Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-469/2020 11.06.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə Qusar şəhərində xx xxxx 2020-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xüsusi mülkiyyət hüququ üzrə ona məxsus olan ünvan 2 32 saylı mənzilə dair istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, ünvan 2 32 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə ona məxsusdur. Həmin mənzilə dair onun xüsusi mülkiyyət hüququ xx xxxxxx 2006-cı il tarixli Seriya MH ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Bu yaxınlarda o, həmin evə dair sərəncam hüququnu həyata keçirmək üçün Qusar rayon Notariat Ofisinə müraciət etmiş və orada həmin ünvana dair “elektron notariat” X1 çıxarışdan məlum olmuşdur ki, ona məxsus evdə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qeydiyyatdadırlar. Araşdırma zamanı məlum olmuşdur ki, cavabdehlər o, həmin mənzili satın almamışdan əvvəl orada qeydiyyatda olmuşlar və o, mənzili alanadək artıq oradan çıxıb getmişlər. Artıq 13 ildən çoxdur ki, cavabdehlər həmin ünvanda yaşamırlar, həmin mənzildə cavabdehlərə məxsus heç bir əmlak yoxdur. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 artıq uzun müddətdir ki, ona məxsus ünvan 2 32 saylı mənzildə yaşamadıqlarından, həmin mənzildə cavabdehlərə aid heç bir əmlaklar olmadığından cavabdehlərin həmin mənzilə istifadə hüquqları və qeydiyyatda olmaları formal xarakter daşıyır. Bu isə öz növbəsində onun mülkiyyət hüququnu pozur və məhdudlaşdırır. Ona görə də cavabdehlərin ona məxsus olan ünvan 2 32 saylı mənzilə dair istifadə hüquqlarına xitam verilməlidir. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə qeyd edilənləri nəzərə alıb işə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, o, ünvan 2 30 saylı mənzildə yaşayır və uzun müddətdir ki, İddiaçı ilə qonşudurlar. O, iddiaçıya məxsus olan və iddiaçının yaşadığı mənzildə heç vaxt cavabdeləri görməmişdir və onları tanımır. Həmin evdə iddiaçı ailə üzvləri ilə birlikdə yaşayır. Məhkəmə iddiaçının izahatını və şahid ifadəsini dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Seriya MH № ******* saylı, **********79-05101-093001 reyestr nömrəli, ********* qeydiyyat nömrəli və xx xxxxxx 2006cı il qeydiyyat tarixli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Qusar şəhəri, T.İsmayılov küçəsində istifadədə olan 0.073 ha torpaq sahəsində yerləşən 144 nömrəli, 4 mərtəbəli binanın 4-cü girişində, 3-cü mərtəbəsində yerləşən 39.77 kv.metr ümumi, 27.5 kv.metr yaşayış sahəsindən ibarət 2 otaqlı 32 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 20 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan “Elektron notariat” X1 Çıxarışdan görünür ki, ünvan 2 32 saylı mənzildə Cavabdeh1, X4, İddiaçı, Cavabdeh2, X10, Cavabdeh3 və X7 qeydiyyatdadırlar. İşdə olan Qusar RİHB-nın Mənzil İstismarı Müəssisəsi tərəfindən verilmiş xx xxxxxxx 2019-cvu il tarixli 442 nömrəli Arayışdan görünür ki, İddiaçı ünvan 2 32 saylı mənzildə yaşayır və həyat yoldaşı xx xxxx 1962-ci il təvəllüdlü X4, xx xxxx 1992-ci il təvəllüdlü X7, xx xxxx 1994-cü il təvəllüdlü X5 ibarət ailə tərkibi vardır. İşdə olan Qusar şəhəri, Heydər Əliyev, ev 144, mənzil 28-də yaşayan X9, Qusar şəhəri, Heydər Əliyev, ev 144, mənzil 35-də yaşayan X2, Qusar şəhəri, Heydər Əliyev, ev 144, mənzil 30-da yaşayan X6 və Qusar şəhəri, Heydər Əliyev, ev 144, mənzil 30-da yaşayan X3 iştirakları ilə xx xxxxxx 2020-ci il tarixdə Qusar şəhərində tərtib olunmuş Aktdan görünür ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 2 mənzil 32 ünvanında qeydiyyatda olsalar da, təxminən 13 ildir ki, həmin ünvanda yaşamırlar. Həmin mənzilin mülkiyyətçisi İddiaçı həmin mənzili satın almamışdan əvvəl həmin şəxslər həmin ünvanı tərk etmişlər və həmin vaxtdan da orada yaşamırlar. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, ünvan 2 32 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Həmin mənzil iddiaçının adına Seriya MH № ******* saylı, **********79-05101-093001 reyestr nömrəli, ********* qeydiyyat nömrəli və xx xxxxxx 2006-cı il qeydiyyat tarixli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış ilə rəsmiləşdirilmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 həmin mənzildə qeydiyyatdadırlar. Lakin cavabdehlər həmin ünvanda yaşamırlar. Həmin ünvanda cavabdehlərə məxsus olan hər hansı bir əmlak yoxdur. Cavabdehlərin mübahisəli mənzilə qeydiyyatları formal xarakter daşıyır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 2 32 saylı mənzildə formal qeydiyyatdadırlar. Belə ki, faktiki olaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 həmin mənzildə yaşamırlar. Mənzildən istifadəyə dair iddiaçı ilə cavabdehlər arasında hər hansı bir razılaşma yoxdur. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 2 32 saylı mənzildə formal olaraq qeydiyyatda olmaları mülkiyyətçi kimi İddiaçı hüquqlarını pozur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsasən kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunan normaların tələblərini rəhbər tutaraq hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsus olan ünvan 2 32 saylı mənzilə dair istifadə hüquqlarına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsus olan ünvan 2 32 saylı mənzilə dair istifadə hüquqlarına xitam verilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qusar Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(029)-469/2020
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-469/2020
11.06.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver