Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-53/2022 29.09.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma və maddi zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma və maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan başqa, İddiaçı məhkəməyə ərizə göndərərək göstərmişdir ki, hazırda işə baxılmasını tələb etmir, ona görə də iddia ərizəsini və ona əlavə edilmiş sənədləri ona geri qaytararaq mülki işin baxılmamış saxlanılmasını məhkəmədən xahiş edir. Həmin ərizə xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə göndərərək iddiaçının fikri ilə razı olduğunu, işə baxılmasını tələb etmədiyini göstərmiş, iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytararaq işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Həmçinin, Cavabdeh məhkəməyə ərizə göndərərək göstərmişdir ki, o, işə baxılmasını tələb etmir, işin baxılmamış saxlanılmasına etiraz etmir. İşin məhkəmə baxışı iclasında baxılması 29 sentyabr 2022-ci il tarixə saat 09:30-a təyin edilmiş, məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikasının MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin geri qaytarılması və mülki işin baxılmamış saxlanması barədə ərizə verilmiş və ona görə də, həmin mülki iş baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikasının MPM 114.1, 114.1.5-ci maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. İddiaçı tərəfindən Dövlət rüsumu (məhkəmə ödənişi) kimi "xxxx" ASC-nin Qusar filialına ödənilmiş qəbz nömrəsi ********* olan xx.xx.2022-ci il tarixli qəbz üzrə 30 manat dövlət rüsumu İddiaçı qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM–nin 114, 259, 260, 263, 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma və maddi zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki iş baxılmamış saxlanılsın və iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı tərəfindən Dövlət rüsumu (məhkəmə ödənişi) kimi "xxxx" ASC-nin Qusar filialına ödənilmiş qəbz nömrəsi ********* olan xx.xx.2022-ci il tarixli qəbz üzrə 30 manat dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qusar rayon məhkəməsinə şikayət vermək olar. Sədrlik edən:Adil Vəliyev
Məhkəmə qərarları › İş №2(029)-53/2022
Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-53/2022
29.09.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver