Məhkəmə qərarları › İş №2(029)-492/2021

Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-492/2021

08.05.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-492/2021 08.05.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı qanunsuz olaraq zəbt edilmiş torpaq sahəsindən və tikilidən çıxarılması tələbinə dair iddia ərizəsinə baxaraq, Müəyyən etdim: İddiaçı1 və Rəhimxanov X1 Faid İsmayıl oğluna qarşı qanunsuz olaraq zəbt edilmiş torpaq sahəsindən və tikilidən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikasının MPM-nin 149.2.3, 149.2.5-ci maddələrinə əsasən ərizədə iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə yönələn tələb; ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Həmin Məcəllənin 150.0.5-ci maddəsinə əsasən iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri iddia ərizəsinə əlavə edilir. Mülki prosessual qanunvericiliyə əsasən ərizəyə əlavə edilən sənədlərin siyahısı ərizənin tərkib hissəsi kimi müəyyən edilmişdir. İş materiallarından görünür ki, iddia ərizəsində cavabdehin çıxarılması tələb olunan İddiaçı1 məxsus 0.12 hektar həyətyanı torpaq sahəsinə dair JN-227A KOD 30103038 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə İddiaçı1 adı “Rəmiş” qeyd edilmiş, həm də üzərində düzəliş edilmilşdir. Bundan başqa, ərizəyə əlavə olunmuş Qusar rayon Aqrar İslahat Komissiyasının 17 yanvar 1998-ci il tarixli 10AK-1 nömrəli iclas protokolu ilə təsdiq edilmiş əmlakdan pay haqqının verilməsi barədə 1 nömrəli aktdan görünür ki, “xırmanda gözətçi” binası və “xırmanda naves” binası 13.04.2014-cü il tarixdə ölmüş X2 verilmişdir. Lakin, həmin əmlakların vərəsəlik yolu ilə İddiaçı2 verilməsi barədə vərəsəlik haqqında şəhadətnamə, həmçinin həmin əmlaklara dair hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışlar ərizəyə əlavə olunmamışdır. Beləliklə, ərizə Azərbaycan Respublikasının MPM-nin 149-cu maddəsinin tələbləri pozulmaqla məhkəməyə verilmişdir. Azərbaycan Respublikasının MPM-nin 152.1.1-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ona görə də, hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 152.1.1, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı1 və İddiaçı2 geri qaytarılsın. İddiaçı1 və İddiaçı2 izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada ərizə ilə məhkəməyə müraciət edilə bilər. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qusar rayon məhkəməsinə şikayət vermək olar. Qusar rayon məhkəməsinin hakimi: Adil Vəliyev İş № 2(029)-492/2021 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barəsində PROTOKOL «08» may 2021-ci il Qusar şəhəri Qusar Rayon Məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı qanunsuz olaraq zəbt edilmiş torpaq sahəsindən və tikilidən çıxarılması tələbinə dair iddia ərizəsini nəzərdən keçirdim. İddiaçı1 və Rəhimxanov X1 Faid İsmayıl oğluna qarşı qanunsuz olaraq zəbt edilmiş torpaq sahəsindən və tikilidən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İş materiallarından görünür ki, iddia ərizəsində cavabdehin çıxarılması tələb olunan İddiaçı1 məxsus 0.12 hektar həyətyanı torpaq sahəsinə dair JN-227A KOD 30103038 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə İddiaçı1 adı “Rəmiş” qeyd edilmiş, həm də üzərində düzəliş edilmilşdir. Bundan başqa, ərizəyə əlavə olunmuş Qusar rayon Aqrar İslahat Komissiyasının 17 yanvar 1998-ci il tarixli 10AK-1 nömrəli iclas protokolu ilə təsdiq edilmiş əmlakdan pay haqqının verilməsi barədə 1 nömrəli aktdan görünür ki, “xırmanda gözətçi” binası və “xırmanda naves” binası 13.04.2014-cü il tarixdə ölmüş X2 verilmişdir. Lakin, həmin əmlakların vərəsəlik yolu ilə İddiaçı2 verilməsi barədə vərəsəlik haqqında şəhadətnamə, həmçinin həmin əmlaklara dair hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışlar ərizəyə əlavə olunmamışdır. Beləliklə, ərizə Azərbaycan Respublikasının MPM-nin 149-cu maddəsinin tələbləri pozulmaqla məhkəməyə verilmişdir. Ərizənin və ona əlavə edilmiş sənədlərin İddiaçı1 və İddiaçı2 geri qaytarılması barədə qərardad qəbul edilir. Hakim: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar