Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-457/2021 02.06.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Ərizəçi maraqlı tərəf Maraqlı şəxsnə qarşı vətəndaşın ölmüş elan edilməsinə dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı tərəf Maraqlı şəxsnə qarşı vətəndaşın ölmüş elan edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək 03 oktyabr 1990-cı il tarixdə Qusar şəhərində anadan olmuş X3 ölmüş elan edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, onun oğlu X6 03 oktyabr 1990-cı il tarixdə Qusar şəhərində anadan olmuşdur. 2013-cü ilin aprel ayında oğlu X6 evdən çıxıb getmiş, Azərbaycan Respublikasının ərazisini tərk edərək Bakı-İstanbul aviareysi ilə Türkiyə Respublikasına getmiş, oradan da Suriyə Ərəb Respublikasına getmişdir. Həmin vaxtdan X6 itkin düşmüş, ondan heç bir xəbər çıxmamış, harada olması naməlum olaraq qalmışdır. X1 Ərəb Respublikasında gedən vətəndaş müharibəsində döyüşlərdə iştirak etmiş və 2013-cü ildən etibarən ondan bir xəbər çıxmamışdır. X3 2013-cü ilin aprel ayında evdən çıxıb getməsini, o vaxtdan onun barəsində heç bir xəbər, soraq, məlumatın olmamasını bir çox şahidlər təsdiq edə bilərlər. Artıq 8 ildir ki, X2 heç bir xəbər yoxdur. O, böyük yəqinliklə güman edir ki, oğlu X1 Ərəb Respublikasında gedən döyüşlərdə iştirak etmiş və həmin döyüşlərdə həlak olmuşdur. Elşən Əlimuradovun 2013-cü ilin aprel ayında Azərbaycan Respublikasının ərazisini tərk edərək Suriya Ərəb Respublikasına getməsi, Suriya Ərəb Respublikasında “İŞİD”in nəzarəti altında olan torpaqlarda fəaliyyət göstərən qanunsuz silahlı birləşmələrə qoşularaq döyüşlərdə iştirak etməsi barədə Qusar rayon Polis Şöbəsinin əməliyyat məlumatları, habelə bu barədə şahid ifadələri əsas götürülməklə X6 məhkəmə qaydasında ölmüş elan edilməlidir. X3 ölmüş elan edilməsi ona X2 miras qalmış əmlaklar barədə vərəsəlik hüquqlarını həyata keçirmək üçün zəruridir. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin şəxs məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək iş üzrə məhkəmə iclaslarına gələ bilmədiyi üçün işə onun iştirakı olmadan baxıb 03 oktyabr 1990-cı il tarixdə Qusar şəhərində anadan olmuş oğlu X3 ölmüş elan edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı tərəf Maraqlı şəxs rəisi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin şəxs məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək xidməti zərurətlə əlaqədar işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, qanuni qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. . Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan Seriya AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1964-cü ildə ünvan 1 ünvanda qeydiyyatdadır. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 17.04.2021-ci il tarixli doğum haqqında arayışdan görünür ki, X6 03.10.1990-cı ildə anadan olmuş, atası Ərizəçi, anası X4r. İşdə olan Qusar rayon Polis Şöbəsi tərəfindən verilmiş 16.04.2021-ci il tarixli 149-7765- 1221 saylı məktubdan görünür ki, ünvan 3-də qeydiyyatla yaşamış, 03.10.1990-cı il təvəllüdlü X6 radikal dini təriqli olmaqla, 2013-cü ilin aprel ayında ölkə ərazisini tərk edərək, Bakı- İstanbul avia-reysi ilə Türkiyə Respublikasına getmiş, oradan da Suriya Ərəb Respublikasının ərazisinə keçməklə “İŞİD”in nəzarəti altında olan torpaqlarda fəaliyyət göstərən qanunsuz silahlı birləşmələrə qoşulması barədə məlumat alınmışdır. Elşən Əlimuradovun sonrakı taleyi barəsində əlavə məlumat əldə olunmamışdır. X3 axtarışda olması və ya itkin düşmüş şəxs qismində axtarılması barədə Qusar RPŞ-də hər hansı məlumat yoxdur. İşdə olan 08 aprel 2021-ci il tarixdə X14, X15 və X7 tərəfindən Qusar rayonu Urva kəndində tərtib olunmuş aktdan görünür ki, ünvan 3 ünvanında yaşamış, 03 oktyabr 1990-cı il təvəllüdlü X6 2013-cü ilin aprel ayında evdən çıxıb getmiş, Azərbaycan Respublikasının ərazisini tərk edərək Türkiyə Respublikasına, oradan da Suriya Ərəb Respublikasına getmişdir. X1 Ərəb Respublikasında “İŞİD”in nəzarəti altında olan torpaqlarda fəaliyyət göstərən qanunsuz silahlı birləşmələrə qoşularaq döyüşlərdə iştirak etmişdir. X1 Ərəb Respublikasında itkin düşmüş və onun harada olması məlum deyildir. 2013-cü ilin aprel ayından etibarən ondan heç bir xəbər, soraq, başqa məlumat yoxdur. X8 və X10 məhkəməyə göndərdikləri izahatlarından görünür ki, onlar yuxarıda qeyd olunan aktda göstərilən halları bir daha təsdiq etmişlər. İşdə olan Qusar rayon prokurorluğu tərəfindən verilmiş 18 may 2021-ci il tarixli 349xid- 21 saylı məktubdan görünür ki, 03.10.1990-cı ildə Qusar şəhərində anadan olmuş X3 barəsində həmin prokurorluqda hər hansı bir təqsirləndirici material yoxdur. İşdə olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 24.05.2021-ci il tarixli tələbnamədən görünür ki, 03.10.1990-cı il təvəllüdlü X6 məhkum olunmamışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti tərəfindən verilmiş 21.05.2021-ci il tarixli 17/6-9191 saylı məktubdan görünür ki, 03.10.1990-cı il təvəllüdlü X5 adlı şəxs haqqında məlumat qeydiyyatdan keçmir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, ərizəçinin oğlu Qusar şəhər Şarvili küçəsi ev 101 ünvanda qeydiyyatda olmuş, 03.10.1990-cı il təvəllüdlü X6 radikal dini təriqli olmaqla 2013-cü ilin aprel ayında ölkə ərazisini tərk edərək Bakı-İstanbul avia-reysi ilə Türkiyə Respublikasına getmiş, oradan da Suriya Ərəb Respublikasına keçməklə “İŞİD” qruplaşmasının nəzarəti altında olan torpaqlara gedərək döyüşlərdə iştirak etmək üçün silahlı dəstələrə qoşulmuş və həmin döyüşlərdə ölmüşdür. X3 Suriya Ərəb Respublikasında gedən hərbi əməliyyatlarda ölməsi ərizəyə əlavə edilmiş sənədlərlə təsdiq olunur. Hazırda həmin şəxsin əmlakları barəsində vərəsəlik müəyyən olunmalı olduğundan onun məhkəmə qaydasında ölmüş elan edilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən, əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən, şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, Ərizəçi öz tələblərinin əsası kimi istinad etdiyi hallar-yəni oğlu Elşən Əlimradovun 2013-cü ildə Suriya Ərəb Respublikasında hərbi əməliyyatlar zamanı gedən döyüşlərdə ölməsi, 2013-cü ildən etibarən onun yaşayış yerində görünməməsi məhkəməyə təqdim edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 03 oktyabr 1990-cı il təvəllüdlü, Qusar şəhər Şarvili küçəsi ev 101 ünvanda qeydiyyatda olmuş X6 ölmüş elan edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 305.1, 305.1.2-ci maddələrinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin xəbərsiz itkin düşmüş elan edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 312-ci maddəsində göstərilir ki, şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 305, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 03 oktyabr 1990-cı il təvəllüdlü, Qusar şəhər Şarvili küçəsi ev 101 ünvanda qeydiyyatda olmuş X6 ölmüş elan edilsin. Qətnamənin qanuni qüvvəyə mindiyi gün X3 ölüm günü sayılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №2(029)-457/2021
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-457/2021
02.06.2021 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver