə istifadə hüquqlarını pozmuşdur. Məhkəmə iclasında İddiaçı1 iddianı müdafiə etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmiş və izahatında göstərmişdir ki, İddiaçı1 onun arvadı, digər iddiaçılar İddiaçı2, İddiaçı3 və üçüncü şəxs Naira Mirzəcanova (Fəyzullayeva) isə övladlarıdır. Həqiqətən də, İddiaçı1 ilə ailə həyatı qurduqdan sonra birlikdə 1997-ci ildə Qusar rayonu Əvəcuq kəndində yerləşən 0.09 ha torpaq sahəsində fərdi yaşayış evi inşa etdirmişlər və 2006-cı ildən həmin evdə yaşamağa başlamışlar. Son zamanlar onunla arvadı İddiaçı1 arasında mübahisə yaranmış və sonuncu övladları ilə birlikdə həmin evdən çıxıb getmişlər. Hazırda o, arvadının və övladlarının həmin evə köçmələrinə və orada yaşamalarına etiraz etmir, buna razıdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçılar İddiaçı2 və İddiaçı3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər və məhkəməyə ərizə göndərərək göstərmişlər ki, iddianı müdafiə edirlər, şəxsi işləri ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəklər. Odur ki, işə onların iştirakları olmadan baxılıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Üçüncü şəxs X12 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə iddiaçılar İddiaçı2, İddiaçı3 və üçüncü şəxs Mirzəcanova (Fəyzullayeva) Naira Azər qızının iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, İddiaçı1 və cavabdehin izahatlarını dinləyib, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan JN-192A KOD 30116028 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin sürətindən görünür ki, Qusar rayon Aqrar islahat Komissiyasının 12 may 1998-ci tarixli 7/8 saylı qərarı ilə Qusar rayonu Əvəcuq kəndində yerləşən 0.09 ha həyətyanı torpaq sahəsi X2, X1, İddiaçı2 Azər qızının, X4 və X6 birgə mülkiyyətlərinə verilmişdir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 25.11.2020-ci il tarixli **********50 saylı məktubundan görünür ki, İddiaçı1 və ailə üzvlərinin adlarına Qusar rayonu Əvəcuq kəndində ümumi birgə 0.8283 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və həmin kənddə ümumi birgə 0.09 ha torpaq sahəsinə dair verilmiş JN-192A KOD 30116028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” aşkar edilmişdir. İşdə olan Qusar Rayon İcra Hakimiyyəti Başçısının Köhnə Xudat kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin 564 nömrəli 11 noyabr 2020-ci il tarixli arayışından görünür ki, İddiaçı1 Qusar rayon Əvəcuq kəndində qeydiyyatdadır və hal-hazırda orada yaşayır. İşdə olan Qusar Rayon İcra Hakimiyyəti Başçısının Köhnə Xudat kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin 593 nömrəli 20 noyabr 2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh və onun ailə üzvləri İddiaçı1, İddiaçı2, X5 və İddiaçı3 birgə yaşadıqları fərdi yaşayış evi mövcuddur. İşdə olan Vİ-ЖГ № 250563 saylı nikahın bağlanması haqqında şəhadətnamənin sürətindən görünür ki, X8 ilə X9 28 oktyabr 1991-ci ildə rəsmi nikaha daxil olmuşlar, nikah bağlandıqdan sonra Mahiyat Əskərovaya “Fəyzullayeva” soyadı verilmişdir. İşdə olan XVİİ-ЖГ № 335975 və XXİ-ЖГ № 261794 saylı doğum haqqında şəhadətnamələrin sürətlərindən görünür ki, İddiaçı2 xx xxxxxx 1993-cü ildə, İddiaçı3 xx xxxxxxx 1997-ci ildə Qusar rayonu Əvəcuq kəndində anadan olmuşlar, ataları Cavabdeh, anaları İddiaçı1dır. İşdə olan AA1710435 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X13 01.09.1994-cü ildə anadan olmuşdur. İş materiallarında olan Cavabdeh 30.04.2021-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsindən görünür ki, o, iddianı qəbul edir, iddiaçıların Qusar rayonu Əvəcuq kəndində yerləşən ona məxsus evə köçürülmələrinə etiraz etmir, buna razıdır. Ona görə də, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı1 ilə Cavabdeh nikahı rəsmi qeyd etdirməklə ailə həyatı qurmuşlar və birgə nikahlarından xx.xx.1993-cü il təvəllüdlü Larisa, 01.09.1994-cü il təvəllüdlü Naira və xx.xx.1997-ci il təvəllüdlü Naza adlı uşaqları anadan olmuşdur. İddiaçı1 ailə həyatı qurduqdan sonra cavabdehlə birlikdə Qusar rayonu Əvəcuq kəndində yerləşən 0.09 ha torpaq sahəsində fərdi yaşayış evi inşa etdirmişlər və 2006-cı ildən övladları ilə birlikdə həmin evdə yaşamağa başlamışlar. Həmin evin yerləşdiyi 0.09 ha həyətyanı torpaq sahəsi İddiaçı1, Cavabdeh, İddiaçı2, İddiaçı3 və üçüncü şəxs Mirzəcanova (Fəyzullayeva) Naira Azər qızının mülkiyyətində olmaqla JN-192A KOD ******* saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə həmin şəxslərin adlarına rəsmiləşdirilmişdir. Bununla da, həmin torpaq sahəsinə dair həmin şəxslərin birgə mülkiyyət hüquqları, o cümlədən həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair istifadə hüquqları vardır. Cavabdeh iddianı qəbul etmiş, iddiaçıların həmin evə köçürülmələrinə etiraz etmədiyini, buna razı olduğunu bildirərək bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasaən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikasının MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Qusar rayonu Əvəcuq kəndində, JN-192A Kod 30116028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0.09 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair istifadə hüquqları müdafiə olunmalı, onların cavabdeh tərəfindən pozulmuş həmin hüquqları bərpa edilməli və həmin şəxslər həmin evə köçürülməlidirlər. Bundan başqa, məhkəmə cavabdehin iddianı etiraf etməsini müzakirə edərək onun təsdiq olunmasını və iddianın təmin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçılar öz tələblərinin əsası kimi istinad etdiyi halları tam sübuta yetirmişlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia təmin edilsin. İddiaçı1, İddiaçı2 və İddiaçı3 Qusar rayonu Əvəcuq kəndində, JN-192A Kod 30116028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0.09 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə köçürülsünlər. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №2(029)-446/2021
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-446/2021
26.05.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver