Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-528/2025 17.04.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi X1 İddiaçı Cavabdeh qarşı 2572 manat pul tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, Müəyyən etdim: İddiaçı Cavabdeh qarşı 2572 manat pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-in 108.1, 108.1.1-ci maddələrinə əsasən Mülki məhkəmə icraatında iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı ərizənin məhkəməyə verilməsinə görə qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu ödənilməmiş, iddia ərizəsinə əlavə olunmuş sənədlərin siyahısında dövlət rüsumu haqqında qəbz göstərilsə də, bu barədə sənəd aşkar olunmamış, bununla bağlı məhkəmənin böyük məsləhətçisi, məsləhətçi-iclas katibi və dəftərxana müdirinin iştirakı ilə akt tərtib edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ona görə də, hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 152.1.5-ci maddəsini rəhbər tutaraq, Qərara aldım: Ərizə və ona əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın. İddiaçı izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada ərizə ilə məhkəməyə müraciət edilə bilər. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qusar rayon məhkəməsinə şikayət vermək olar. Qusar rayon məhkəməsinin hakimi Anar Qasımov
Məhkəmə qərarları › İş №2(029)-528/2025
Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-528/2025
17.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver