Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-538/2022 09.06.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxs Qusar rayon Dövlət Notariat ofisinə qarşı qohumluq münasibətlərinin müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs Qusar rayon Dövlət Notariat kontoruna qarşı qohumluq münasibətlərinin müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 10 dekabr 2012-ci il tarixində Qusar rayonunun Sudur kəndində vəfat etmiş X17 ilə onun arasındakı qohumluq münasibətlərinin, yəni həmin şəxsin onun 16 aprel 2010-cu il tarixdə vəfat etmiş X3nun doğma bibisi olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, 25 iyun 1969-cu il tarixində Qusar rayonunun Sudur kəndində anadan olmuşdur. X3 xx.xx.2010-cu il tarixdə Qusar rayonu Sudur kəndində vəfat etmişdir. Atasının bibisi X17 mərhum atasının ailə üzvü olmuş və 10 dekabr 2012-ci il tarixidə Qusar rayonu Sudur kəndində vəfat etmişdir. Şixvələdova Züleyxanın mülkiyyətində Qusar rayonu, İmamqulukənd İƏ dairəsinə aid Sudur-oba kəndi ərazisində 1.72 ha torpaq sahəsi olmuşdur. Züleyxa Şixvələdova vəfat etdikdən sonra torpaq sahəsinə vərəsələrdən yalnız o, torpaq sahəsinə faktiki sahiblik etməklə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243-cü maddəsi ilə müəyyən edilmiş qaydada, miras əmlakı qəbul etmiş və torpaq sahəsindən hal-hazırda o istifadə edir. O, Rusiya Federasiyasının vətəndaşı olsa da, uzun müddətdir ki, ünvan 1 ünvanda yerləşən evdə yaşayır. O, X2 torpaq sahəsini vərəsəlik yolu ilə öz adına rəsmiləşdirmək üçün Qusar rayonu Notariat ofisinə müraciət edərək, ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Lakin, Qusar rayon Notariat ofisi tərəfindən onun müraciətinə X-847 saylı 07 avqust 2021-ci il tarixli məktubla cavab verilərək ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş və mərhum X17 ilə qohumluq münasibətlərinin təsdiq olunması üçün ona məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. X2 onun mərhum X3nun bibisi olmasını təsdiq edən müvafiq doğum haqqında arayışlar Qusar rayonu Qeydiyyat şöbəsində mövcud deyildir. Bununla da, həmin şəxslərin aralarındakı qohumluluq münasibətlərinin məhkəmədən kənar təsdiq edilməsi qeyri-mümkündür. Bununla belə, X2 onun mərhum X28in bibisi olması Qusar rayon Dövlət arxivi tərəfindən verilmiş 255/31 saylı xx.xx.2021-ci il tarixli arayış, Qusar RİHB-nın Sudur kənd İƏ dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 65 saylı xx.xx.2021-ci il tarxili arayış və 30 noyabr 2021-ci il tarixli aktla təsdiq olunur. Ərizədə göstərilmiş digər hallar ona əlavə edilmiş sənədlərlə təsdiq edilir. Züleyxa Şixvələdova vəfat etdikdən sonra ondan miras qalmış torpaq sahəsini, ona faktiki sahiblik etməklə qəbul etməyi Qusar RİHB-nın İmamqulukənd İƏ idarəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 177 saylı xx.xx.2021-ci il tarixli arayışla təsdiq olunur. Qeyd edilən hüquqi faktın müəyyən edilməsi vərəsəlik hüquqlarından istifadə etməyi üçün zəruridir. Qohumluq münasibətlərinin müəyyən olunması ona, ona görə lazımdır ki, X31nın adına olan torpaq sahəsini vərəsəlik yolu ilə qəbul edərək öz adına rəsmiləşdirsin. Belə ki, Züleyxa Şixvələdovanın ondan başqa digər hər hansı qanun üzrə vərəsələri yoxdur. Züleyxa Şixvələdovanın əsas vərəsəsi qardaşı oğlu olan X28 olmuş, hazırda həmin şəxs sağ olmadığına görə, əsas vərəsə o sayılır. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, həqiqətən də 10 dekabr 2012-ci il tarixdə Qusar rayonu Sudur kəndində vəfat etmiş X10 onun 16 aprel 2010-cu il tarixdə vəfat etmiş X3nun doğma bibisidir. O, ərizəni müdafiə edir. Bundan başqa bildirmişdir ki, o, şəxsi işləri ilə bağlı 09 iyun 2022-ci il tarixə saat 11:00-a təyin edilmiş məhkəmə iclasına gələ bilmir, işə onun iştirakı olmadan baxılmasını və ərizənin təmin edilməsini, 10 dekabr 2012-ci il tarixdə Qusar rayonu Sudur kəndində vəfat etmiş X17 onun 16 aprel 2010-cu il tarixdə vəfat etmiş X3nun doğma bibisi olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Qusar rayon Notariat Ofisinin notariusu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək xidməti zərurətlə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyi üçün işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmiş, çıxarılacaq qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, ərizə əsaslıdır və aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan АЗБ № 079493 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi Mirzəhməd oğlu 25 iyun 1969-cu il tarixdə Qusar rayonu Sudur kəndində anadan olmuşdur. X3, anası X11r. İşdə olan Qusar rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 16 iyun 2021-ci il tarixli arayışdan görünür ki, X9 14 aprel 2010-cu il tarixində Qusar rayonu Sudur kəndində ölmüşdür. İşdə olan Qusar rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 16 iyun 2021-ci il tarixli arayışdan görünür ki, X17 10 dekabr 2012-ci il tarixində Qusar rayonu Sudur kəndində ölmüşdür. İşdə olan Qusar rayon İcra Hakimiyyəti Qusar rayon Dövlət Arxivindən verilmiş 255/31 saylı xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Qusar rayon arxivində saxlanılan Qusar rayon Sudur kənd sovetinin 1957-ci ildən mövcud olan Təsərrüfatbaşına kitablarda X4 adına təsərrüfatın olması və onun hər hansı bir təsərrüfatın üzvü olduğu aşkar edilməmişdir. Ona görə də, X4 doğum və ölüm tarixləri haqqında məlumatların nümayəndəliyə təqdim edilməsi mümkün olmamışdır. Rayon arxivində Qusar rayon Sudur kənd sovetinin 1969-1971-ci illərin Sudur kəndi üzrə 1 nömrəli Təsərrüfatbaşına kitabında şəxsi hesab nömrəsi 32 olan X4 təsərrüfatında aşağıda göstərilən ailə üzvlərinin olduğu qeyd edilmişdir: 1. X4 özü- ailə başçısı, 2. X17- bibisi, 3. X12-qardaşı, 4. X16-həyat yoldaşı, 5. X13- qardaşının yoldaşı, 6. X7-qızı, 7. X14-oğlu. İşdə olan Qusar rayon İcra Hakimiyyəti Qusar rayon Dövlət Arxivindən verilmiş 488/64 saylı xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, rayon arxivində Qusar rayon Sudur kənd sovetinin 1957-1959-cu illərin Sudur kəndi üzrə 1 nömrəli Təsərrüfatbaşına kitabında şəxsi hesab nömrəsi 30 olan X4 təsərrüfatının ailə üzvlərinin siyahısında göstərilmiş X10 1926-cı il təvəllüdlü olduğu qeyd edilmişdir. İşdə olan Qusar RİHB-nın Sudur kənd İƏD üzrə nümayəndəliyindən verilmiş xx.xx.2022-ci il tarixli 65 saylı arayışdan görünür ki, xx.xx.2012-ci il tarixdə vəfat etmiş X10 doğma qardaşı oğlu X5r, o vəfat edənə kimi subay olmuşdur. İşdə olan Qusar RİHB-nın İmamqulukənd kənd İƏD üzrə nümayəndəliyindən verilmiş xx.xx.2021-ci il tarixli 177 saylı arayışdan görünür ki, X17 vəfat edəndən sonra torpağa Ərizəçi tərəfindən sahiblik edilmişdir. İşdə olan Qusar RİHB-nın İmamqulukənd kənd İƏD üzrə nümayəndəliyindən veirilmiş xx.xx.2022-ci il tarixli 250 saylı arayışdan görünür ki, 10 dekabr 2012-ci il tarixində Qusar rayonunun Sudur kəndində vəfat etmiş X10 mülkiyyətində, JN:0044 kod 30120018 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən, Qusar rayonunun İmamqulukənd İƏD-ə aid Sudur-oba kəndi ərazisində 1.72 ha torpaq sahəsi olmuşdur. İşdə olan X18, X15 və X8 tərəfindən tərtib edilmiş 30 noyabr 2021-ci il tarixli aktdan görünür ki, xx.xx.1934-cü ildə Qusar rayonunun Sudur kəndində anadan olmuş və xx.xx.2010-cu il tarixdə Qusar rayonunun Sudur kəndində vəfat etmiş X9, xx.xx.2012-ci il tarixdə Qusar rayonunun Sudur kəndində vəfat etmiş və həmin kənddə dəfn edilmiş X17 doğma qohum olub X1 Züleyxa Şixmət qızının doğma qardaşı oğludur. İşdə olan Qusar rayon Notariat Ofisi tərəfindən verilmiş 07 avqust 2022-ci il tarixli X-847 saylı məktubdan görünür ki, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi miras qoyanla vərəsənin qohumluq əlaqələrini təsdiq edən sənədlərin mövcud olmaması səbəbindən mümkün deyildir. Bununla bağlı qohumluq faktının təsdiq olunması üçün məhkəməyə müraciət etməsi Ərizəçi tövsiyyə olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, X17 10 dekabr 2012-ci il tarixdə, X9 isə 16 aprel 2010-cu il tarixdə ölmüşlər. X31 ərizəçi Bahadir Şixvələdovun atası Mirzəhməd Şixvələdovun doğma bibisi olsa da, bu barədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında müvafiq qeydlər tapılmamışdır. Buna baxmayaraq, həmin hal məhkəməyə təqdim edilmiş sənədlərlə təsdiq olunur. Hal-hazırda Ərizəçi X31nın miras əmlakını vərəsəlik yolu ilə qəbul etmək istəyir. Bu məqsədlə o, Qusar rayon Notariat Ofisinə müraciət edərək adına vərəsəlik haqqında şəhadətnamə verilməsini xahiş etmiş, lakin, oradan ona bildirmişlər ki, onunla X31 arasında olan qohumluq münasibətlərini təsdiq edən sənəd olmadığından vərəsəlik şəhadətnaməsinin verilməsi mümkün deyildir. Ona görə də, ona məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Ərizəçi ilə X31nın arasında olan qohumluq münasibətlərini təsdiq edən sənəd olmasa da, ərizəçi ilə həmin şəxsin arasında olan qohumluq faktı-yəni ərizəçinin atasının həmin şəxsin doğma qardaşı oğlu olması məhkəmə iclasında tədqiq edilmiş yuxarıda sadalanan sənədlərlə tam təsdiq olunmuşdur. Azərbaycan Respublikasının MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2, 307.2.1-ci maddələrinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə hesab edir ki, 10 dekabr 2012-ci il tarixdə Qusar rayonu Sudur kəndində ölmüş X10 Ərizəçi 16 aprel 2010-cu il tarixdə vəfat etmiş X3nun doğma bibisi olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, Ərizəçi öz tələbinin əsası kimi istinad etdiyi halları tam sübuta yetirmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 10 dekabr 2012-ci il tarixdə Qusar rayonu Sudur kəndində ölmüş X10 Ərizəçi 16 aprel 2010-cu il tarixdə vəfat etmiş X3nun doğma bibisi olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №2(029)-538/2022
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-538/2022
09.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver