Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-5/2024 03.06.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh Elim oğluna qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılması” tələbinə dair iddia tələbi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh Elim oğluna qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Elim oğlu tərəfindən mülkiyyətində olan Qusar rayonun Ləyər-qışlaq kənd ərazisində yerləşən zəbt edilmiş 0.06 ha həyətyanı torpaq sahəsinin buraxılması və həmin torpaq sahəsində inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Qusar rayonunun M.Vəliyev adına sovxoza ailəsi ilə birlikdə gələrək,sovxozda fəhlə işləməyə başlamışdır. İşi ilə əlaqədar olaraq 1984-cü ildə sovxoz fəhlələri üçün sahəsi 0.29 ha olan həyətyanı torpaq sahəsində inşa edilmiş kommunal mənzil onun istifadəsinə verilmişdir. Hal-hazırda o, həmin kommunal evdə yaşayır. Kommunal ev üçün ayrılmış 0.29 ha torpaq sahəsi sovxozun əmri ilə onun mülkiyyətinə verilmişdir. Cavabdeh 2017-ci ildə sahibliyində və istifadəsində olan 0.29 ha həyətyanı torpaq sahəsinin 0.06 ha hissəsini zəbt edərək özü üçün ev inşa etmək istəyəndə o, cavabdehə qəti etirazını bildirməyinə baxmayaraq cavabdeh qanunsuz hərəkətlərini davam etdirmiş və davam etdirməkdədir. Mülkiyyət hüquqlarını müdafiə etmək məqsədilə məhkəməyə ona görə müraciət edə bilməmişdir ki, həmin torpaq sahəsinə dair çıxarış ala bilməmişdir. 29 fevral 2020-ci il tarixində Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı ərazi idarəsi tərəfindən ona 0.29 ha olan həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını təsdiq edən ********** saylı çıxarış vermişdir. Mülkiyyət hüquqlarını təsdiq edən çıxarışı aldıqdan sonra ona məlum olmuşdur ki, cavabdeh tərəfindən şəxsi mülkiyyətində olan 0.29 ha həyətyanı torpaq sahəsinin 0.06 ha torpaq sahəsini zəbt edib özü üçün ev inşa etmişdir. Cavabdeh onun etdiyi etirazına məhəl qoymayaraq öz qanunsuz hərəkətlərini davam etdirdiyi üçün məhkəmə müdafiəsindən istifadə etmək qərarına gəlmişdir. Cavabdehə özbaşına tutduğu torpaq sahəsini boşaltmaq tələbi ilə müraciət edilmiş,lakin bunun heç bir nəticəsi olmamışdır. 02 may 2023-cü il tarixli məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş,iddia ərizəsində göstərilən xüsusatları təsdiq etmiş və izahatında bildirmişdir ki, torpaq sahəsi üzərində mülkiyyət hüquqları ********** saylı çıxarışla təsdiqlənib. Cavabdeh 2017-ci ildə onun sahibliyində və istifadəsində olan 0,29 ha həyətyanı torpaq sahəsinin 0,06 ha hissəsini zəbt edərək özü üçün ev inşa etmək istəyəndə ona öz narazılığını bildirmişdir, lakin cavabdeh buna baxmayaraq öz qanunsuz hərəkətlərini davam etdirib. Cavabdeh ilə onun arasında həmin torpaq sahəsinə dair alqı-satqı olmayıb. Cavabdeh Rafael İsmayılov küçələrdə qalmışdır, əri onu evə gətirib ona sığınacaq verib. Cavabdeh həmin torpaq sahəsinin ona qaytarmaqda imtina edir. 02 may 2023-cü il tarixli məhkəmə iclasında İddiaçı vəkili Vəkil2 iddianı müdafiə etmiş,iddia ərizəsində göstərilən xüsusatları təsdiq etmişdir. 02 may 2023-cü il tarixli məhkəmə iclasında Cavabdeh Elim oğlu iddianı qəbul etməmiş və iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, iddianı müdafiə edir. Həmin iş üzrə torpaqşünaslıq ekspertizaları rəyləri ilə razıdır, buna görə də iddianın təmin edilməsini, ekspert rəylərinə uyğun qətnamə çıxarılmasını, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin bildirmişdir ki, işi ilə əlaqədar 03 iyun 2024-cü il tarixə təyin olunmuş məhkəmə iclasına gələ bilmir, iş üzrə məhkəmə iclasının onun onun iştirakı olmadan keçirib iddianın təmin edilməsi barədə qətnamə çıxarrılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı vəkili Vəkil2 iddianı müdafiə etmiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir Cavabdeh Elim oğluna məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş üzrə toplanmış sübutları araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Qusar rayon Ləyərqışlaq kəndində yerləşən yaşayış məntəqələri təyinatlı 0.29 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə 1/6 hissədə X8, 1/6 hissədə X9, 1/6 hissədə X1, 1/6 hissədə X2 və 2/6 hissədə İddiaçı Müseyb qızının adlarına qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 14 fevral 2024-cü il tarixli 3-21-3-34/2- 1516/2024 saylı məktubu ilə təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, 29 fevral 2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********43 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən X10, X6, X3, X4 və İddiaçı məxsus olan, Qusar rayonu Ləyərqışlaq kəndində yerləşən 0.29 ha torpaq sahəsində tikili inşa olunmuşdur. 29 fevral 2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********43 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən X10, X6, X3, X4 və İddiaçı məxsus olan, Qusar rayonu Ləyərqışlaq kəndində yerləşən 0.29 ha torpaq sahəsində mübahisələndirilən tikili mövcuddur. 29 fevral 2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********43 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən X10, X6, X3, X4 və İddiaçı məxsus olan, Qusar rayonu Ləyərqışlaq kəndində yerləşən 0.29 ha torpaq sahəsində inşa olunub mübahisələndirilən tikili 1 (bir) mərtəbəli olmaqla, tikinti altı sahəsi 28.34 kv. metr təşkil edir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 07 mart 2023-cü il tarixli 10/668 nömrəli ekspert rəyindən görünür ki, qərardadın 1-ci sualı üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi İ.Əlixalovun mütəxəssis rəyində qeyd edilir ki, ********** qeydiyyat nömrəli və xx.xx.2020-ci il tarixli DƏDRX-i tərəfindən verilmiş Çıxarışa əsasən X5 və qeyrilərinə məxsus olan Qusar rayonu, Ləyərqışlaq kəndində yerləşən 0.29 ha həyətyanı məqsədli torpaq sahəsinin ölçüsü naturaya uyğundur (şimaldan 32.04 m, cənubdan 34.71 m, şərqdən 87.39 m, qərbdən, 88.71 m). Faktiki mülkiyyətinə verilmiş ölçüsü 0.29 ha təşkil edir, hüquqmüəyyən edici sənəddəki ölçüdən faktiki ölçü fərqlidir, həmin çıxarışda göstərilən torpaq sahəsindən cənub tərəfdən 0.02 ha artıq torpaq sahə mövcuddur. Qərardadın 2-ci sualı üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi İ.Əlixalovun mütəxəssis rəyində qeyd edilir ki, X12 tərəfindən ********** qeydiyyat nömrəli və xx.xx.2020-ci il tarixli DƏDRX-i tərəfindən verilmiş Çıxarışa əsasən X5 və qeyrilərinə məxsus olan Qusar rayonu, Ləyərqışlaq kəndində yerləşən 0.29 ha həyətyanı məqsədli torpaq sahəsindən cənub tərəfindən 0.06 ha hissəsi (eni 34.71 m, uzunluğu qərb tərəfi 16.48 m və şərq tərəfi 18.45 m olmaqla dördkünc şəkildə) zəbt edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 07 mart 2023-cü il tarixli 10/668 nömrəli məktubdan görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 05 aprel 2024-cü il tarixli 3-16-16/2-10/2042 nömrəli ekspert rəyindən görünür ki, qərardadın 1-ci sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi İlham Əlixlalovun mütəxəssis rəyində qeyd edilir ki, 29 fevral 2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********43 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən X10, X6, X3, X4 və İddiaçı məxsus olan, Qusar rayonu Ləyərqışlaq kəndində yerləşən 0.29 ha torpaq sahəsində tikili inşa olunmuşdur. Qərardadın 2-ci sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi İlham Əlixlalovun mütəxəssis rəyində qeyd edilir ki, 29 fevral 2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********43 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən X10, X6, X3, X4 və İddiaçı məxsus olan, Qusar rayonu Ləyərqışlaq kəndində yerləşən 0.29 ha torpaq sahəsində mübahisələndirilən tikili mövcuddur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi İlham Əlixlalovun mütəxəssis rəyində qeyd edilir ki, 29 fevral 2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********43 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən X10, X6, X3, X4 və İddiaçı məxsus olan, Qusar rayonu Ləyərqışlaq kəndində yerləşən 0.29 ha torpaq sahəsində inşa olunub mübahisələndirilən tikili 1 (bir) mərtəbəli olmaqla, tikinti altı sahəsi 28.34 kv.m təşkil edir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 05 aprel 2024-cü il tarixli 3-16-16/2-10/2042 nömrəli məktubdan görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən tərtib edilmiş 14 fevral 2024-cü il tarixli 3-21-3-34/2-1516/2024 saylı mütəxəssis rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 07 mart 2023-cü il tarixli 10/668 saylı və 05 aprel 2024-cü il tarixli 3-16- 16/2-10/2042 saylı ekspert rəyləri ilə razılaşaraq həmin rəyləri işin hallarını müəyyən edən kifayət qədər əsaslı, tam aydın və dolğun sübut kimi qəbul edir. İnsan Hüquqlarının və X11 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 1-3-cü hissələrinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 164.1-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. 165.1-ci maddəsinə əsasən Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. 178.2-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. 238.1-ci maddəsinə əsasən Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur 111-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111-ci maddəsinin 2-ci bəndinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəf öz iddiasının əsası kimi istinad etdiyi halları tam sübuta yetirmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 07 mart 2023-cü il tarixli 10/668 saylı və 05 aprel 2024-cü il tarixli 3-16-16/2-10/2042 nömrəli ekspert rəylərinə uyğun olaraq İddiaçı məxsus torpaq sahəsinin 0.06 ha hissəsi qanunsuz olaraq tutulmuşdur. İddiaçı torpaq sahəsinin özünə məxsus olduğunu və bu qanunsuz hərəkətlərindən çəkinməyini tələb etsə də onun xəbərdarlıqlarına məhəl qoymamışdır. Bununla da, iddiaçının mülkiyyətinə əsassız müdaxilə baş vermiş, sonuncunun qanunla qorunan mülkiyyət hüququnu heç bir qanuni əsas olmadan məhdudlaşdırmışdır. Həmçinin, məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçıya məxsus Qusar rayonu Ləyərqışlaq kəndində yerləşən 0.29 ha torpaq sahəsində mübahisələndirilən tikili mövcuddur və inşa olunub mübahisələndirilən tikili 1 (bir) mərtəbəli olmaqla, tikinti altı sahəsi 28.34 kv.m təşkil edir. Məhkəmə, 07 mart 2023-cü il tarixli 10/668 saylı və 05 aprel 2024-cü il tarixli 3- 16-16/2-10/2042 saylı ekspert rəylərinə uyğun olaraq hesab edir ki, iddiaçının iddia tələbi təmin olunmalıdır. Cavabdeh İsmayılov X16 rayonu Ləyərqışlaq kəndində yerləşən, xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı məxsus olan 0.29 hektar yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin 0.06 hektar hissəsindən çıxarılmalı, 0.06 hektar torpaq sahəsi Cavabdeh Elim oğlundan alınaraq İddiaçı qanuni sahibliyinə və istifadəsinə verilməli, həmin torpaq sahəsinin 0.06 hektar hissəsində Cavabdeh Elim oğlu tərəfindən inşa edilmiş 1 (bir) mərtəbəli olmaqla, tikinti altı sahəsi 28.34 kv.m olan tikili Cavabdeh Elim oğlunun öz hesabına sökülməlidir. Azərbaycan Respublikasının MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Həmin Məcəllənin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 07 mart 2023-cü il tarixli 10/668 saylı rəyi üzrə ekspertiza xərci 50 (əlli) manat və 05 aprel 2024-cü il tarixli 3-16-16/2-10/2042 saylı rəyi üzrə ekspertiza xərci 100 (yüz) manat təşkil edən məhkəmə xərcləri iddia təmin edildiyindən Cavabdeh Elim oğlundan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X7, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilsin. Cavabdeh İsmayılov X16 rayonu Ləyərqışlaq kəndində yerləşən, xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı məxsus olan 0.29 hektar yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin 0.06 hektar hissəsindən çıxarılsın, 0.06 hektar torpaq sahəsi Cavabdeh Elim oğlundan alınaraq İddiaçı qanuni sahibliyinə və istifadəsinə verilsin, həmin torpaq sahəsinin 0.06 hektar hissəsində Cavabdeh Elim oğlu tərəfindən inşa edilmiş 1 (bir) mərtəbəli olmaqla, tikinti altı sahəsi 28.34 kv.m olan tikili Cavabdeh Elim oğlunun öz hesabına sökülsün. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 07 mart 2023-cü il tarixli 10/668 saylı rəyi üzrə ekspertiza xərci 50 (əlli) manat və 05 aprel 2024-cü il tarixli 3-16-16/2-10/2042 saylı rəyi üzrə ekspertiza xərci 100 (yüz) manat manat təşkil edən məhkəmə xərcləri Cavabdeh Elim oğlundan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X7, Kodu-210005, VÖEN **********, Müxbir hesab- AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-5/2024
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-5/2024
03.06.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver