Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-45/2021 05.02.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı Dövlətxanova Gülpəri İsmayıl qızının Cavabdehlər Cavabdeh və X11 iştirakları ilə, İddiaçı Dövlətxanova Gülpəri İsmayıl qızının cavabdehlər Cavabdeh və X16 qarşı zəbt edilmiş torpaq sahəsinin boşaldılması və zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Qusar şəhərində xx xxxxxx 2021-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Dövlətxanova Gülpəri İsmayıl qızı cavabdehlər Cavabdeh və X16 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əldən çıxmış fayda qismində olan zərərin əvəzi olaraq 3700 (üç min yeddi yüz) manat məbləğində vəsaitin cavabdehdən alınaraq ona qaytarılması, məhkəmədə iddia qaldırması ilə əlaqədar ödədiyi 30 (otuz) manat dövlət rüsumunun qaytarılması, zəbt olunmuş 0.5 ha torpaq sahəsinin boşaldılmasına və cavabdehlərin hesabına zəbt olunmuş torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Dövlətxanova Gülpəri İsmayıl qızı iddianı müdafiə edərək izahatında göstərdi ki, Qusar rayonunda torpaq islahatları keçirilərkən Qusar rayon X15 qərarına əsasən onun mülkiyyətinə 1.20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi xx xxxxxx 2019-cu il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrində 194 nömrəli reyestr kitabının 22 nömrəli vərəqində qeydiyyata alınmaqla Seriya RX № ******* saylı Çıxarış almışdır. Həmin torpaq sahəsini təyinatı üzrə istifadə etmiş, əkin işləri ilə məşğul olmuşdur. Lakin cavabdehlər onun mülkiyyətində olan torpaq sahəsinin uzunluğu 40 metr, eni isə 14 metr olan hissəsini zəbt etmiş və artıq 20 ildir ki, zəbt olunmuş hissədən çıxmamışlar. Bundan başqa sərhəd boyu zəbt olunmuş torpaq sahəsini quru ağac və budaqlarla hasar çəkmiş, onun həmin sahəyə getməsinə manelər törətmişlər. O, cavabdehlərə dəfələrlə həmin torpağdan çıxmalarını izah etsə də, cavabdehlər torpaq sahəsindən çıxmamış və onun mülkiyyət hüququnu pozmuşlar. O, bu məsələ ilə bağlı xx xxxxxx 2018-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Ərazi İdarəsinə müraciət etmiş, xx xxxxxxxx 2018-ci il tarixdə həmin idarənin işçisi Kərimov Mübariz, Şirvanovka kənd Bələdiyyəsinin sədri Mərdanov Ziya və onun iştirakları ilə Akt tərtib edilmişdir. Həmin Aktda onun adına verilmiş Dövlət Aktına əsasən torpaq sahəsinin bütün döngə nöqtələrinin koordinatları naturada ölçülmüş və onun mülkiyyətçi kimi tanındığı qeyd edilmişdir. Lakin cavabdehlərdən biri razılaşmadığına görə sahənin bir tərəfinin göstərilməsi mümkün olmamışdır. Hər il əkin işləri başlanan vaxt onun tərəfindən 1000 ədəd pomidor ştili alınmış, aldığı ştilin qiyməti 50 (əlli) manat təşkil etmişdir. Onun tərəfindən pomidor ştili alındıqdan sonra zəbt olunmuş torpaq sahəsini şumlamaq üçün 40 (qırx) manat pul verilirdi. Bundan əlavə 20 (iyirmi) manat ştillərin əkilməsi üçün, 30 (otuz) manat həmin əkinlərin su arxlarının çəkilməsi üçün, 20 (iyirmi) manat isə kübrə üçün pul verilmişdir. Məhsulun yığılması üçün 20 (iyirmi) manat, daşınması üçün 20 (iyirmi) manat ödənilirdi. Həmin məhsulun 1 tonunu 300 (üç yüz) manata satırdı. Həmin torpaq sahəsindən o, hər il bir ton və artıq məhsul almış, satıldıqdan sonra isə 400 (dörd yüz) manat əldə edirdi. Həmin 400 (dörd yüz) manatdan çəkdiyi xərclər çıxıldıqdan sonra 185 (bir yüz səksən beş) manat təmiz gəlir əldə edirdi. Həmin pul onun illik gəliri olmuşdur. Lakin cavabdehlər tərəfindən son 20 (iyirmi) ildir ki, davamlı olaraq ona ziyan vurulmuş, onu və ailə üzvlərini gəlir mənbəklərindən məhrum etmişlər. Nəticədə isə son 20 (iyirmi) il ərzində cavabdehlər tərəfindən ona 3700 (üç min yeddi yüz) manat ziyan vurulmuşdur. Odur ki, torpaq üzərində pozulmuş hüquqlarının və itirilmiş faydanın tələb edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, o, ailəsi ilə birlikdə Qusar rayonu Torpaqkörpü kəndində yaşayır. İddiaçı Dövlətxanova Gülpəri İsmayıl qızı onun qonşusudur. Onun tərəfindən zəbt olunduğu iddia edilən torpaq sahəsi 1996-cı ildən onun istifadəsindədir. Qusar rayonunda torpaq islahatları keçiriləndən sonra ona məlum olmuşdur ki, qonşusu iş üzrə iddiaçı Dövlətxanova Gülpəri İsmayıl qızına məxsus 0.10 ha torpaq sahəsi onun tərəfindən tutulmuşdur. O, Qusar rayonu Şirvanovka kənd Bələdiyyəsinin iştirakı ilə həmin 0.10 ha torpaq sahəsini iddiaçıya geri qaytarmışdır. O, iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmişdir və iddiaçının iddiası əsassızdır. Odur ki, qeyd edilənləri nəzərə alıb iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında cavabdeh X18 iddianı qəbul etməyərək izahatında göstərdi ki, o, Qusar rayonu Torpaqkörpü kəndində yaşayır. İddiaçının iddia etdiyi torpaq sahəsi 1994cü ildən atası Qərib Abdurzayevə məxsus olmuşdur. X1 2007-ci il tarixdə vəfat etmişdir. Həmin torpaq sahəsi atasından qalmışdır. İddiaçıya verilən torpaq sahəsi ilə atasına verilmiş torpaq sahəsinin arasında çəpər olmuşdur. O heç kimin torpağını zəbt etməmiş və ziyan vurmamışdır. Odur ki, qeyd edilənləri nəzərə alıb iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iddiaçı Dövlətxanova Gülpəri İsmayıl qızının və cavabdehlər Cavabdeh və X11 izahatlarını dinləyib, iş materiallarını tam, obyektiv və qərəzsiz araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə iddia rədd edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx xxxxxx 2019-cu il tarixli Seriya RX № ******* saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Qusar rayonu, Torpaqkörpü kəndi ərazisində yerləşən **********69 reyestr nömrəli 1.20 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Dövlətxanov Gülpətri İsmayıl qızına məxsusdur. İşdə olan JN-072F KOD 30124068 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Qusar rayon X15 xx xxxxxxxx 1997-ci il tarixli 14/2 saylı qərarına əsasən X3, X2, X7, X11, X8 və X5 mülkiyyətlərinə Qusar rayonunun Torpaqkörpü kəndi ərazisindən 0.24 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan JN-005F KOD 30124068 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Qusar rayon X15 xx xxxxxxxx 1997-ci il tarixli 14/2 saylı qərarına əsasən Cavabdeh, X4, X9, X12, X13, X14 və X10 mülkiyyətlərinə Qusar rayonunun Torpaqkörpü kəndi ərazisindən 0.40 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli, 10/939 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx xxxxxxxx 2020-ci il tarixli **********78 nömrəli mütəxəssis rəyinə əsasən, Seriya RX № ******* saylı Çıxarışa əsasən iddiaçı Dövlətxanova Gülpəri İsmayıl qızına məxsus Qusar rayonu Torpaqkörpü kəndində yerləşən 1.20 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları ilə naturada yerləşmə mövqeyi arasında şimal-şərq istiqamətinə 28 mert, cənub-qərb istiqamətində 29 metr sürüşmə vardır. Bu səbəbdən iddiaçılara məxsus torpaq sahəsinin cavabdeh tərəfindən nə qədər istifadə olunubolunmadığını müəyyən etmək mümkün olmamışdır. Bu kimi uyğunsuzluqlar mübahisəli torpaq sahələrinin yerləşdiyi ərazinin Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektorn kadast uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadast xəritəsinin tərtib olunmuş Qaydaları” əsasında torpaqların rəqəmsal kadastr xəritələrinin hazırlanıb təsdiq olunmasından sonra öz həllini tapacaqdır. Tədqiq olunan iddiaçılara məxsus torpaq sahəsinin kimlər tərəfindən nə qədər istifadə olunduğunu mütəxəssis tərəfindən müəyyən etmək mümkün olmadığı üçün, Qusar rayonu Torpaqkörpü kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1.20 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində cavabdeh tərəfindən hər hansı tikinti işlərinin aparılıb-aparılmamasına dair tədqiqat aparılmadı. Beləliklə, iddiaçı öz tələbini əsaslandırdığı hallara dair məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmiş və bu hal məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı Dövlətxanova Gülpəri İsmayıl qızının cavabdehlər Cavabdeh və X16 qarşı zəbt edilmiş torpaq sahəsinin boşaldılması və zərərin ödənilməsi tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş üzrə 339.98 (üç yüz otuz doqquz manat doxsan səkkiz qəpik) manat təşkil edən ekspertiza xərcləri iddiaçı Dövlətxanova Gülpəri İsmayıl qızından tutularaq 100.00 (bir yüz) manat Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı Dövlət Xəzinədarlıq Agentliyi, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFИFT BИK- CTREAZ22) hesabına və 239.98 (iki yüz otuz doqquz manat doxsan səkkiz qəpik) manat isə Kapital Bankın 1 saylı Xətai Filialı, Kod:200071 VÖEN (BANK) **********, Müxbir hesab: AZ37NABZ0135001**********1944, SWİFT: ALİİBAZ2X, Kadastr və Yerquruluğu Lahiyə- Təhqiqaq Mərkəzi MMC-VÖEN **********, Hesab N:AZ23AİİB******************** hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar Dövlətxanova Gülpəri İsmayıl qızının cavabdehlər Cavabdeh və X16 qarşı zəbt edilmiş torpaq sahəsinin boşaldılması və zərərin ödənilməsi tələbinə dair iddiası rədd edilsin. İş üzrə 339.98 (üç yüz otuz doqquz manat doxsan səkkiz qəpik) manat təşkil edən ekspertiza xərcləri iddiaçı Dövlətxanova Gülpəri İsmayıl qızından tutularaq 100.00 (bir yüz) manat Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı Dövlət Xəzinədarlıq Agentliyi, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFИFT BИK- CTREAZ22) hesabına və 239.98 (iki yüz otuz doqquz manat doxsan səkkiz qəpik) manat isə Kapital Bankın 1 saylı Xətai Filialı, Kod:200071 VÖEN (BANK) **********, Müxbir hesab: AZ37NABZ0135001**********1944, SWİFT: ALİİBAZ2X, Kadastr və Yerquruluğu Lahiyə- Təhqiqaq Mərkəzi MMC-VÖEN **********, Hesab N:AZ23AİİB******************** hesabına keçirilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(029)-45/2021
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-45/2021
05.02.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver