Məhkəmə qərarları › İş №2(029)-49/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-49/2021

05.02.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-49/2021 05.02.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı qanunsuz olaraq zəbt edilmiş torpaq sahəsindən çıxarılma tələbinə dair mülki işə Qusar şəhərində xx xxxxxx 2021-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmiş ona və ailə üzvlərinə məxsus 0,80 hektar torpaq sahəsindən cavabdehin çıxarılaraq həmin torpaq sahəsinin aidiyyatı üzrə ona və ailə üzvlərinə qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Qusar rayonunun Uqur kəndində onun və ailə üzvlərinin xüsusi mülkiyyətlərində 1.775 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Həmin torpaq sahəsinə onların mülkiyyət hüquqları Seriya RX № ******* saylı Çıxarış ilə təsdiq olunur. Mülkiyyətlərində olan həmin torpaq sahəsinin təxminən 0,80 hektar hissəsi onların torpaq sahəsi ilə yanaşı torpaq sahibi olan Cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilərək uzun illərdir ki, istifadə edilir. Onun dəfələrlə müraciət etməsinə baxmayaraq Cavabdeh zəbt edilmiş torpaq sahəsini aidiyyatı üzrə onlara qaytarmaqdan imtina edir. Bununla əlaqədar o, dəfələrlə yerli İcra Hakimiyyəti və bələdiyyə orqanlarına müraciət etmişdir. Lakin Cavabdeh həmin orqanlara da məhəl qoymamış, yenə də torpaq sahəsini aidiyyatı üzrə ona qaytarmaqdan imtina etmişdir. Ona görə də Cavabdeh qanunsuz olaraq zəbt etdiyi ona və ailə üzvlərinə məxsus 0,80 hektar torpaq sahəsindən məhkəmə qaydasında çıxarılmalıdır və həmin torpaq sahəsi onlara, yəni ona, X5, X11, X7 və X12 qaytarılmalıdır. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərk izahatında göstərdi ki, o, İddiaçı və ailə üzvlərinə məxsus olan torpaq sahəsini zəbt etməmişdir. Qusar rayon X10 xx xxxx 2002-ci il tarixli 4\1 saylı qərarı ilə onların ailə üzvlərinin mülkiyyətlərinə 3.89 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair onların mülkiyyət hüquqları JN: 00xx xxx 30118028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə təsdiq olunmuşdur. 10 ildən artıqdır ki, ailə üzvlərinin mülkiyyətinə verilmiş həmin torpaq sahəsini istifadə edir. X4 xx xxxxxx 2016-cı il tarixdə vəfat etmişdir. Bundan sonra isə onlar özlərinə məxsus olan həmin torpaq sahəsinin müəyyən bir hissəsini satmışlar və hazırda özlərinin mülkiyyətlərində 2.06 hektar torpaq sahəsi qalmışdır və həmin torpaq sahəsini də özləri istifadə edirlər. İddiaçı iddiası tamamilə əsassızdır və rədd edilməlidir. Qeyd edilənləri nəzərə alıb iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam, obyektiv və qərəzsiz araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə iddia rədd edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Seriya RX № ******* saylı, **********71 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Qusar rayonu Uğur kəndində yerləşən 1.775 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə İddiaçı, X5, X8, X2 və X12 məxsusdur. İşdə olan Daşınmaz Əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair 03/5667 saylı Arayışdan görünür ki, Qusar rayonu Uğur kəndində yerləşən 1.775 ha torpaq sahəsi xx xxxxxxx 2017-ci il tarixinə bazar dəyəri 5300 (beş min üç yüz) manat təşkil edir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 10/3677 nömrəli eskpert rəyindən görünür ki, ********** qeydiyyat nömrəli, xx.xx.2017 qeydiyyat tarixli Seriya RX № ******* saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı, X3, X6, X1 və X9 ümumi birgə mülkiyyətində olan Qusar rayonu Uğur kəndində yerləşən 1.775 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları ilə naturada yerləşmə mövqeyi arasında şimal-şərq istiqamətinə 39 metr, cənub-qərb istiqamətində 39 metr sürüşmə vardır. Bu kimi uyğunsuzluqlar mübahisəli torpaq sahələrinin yerləşdiyi ərazinin Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sistemini yaradılması və rəqəmsal kadast xəritəsinin tərtib olunması Qaydaları” əsasında, torpaqların rəqəmsal kadastr xəritələrinin hazırlanıb təsdiq olunmasından sonra öz həllini tapacaqdır. Beləliklə, məhkəmə iclasında Cavabdeh tərəfindən İddiaçı və ailə üzvlərinə məxsus torpaq sahəsinin zəbt olunması müəyyən olunmamışdır. Belə ki, İddiaçı öz tələbini əsaslandırdığı hallara dair məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmiş və bu hallar məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Odur ki, məhkəmə hesab edir ki İddiaçı Cavabdeh qarşı qanunsuz olaraq zəbt edilmiş torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası rədd edilməlidir. İş üzrə 162.70 (bir yüz altmış iki manat yetmiş qəpik) manat təşkil edən ekspertiza xərcləri İddiaçı tutularaq 100 (bir yüz) manat Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı Dövlət Xəzinədarlıq Agentliyi, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFИFT BИK-CTREAZ22) hesabına və 62.70 (altmış iki manat yetmiş qəpik) manat isə Kapital Bankın 1 saylı Xətai Filialı, Kod:200071 VÖEN (BANK) **********, Müxbir hesab: AZ37NABZ0135001**********1944, SWİFT: ALİİBAZ2X, Kadastr və Yerquruluşu Lahiyə- Tədqiqat Mərkəzi MMC-VÖEN **********, Hesab N:AZ23AİİB******************** hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı qanunsuz olaraq zəbt edilmiş torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası rədd edilsin. İş üzrə 162.70 (bir yüz altmış iki manat yetmiş qəpik) manat təşkil edən ekspertiza xərcləri İddiaçı tutularaq 100 (bir yüz) manat Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı Dövlət Xəzinədarlıq Agentliyi, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFИFT BИK-CTREAZ22) hesabına və 62.70 (altmış iki manat yetmiş qəpik) manat isə Kapital Bankın 1 saylı Xətai Filialı, Kod:200071 VÖEN (BANK) **********, Müxbir hesab: AZ37NABZ0135001**********1944, SWİFT: ALİİBAZ2X, Kadastr və Yerquruluşu Lahiyə- Tədqiqat Mərkəzi MMC-VÖEN **********, Hesab N:AZ23AİİB******************** hesabına keçirilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar