Məhkəmə qərarları › İş №2(029)-493/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-493/2021

04.06.2021 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-493/2021 04.06.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı vətəndaşın ölmüş elan edilməsinə dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı vətəndaşın ölmüş elan edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək 12 iyun 1981-ci il tarixdə Qusar rayonu Quxur Oba kəndində anadan olmuş X6 ölmüş elan edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, 08 avqust 2007-ci il tarixdə nikahı rəsmi qeyd etdirməklə Qusar rayonu Gican oba kənd sakini X12 ilə ailə həyatı qurmuş, birgə nikahlarından Aytac və Kamil adlı iki uşaqları anadan olmuşdur. X5 14 may 2015-ci il tarixdə Samur sərhəd keçid məntəqəsində fəhləlik edərək işləyəcəyini, evə pul qazanacağını bildirərək evdən çıxıb getmiş və bir daha geri qayıtmamışdır. 18 may 2015-ci il tarixdə əri X12 onun mobil telefonuna zəng edərək özünün Suriya Ərəb Respublikasında olduğunu bildirmiş, ona da uşaqları ilə oraya gəlməyi təklif etmiş, lakin o bu təkliflə razılaşmamışdır. Həmin vaxtdan ötən 6 il ərzində X4 heç bir xəbər, soraq, başqa məlumat çıxmamışdır. X3 bu müddət ərzində harada olması haqqında nə onun, nədəki öz valideynlərinin heç bir məlumatları yoxdur. Ötən bu 6 il müddətində əri nə onunla, nədəki öz valideynləri ilə heç bir əlaqə saxlamamışdır. X1 bir çox yerlərdə axtarmışlar, soraqlamışlar. Lakin, ondan heç bir xəbər tapmamışlar. X12 evdən getdikdən sonra o, bir müddət onun valideynlərinin evində qalıb 2 azyaşlı uşaqları ilə birlikdə onun yolunu gözləmişlər. Lakin, Bəhruz Sadullayevdən heç bir məlumat çıxmadığını görüb 2015-ci ilin avqust ayında azyaşlı uşaqları ilə birlikdə valideynlərinin evinə qayıtmışdır. O, valideynlərinin evində də yenə 2 il Bəhruz Sadullayevin yolunu gözləmiş, ondan bir xəbər çıxacağına ümid etmişdir. Lakin, Bəhruz Sadullayevdən yenə bir xəbər çıxmadığı üçün onunla olan nikahlarının pozulması üçün məhkəməyə müraciət etmişdir. Qusar rayon Məhkəməsinin 13 yanvar 2017-ci il tarixli qətnaməsinə əsasən aralarındakı nikah pozulmuşdur. Artıq nikahlarının pozulmasından yenə 4 ildən çox vaxt keçmiş, bu müddət ərzində də X4 bir xəbər çıxmamışdır. O, böyük bir ehtimalla güman edir ki, X12 artıq sağ deyildir, Suriya Ərəb Respublikasında hərbi əməliyyatlarda həlak olmuşdur. Ona görə də, X6 məhkəmə qaydasında ölmüş elan edilməsini zəruri hesab edir. Ötən 6 il ərzində X12 ilə birgə nikahlarından olan uşaqları – 16 oktyabr 2008-ci il təvəllüdlü X14 və 04 mart 2011-ci il təvəllüdlü X17 o, təkbaşına saxlamışdır. Həmin uşaqları təkbaşına saxlamaq onun üçün çətindir. X6 ölmüş elan edilməsi ona uşaqları üçün sosial müavinət təyin edilməsindən ötrü zəruridir. Bundan başqa, Ərizəçi məhkəməyə “ərizənin dəqiqləşdirilməsinə dair” ərizə təqdim edərək göstərmişdir ki, o, ərizədə 12 iyun 1981-ci il tarixdə Qusar rayonu Quxur Oba kəndində anadan olmuş X6 ölmüş elan edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin, X32 rayonu Quxur Oba kəndində deyil, Abşeron rayonu Pirəkəşkül qəsəbəsində anadan olmuşdur. Odur ki, qətnamə çıxarılarkən həmin halın nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan doğum haqqında akt qeydindən çıxarışdan görünür ki, X12 12 iyun 1981-ci il tarixdə Abşeron rayonu Pirəkəşkül qəsəbəsində anadan olmuşdur. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin şəxs məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək iş üzrə məhkəmə iclaslarına gələ bilmədiyi üçün işə onun iştirakı olmadan baxıb 12 iyun 1981-ci il tarixdə Qusar rayonunun Quxur Oba kəndində anadan olmuş X6 ölmüş elan edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs rəisi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin şəxs məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək xidməti zərurətlə əlaqədar işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, qanuni qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan Seriya AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1981-ci ildə Qusar rayonu Şirvanovka kəndində anadan olmuş və həmin kənddə qeydiyyatdadır. İşdə olan AZ-İİ 242467 və AZ-İİ 644114 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X19 16.10.2008-ci il tarixdə və X21 04.03.2011-ci il tarixdə anadan olmuşlar. X2, anaları X15r. İşdə olan Qusar rayon məhkəməsinin 13 yanvar 2017-ci il tarixli 2(029)-3/2017 saylı qətnaməsinin surətindən görünür ki, X12 ilə X9 arasında Qusar rayon VVADQ söbəsində 08 avqust 2007-ci il tarixli 68 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. İşdə olan AZ-İ 254568 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə X9 aralarındakı nikah ləğv edilmişdir. Nikah ləğv olunandan sonra Ayida Sadullayeva “Binyatova” soyadını qəbul edilmişdir. İşdə olan Qusar rayon Polis Şöbəsi tərəfindən verilmiş 04.05.2021-ci il tarixli 149-9539- 1221 saylı məktubdan görünür ki, Qusar rayonu Şirvanlı kəndində qeydiyyatla yaşamış, 12.06.1981-ci il təvəllüdlü X12 radikal dini təriqli olmaqla, 15.05.2015-ci ildə ölkə ərazisini tərk edərək, Bakı-İstanbul avia-reysi ilə Türkiyə Respublikasına getmiş, oradan da Suriya Ərəb Respublikasının ərazisinə keçməklə “İŞİD”in nəzarəti altında olan torpaqlarda fəaliyyət göstərən qanunsuz silahlı birləşmələrə qoşulması barədə məlumat alınmışdır. Bəhruz Sadullayevin sonrakı taleyi barəsində əlavə məlumat əldə olunmamışdır. X6 axtarışda olması və ya itkin düşmüş şəxs qismində axtarılması barədə Qusar RPŞ-də hər hansı məlumat yoxdur. İşdə olan 15 aprel 2021-ci il tarixdə X22, X20 və X18 tərəfindən Qusar rayonu Şirvanlı kəndində tərtib olunmuş aktdan görünür ki, Qusar rayonu Şirvanlı kənd sakini Binyatova (Sadullayeva) Ayida Murtuz qızının əri, 12 iyun 1981-ci il təvəllüdlü X12 14 may 2015-ci il tarixdə evdən çıxıb getmiş və bir daha geri qayıtmamışdır. Ötən 6 il ərzində X4 heç bir xəbər, soraq çıxmamışdır. X6 bu müddət ərzində harada olması haqqında onun ailə üzvlərinin, valideynlərinin və yaxud onu tanıyan digər şəxslərin heç bir məlumatları yoxdur. Həmin müddət ərzində X6 azyaşlı uşaqları-16 oktyabr 2008-ci il təvəllüdlü X14 və 04 mart 2011-ci il təvəllüdlü X17 uşaqların anası Binyatova (Sadullayeva) Ayida Murtuz qızı təkbaşına saxlamışdır. X16 və X10 məhkəməyə göndərdikləri izahatlarından görünür ki, onlar yuxarıda qeyd olunan aktda göstərilən halları bir daha təsdiq etmişlər. İşdə olan Qusar rayon prokurorluğu tərəfindən verilmiş 18 may 2021-ci il tarixli 350xid- 21 saylı məktubdan görünür ki, 12.06.1981-ci il tarixdə Qusar rayonu Quxuroba kəndində anadan olmuş X6 barəsində həmin prokurorluqda hər hansı bir təqsirləndirici material yoxdur. İşdə olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 20.05.2021-ci il tarixli tələbnamədən görünür ki, 12.06.1981-ci il təvəllüdlü X12 məhkum olunmamışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti tərəfindən verilmiş 21.05.2021-ci il tarixli 17/6-9191 saylı məktubdan görünür ki, 12.06.1981-ci il təvəllüdlü X11 adlı şəxs haqqında məlumat qeydiyyatdan keçmir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, ərizəçinin keçmiş əri Qusar rayonu Şirvanlı kəndində qeydiyyatla yaşamış, 12.06.1981-ci il təvəllüdlü X12 15.05.2015-ci ildə ölkə ərazisini tərk edərək, Bakı-İstanbul avia-reysi ilə Türkiyə Respublikasına getmiş, oradan da Suriya Ərəb Respublikasının ərazisinə keçməklə “İŞİD”in nəzarəti altında olan torpaqlarda fəaliyyət göstərən qanunsuz silahlı birləşmələrə qoşulması barədə məlumat alınmışdır. Bəhruz Sadullayevin sonrakı taleyi barəsində əlavə məlumat əldə olunmamış, həmin şəxs ölüm təhlükəsi yaradan döyüş əməliyyatları zamanı xəbərsiz itkin düşmüşdür. Hazırda həmin şəxsin övladları üçün sosial müavinətin təyin edilməsi üçün onun məhkəmə qaydasında ölmüş elan edilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən, əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən, şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, Ərizəçi öz tələblərinin əsası kimi istinad etdiyi hallar tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 12 iyun 1981-ci il təvəllüdlü, Qusar rayonu Şirvanlı (əvvəlki Şirvanovka) kəndində qeydiyyatda olmaqla yaşamış X12 ölmüş elan edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 305.1, 305.1.2-ci maddələrinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin xəbərsiz itkin düşmüş elan edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 312-ci maddəsində göstərilir ki, şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 305, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 12 iyun 1981-ci il təvəllüdlü, Qusar rayonu Şirvanlı (əvvəlki Şirvanovka) kəndində qeydiyyatda olmaqla yaşamış X12 ölmüş elan edilsin. Qətnamənin qanuni qüvvəyə mindiyi gün X8 ölüm günü sayılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar