Məhkəmə qərarları › İş №2(029)-50/2022

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-50/2022

21.04.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-50/2022 21.04.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı-nin nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı-nin Cavabdeh və üçüncü şəxs Qusar rayonu Gündüzqala bələdiyyəsinə qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin qaytarılması, çəpərin sökülməsi tələbinə dair mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh və üçüncü şəxs Qusar rayonu Gündüzqala bələdiyyəsinə qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin qaytarılması, çəpərin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Qusar rayonu Gündüzqala kəndində yerləşən, 18.12.2019-cu il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı-nə məxsus olan 2.3949 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinin həmin şəxsdən alınaraq İddiaçı-nin qanuni sahibliyinə və istifadəsinə verilməsi, həmin torpaq sahəsində Cavabdeh tərəfindən çəkilmiş çəpərin həmin şəxsin öz hesabına sökülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Qusar rayonu Gündüzqala kəndində yerləşən 2.3949 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı-ni adına qeydiyyata alınmaqla 18.12.2019-cu il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Həmin torpaq sahəsi xeyli müddətdir ki, Cavabdeh tərəfindən qanunsuz olaraq tutulmaqla çəpərlənmişdir. MMC tərəfindən dəfələrlə həmin şəxsdən torpaq sahəsinin buraxılması və aidiyyəti üzrə MMC-nə geri qaytarması tələb olunsa da, həmin şəxs bundan imtina etmiş, torpaq sahəsini bələdiyyədən icarəyə götürdüyünü bildirmişdir. Lakin, həmin ərazidə bələdiyyə mülkiyyətində olan heç bir torpaq sahəsi yoxdur və həmin torpaq sahəsi, o cümlədən onunla həmsərhəd olan digər torpaq sahələri İddiaçı-nə məxsusdur. Bu səbəbdən də MMC hazırkı iddia ilə məhkəməyə müarciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, Cavabdeh İddiaçı-nin həmin torpaq sahəsinə dair qanunla müəyyən edilmiş mülkiyyət hüququna əsassız müdaxilə etməklə onun sahiblik və istifadə hüquqlarını pozmuş və hazırda mübahisəli torpaq sahəsi cavabdehin qanunsuz sahibliyində və istifadəsindədir. Bunun nəticəsi olaraq MMC həmin torpaq sahəsindən sərbəst şəkildə istifadə edə və ona sahiblik edə bilmir. Ona görə də, hesab edir ki, həmin MMC-nin pozulmuş hüquqları bərpa edilməli, cavabdeh zəbt etdiyi həmin torpaq sahəsindən çıxarılmalı və həmin torpaq sahəsi onun qanunsuz sahibliyindən alınıb geri qaytarılmalıdır. Həmçinin, cavabdeh tərəfindən qanunsuz çəkilmiş çəpər onun öz hesabına sökülməlidir. Əvvəlki məhkəmə iclasında İddiaçı-nin nümayəndəsi Nümayəndə iddianı müdafiə etmiş və izahatında göstərmişdir ki, Qusar rayonu Gündüzqala kəndində yerləşən 2,3949 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı-nin mülkiyyətindədir, mülkiyyət hüququ 18 dekabr 2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Həmin torpaq sahəsi xeyli müddətdir ki, Cavabdeh tərəfindən qanunsuz olaraq tutulub çəpərlənmişdir. Dəfələrlə torpaq sahəsinin buraxılması və aidiyyəti üzrə geri qaytarılması tələb olunsa da cavabdeh həmin torpaq sahəsini bələdiyyədən icarəyə götürdüyünü və buraxmayacağını bildirmişdir. Lakin, həmin ərazidə bələdiyyə mülkiyyətində olan heç bir torpaq sahəsi yoxdur, həmin torpaq sahəsi və onunla həmsərhəd olan digər torpaq sahələri İddiaçı-yə məxsusdur. Qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonuncu məhkəmə iclasında İddiaçı-nin nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək izahatında göstərmişdir ki, 2007-ci il oktyabr ayından bələdiyyə torpaqları hərracda satılır, 2006-cı ildən isə şəhadətnamələrin bələdiyyələr tərəfindən verilməsi dayandırılmışdır. Qusar rayonu Gündüzqala kəndində sözü gedən ərazidə yalnız dövlət və xüsusi mülkiyyətdə olan torpaq sahələri vardır, bələdiyyə mülkiyyətində olan torpaq sahəsi isə yoxdur. Cavabdeh 2003-cü ildə 4000 ABŞ dollarına Qusar rayonu Gündüzqala Bələdiyyəsi sədrindən həmin torpağı 99 illik icarəyə götürdüyünü bildirir, lakin sözü gedən ərazidə bələdiyyə torpaqları yoxdur, həmin torpaq sahəsi bələdiyyə tərəfindən həmin şəxsə verilə bilməzdi, onun belə bir səlahiyyəti yox idi. İş üzrə təyin edilmiş məhkəmətorpaqşünaslıq ekspertizasının rəyinə əsasən də müəyyən edilmişdir ki, həmin torpaq sahəsi məhz İddiaçı-yə məxsusdur. O, həmin ekspert rəyi ilə razıdır. Odur ki, həmin rəyə uyğun olaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, o, həmin torpaq sahəsini 18 fevral 2003-cü il tarixli icarə müqaviləsinə əsasən 99 il müddətinə bələdiyyədən almışdır. Torpaq sahəsinə dair KOD 30107038 JN- 9131 saylı torpağın müvəqqəti istifadə hüququna dair Şəhadətnamə də verilmişdir. O, torpağı qanuni yolla almışdır. Ailəsi böyükdür güclə dolandırır, 3-4 mal saxlayır, həmin torpaq sahəsindən ot biçir. Torpağa dair hər il vergilər ödəmiş, subsidiyalar almışdır. Buna görə də iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkmədən xahiş etmişdir. Sonuncu məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, o, torpağı 2003-cü ildə 4000 ABŞ dollarına Qusar rayonu Gündüzqala bələdiyyəsinin sədri olmuş Mömin Babayevdən almış, lakin həmin vaxt ona sənəd verməmişdir. Sonradan Möminin bələdiyyə sədri olan oğlu Nail Babayev torpağın sənədini 2013-cü ildə neçə dəfə tələb etdikdən sonra ona vermişdir. 2 ay bundan əvvəl Nail və Mömin onun həyətinə gələrək yalvararaq onlardan şikayət etməməsini xahiş etmişlər, torpağa görə aldıqları pulu ona geri qaytaracaqlarını demişlər. Əks təqdirdə, onların həbsə düşəcəklərini bildirmişlər. O, isə pul istəmədiyini, başqa yerdən torpaq istədiyini onlara bildirmiş, Nail və Mömin Babayevlər hazırda həmin ölçüdə torpaq sahəsini almaq üçün pullarının olmadığını bildirərək ona torpaq sahəsi verməmişlər. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs Qusar rayonu Gündüzqala bələdiyyəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin bələdiyyənin nümayəndəsi məhkəmə iclasılna gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-cı maddəsinə əsasən işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları araşdıraraq hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, işdə olan 18.12.2019-cu il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Qusar rayonu Gündüzqala kəndində yerləşən kənd təsərrüfatlı təyinatlı 2.3949 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı-nin adına qeydiyyata alınmışdır. İşdə olan Qusar rayonu Quxur oba sakini Cavabdeh ilə Qusar rayonu Gündüzqala bələdiyyəsinin sədri X2 arasında bağlanmış 18 fevral 2003-cü il tarixli icarə müqaviləsinin surətindən görünür ki, Gündüzqala Bələdiyyəsinin mülkityyətində olan 2.83 ha torpaq sahəsi 99 il müddətinə Cavabdeh icarəyə verilmişdir. İşdə olan JN-9131 KOD 30107038 saylı torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamənin surətindən görünür ki, Qusar rayonu Gündüzqala bələdiyyəsinin 18.02.2003-cü il tarixli 02 saylı qərarı ilə Qusar rayonu Gündüzqala bələdiyyəsinin ərazisindən 2.83 ha torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün Qusar rayonu Quxuroba kənd sakini Cavabdeh 99 il müddətinə icarəyə verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Xaçmaz Lahiyə-tədqiqat İdarəsi tərəfindən tərtib edilmiş 08 dekabr 2021-ci il tarixli C-88 saylı mütəxəssis rəyindən görünür ki, 18.12.2019-cu il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı-nə məxsus olan 2.3949 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə koordinatları daxilində torpaq sahəsi naturada yerində mövcuddur. 18.12.2019-cu il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı-nə məxsus olan 2.3949 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə koordinatları daxilində torpaq sahəsi Cavabdeh tərəfindən 2.33 ha hissəsi istifadə olunur (sxem tərtib edilmişdir). 18.12.2019-cu il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı-nə məxsus olan 2.3949 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə koordinatları daxilində torpaq sahəsi ilə Cavabdeh adına olan (icarəsində olan) KOD 30107038 JN-9131 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilən 2.83 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üst-üstə düşməsinin araşdırılması Cavabdeh adına olan (icarəsində olan) KOD 30107038 JN-9131 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilən 2.83 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ƏMDX-nin elektron baza arxiv məlumatlarında öz əksini tapmadığından mümkün olmamışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-torpaqşlünaslıq ekspertizasının 25 fevral 2022-ci il tarixli 10/132 saylı rəyindən görünür ki, mülki iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Xaçmaz Lahiyə-tədqiqat İdarəsi tərəfindən tərtib edilmiş 08.12.2021-ci il tarixli mütəxəssis rəyinə əsasən 18.12.2019-cu il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı-nə məxsus olan 2.3949 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə koordinatları daxilində torpaq sahəsi naturada yerində mövcuddur. 08.12.2021-ci il tarixli mütəxəssis rəyinə əsasən 18.12.2019-cu il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı-nə məxsus olan 2.3949 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə koordinatları daxilində torpaq sahəsi Cavabdeh tərəfindən 2.33 ha hissəsi istifadə olunur (sxem mütəxəssis rəyinə əlavə olunmuşdur). 08.12.2021-ci il tarixli mütəxəssis rəyinə əsasən 18.12.2019-cu il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı-nə məxsus olan 2.3949 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə koordinatları daxilində torpaq sahəsi ilə Cavabdeh adına olan (icarəsində olan) KOD 30107038 JN-9131 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilən 2.83 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üst-üstə düşməsinin araşdırılması Cavabdeh adına olan (icarəsində olan) KOD 30107038 JN-9131 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilən 2.83 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ƏMDX-nin elektron baza arxiv məlumatlarında öz əksini tapmadığından mümkün olmamışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 25 fevral 2022-ci il tarixli 10/132 saylı ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məjburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Xaçmaz Lahiyətədqiqat İdarəsi tərəfindən tərtib edilmiş 08 dekabr 2021-ci il tarixli C-88 saylı mütəxəssis rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-torpaqşünaslıq ekspertizasının 25 fevral 2022-ci il tarixli 10/132 saylı ekspert rəyi ilə razılaşaraq həmin rəyləri işin hallarını müəyyən edən kifayət qədər əsaslı, tam aydın və dolğun sübut kimi qəbul edir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh 18 dekabr 2019cu il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı-nə məxsus olan 2.3949 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2.33 hektar hissəsini çəpərləməklə iddiaçının iradəsinə zidd olaraq istifadə edir və bununla da, iddiaçının mülkiyyət hüququna əsassız müdaxilə etməklə onun həmin hüququnu pozmuşdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş KOD 30107038 JN-9131 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilən 2.83 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ƏMDX-nin elektron baza arxiv məlumatlarında öz əksini tapmadığından, bu səbəbdən də həmin torpaq sahəsinin naturada mövcudluğunun və həmin torpaq sahəsi ilə iddiaçının mülkiyyətində olan 2.3949 ha torpaq sahələsinin üstüstə düşüb-düşməməsinin müəyyən edilməsi mümkün olmadığından, bununla da, həmin sənədin mötəbərliyi əsaslı şübhə doğurduğundan məhkəmə həmin Şəhadətnaməni işin hallarını müəyyən edən sübut kimi qəbul etmir. İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə əəsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci bəndinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Həmin Məcəllənin 111-ci maddəsinin 3-cü hissəsinə əsasən torpaqların vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzssiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tədqiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, iddiaçı tərəf öz iddiasının əsası kimi istinad etdiyi halları qismən sübuta yetirmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh Qusar rayonu Gündüzqala kəndində yerləşən, 18 dekabr 2019-cu il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı-nə məxsus olan 2.3949 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2.33 hektar hissəsindən (mütəxəssis tərəfindən tərtib olunmuş sxemə uyğun olaraq) çıxarılmalı və həmin torpaq sahəsi İddiaçı-nin qanuni sahibliyinə və istifadəsinə verilməli, həmin torpaq sahəsində Cavabdeh tərəfindən çəkilmiş çəpər həmin şəxsin öz hesabına sökülməlidir. Qalan hissədə iddia rədd edilməlidir. İş üzrə 50 (əlli) manat təşkil edən məhkəmı xərcləri Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Qusar rayonu Gündüzqala kəndində yerləşən, 18 dekabr 2019-cu il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı-nə məxsus olan 2.3949 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2.33 hektar hissəsindən (mütəxəssis tərəfindən tərtib olunmuş sxemə uyğun olaraq) çıxarılsın və həmin torpaq sahəsi İddiaçı-nin qanuni sahibliyinə və istifadəsinə verilsin, həmin torpaq sahəsində Cavabdeh tərəfindən çəkilmiş çəpər həmin şəxsin öz hesabına sökülsün. Qalan hissədə iddia rədd edilsin. İş üzrə 50 (əlli) manat təşkil edən məhkəmı xərcləri Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar