Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-52/2021 05.02.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və X3 Cavabdeh qarşı torpaq sahəsinə dair payın naturada ayrılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Qusar şəhərində xx xxxxxx 2021-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və X5 Cavabdeh qarşı torpaq sahəsinə dair payın naturada ayrılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, KOD 30117018 JN-0043 saylı xx xxxxxxxx 1998-ci il tarixli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən iddiaçıların, cavabdehin və xx xxxx 2000-ci il tarixdə vəfat etmiş X6 ümumi birgə mülkiyyətlərində olan 1.95 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair 3/5 hissənin naturada ayrılaraq iddiaçıların, yəni İddiaçı1, İddiaçı2 və X3 ayrıca mülkiyyətlərinə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı1 iddianı müdafiə edərək izahatında göstərdi ki, KOD 30117018 JN-0043 saylı xx xxxxxxxx 1998-ci il tarixli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 1.95 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə iddiaçıların, cavabdehin və xx xxxx 2000-ci il tarixdə vəfat etmiş X6 adlarına qeydiyyata alınmaqla həmin şəxslərin birgə mülkiyyətlərindədir. Hal-hazırda həmin torpaq sahəsinə dair onların mülkiyyət paylarının naturada ayrılması zərurəti yaranmışdır. Belə ki, həmin torpaq sahəsinə dair iddiaçılar özlərinin sahibliklik, istifadə və sərəncam hüquqlarını həyata keçirmək barədə cavabdehlə razılığa gələ bilmirlər. Torpaq sahəsinə dair payların müəyyən olunması barədə mülkiyyətçilər arasında heç bir razılaşma olmamış, ona görə də, paylar bərabər sayılmalıdır. Məlum torpaq sahəsinə dair onların 3/5 hissədə olan mülkiyyət payları naturada ayrılaraq onların ayrıca mülkiyyətlərinə verilməlidir. Odur ki, qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçılar İddiaçı2, X5 və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə qeyd edilənləri nəzərə alıb iddiaçılar İddiaçı2, X3 və Cavabdeh iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı1 izahatını dinləyib, iş materiallarını tam, obyektiv və qərəzsiz araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə iddia rədd edilməlidir. Belə ki, işdə olan KOD 30117018 JN-0043 saylı xx xxxxxxxx 1998-ci il tarixli torpağa mülkiyyət hüququna dair Dövlət Aktının təsdiq olunmuş surətindən görünür ki, Qusar rayon X8 xx xxx 1998-ci il tarixli, 7/14 nömrəli qərarı ilə X6, İddiaçı1, Cavabdeh, İddiaçı2 və X3 mülkiyyətlərinə Qusar rayonunun Muruq kəndi ərazisindən 1.95 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan AZ № 038148 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X9 xx xxxx 2000-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx xxxx 2000-ci il tarixdə 19 nömrəli ilə qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 10/3675 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx xxxxxxxx 2020-ci il tarixli, **********74 nömrəli mütəxəssis rəyinə əsasən X9, İddiaçı1 Çumeli qızı, Cavabdeh, İddiaçı2, X1 rayonu Muruq kəndi ərazisində hal-hazırda 2.52 hektar torpaq sahəsindən istifadə edir. Bu ölçülər hüquqmüəyyənedici sənədə uyğun deyildir. JN-00xx xxx 30117018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X7, İddiaçı1 Cüməli qızına, Cavabdeh, İddiaçı2, X4 məxsus Qusar rayonu Muruq kəndi ərazisində yerləşən 1.95 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün nəzərdə tutlan torpaq sahəsinin koordinatları ilə faktiki istifadə olunan torpaq sahəsinin koordinatları arasında fərq vardır. (cənub-şərq istiqamətində 42.0 metr, şimal-şərq istiqamətində 19.0 metr). Qeyd olunan torpaq sahəsi kiçik ölçülü pay torpaq sahəsi olduğundan payçılar arasında bərabər hissələrə bölünməsi torpağın öz məqsədli və təsərrüfat təyinatına görə səmərəsiz istifadəçiliyinə, eləcə də əlavə servitut (torpaqdan məhdud istifadə) hüquqlarının yaranmasına zəmin yaradacaqdır. Bu səbəbdən də iş üzrə qeyd olunan torpaq sahəsi təsərrüfat təyinatına görə ayrı-ayrı müstəqil torpaq sahələrinə bölünə bilməyən torpaqlar olduğundan bölgü aparılması və torpaq sahəsinin naturada müəyyən edilməsi mümkün olmamışdır. Göründüyü kimi, mübahisə edilən Qusar rayonunun Muruq kəndi ərazisində yerləşən 1.95 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün nəzərdə tutulan torpaq sahəsinin iddia ərizəsində göstərilən hissədə naturada ayrılması mümkün deyildir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və X3 Cavabdeh qarşı torpaq sahəsinə dair payın naturada ayrılması tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş üzrə 272.50 (iki yüz yetmiş iki manat əlli qəpik) manat təşkil edən ekspertiza xərcləri iddiaçılar İddiaçı1, İddiaçı2 və X2 müştərək qaydada tutularaq 100.00 (bir yüz) manat Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı Dövlət Xəzinədarlıq Agentliyi, Kodu-210005, VÖEN **********, Müxbir hesab- AZ41NABZ013601**********3944, SFИFT BИK-CTREAZ22) hesabına və 172.50 (bir yüz yetmiş iki manat əlli qəpik) manat isə Kapital Bankın 1 saylı Xətai Filialı, Kod:200071 VÖEN (BANK) **********, Müxbir hesab: AZ37NABZ0135001**********1944, SWİFT: ALİİBAZ2X, Kadastr və Yerquruluğu Lahiyə-Təhqiqaq Mərkəzi MMC-VÖEN **********, Hesab N:AZ23AİİB******************** hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPMnin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və X3 Cavabdeh qarşı torpaq sahəsinə dair payın naturada ayrılması tələbinə dair iddiası rədd edilsin. İş üzrə 272.50 (iki yüz yetmiş iki manat əlli qəpik) manat təşkil edən ekspertiza xərcləri iddiaçılar İddiaçı1, İddiaçı2 və X2 müştərək qaydada tutularaq 100.00 (bir yüz) manat Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı Dövlət Xəzinədarlıq Agentliyi, Kodu-210005, VÖEN **********, Müxbir hesab- AZ41NABZ013601**********3944, SFИFT BИK-CTREAZ22) hesabına və 172.50 (bir yüz yetmiş iki manat əlli qəpik) manat isə Kapital Bankın 1 saylı Xətai Filialı, Kod:200071 VÖEN (BANK) **********, Müxbir hesab: AZ37NABZ0135001**********1944, SWİFT: ALİİBAZ2X, Kadastr və Yerquruluğu Lahiyə-Təhqiqaq Mərkəzi MMC-VÖEN **********, Hesab N:AZ23AİİB******************** hesabına keçirilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(029)-52/2021
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-52/2021
05.02.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver