Məhkəmə qərarları › İş №2(029)-512/2023

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-512/2023

12.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-512/2023 12.07.2023 QUSAR RAYON MƏHKƏMƏSİ X9 Adil oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı 1200 manat məbləğində borcun tələb edilməsinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı 1200 manat məbləğində borcun tələb edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1200 (bir min iki yüz) manat borc pulun və 32 (otuz iki) manat dövlət rüsumu xərcinin alınıb ona qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, 2021-ci ilin avqust ayının axırlarında Cavabdeh idarə etdiyi avtomaşını ilə yol nəqliyyat hadisəsi törətmiş, nəticədə avtomaşını zədələnmişdir. Həmin ilin sentyabr ayında ondan avtomaşını təmir etmək üçün borc pul istəmişdir. Cavabdehə 1200 ( bir min iki yüz ) manat pul vermək üçün o, Əniğoba kəndində yaşayan qardaşı X1 600 (altı yüz) manat məbləğində pulu alaraq, özündə olan 600 (altı yüz) manat pulla birlikdə cəmi 1200 manat pulu Cavabdeh vermişdir. Cavabdeh qızı X3 əri olduğu üçün, ondan pulun verilməsi barədə hər hansı bir sənəd tərtib edilməmişdir. Verilmiş pul vəsaiti ilə Cavabdeh avtomaşını təmir etmiş, lakin borcu qaytarmaqdan yayınmışdır. Ondan 1200 manat borcu geri tələb etdiyi üçün ailəsində münaqişə başlamış, arvadı, yəni qızı X6 ilə evdə dava-dalaş salmış, onu boşayacağı ilə əvvəl hədələmiş, daha sonra isə 09 mart 2023-cü il tarixdə Mediasiya Şurasına nikahın pozulması barədə təklif göndərmiş, hazırda nikahın pozulması məqsədilə Qusar 1 saylı Mediasiya təşkilatında materiala baxılır. Cavabdeh 1200 manat məbləğində pulun borc verilməsi 14 mart 2023-cü il tarixdə tərtib edilmiş Aktla təsdiqlənir, Aktı imzalamış şahidlərin məhkəməyə çağırılmasını xahiş edir, şahidlərin məhkəməyə gəlməsinə təminat verir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, Cavabdeh onun kürəkənidir. Cavabdeh avtomobilini vurub əzmiş və avtomobili təmir etdirmək üçün ondan 1200 manat məbləğində borc pul istəmişdir. O, 600 manatı öz qardaşından almış, qalanını isə özü düzəldib cəmi 1200 manat məbləğində pulu Vahidə vermişdir. Vahid onun kürəkəni olduğuna görə pulun verilməsi barədə ondan qəbz almamışdır. Hal-hazırda isə Vahid borcu qaytarmaqdan imtina edir. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, o, iddiaçıdan pulu borc kimi deyil, onun evində təmir işləri görməsi müqabilində zəhmət haqqı kimi almışdır. Belə ki, iddiaçının evinin suvaq və s. işlərini görmüş, buna görə də iddiaçı ona pul vermişdir. Onun yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilinə maddi zərər vurulsa da o, günəmuzd fəhlə işləməklə pulunu toplayıb avtomobilini təmir etmişdir. Həmçinin avtomobilin xərci iddiaçı göstərdiyi kimi deyil, cəmi 550 manat təşkil etmişdir. İddiaçı hazırkı iddianı onun qızından boşandığına görə qisas almaq məqsədilə ona qarşı irəli sürmüşdür. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, İddiaçı gəlinidir. Cavabdeh isə iddiaçının kürəkənidir. 2021-ci ilin avqust ayında Cavabdeh avtomobilini vurub əzdiyi üçün iddiaçıdan borc pul istəmiş, iddiaçı həmin şəxsə 1000 manat nağd qaydada, 200 manat isə pensiya kartından çıxarıb vermişdir. İddiaçı pulu evdə vermiş, həmin vaxt o, da evdə olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, İddiaçı onun bacısıdır. 2021-ci ilin avqust ayında bacısı Fəridə onun evinə gələrək ondan 600 manat pul istəmiş, o, da həmin pulu toplayıb Fəridəyə vermişdir. Həmin vaxt o, Fəridənin pulu ondan nəyə görə aldığını bilməmiş, 1 həftə sonra isə bacısının həmin pulu kürəkəni Vahidə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuş avtomobilini bərpa etdirmək məqsədilə vermişdir. İşə baxıb, tərəflərin izahatlarını və şahid ifadələrini dinləyib, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki prosessual qanunvericiliyinin sübutların toplanması və təqdim edilməsi yükünün bütünlüklə tərəflərin üzərinə düşməsi və məhkəmənin yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb onlardan istifadə etməli olmasına dair müddəalarını rəhbər tutaraq, məhkəmə hesab edir ki, hazırki mübahisəyə münasibətdə iddiaçı cavabdehə pulun borc verilməsini sübut etməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh məhkəmə iclasında verilmiş izahatı ilə iddiaçıdan pul aldığını və həqiqətən də 2021-ci ilin avqust ayında yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilinə maddi zərər vurulduğunu etiraf etsə də, bildirmişdir ki, iddiaçıdan pulu apardığı təmir işlərinə görə almış, avtomobilinə vurulmuş maddi zərəri isə öz hesabına, günəmuzd işləyib ödəmişdir. Məhkəmə cavabdehin qeyd olunanları etiraf etməsini nəzərə alır və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, həmin faktın sübut etmə vəzifəsindən iddiaçı azaddır və belə olan halda məhz cavabdeh aldığı pulu borca deyil onun üçün gördüyü təmir işlərinə görə aldığına, eləcə də günəmuzd işləməyini təsdiq edən sübutları məhkəməyə təqdim etməlidir. İşin bu hallarını nəzərə alaraq sübut etmə vəzifəsinin bölgüsü baxımından cavabdehin iddianın əsassız olduğuna dair gətirdiyi dəlillərə münasibətdə məhkəməyə heç bir sübut təqdim etmədiyini nəzərə alaraq məhkəmə bu nəticəyə gəlir ki, cavabdeh bağlanmış borc müqaviləsi üzrə öhdəliyi lazımınca və vicdanlılığın tələb etdiyi tərzdə icra etmədiyindən müqavilədən yaranan öhdəliyə görə məsuliyyəti yaranmış və o, tərəflərin iradə azadlığı əsasında bağlanmış müqaviləyə görə yaranmış öhdəliyi icra etməlidir. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, Cavabdeh 1200 manat məbləğində borc tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, İddiaçı tərəfindən ödənilmiş 32 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 1200 manat məbləğində borc və dövlət rüsumu kimi ödənilmiş 32 manat məbləğində pul tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ANAR QASİMOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar