Məhkəmə qərarları › İş №2(029)-54/2022

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-54/2022

06.06.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-54/2022 06.06.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı qanunsuz olaraq zəbt edilmiş torpaq sahəsinin geri tələb edilməsinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı qanunsuz olaraq zəbt edilmiş torpaq sahəsinin geri tələb edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1i ərazisində 21 iyul 2017-ci il tarixli ********** saylı çıxarışa əsasən onun mülkiyyətində olan 0.06 ha torpaq sahəsinin 0.04 ha hissəsinin cavabdehlərdən alınaraq aidiyyəti üzrə ona qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Qusar rayonu Çiləgir kəndi ərazisində onun mülkiyyətində 0.06 ha torpaq sahəsi vardır, mülkiyyət hüququ 21 iyul 2017-ci il tarixli ********** saylı çıxarışa əsasən rəsmiləşdirilmişdir. ünvan 1ində onun çəpər qonşusu iş üzrə Cavabdeh1dur. Cavabdeh1 da həmin ərazidə 0.06 ha torpaq sahəsi vardır. Mülkiyyətində olan 0.06 ha torpaq sahəsindən 0.04 ha torpaq sahəsi qonşusu Cavabdeh1 tərəfindən hasara alınmaqla özbaşına tutularaq (zəbt edərək) qanunsuz istifadə edilir. Dəfələrlə Cavabdeh1 müraciət edərək həmin torpaq sahəsinin buraxılmasını tələb etsə də, Cavabdeh1 ona məxsus torpaq sahəsini zəbt etmədiyini, həmin torpaq sahəsinin özünə məxsus olduğunu bildirmişdir. Bu yaxınlarda ona məlum olmuşdur ki, Cavabdeh1 özünə məxsus torpaq sahəsini Bakı şəhər sakini Cavabdeh2 Sumqayıt ASAN xidmət vasitəsi ilə alqı-satqı etmişdir. Hazırda onun torpaq sahəsinin 0.04 ha hissəsini məhz Cavabdeh2 istifadə edir. Həmin şəxs də, həmin torpaq sahəsini Cavabdeh1 alqı-satqı yolu ilə aldığını bildirərək torpaq sahəsini buraxmaqdan imtina edir. Ona görə də, məcbur qalaraq məhkəməyə müraciət etmişdir. Cavabdehlər ona məxsus həmin torpaq sahəsinə dair onun qanunla müəyyən edilmiş sahiblik və istifadə hüquqlarını pozmuş və hazırda mübahisəli torpaq sahəsi cavabdehlərin qanunsuz sahibliyində və istifadəsindədir. Bunun nəticəsi olaraq o, həmin torpaq sahəsindən sərbəst şəkildə istifadə edə və ona sahiblik edə bilmir. Ona görə də, hesab edir ki, onun pozulmuş hüquqları bərpa edilməli, cavabdehlər ona məxsus 0.04 ha torpaq sahəsindən çıxarılmalı və həmin torpaq sahəsi onların qanunsuz sahibliyindən onun qanuni sahibliyinə qaytarılmalıdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, izahatında göstərmişdir ki, o, Qusar rayonu Çiləgir kəndi ərazisində 0.06 ha torpaq sahəsi almışdır. Həmin torpaq sahəsini çoxdan almış, kimdən aldığı yadında qalmamışdır. Cavabdeh1 onun çəpər qonşusudur, həmin şəxsi sonradan tanımışdır. Həmin torpaq sahəsi əvvəllər 0.12 ha olmuş, bir yerdə satıldığına görə o, Cavabdeh1la torpağı bir yerdə alaraq yarıya bölmüş, yerində ölçərək xətt də çəkmişlər. Çıxarış almaq istəyərkən reyestrdən gəlmiş mütəxəssislər ölçü işləri aparanda digər Cavabdeh2 inşa etdiyi hasarın və evin divarının da, onun torpaq sahəsinə düşdüyü müəyyən edilmişdir. O, Cavabdeh1la telefon əlaqəsi saxlayaraq ona məxsus torpaq sahəsində hasar tikdiyini bildirmişdir. Həmin vaxt o, Zakirə məhz torpaq sahəsini zəbt etməsini bildirmiş, torpaq sahəsinin alqı-satqısı barədə onunla heç nə danışmamışdır. O, Ekspert rəyi ilə razıdır, özünün çıxarışında olan torpaq sahəsini cavabdehlərdən geri tələb edir. O, Cavabdeh1la birlikdə torpaq sahəsini satın alanda müvafiq ölçü işləri aparılmış, koordinatlara uyğun olaraq torpaq sahəsi yerində olmuşdur. Lakin, sonradan onun torpaq sahəsi cavabdehlər tərəfindən qanunsuz tutulmuşdur. Hazırda onun torpaq sahəsi 4 sotdan da az qalmışdır. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, o, 2015-ci ildə İddiaçıla birlikdə ortaq tanışlarının vasitəsi ilə Qusar rayonu Çiləgir kəndi ərazisindən 0.12 ha torpaq sahəsini satın almışlar və 2017-ci ildə həmin torpaq sahəsini aralarında hər birinə 0.06 ha olmaqla bölmüşlər. Hazırda onda 6 sotdan artıq torpaq sahəsi yoxdur, 2015-ci ildə torpaq sahəsi ona və iddiaçıya satılarkən mütəxəssislər gələrək GPS-lə 12 sot torpaq sahəsini ölçüb ona və iddiaçıya göstərmişlər. İddiaçı qohumu onun yaxın dostudur, həmin torpaq sahəsini həmin şəxsin vasitəsi ilə almışlar. Həmin vaxt torpaq şöbəsinin əməkdaşları da gəlmişlər, torpaq sahələrini ölçərək yerində onlara göstərmişlər. O, iddiaçı ilə birlikdə həmin torpaq sahəsinə bir yerdə çıxarış çıxarmaları barədə razılaşmışlar, lakin, iddiaçı ondan əvvəl çıxarış əldə etmişdir. Sonradan pula ehtiyacı olduğuna görə 2017-ci ildə özünə məxsus torpaq sahəsini Cavabdeh2 satmışdır. O, Cavabdeh2 həmin torpaq sahəsini satmamışdan əvvəl iddiaçıya almağı təklif etmiş, lakin iddiaçı razı olmamışdır. Həmin vaxt o, özünə məxsus olan 0.06 ha torpaq sahəsini Cavabdeh2 yerində göstərmişdir. 2017-ci ildə o, həmin torpaq sahəsini Cavabdeh2 satarkən mütəxəsisslərin iştirakları ilə koordinatlar vurularaq yerində göstərilməsi onun dəqiq yadında qalmamışdır. Ekspert rəyi ilə razı deyil, onda iddiaçının torpaq sahəsi yoxdur. Onun iddiaçıya məxsus torpaq sahəsini tutmasından xəbəri olmamış, bu barədə iddiaçı onu məhkəməyə verdikdən sonra bilmişdir. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, mübahisəli torpaq sahəsinə dair onun çıxarışı yoxdur, torpaq sahəsini tam olaraq öz adına rəsmiləşdirməmiş, yalnız alqı-satqı müqaviləsi vardır. O, elmi işçi işləyir, 2017-ci ildə tanış doktorantlardan biri onu Qusar rayonu Çiləgir kəndinə qonaq çağırmış, həmin vaxt o, hazırkı torpaq sahəsini görmüş və onun xoşuna gəlmiş, tanışına əgər satılırsa ona bildirməsini demişdir. Sonradan Çiləgir kəndində yaşayan Bəhram adlı şəxs ona demişdir ki, onun xoşuna gələn həmin torpaq sahəsinin qanuni sənədləri var, sahibi Cavabdeh1 torpağı satır və sonuncunun telefon nömrəsini ona vermişdir. O, Cavabdeh1la Bakı şəhərində görüşmüş, ona beh vermiş, torpaq sahəsinin sənədlərini götürmüş və gəlib yerində torpaq sahəsinə baxdıqdan sonra alqı-satqı müqaviləsi bağlamışlar. Alqı-satqı müqaviləsi bağlandıqdan sonra o, Qusar rayon İcra Hakimiyyətinə getmiş və tikinti işlərinin aparılması barədə ərizə yazmış, müvafiq rüsumlar ödəmiş, evin eskiz layihəsini təsdiq etdirmişdir. Sonradan o, həmin torpaq sahəsində 1 mərtəbəli mansardlı ev tikməyə başlamışdır. Torpaq sahəsinin yanında köhnə hasar olmuş, 2018-ci ildə həmin hasardan 20 metr bir tərəfə, 30 metr digər tərəfə ölçərək torpaq sahəsini hasara almışdır. O, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə gedib çıxarış əldə etmək istəyərkən ona bildirmişlər ki, ev inşa ediləndən sonra evlə birlikdə həmin torpağa da çıxarış veriləcəkdir. Həmin torpaq sahəsində 5 ildir ki, tikinti işləri aparır. Bu müddət ərzində nə sahə müvəkkili, nə bələdiyyə, nə də başqa bir şəxs nə etdiyini ondan soruşmamış, ona qarşı hər hansı tələb irəli sürülməmişdir. O, iddiaçının və özünün torpaq sahəsinin koordinatlarını müqayisə etmiş, nömrələrin fərqli olduğunu, qonşu torpaq sahələrinin reyestr nömrələrinin yazılmadığını müəyyən etmişdir. Ola bilsin, iddiaçı çıxarış əldə edərkən reyestr xidmətinə özünün torpaq sahəsinin deyil, başqa topaq sahəsinin koordinatlarını vermişdir. O, əvvəllər iddiaçını tanımamış, ona qarşı iddia qaldırdıqdan sonra tanımışdır. 2021-ci ilin mart, aprel aylarında iddiaçı ona zəng edərək Sabirabad rayonunda müəllim olduğunu, 4 sot torpaq sahəsini satmaq istədiyini bildirmiş, o isə, kasıb müəllim olduğunu, torpağı ala bilməyəcəyini demişdir. Mübahisəli torpaq sahəsinin qonşuluğunda boş yerlər var, kimlərə məxsus olduğu məlum deyil, o, İcra Hakimiyyətində olmuş və orada ona bildirmişlər ki, ola bilsin ki, torpaq sahəsi zəbt olunub. Hazırda o, mübahisəni öz aralarında həll etməyə, barışığa getməyə hazırdır. Zakirdən torpaq sahəsini alarkən reyestr xidmətindən mütəxəssislərin gəlib-gəlməməyi yadında qalmamışdır, ola bilər ki, gəlməmişlər. Ekspert rəyi ilə razı deyil, o, iddiaçının torpaq sahəsini zəbt etməmiş, Cavabdeh1 qanuni yolla aldığı torpaqdan istifadə edir. Onda olan torpaq sahəsi yerində 6 sotdur. Əgər o, iddiaçının torpaq sahəsini tutmuşdursa, bəs onun torpaq sahəsi harada yerləşir? Hazırda iddiaçının və onun hər ikisinin torpaq sahəsi yerində müəyyən olunmalıdır, o, da öz torpaq sahəsini tələb edir. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1ində yerləşən yaşayış məntəqələri təyinatlı 0.06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İşdə olan xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1ində yerləşən yaşayış məntəqələri təyinatlı 0.06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydiyyata alınmışdır. İşdə olan 14 sentyabr 2017-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 0.06 ha olan torpaq sahəsini 15000 manata Cavabdeh2 satmışdır. İşdə olan Azərbaycan Respublikası Qusar rayon İcra Hakimiyyəti Başçısının Aparatının 18 noyabr 2017-ci il tarixli ZE/400 saylı məktubunun surətindən görünür ki, Qusar rayonu Çiləgir kəndində Cavabdeh2 məxsus olan həyətyanı torpaq sahəsində layihə üzrə fərdi yaşayış evinin tikintisi üçün məlumatlandırma icraatı çərçivəsində təqdim edilmiş fərdi yaşayış evinin eskiz layihəsi Qusar rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti şöbəsi tərəfindən razılaşdırılmışdır. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş 08 dekabr 2021-ci il tarixli C-89 saylı mütəxəssis rəyindən görünür ki, xx.xx.2017-ci il tarixli ********** qeydiyyat, **********94 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı məxsus olan Qusar rayonu Çiləgir kəndində yerləşən 0.06 hektar torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə koordinatları daxilində torpaq sahəsi naturada yerində mövcuddur. xx.xx.2017-ci il tarixli ********** qeydiyyat, **********94 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı məxsus olan Qusar rayonu Çiləgir kəndində yerləşən 0.06 hektar torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə koordinatları daxilində torpaq sahəsi Cavabdeh1 tərəfindən xx.xx.2017-ci il tarixli ********** qeydiyyat, **********94 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı məxsus olan Qusar rayonu Çiləgir kəndində yerləşən 0.06 hektar torpaq sahəsinin şimal-qərb istiqamətindən və Cavabdeh1 faktiki istifadə etdiyi 561 kv.metr torpaq sahəsinin cənub-şərq istiqamətindən 257 kv.metr torpaq sahəsi Cavabdeh1 tərəfindən istifadə edilir. Cavabdeh1 istifadəsində olan mübahisəli 257 kv.metr torpaq sahəsinin ölçüləri sxemdə göstərilmişdir. xx.xx.2017-ci il tarixli ********** qeydiyyat, **********94 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı məxsus olan ünvan 1ində yerləşən 0.06 hektar torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə koordinatları daxilində torpaq sahəsi ilə xx.xx.2017-ci il tarixli ********** qeydiyyat, **********07 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh1 məxsus olan ünvan 1ində yerləşən 0.06 hektar torpaq sahəsinin plan və ölçüsündə göstərilən döngə koordinatları daxilində torpaq sahəsi üst-üstə düşmür. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə tikinti-texniki ekspertizasının 04 may 2022-ci il tarixli 10/133 saylı rəyindən görünür ki, xx.xx.2017-ci il tarixli ********** qeydiyyat, **********94 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı məxsus olan Qusar rayonu Çiləgir kəndində yerləşən 0.06 hektar torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə koordinatları daxilində torpaq sahəsi naturada yerində mövcuddur. xx.xx.2017-ci il tarixli ********** qeydiyyat, **********94 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı məxsus olan Qusar rayonu Çiləgir kəndində yerləşən 0.06 hektar torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə koordinatları daxilində torpaq sahəsi Cavabdeh1 tərəfindən xx.xx.2017-ci il tarixli ********** qeydiyyat, **********94 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı məxsus olan Qusar rayonu Çiləgir kəndində yerləşən 0.06 hektar torpaq sahəsinin şimal-qərb istiqamətindən və Cavabdeh1 faktiki istifadə etdiyi 561 kv.metr torpaq sahəsinin cənub-şərq istiqamətindən 257 kv.metr torpaq sahəsi Cavabdeh1 tərəfindən istifadə edilir. Cavabdeh1 istifadəsində olan mübahisəli 257 kv.metr torpaq sahəsinin ölçüləri sxemdə göstərilmişdir. xx.xx.2017-ci il tarixli ********** qeydiyyat, **********94 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı məxsus olan ünvan 1ində yerləşən 0.06 hektar torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə koordinatları daxilində torpaq sahəsi ilə xx.xx.2017-ci il tarixli ********** qeydiyyat, **********07 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh1 məxsus olan ünvan 1ində yerləşən 0.06 hektar torpaq sahəsinin plan və ölçüsündə göstərilən döngə koordinatları daxilində torpaq sahəsi üst-üstə düşmür. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 04 may 2022-ci il tarixli 10/133 saylı ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə "xxxx" MMC tərəfindən verilmiş 08 dekabr 2022-ci il tarixli C-89 saylı mütəxəssis rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-torpaqşünaslıq ekspertizasının 04 may 2022-ci il tarixli 10/133 saylı ekspert rəyi ilə razılaşaraq həmin rəyləri işin hallarını müəyyən edən kifayət qədər əsaslı, tam aydın və dolğun sübut kimi qəbul edir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən xx.xx.2017-ci il tarixli ********** qeydiyyat, **********94 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı məxsus olan Qusar rayonu Çiləgir kəndində yerləşən 0.06 hektar torpaq sahəsinin şimal-qərb istiqamətindən və xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Cavabdeh1 adında olan və həmin şəxs tərəfindən Cavabdeh2 satılmaqla sonuncunun faktiki istifadə etdiyi 561 kv.metr torpaq sahəsinin cənub-şərq istiqamətindən 257 kv.metr torpaq sahəsi iddiaçının iradəsinə zidd olaraq istifadə edilir və bununla da, həmin şəxslər iddiaçının mülkiyyət hüququna əsassız müdaxilə etməklə onun həmin hüququnu pozmuşlar. Cavabdeh2 hazıradək Cavabdeh1 satın aldığı torpaq sahəsinə dair öz adına müvafiq Çıxarış əldə etməmişdir. Cavabdeh1 məxsus və sonradan həmin şəxs tərəfindən Cavabdeh2 satılmış 0.06 ha torpaq sahəsinin mülkiyyət sənədi üzrə hər hansı hissəsi iddiaçının torpaq sahəsi ilə üst-üstə düşmür. İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 1-3-cü hissələrinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə əəsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci bəndinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Həmin Məcəllənin 111-ci maddəsinin 3-cü hissəsinə əsasən torpaqların vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzssiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tədqiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, iddiaçı tərəf öz iddiasının əsası kimi istinad etdiyi halları qismən sübuta yetirmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, xx.xx.2017-ci il tarixli ********** qeydiyyat, **********94 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı məxsus olan Qusar rayonu Çiləgir kəndində yerləşən 0.06 hektar torpaq sahəsinin şimal-qərb istiqamətindən və xx.xx.2017ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Cavabdeh1 adında olan və həmin şəxs tərəfindən Cavabdeh2 satılmaqla sonuncunun faktiki istifadə etdiyi 561 kv.metr torpaq sahəsinin cənub-şərq istiqamətindən 257 kv.metr hissəsindən ("xxxx" MMC-nin tərtib etdiyi sxemə uyğun olaraq) Cavabdeh1 və Cavabdeh2 çıxarılmalı və həmin torpaq sahəsi İddiaçı qaytarılmalıdır. İş üzrə 50 (əlli) manat təşkil edən məhkəmə xərcləri, iş üzrə təyin edilmiş məhkəmətorpaqşünaslıq ekspertrizası iddiaçı tərəfin vəsatəti əsasında təyin edildiyindən İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. xx.xx.2017-ci il tarixli ********** qeydiyyat, **********94 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı məxsus olan Qusar rayonu Çiləgir kəndində yerləşən 0.06 hektar torpaq sahəsinin şimal-qərb istiqamətindən və xx.xx.2017ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Cavabdeh1 adında olan və həmin şəxs tərəfindən Cavabdeh2 satılmaqla sonuncunun faktiki istifadə etdiyi 561 kv.metr torpaq sahəsinin cənub-şərq istiqamətindən 257 kv.metr hissəsindən ("xxxx" MMC-nin tərtib etdiyi sxemə uyğun olaraq) Cavabdeh1 və Cavabdeh2 çıxarılsınlar və həmin torpaq sahəsi İddiaçı qaytarılsın. İş üzrə 50 (əlli) manat təşkil edən məhkəmə xərcləri İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar