Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-504/2021 25.08.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh2 və qeyrilərinə qarşı mirasın qəbul edilməsi müddətinin uzadılması və miras əmlaklara dair vərəsəlik hüququnun tanınması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh2 və qeyrilərinə qarşı mirasın qəbul edilməsi müddətinin uzadılması və miras əmlaklara dair vərəsəlik hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 756.0 kv.metr həyətyanı torpaq sahəsinə dair X30 müəyyən olunmaqla həmin mirasın onun tərəfindən qəbul edilməsi müddətinin uzadılması və həmin mirasa dair onun vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 756.0 kv.metr həyətyanı torpaq sahəsi atası X5 məxsus olmuşdur. X24 16 iyun 1987-ci il tarixdə vəfat etmişdir. Vəfat etdikdən sonra onun 8 qanun üzrə vərəsələri qalmışdır. Həmin şəxslər aşağıdakılardır:
1. X7
2. Bacısı Vəlibəyova (Məmmədbəyova) Sara Məmmədbəy qızı
3. Bacısı Saruxanova (Məmmədbəyova) Əminə Məmmədbəy qızı
4. Bacısı Xudaverdiyeva (Məmmədbəyova) İradə Məmmədbəy qızı
5. Bacısı Adilova (Məmmədbəyova) Nərminə Məmmədbəy qızı
6. Bacısı Beybutova (Məmmədbəyova)Nəcibə Məmmədbəy
7. X1
8. O, yəni İddiaçı X7 29 mart 2016-cı il tarixdə vəfat etmişdir. Valideynləri vəfat etdikdən sonra həmin evdə yalnız o, qeydiyyatda olmaqla yaşayır. Bununla da, həmin mkirası faktiki olaraq o, qəbul etmiş və indiyədək ailəsi ilə birlikdə orada yaşamaqla mirası idarə edir. Valideynlərinin digər vərəsələri isə həmin mirası qəbul etməmişlər, nə natorait orqanına mirası qəbul etmək barədə ərizə verməmişlər, nə də, mirası faktiki qəbul etməmişlər. Bununla da, digər vərəsələr mirasa dair susmuşlar. Bundan başqa, bacısı Cavabdeh2 istisna olmaqla, digər vərəsələrin hamısı notariat qaydasında ərizə verərək mirası qəbul etmədiklərini, etmək niyyətlərinin olmadığını bildirmişlər. Bacısı Cavabdeh2 isə bu barədə ərizə verməsə də, o, mirasa dair susmuş, uzun müddət mirası qəbul etməmiş, həmin evdə yaşamamış, ailə həyatı qurduğu vaxtdan gəlin kimi ərinin evinə köçərək indiyədək orada yaşayır. Həmin şəxs həmin vaxtdan həmin evdə yaşamamış, mirası faktiki qəbul etməmişdir. Yuxarıda qeyd etdiyi kimi, həmin əmlakları miras əmlak kimi ondan başqa digər vərəsələr qəbul etməmişlər və mirasa dair susmuşlar. Onların susmaları bu barədə notarial qaydada verdikləri ərizələri ilə təsdiq olunur. Ona görə də, onların mirasa dair susmaları Mülki Məcəllənin 1273-1-ci maddəsinə uyğun olaraq mirasdan imtina kimi qiymətləndirilməlidir. O, isə notariat orqanına qanunla müəyyən olunmuş müddət ərzində ərizə verməsə də və mirasın qəbul edilməsi müddətini ötürsə də, həmin mirası faktiki olaraq qəbul edərək indiyədək mirası idarə edir. Ona görə də, hesab edir ki, Cavabdeh1 yuxarıda qeyd etdiyi mirasa dair adına X30 şəhadətnaməsini verməməsi əsassızdır. Odur ki, həmin mirasın onun tərəfindən qəbul edilməsi müddəti uzadılmalı və onun həmin mirasa dair vərəsəlik hüququ tanınmalıdır. Digər vərəsələrin vərəsəlik hüquqları isə itirilmiş kimi qəbul edilərək həmin hüquqları tanınmamalıdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və iddia ərizəsində göstərilənləri təsdiq edərək göstərmişdir ki, o, ünvan 1 ünvanda yerləşən evdə qeydiyyatda olmaqla ailəsi ilə birlikdə orada yaşayır. Həmin ev onun X24a məxsusdur, atası 16 iyun 1987-ci il tarixdə vəfat etmişdir. Atası vəfat etdiyi vaxtdan indiyədək həmin evdə o, ailəsi ilə birlikdə yaşamaqla mirası idarə edir, evin bütün kommunal xərclərini də özü ödəyir. Atasının digər vərəsələri isə həmin mirası qəbul etməmişlər, həmin evdə yaşamamışlar, hazırda da yaşamırlar. Bacısı Cavabdeh2 istisna olmaqla digər vərəslərin hamısı mirasdan imtina etmişlər, mirası qəbul etmədikləri barədə ərizə vermişlər. Bacısı Əminə Bakı şəhərində yaşayır, ailə həyatı qurduğu vaxtdan atasına məxsus evdə yaşamamışdır. Kiçik qardaşı Şəmsəddin isə uzun müddətdir ki, Belarus Respublikasında yaşayır. X7 2016-cı ildə vəfat etmişdir. Vəfat etdiyi günədək anasına o, özü təkbaşına baxmış və anası özünün mirasını ona vəsiyyət etmişdir. Bununla da, mərhum atasına məxsus ünvan 1 ünvanda yerləşən ev və evin yerləşdiyi torpaq sahəsi miras əmlak kimi onun tərəfindən faktiki olaraq qəbul edilmişdir. Odur ki, iuddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında üçüncü şəxs Vəlimətova (Məmmədbəyova) Sara Məmmədbəy qızı izahatında göstərmişdir ki, İddiaçı onun qardaşıdır. ünvan 1 ünvanda yerləşən ev onların atalarına məxsus olmuşdur. Atası 16 iyun 1987-ci il tarixdə vəfat etmişdir. Həmin evdə qardaşı Bəxtiyar öz ailəsi ilə birlikdə yaşayır. O, isə hazırda Qusar rayonu Yasab kəndində yaşayır. O, X24un mirasını qəbul etməməsi barədə notariat qaydasında təsdiqlənmiş ərizə vermiş, lakin hazırda həmin mirasdan pay istəyir. Onun digər qardaş və bacıları da mirasdan özlərinə çatacaq payı istəyirlər. Bəxtiyarın arvadı onlarla yola getmir, anası xəstə olarkən ona yaxşı baxmamış, qızlarının gəlib baxmasını demişdir. Hazırda o, da öz atasına məxsus evdə yaşamaq istəyir. Odur ki, həmin halların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs Vəlimətova (Məmmədbəyova) Sara Məmmədbəy qızı sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Cavabdeh1 xüsusi notariusu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək xidməti zərurətlə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyi üçün işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmiş, iş üzrə çıxarılacaq qərarı məhkəmənin mülahizəsinə buraxmışdır. Cavabdeh X18, X11, X19, X15 və X8 məhkəmə iclasının yeri vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iddiaçının və Sara Vəlimətovanın izahatlarını dinləyib, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan 13 yanvar 1988-ci il tarixli, reyestr nömrəsi 10 olan qeydiyyat vəsiqəsindən görünür ki, Qusar şəhəri Lenin küçəsi (indiki F.Musayev) 5 saylı ünvanda yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə X3 adına qeydiyyata alınmışdır. İşdə olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə aid texniki pasportun surətindən görünür ki, həmin ev 1962-ci ildə inşa edilmiş və evin sahibi X9 olmuşdur. Evin ümumi həyətyanı torpaq sahəsi 712.8 kv.metr təşkil edir. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 17.06.2021-ci il tarixli “nikah haqqında akt qeydi”ndən Çıxarışdan görünür ki, X9 ilə X23 02.04.1965-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar və Muxlisə Şixaliyeva “Məmmədbəyova” soyadını qəbul etmişdir. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 11.06.2016-cı il tarixli İİİ-YQ 361498 saylı ölüm haqqında arayışın surətindən görünür ki, X9 16.06.1987-ci il tarixdə Qusar şəhərində ölmüşdür. İşdə olan Qusar RİHB-nın Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 12 mart 2021-ci il tarixli 627 saylı arayışdan görünür ki, 16.06.1987-ci ildə vəfat etmiş X9 vəfat etdiyi günədək ünvan 1 evdə yaşamışdır və vəfatından sonra aşağıdakı vərəsələri qalmışdır:
1. X14- həyat yoldaşı, 29.03.2016-cı ildə vəfat edib,
2. Vəlimətova (Məmmədbəyova) Sara Məmmədbəy qızı,
3. Xudaverdiyeva (Məmmədbəyova) İradə Məmmədbəy qızı,
4. Adilova (Məmmədbəyova) Nərminə Məmmədbəy qızı,
5. Beybutova (Məmmədbəyova) Nəcibə Məmmədbəy qızı,
6. Saruxanova (Məmmədbəyova) Əminə Məmmədbəy qızı,
7. İddiaçı,
8. X8. İşdə olan AZ-İ 781424 saylı 05.04.2016-cı il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 29.03.2016-cı il tarixdə Qusar şəhərində ölmüşdür. İşdə olan 11 iyun 2013-cü il tarixli 2V-145 reyestr nömrəli vəsiyyətnamədən görünür ki, X14 bütün daşınar və daşınmaz əmlakını İddiaçı vəsiyyət etmişdir. İşdə olan notariat qaydasında təsdiqlənmiş Adilova (Məmmədbəyova) Nərminə Məmmədbəy qızının 27.07.2018-ci il tarixli 8İ-213 reyestr nömrəli, Vəlimətova (Məmmədbəyova) Sara Məmmədbəy qızının 13.04.2016-cı il tarixli 7E-3822 reyestr nömrəli, Xudaverdiyeva (Məmmədbəyova) İradə Məmmədbəy qızının 03.05.2016-cı il tarixli 7E-4609 reyestr nömrəli, Beybutova (Məmmədbəyova) Nəcibə Məmmədbəy qızının 19.02.2016-cı il tarixli 7E-1272 reyestr nömrəli, X4 03.08.2011-ci il tarixli 7E/5-2060 reyestr nömrəli ərizələrindən görünür ki, 16 iyun 1987-ci ildə vəfat etmiş mərhum X2 miras qalmış əmlakların, onlara çatan payları, məcburi payı nə faktiki nə də ki, ərizə ilə müraciət edərək qəbul etməmişlər. Hal-hazırda qəbul etmirlər. 6 aylıq müddəti buraxmışlar, həmin müddətin bərpası üçün və payın tələbi ilə əlaqədar gələcəkdə məhkəməyə müraciət etməyəcəklər. İşdə olan Qusar rayon Notariat Kontoru tərəfindən İddiaçı ünvanlanmış 27 iyul 2012-ci il tarixli X-259 saylı məktubdan görünür ki, həmin şəxsə bildirilmişdir ki, 16.06.1987-ci ildə vəfat etmiş X2 miras qalmış əmlaka dair X30 X16 verilməsi mirasın qəbulu üçün qanunda nəzərdə tutulan müddətin ötürülməsi ilə bağlı mümkün deyildir. Bununla bağlı buraxılmış müddətin bərpası üçün məhkəməyə müraciət etməsi həmin şəxsə məsləhət görülmüşdür. İşdə olan Cavabdeh1 tərəfindən məhkəməyə göndərilmiş 18 iyun 2021-ci il tarixli X- 630 saylı məktubdan görünür ki, 27.07.2012-ci il tarixdə həmin notariat ofisinə 16.06.1987ci ildə vəfat etmiş X3 ölümündən sonra miras qalmış əmlaka dair vərəsəlik şəhadətnaməsinin verilməsi üçün İddiaçı və 25.07.2016-cı il tarixdə X4 müraciəti daxil olmuşdur. İddiaçı müraciətinə 27.07.2012-ci il tarixdə 259 saylı məktub ilə, X6 isə 22.02.2018-ci il tarixdə 103 saylı məktubla cavab verilərək onlara vərəsəlik işləri üzrə mübahisələrin həlli məqsədi üçün məhkəməyə müraciət etməli olduqları bildirilmişdir. İşdə olan Qusar rayon İHB-nın Qusar şəhər inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 22.07.2020-ci il tarixli 1821 saylı arayışdan görünür ki, İddiaçı ünvan 1 evdə yaşayır. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsi iddiaçının atası X12 oöğluna məxsus olmuşdur. Həmin şəxs 16 iyun 1987-ci il tarixdə vəfat etmişdir. Vəfat etdikdən sonra onun qanun üzrə səkkiz nəfər olmaqla aşağıdakı vərəsələri qalmışdır:
1. X14- həyat yoldaşı, 29.03.2016-cı ildə vəfat edib,
2. Vəlimətova (Məmmədbəyova) Sara Məmmədbəy qızı,
3. Xudaverdiyeva (Məmmədbəyova) İradə Məmmədbəy qızı,
4. Adilova (Məmmədbəyova) Nərminə Məmmədbəy qızı,
5. Beybutova (Məmmədbəyova) Nəcibə Məmmədbəy qızı,
6. Saruxanova (Məmmədbəyova) Əminə Məmmədbəy qızı,
7. İddiaçı,
8. X8. Məmmədbəy Məmmədbəyov vəfat etdikdən sonra həmin evdə həyat yoldaşı Muxlisə Məmmədbəyova və oğlu, iş üzrə İddiaçı yaşamış, hazırda sonuncu, həmin evdə qeydiyyatda olmaqla orada yaşayır. Muxlisə Məmmədbəyova 29 mart 2016-cı il tarixdə vəfat etmişdir. Vəfat etməmişdən əvvəl özünün bütün daşınar və daşınmaz əmlaklarını İddiaçı vəsiyyət etmişdir. Məmmədbəy Məmmədbəyov vəfat etdikdən sonra onun mirasını notariat orqanına ərizə verməklə qəbul edən vərəsə olmamışdır. Bundan başqa, vərəsələrin sırasına daxil olan Vəlimətova (Məmmədbəyova) Sara Məmmədbəy qızı, Xudaverdiyeva (Məmmədbəyova) İradə Məmmədbəy qızı, Adilova (Məmmədbəyova) Nərminə Məmmədbəy qızı, Beybutova (Məmmədbəyova) Nəcibə Məmmədbəy qızı və X8 mirası qəbul etmədikləri, müddəti buraxdıqları, mirası qəbul etmək niyyətlərinin olmadığı barədə notariat qaydasında təsdiqlənən ərizələr vermişlər. Cavabdeh2 isə belə bir ərizə verməsə də, uzun müddət mirasa dair susmuş, mirası qəbul etdiyini ifadə edən hərəkətlər etməmişdir. Bundan başqa, vərəsələrin sırasına daxil olan Şəmsəddin Məmmədbəyov 25.07.2016-cı il tarixdə mirası qəbul etmək barədə Cavabdeh1nə müraciət etsə də, həmin vaxtdan təxminən 5 il əvvəl-yəni 03.08.2011-ci il tarixdə notariat qaydasında təsdiqlənən ərizə verməklə mirasa dair susduğunu ifadə edən-yəni mirası qəbul etmək niyyətinin olmadığı barədə ərizə vermişdir. İddiaçı isə həmin mirasın qəbul edilməsi barədə notariat orqanına vaxtında ərizə verməsə də, daimi olaraq mərhum anası ilə birlikdə həmin evdə yaşamaqla və hazırda da ailəsi ilə birlikdə orada yaşamaqla evi və torpaq sahəsini idarə etmiş və onlara sahiblənmişdir. Bununla da, iddiaçı həmin hərəkətləri ilə mirası faktiki qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. İddiaçı mərhum atasının mirasını qəbul etmək üçün Cavabdeh1nə müraciət etmiş və Məmmədbəy Məmmədbəyovun digər vərəsələri olduğuna görə və mübahisə olduğundan mərhum atasının mirasına dair vərəsəlik şəhadətnaməsinin verilməsinin mümkün olmadığı bildirilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1, 1159.1.1-ci maddələrinə əsasən birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) X30 zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. http://eqanun.az/alpidata/code/data/0/c_c_8.htm
Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Həmin Məcəllənin 1263-cü maddəsinə əsasən əgər mirasdan imtina etmiş vərəsə həmin növbənin vərəsələri arasında yeganə vərəsədirsə, miras sonrakı növbənin vərəsələrinə keçir. Həmin Məcəllənin 1268.1-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Həmin Məcəllənin 1273-1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Məhkəmə mirasla bağlı iddiaçının dəlilləri ilə razılaşaraq hesab edir ki, mərhum Məmmədbəy Məmmədbəyov vəfat etdikdən sonra ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsi İddiaçı sahibliyinə və idarəçiliyinə keçmiş və iddiaçı həmin vaxtdan indiyədək həmin evdə qeydiyyatla yaşayır. X17 digər vərəsələri isə həmin mirası qəbul etməmişlər, mirasa dair susmuşlar, Cavabdeh2 istisna olmaqla digər vərəsələr mirasa dair susmalarına dair notariat qaydasında təsdiqlənən ərizələr vermişlər. Cavabdeh2 belə bir ərizə verməsə də, faktiki olaraq həmin şəxs də mirasa dair susmuş, mirası qəbul etmək barədə hər hansı hərəkətlər etməmiş, evdə yaşamamış və ona sahiblənməmişdir. Bundan başqa, Sara Vəlimətova məhkəmə iclasında hazırda atasının mirasından pay istədiyini bildirsə də, həmin şəxs 13.04.2016-cı il tarixdə özünün mirasa dair susmasını ifadə edən notariat qaydasında təsdiqlənmiş ərizəsində göstərmişdir ki, ona çatan payı, məcburi payı nə faktiki, nə də ki, ərizə ilə müraciət edərək qəbul etməmiş, hal-hazırda qəbul etmir, 6 aylıq müddəti buraxmışdır, həmin müddətin bərpası üçün və payın tələbi ilə əlaqədar gələcəkdə məhkəməyə müraciət etməyəcəkdir. Həmin ərizə hazırda da qüvvədədir. Bu səbəbdən də, məhkəmə Sara Vəlimətovanın pay tələb etməsini qanuni və əsaslı hesab etmir. Bununla da, məhkəmə hesab edir ki, X17 iddiaçıdan başqa, digər vərəsələrinin mirasa dair susmaları Mülki Məcəllənin 1273-1-ci maddəsinə uyğun olaraq mirasdan imtina kimi qiymətləndirilməlidir. İddiaçı isə mirasın qəbulu ilə bağlı vaxtında notariat orqanına ərizə verməsə də və mirasın qəbul edilməsi müddətini ötürsə də, həmin mirası faktiki olaraq qəbul edərək indiyədək mirası idarə edir. Ona görə də, məhkəmə hesab edir ki, həmin mirasın iddiaçı tərəfindən qəbul edilməsi müddəti uzadılmalı və onun həmin mirasa dair vərəsəlik hüququ tanınmalıdır. Digər vərəsələrin vərəsəlik hüquqları isə itirilmiş kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları tam sübuta yetirmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddiua əsaslı olduğundan təmin edilməli, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 712.8 kv.metr torpaq sahəsinə dair X30 müəyyən olunmaqla həmin mirasın İddiaçı tərəfindən qəbul edilmişi müddəti, ötürülməsinin səbəbləri üzürlü sayılaraq uzadılmalı və həmin evlə torpaq sahəsinə dair İddiaçı vərəsəlik hüququ tanınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 712.8 kv.metr torpaq sahəsinə dair X30 müəyyən olunmaqla həmin mirasın İddiaçı tərəfindən qəbul edilmişi müddəti, ötürülməsinin səbəbləri üzürlü sayılaraq uzadılsın və həmin evlə torpaq sahəsinə dair İddiaçı vərəsəlik hüququ tanınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar.
SƏDRLİK EDƏN: ADİL VƏLİYEV