Məhkəmə qərarları › İş №2(029)-523/2020

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-523/2020

24.07.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-523/2020 24.07.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə Qusar şəhərində xx xxxx 2020-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Qusar şəhəri, A.Xammətov küçəsində yerləşməklə ona məxsus televizor təmiri emalatxanasının tikintisi üçün nəzərdə tutulmuş 20 kv.metr torpaq sahəsindən çıxarılmasına və həmin torpaq sahəsinin onun qanuni istifadəsinə qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçıiddianı müdafiə edərək izahatında göstərdi ki, o, fərdi sahibkardır. Qusar rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxxxx 1998-ci il tarixli 140 nömrəli sərənamına əsasən ona televizor təmiri emalatxanasının tikintisi üçün Qusar şəhəri, A.Xammətov küçəsində yerləşən 20 kv.metr torpaq sahəsi satılmışdır. Həmin torpaq sahəsi ilə yanaşı Cavabdeh məxsus torpaq sahəsi də yerləşir. Uzun illərdir ki, Cavabdeh ona məxsus həmin televizor təmiri emalatxanasının tikintisi çün nəzərdə tutulmuş 20 kv.metr torpaq sahəsini qanunsuz olaraq zəbt edərək istifadə edir. Həmin torpaq sahəsinin aidiyyatı üzrə ona qaytarılması üçün dəfələrlə Cavabdeh müraciət etsə də, cavabdeh torpaq sahəsini könüllü olaraq ona qaytarmaq istəmir. Artıq 20 ildən çoxdur ki, o, qanuni olaraq özünə məxsus torpaq sahəsini Cavabdeh geri ala bilmir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tam, obyektiv və qərəzsiz araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə iddia rədd edilməlidir. Belə ki, işdə olan Qusar rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxxxx 1998-ci il tarixli 140 nömrəli sərəncamına əsasən tərtib edilmiş Torpaq sahəsinin seçilməsinə dair Aktın təsdiq olunmuş surətindən görünür ki, Qusar şəhər sakini İddiaçı radio-televizor təmiri üçün emalatxanasının tikintisi altına torpaq sahəsinin seçilməsindən ötrü Qusar şəhərində baxış keçirilmiş, komissiya baxış zamanı həmin obyektin tikintisi üçün Qusar şəhərinin baş planına uyğun olaraq 35-ci kvartalında A.Xammətov küçəsində 4,0 x 5,0 metr ölçülərində, cəmi 20,0 kv.metr torpaq sahəsini seçmiş və ayrılmasını məqsədə uyğun hesab etmişdir. İşdə olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialı tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli 2276 nömrəli Qusar şəhər vətəndaşlarına sahibkarlıq və kommersiya fəaliyyəti üçün torpaq sahəsinin satılması haqqında Qusar rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxxxx 1998-ci il tarixli, 140 nömrəli sərənamına dair Arxiv Çıxarışının təsdiq olunmuş surətindən görünür ki, Qusar şəhər sakini X2 televizor təmiri emalatxanasının tikintisi üçün hər kvadrat metri 5000 manat olmaqla, A.Xammətov küçəsində, cəmi 100000 manat 20 kv.metr torpaq sahsinin satılması, qərarın icrasına və tikinti işlərinin aparılmasına nəzarət edilməsi Tikinti və memarlıq şöbəsinə tapşırılması qərara alınmışdır. İşdə olan Qusar rayon məhkəməsinin 2(029)-471/2019 saylı, xx xxx 2019-cu il tarixli Qətnaməsindən görünür ki, Qusar rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxxxx 1998-ci il tarixli 140 nömrəli Sərəncamının və Azərbaycan Respublikası Milli X7 filialında qeydə alınmış xx xxxxxx 2018-ci il tarixli 2276 nömrəli arxiv çıxarışının İddiaçı məxsus olması faktının müəyyən edilməsi qət edilmişdir. Beləliklə, məhkəmə iclasında Cavabdeh tərəfindən İddiaçı məxsus torpaq sahəsinin tutulması müəyyən olunmamışdır. Belə ki, İddiaçı öz tələbini əsaslandırdığı hallara dair məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmiş və bu hallar məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Odur ki, məhkəmə hesab edir ki iddiaçı X1 cavabdeh X3 qarşı özbaşına tutulmuş torpaq sahəsindən çıxarılmasına dair iddiası rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası rədd edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar