Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-537/2025 24.06.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh oğluna qarşı “pul tələbinə” dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh oğluna qarşı “pul tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğlundan 1000 (bir min) manat məbləğində pulun və Qusar rayon Məhkəməsinə tərəfindən ödənilən 30 (otuz) man dövlət rüsumunu, cəmi 1030 (bir min otuz) manatın alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, cavabdehi çoxdan tanığı üçün ailə qurmaq qərarına gəlmişdir. Ailə münasibətləri olsada nikahı dövlət qeydiyyatından keçirməmiş və ayrılana qədər nikahları qeyri rəsmi olub. Ailə olaraq onlar Qusar rayonu Cubuqlu kəndində birlikdə yaşamışlar. Az bir müddət qeyd etdiyi kənddə yaşayandan sonra onlar Qusar şəhərinə yaşamağa köçmüşlər. Qusarda yaşadığı dövrdə cavabdeh ona məxsus olan qızıllarını ondan xəbərsiz evdən götürərək Xudat şəhərində zərgərə satmışdır. Cavabdehə onun qızıllarının qaytarılması barədə dəfələrərlə bildirmiş, lakin cavabdeh ona söz verərək aldatmışdır. Buna görə o, məcbur olmuşdur ki, Qusar rayon PŞ ərizə ilə müraciət etsin. Qusar rayon PŞ məsələni araşdıraraq cinayət tərkibinin olmadığı üçün məhkəməyə müraciət etməyə məsləhət görülmüşür. Cavabdeh xx.xx.2024-cü ildə iltizam yazıb və iltizanda cavabdeh ona məxsus olan qızılların pulunu 2024-cü ilin iyun ayına qədər qaytarmağa söz vermişdir. Həmin iltizamın özü tərəfindən və pulu qaytaramadığı halda məsuliyyətinin dərk edilməsini qeyd etmişdir. İltizamda hər ikisi imza çəkmişlər. Lakin borcu qaytarmağa imkanı olmadığını bildirmişdir. Lakin hələdə dediyi vaxt tamam olsada hər dəfə müxtəlif bəhanələr gətirərək ona olan borcunu ödəməkdən yayıyınır. Cavabdehin imkanı yaxşıdır ona olan borcunu ödəyə bilər. Ona görədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddianı ərizəsində göstərilənləri müdafiə etmiş, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh oğlu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixli iltizamdan görünür ki, Cavabdeh oğlu İddiaçı qızıl zinət əşyalarına görə ödəməli olduğu 1000 (min) manat pulu 2024-ci ilin iyun ayının sonlarına qədər qaytaracığını söz vermişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəmədə işə baxılması üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsində qeyd edilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1.-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2.-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, həqiqətən də, Cavabdeh oğlu İddiaçı 1000 (min) manat pul borcludur. Həmin hal, işə əlavə olunmuş iltizam ilə müəyyən olunmuşdur. İddia tələbi təmin olunduğu üçün, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddiaçının dəlilləri ilə razılaşaraq hesab edir ki, Cavabdeh oğlundan 1000 (min) manat məbləğində pul və Qusar rayon Məhkəməsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, cəmi 1030 (bir min otuz) manat pul vəsaiti alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh oğlundan 1000 (min) manat məbləğində pul və Qusar rayon Məhkəməsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, cəmi 1030 (bir min otuz) manat pul vəsaiti alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-537/2025
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-537/2025
24.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver