Məhkəmə qərarları › İş №2(029)-52/2022

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-52/2022

18.05.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-52/2022 18.05.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçının nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı X10 qarşı qanunsuz zəbt edilmiş torpaq sahəsinin geri tələb edilməsinə dair mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ramazanova X9 Fədair Arif oğluna qarşı qanunsuz zəbt edilmiş torpaq sahəsinin geri tələb edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qusar rayon Aqrar İslahat Komissiyasının 30 iyul 1997-ci il tarixli 10 saylı qərarı ilə onun mülkiyyətinə verilmiş 0.12 hektar cavabdehdən alınıb aidiyyəti üzrə ona qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 30 iyul 1997-ci il tarixli 10 saylı qərarı ilə onun mülkiyyətinə 0.12 ha torpaq sahəsi verilmiş, mülkiyyət hüququ JN:130A KOD 30114028 saylı şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Mülkiyyətində olan 0.12 ha torpaq sahəsi cavabdeh tərəfindən özbaşına tutularaq (zəbt edərək) qanunsuz istifadə edilir. Dəfələrlə cavabdehə müraciət edərək həmin torpaq sahəsinin buraxılmasını tələb etsə də, cavabdeh ona məxsus torpaq sahəsini zəbt etmədiyini, həmin torpaq sahəsinin özünə məxsus olduğunu bildirmişdir. Cavabdeh ona məxsus həmin torpaq sahəsinə dair qanunla müəyyən edilmiş sahiblik və istifadə hüquqlarını pozmuş və hazırda mübahisəli torpaq sahəsi cavabdehin qanunsuz sahibliyində və istifadəsindədir. Bunun nəticəsi olaraq o, hazırda həmin torpaq sahəsindən sərbəst şəkildə istifadə edə və ona sahiblik edə bilmir. Ona görə də, hesab edir ki, onun pozulmuş hüquqları bərpa edilməli, cavabdeh zəbt etdiyi ona məxsus 0.12 ha torpaq sahəsindən çıxarılmalı və həmin torpaq sahəsi cavabdehin qanunsuz sahibliyindən alınaraq onun və ailə üzvlərinin qanuni sahibliyinə qaytarılmalıdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək, izahatında göstərmişdir ki, iddiaçı onun bacısıdır. Cavabdeh onun uzaq qohumudur. Mübahisəli torpaq sahəsi Qusar rayon Aşağı İmamqulukənd kəndində yerləşir, Aqrar İslahat Komissiyasının 30 iyul 1997-ci il tarixli 10 saylı qərarına əsasən iddiaçının mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi 20 ildən çoxdur ki, ailə üzvlərinin istifadəsindədir. O və atası əvvəllər həmin torpaq sahəsində findıq ağacları əkmiş, onlara qulluq etmişlər, bu yaxınlarda o, bəzi ağacları budamışdır. Təxminən iki il bundan əvvəl cavabdehin anası Mislimat bildirmişdir ki, onun ailəsinin istifadə etdiyi 0,12 ha torpaq sahəsi əslində onun oğlu-yəni cavabdeh Fədairə məxsusdur. O, isə bildirmişdir ki, artıq 20 ildir ki, həmin torpaq sahəsini onlar istifadə edir, həmin torpağın şəhadətnaməsi də var. Buna baxmayaraq Mislimat bildirmişdir ki, onlara cəmi 0,12 ha torpaq sahəsi verilmiş lakin, faktiki olaraq 0,17 ha torpaq sahəsindən istifadə edirlər, onun torpaq sahəsi isə başqa bir yerdə yerləşir. Bundan sonra o, Mislimata torpaq şöbəsindən mütəxəssis dəvət edərək torpaq sahələrinin ölçülməsini təklif etmiş, əgər müəyyən olunsa ki, torpaq sahəsi həqiqətən də onlarındır, torpağın onlara verilməsinə razı olacağını bildirmişdir. Bundan başqa o, torpaq sahəsinə dair çıxarışın alınması üçün reyestr xidmətinə müraciət etmiş, oradan bildirmişlər ki, torpaq sahəsi mübahisəlidir, başqa şəxs tərəfindən istifadə olunur, ona görə də tövsiyyə etmişlər ki, məhkəməyə müraciət etsin. İş üzrə verilmiş ekspert rəyi ilə tanış olmuş, həmin rəyi oxumuş, lakin rəyi tam başa düşə bilməmiş, ona görə də rəyin tam olaraq düzgün olması barədə heç nə deyə bilmir. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X7 nümayəndəsi X6 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, cavabdeh onun oğludur. O, 1995-ci ildə südçülük salxozundan oğlu Fədair üçün 0,12 ha torpaq sahəsi almış, torpağa görə pul ödəmiş, bu barədə qəbzləri var. Həmin vaxtı oğlu Fədair hərbi xidmətdə olmuşdur. Əvvəllər İddiaçı sonuncunun qardaşı Səfərəlinin evinin yanından bələdiyyə tərəfindən torpaq sahəsi verilmişdir. Bələdiyyələr təzə yaranandan sonra hazırki mübahisəli torpaq sahəsini iddiaçı saxta yolla öz adına keçirmişdir. 1997-ci ildə köhnə torpaq şöbəsinin müdürü Tasim, onun işçisi Şirin və vəkil Rasim torpaq sahəsinə gələrək həmin torpaq sahəsini ölçüb ona qaytarmışlar. Sonradan onu həmin torpaq sahəsindən çıxartmışlar və ona “tala” adlanan ərazidən torpaq sahəsi verəcəklərini demişlər, lakin onu aldatmışlar. Həmin vaxt ona verilən torpaq sahəsi ilə həmsərhəd olan ərazidən hər hansı şəxsə, o cümlədən iddiaçıya torpaq sahəsi verilməmişdir. İddiaçı mübahisəli torpaq sahəsini saxta sənədlərlə 2002-ci ildə etmişdir. O, həmin torpaq sahəsində söyüd ağacları da əkmiş, hətta onların bir hissəsini iddiaçı kəsmişdir. 17 sot torpaq sahəsi onundur, qalan yeri o, istəmir. Onlar iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmiş, onlarda iddiaçının torpağı yoxdur, həmin torpaq sahəsindən çıxmayacaqlar. İddiaçının torpaq sahəsi başqa ərazidə yerləşir. Ekspert rəyi ilə razı deyil. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları araşdıraraq hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, işdə olan JN-130A KOD 30114028 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 30 iyul 1997-ci il tarixli 10 saylı qərarı ilə 0.12 ha fərdi yaşayış sahəsi üçün torpaq sahəsi X3 xüsusi mülkiyyətinə verilmişdir. İşdə olan Qusar rayon məhkəməsinin 25.08.2020-ci il tarixsli 2(029)-777/2020 saylı qətnaməsinin surətindən görünür ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “X11”nın adına verilmiş JN:130A KOD 30114028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin Ramazanova (Hacıverdiyeva) Yenifə Novruz qızına məxsus olması faktının müəyyən edilməsi qət edilmişdir. İşdə olan JN-100A KOD 30114028 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 30 iyul 1997-ci il tarixli 10 saylı qərarı ilə Qusar rayonu Aşağı İmamqulukənd kəndində yerləşən 0.12 ha fərdi yaşayış sahəsi üçün torpaq sahəsi X7 xüsusi mülkiyyətinə verilmişdir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 02.09.2019-cu il tarixli **********54 saylı məktubundan görünür ki, İddiaçı Qusar rayonu Aşağı İmamqulukənd kəndi ərazisində yerləşən 0.12 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün həmin idarəyə daxil olmuş 26.08.2019-cu il tarixli ********** qeydiyyat nömrəli ərizəsinə və həmin daşınmaz əmlaka dair sənədlərə baxılmış və bildirilmişdir ki, təqdim edilmiş sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, torpaq sahəsi üzərində mübahisə mövcuddur. Belə ki, müəyyən olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət etdiyi və faktiki göstərdiyi torpaq sahəsi digər şəxsin mülkiyyətində olan torpaq sahəsidir. Göstərilən səbəbdən torpaq sahəsinin texniki göstəricilərini əks etdirən texniki pasportun və dövlət reyestrindən çıxarışın hazırlanması mümkün olmamışdır. İşdə olan Qusar rayon Dövlət Arxivi tərəfindən verilmiş 01.12.2003-cü il tarixli 330 saylı arxiv arayışının surətindən görünür ki, rayon arxivində saxlanılan keçmiş “Südçülük” sovxozunun 24.04.1995-ci il tarixli 15 nömrəli əmri ilə X10 0,12 ha torpaq sahəsi verilmişdir. İşdə olan XİV 340084 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Nümayəndə xx xxx 1959-cu ildə anadan olmuş, atası X8, anası X4r. İşdə olan AZ ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1970-ci ildə anadan olmuş, atası X8, anası X4r. İşdə olan Seriya AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Nümayəndə xx xxx 1959-cu ildə Qusar rayonu İmamqulukənd kəndində anadan olmuş, Aşağı İmamqulukənd kəndində qeydiyyatdadır. İşdə olan AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1970-ci ildə anadan olmuşdur. İşdə olan İV-JQ 385742 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 10 oktyabr 1976-cı ildə anadan olmuş, atası X5, anası X2r. İşdə olan Seriya AZE 09291323 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X15 10.10.1976-cı ildə Qusar rayonu Aşağı İmamqulukənd kəndində anadan olmuş, həmin kənddə qeydiyyatdadır. İşdə olan Seriya AZE 05957346 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 27.06.1954-cü ildə Qusar rayonu İmamqulukənd kəndində anadan olmuş, həmin kənddə qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Xaçmaz Lahiyə-tədqiqat İdarəsi tərəfindən tərtib edilmiş 18 yanvar 2022-ci il tarixli C-01 saylı mütəxəssis rəyindən görünür ki, KOD 30114028 JN-130A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Ramazanova (Hacıverdiyeva) Yenifə Novruz qızına məxsus olan 0.12 ha həyətyanı torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə koordinatları daxilində torpaq sahəsi naturada yerində mövcuddur. KOD 30114028 JN-130A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Ramazanova (Hacıverdiyeva) Yenifə Novruz qızına məxsus olan 0.12 ha həyətyanı torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə koordinatları daxilində torpaq sahəsi cavabdeh X15 tərəfindən mübahisəli torpaq sahəsinin cənub qərb hissəsindən tam olaraq istifadə olunur. KOD 30114028 JN-130A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Ramazanova (Hacıverdiyeva) Yenifə Novruz qızına məxsus olan 0.12 ha həyətyanı torpaq sahəsi X7 adına olan KOD 30114028 JN-100A saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilən 0.12 ha həyətyanı torpaq sahəsi üst-üstə düşmür. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə tikinti-texniki ekspertizasının 18 mart 2022-ci il tarixli 10/855 saylı rəyindən görünür ki, KOD 30114028 JN-130A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Ramazanova (Hacıverdiyeva) Yenifə Novruz qızına məxsus olan 0.12 ha həyətyanı torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə koordinatları daxilində torpaq sahəsi naturada yerində mövcuddur. KOD 30114028 JN-130A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Ramazanova (Hacıverdiyeva) Yenifə Novruz qızına məxsus olan 0.12 ha həyətyanı torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə koordinatları daxilində torpaq sahəsi cavabdeh X15 tərəfindən mübahisəli torpaq sahəsinin cənub qərb hissəsindən tam olaraq istifadə olunur. KOD 30114028 JN-130A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Ramazanova (Hacıverdiyeva) Yenifə Novruz qızına məxsus olan 0.12 ha həyətyanı torpaq sahəsi X7 adına olan KOD 30114028 JN-100A saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilən 0.12 ha həyətyanı torpaq sahəsi üst-üstə düşmür. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 18 mart 2022-ci il tarixli 10/855 saylı ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məjburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Xaçmaz Lahiyə-tədqiqat İdarəsi tərəfindən tərtib edilmiş 12 yanvar 2022-ci il tarixli C-01 saylı mütəxəssis rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-torpaqşünaslıq ekspertizasının 18 mart 2022-ci il tarixli 10/855 saylı ekspert rəyi ilə razılaşaraq həmin rəyləri işin hallarını müəyyən edən kifayət qədər əsaslı, tam aydın və dolğun sübut kimi qəbul edir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, cavabdeh X15 KOD 30114028 JN-130A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Ramazanova (Hacıverdiyeva) Yenifə Novruz qızına məxsus olan 0.12 ha həyətyanı torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə koordinatları daxilində torpaq sahəsinin cənub qərb hissəsindən iddiaçının iradəsinə zidd olaraq tam olaraq istifadə edir və bununla da, o, iddiaçının mülkiyyət hüququna əsassız müdaxilə etməklə onun həmin hüququnu pozmuşdur. İnsan Hüquqlarının və X22 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 1-3-cü hissələrinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə əəsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci bəndinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Həmin Məcəllənin 111-ci maddəsinin 3-cü hissəsinə əsasən torpaqların vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzssiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tədqiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, iddiaçı tərəf öz iddiasının əsası kimi istinad etdiyi halları qismən sübuta yetirmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X15 KOD 30114028 JN-130A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Ramazanova (Hacıverdiyeva) Yenifə Novruz qızına məxsus olan 0.12 ha həyətyanı torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə koordinatları daxilində torpaq sahəsinin cənub qərb hissəsindən (Kadastr və Yerquruluşu Lahiyə- Tədqiqat Mərkəzi MMC-nin Xaçmaz Lahiyə-Tədqiqat İdarəsinin 18 yanvar 2022-ci il tarixli C-01 saylı mütəxəssis rəyində göstərilən koordinatlar üzrə torpaq sahəsindən) çıxarılmalı və həmin torpaq sahəsi həmin torpaq sahəsi İddiaçı sahibliyinə və istifadəsinə qaytarılmalıdır. İş üzrə 50 (əlli) manat məbləğində məhkəmə xərcləri, iş üzrə təyin edilmiş məhkəmə-torpaqşünaslıq ekspertrizası iddiaçı tərəfin vəsatəti əsasında təyin edildiyindən İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X17, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. X15 KOD 30114028 JN-130A saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən İddiaçı məxsus olan 0.12 hektar həyətyanı torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə koordinatları daxilində torpaq sahəsinin cənub qərb hissəsindən (Kadastr və Yerquruluşu Lahiyə-Tədqiqat Mərkəzi MMC-nin Xaçmaz Lahiyə- Tədqiqat İdarəsinin 18 yanvar 2022-ci il tarixli C-01 saylı mütəxəssis rəyində göstərilən koordinatlar üzrə torpaq sahəsindən) çıxarılsın və həmin torpaq sahəsi İddiaçı sahibliyinə və istifadəsinə qaytarılsın. İş üzrə 50 (əlli) manat məbləğində məhkəmə xərcləri İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X14, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar