Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-453/2025 31.07.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı Ərizəçi cavabdeh Qusar rayon Notariat ofisinə, üçüncü şəxslər X9 və X16 qarşı “ötürülmüş müddətin bərpa edilməsi, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Ərizəçi cavabdeh Qusar rayon Notariat ofisinə, üçüncü şəxslər X9 və X16 qarşı “ötürülmüş müddətin bərpa edilməsi, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun notarial qaydada vərəsəlik şəhadətnaməsi almağı üçün ötürülmüş müddətin bərpa edilməsi və mirasın qəbulu faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Ərizəçi oğlu iddianı onunla əsaslandırmışdır ki, o, xx.xx.1969-cu il tarixdə Qusar rayonunun Yasab kəndində anadan olmuşdur. Qızlıq soyadı Kərəmova olmuşdur. Ailə qurduqdan sonra soyadın dəyişilərək həyat yoldaşının soyadı, yəni Mədətxanova soyadı olubdur, Ərizəçi. Doğum haqqında şəhadətnamədə atası qrafasında X24, anası qrafasında X2 göstərilmişdir. X7 xx.xx.1989-cu ildə, anası X10 isə xx.xx.2004-cü il tarixdə vəfat etmişlər. Ata-ana rəhmətə getdikdən sonra Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə olaraq mirasın açıldığı yer üzrə notariat ofisinə mirasın qəbul edilməsi barədə ərizə ilə müraciət etməli idi. Lakin, buna hüquqi savadı çatmadığı və mövcud vəziyyətdən baş çıxarmadığı üçün əməl etməmişdir. Sonradan işlə məşğul olmağa başladıqda bu hallar ortaya çıxmışdır. Müəyyən olunmuşdur ki, ötürülmüş müddətin bərpası və mirasın qəbulu ilə əlaqədar məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmalıdır ki, o, həmin qətnamə ilə notariat kontoruna müraciət etməklə vərəsəlik şəhadətnaməsi ala bilsin. Onun tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə yazılı şəkildə müraciət olunaraq mərhum atası və anasının adına Qusar rayonu, Yasab kəndi üzrə ümumbirgə mülkiyyət üzrə 0.18 ha həyətyanı torpaq sahəsinə dair şəhadətnamənin verilməsini xahiş etmişdir. Beş saylı ərazi idarəsindən verilən cavab məktubunda qeyd edilən torpaq sahəsinin mövcud olması, lakin ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrin qeydiyyatı kitablarında digər şəxsin adı (adı təsdiqlənməmiş düzəliş olub) qeyd edildiyi bildirilmişdir. İkinci dəfə müraciəti əsasında 0.18 ha torpaq sahəsinin X3 adına aşkarlanmış JN-73F və JN731 saylı (kod********) “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin surəti ona göndərilmişdir. Adına şəhadətnamə olan X6 onun atasının anasıdır. Bu əmlaklar rəsmi qaydada bu mərhumların birindən digərinə keçmişdir. Onun valideynlərindən aşağıda adları göstərilən övladlar dünyaya gəlmişdir: Kərəmova (ərə getdikdən sonra Mədətxanova) Ulduz Fətəli qızı, xx.xx.1969- cu il təvəllüdlü. X25 xx.xx.1971-ci il təvəllüdlü. X17 (ərə getdikdən sonra Mehtiyeva) xx.xx.1973-cü il təvəllüdlü. X15 xx.xx.1975-ci il təvəllüdlü, xx.xx.2008-ci ildə rəhmətə gedib. X18 xx.xx.1977-ci il təvəllüdlü xx.xx.2008-ci ildə vəfat edib. X26 xx.xx.1985-ci il təvəllüdlü, xx.xx.2007-ci ildə vəfat edib. Adına torpaq şəhadətnaməsi olan X6, yəni nənəsi xx.xx.2003-cü il tarixdə vəfat etmişdir. İddiaçı Ərizəçi xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddia iddia ərizəsində göstərilənləri təsdiq edərək iddia tələbinin təmin edilməsini xahiş etmiş və izahatında bildirmişdir ki, onlar üç bacı, üç qardaş olmuşlar, iki qardaş, bir bacı rəhmətə gedib. Bacısı Samirə rəhmətə gedib, digər bacısı Gülşən Mehdiyeva sağdır, Rusiya Federasiyasında yaşayır. X27 və Əfqan Kərəmov rəhmətə gedib, Kərəmov Kərəm isə sağdır. X37 rayonu Yasab kəndində yaşayır, onun ayrı evi var, ondan heç nə istəmir. Kərəm ona ora getməyə icazə vermir, o istəyir ora rahat gedib gəlsin, ora onun ata mülküdür, ona oradan pay düşür. O, ata evinə ildə bir dəfə məzuniyyət vaxtı gedir. Qardaşı Kərəm ayrı yaşayır, onun ayrı evi var. Notariusun bu işə qarşı heç bir narazılığı olmayıb, o işləri başqa şəxs görüb, onun xəbəri yoxdur. O, Kərəmdən heç nə istəmir, o, öz payını istəyir. Bacısı Gülşən ona etibarnamə verib, özünə düşən payını ona verib. İddiaçı Ərizəçi sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, ərizəni müdafiə edir, təmin edilməsini xahiş edir. Bundan başqa bildirmişdir ki, şəxsi işlərilə əlaqədar təyin olunmuş məhkəmə iclasına gələ bilmir, ona görə də işə onun iştirakı olmadan baxaraq ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Üçüncü şəxslər Qusar rayon Notariat ofisinə, X9 və X16 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq həmin ofisin nümayəndəsi və digər şəxslər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4 və 185.5-ci maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, işdə olan JN-073F KOD 30126018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Qusar rayon AİK-nın 25 iyun 1998-ci il tarixli 11/10 saylı qərarı ilə ünvan 1i ərazisindən 0.10 ha torpaq sahəsi X3 mülkiyyətinə verilmişdir. İşdə olan JN-073İ KOD 30126018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Qusar rayon AİK-nın 25 iyun 1998-ci il tarixli 11/10 saylı qərarı ilə ünvan 1i ərazisindən 0.05 ha torpaq sahəsi X3 mülkiyyətinə verilmişdir İşdə olan Vİ-ЖГ 268179 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə X14 nikaharı 01 avqust 1994-cü il tarixdə rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra qadın “Mədətxanova” soyadını qəbul etmişdir. İşdə olan АЗ ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1969-cu ildə anadan olmuşdur. X7, anası X4r. İşdə olan AZ-İİ 388228 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2024-cü il tarixə ölmüşdür. İşdə olan AZ-İİ 388227 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X24 xx.xx.1989-cu ildə ölmüşdür. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş 14 may 2024-cü il tarixli 209 saylı arayışın surətindən görünür ki, X6 14 iyun 2003-cü ildə ölmüşdür. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş 19 dekabr 2023-cü il tarixli 820 saylı arayışın surətindən görünür ki, X24 ilə X1 nikahları xx.xx.1969-cu ildə rəsmiləşdirilmişdir. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş 14 may 2024-cü il tarixli 210 saylı arayışın surətindən görünür ki, X24 03 dekabr 1946-cı ildə ünvan 1i ünvanında anadan olmuşdur. X8, anası X5r. İş materiallarından görünür ki, iddiaçı Ərizəçi ata nənəsi X3 adına qeydə alınmış olan 0.10 ha torpaq və 0.05 ha torpaq sahələri əmlaklarını miras kimi qəbul etməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. İş materiallarından görünür ki, iddiaçı Ərizəçi ata nənəsi X6 14 iyun 2003-cü ildə tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1147.1. Miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə bu Məcəllənin 1256-cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı Ərizəçi ata nənəsi X3 adına qeydə alınmış olan 0.10 ha torpaq və 0.05 ha torpaq sahələri əmlaklarını miras kimi qəbul etməsi ilə notarial qaydada vərəsəlik şəhadətnaməsi almağı üçün ötürülmüş müddətin bərpa edilməsi və mirasın qəbulu faktının təsdiq edilməsi ilə bağlı məhkəməyə müraciət etsə də, həmin əmlaklara sahiblik etməsi, əmlakı idarə etməsi, mirası qəbul etdiyini şəksiz nümayiş etdirməsi ilə bağlı sübutlar təqdim etməmişdir. Bundan başqa məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı başqa təsərrüfatla yaşamaqla yanaşı mirası ümumiyyətlə qəbul etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı Ərizəçi maraqlı şəxslər Qusar rayon Notariat ofisinə, X9 və X16 qarşı “ötürülmüş müddətin bərpa edilməsi, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair məhkəməyə heç bir sübut təqdim etmədiyindən iddia təmin edilə bilməz. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddiaçı Ərizəçi cavabdeh Qusar rayon Notariat ofisinə, üçüncü şəxslər X9 və X16 qarşı “ötürülmüş müddətin bərpa edilməsi, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-453/2025
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-453/2025
31.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver