Məhkəmə qərarları › İş №2(029)-495/2021

Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-495/2021

08.05.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-495/2021 08.05.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu İddiaçı Qusar rayon Xuluq Bələdiyyəsinə qarşı zəbt edilmiş torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsinə baxaraq, Müəyyən etdim: İddiaçı Qusar rayon Xuluq Bələdiyyəsinə qarşı zəbt edilmiş torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarından görünür ki, mübahisə edilən torpaq sahəsinin digər mülkiyyətçiləri ərizədə işdə iştirak edən şəxslər kimi göstərilməmişdir. Bundan başqa, iddia ərizəsinə əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış **********96 saylı 07.12.2020-ci il tarixli məktubdan görünür ki, JN:0003 KOD 30108048 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının 003C planşetində göstərilən 21141.25 kv.metr torpaq sahəsi 5 saylı Xaçmaz Ərazi idarəsinin elektron məlumat bazasında olan xəritə üzərində digər şəxsə məxsus torpaq sahəsi ilə kəsişir. Bu səbəbdən də, ərizənin icrasında imtina olunmuşdur. Bundan başqa, həmin idarə tərəfindən verilmiş **********16 saylı 28.12.2020-ci il tarixli məktubdan görünür ki, İddiaçı və ailə üzvlərinə məxsus Qusar rayonu Aşağı Kalanxur kəndində yerləşən JN:0003 KOD 30108048 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının 003C hissəsi X1 məxsus 0.719 ha (**********85 reyestr nömrəli), Xuluq bələdiyyəsinə məxsus 0.12 ha (**********13) və Xuluq bələdiyyəsinə məxsus 0.12 ha (**********81 reyestr nömrəli) torpaq sahələri ilə kəsişir. Lakin, yuxarıda göstərilən torpaq sahələrinin koordinatlarının kəsişməsinə və bu barədə ərizənin icrasından imtina olunmasına baxmayaraq, iddiaçı tərəfindən həmin halların aradan qaldırılmasına dair müvafiq icra hakimiyyəti orqanına və ya inzibati məhkəməyə müraciət etməmiş, bu barədə ərizəyə hər hansı sənəd əlavə olunmamışdır. Azərbaycan Respublikasının MPM-nin 149.2.2-ci maddəsinə əsasən ərizədə işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları göstərilməlidir. Həmin Məcəllənin 150.0.5-ci maddəsinə əsasən iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri iddia ərizəsinə əlavə edilir. Beləliklə, ərizə Azərbaycan Respublikasının MPM-nin 149-cu maddəsinin tələbləri pozulmaqla məhkəməyə verilmişdir. Azərbaycan Respublikasının MPM-nin 152.1.1-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ona görə də, hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 152.1.1, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın. İddiaçı izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada ərizə ilə məhkəməyə müraciət edilə bilər. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qusar rayon məhkəməsinə şikayət vermək olar. Qusar rayon məhkəməsinin hakimi Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar