Məhkəmə qərarları › İş №2(029)-542/2024

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-542/2024

06.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-542/2024 06.09.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçi maraqlı şəxs Qusar rayon Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, mirasın mülkiyyətə verilməsi tələbinə dair mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçi maraqlı şəxs Qusar rayon Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, mirasın mülkiyyətə verilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X8nun miras kütləsinə daxil olan, xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışda göstərilən, ünvan 1ində yerləşən evin və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsinin mərhum X40ə məxsus hissəsinin miras əmlak kimi onun tərəfindən qəbul edilməsi faktı müəyyən edilməsini və həmin miras əmlaklar vərəsəlik yolu ilə onun mülkiyyətinə verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi iddia ərizəni onunla əsaslandırmışdır ki, ünvan 1ində 0.22 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi X8na məxsusdur. Onun xüsusi mülkiyyət hüququ xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Həmin fərdi yaşayış evinin altındakı 0.22 ha həyətyanı torpaq sahəsi isə ümumi birgə mülkiyyət üzrə X8na, X4, X5 və ona, yəni Ərizəçi məxsusdur, həmin hüquqları qeyd etdiyi Çıxarışla rəsmiləşdirilmişdir. X8 xx.xx.1993-cü il tarixdə vəfat etmiş və vəfat edənədək yuxarıda göstərilən ünvanda yaşamışdır. O, xx.xx.1984-cü ildə həmin ünvanda X40lə anası X1 birgə nikahlarından anadan olmuşdur, orada böyümüş, mərhum atası vəfat etdikdən sonra da orada yaşamağa davam etmişdir. Mərhum atası vəfat etdikdən sonra da həmin ünvanda yaşayır, evə sahiblik etməklə onu idarə edir. Mərhum atası vəfat etdikdən sonra onun qanun üzrə 5 nəfər vərəsələri qalmışdır. Həmin şəxslər aşağıdakılardır: O, Ərizəçi, bacısı Quliyeva (Vələdova) Məhbubə Zayid qızı, bacısı Quliyeva (Məmmədova) Şükufə Zayid qızı, bacısı X20, qardaşı X21. X33 vəfat etmişdir. Hazırda mərhum atasından miras qalmış evdə yalnız o yaşayır, evi mərhum atasından sonra miras əmlak kimi o qəbul edib ona sahiblənmişdir. Evin bütün kommunal xidmət haqları onun tərəfindən ödənilir. Mərhum atasının digər vərəsələri olan qardaşı və bacıları mərhum atasından qalmış mirası qəbul etmək istəmirlər, bu barədə ərizə vermişlər. Bu yaxınlarda o, həmin torpaq sahəsinə dair adına vərəsəlik şəhadətnaməsinin verilməsi üçün Qusar rayon Notariat Ofisinə müraciət etmişdir, lakin oradan onun tərəfindən mirasın qəbul edilməsini təsdiq edən sənəd təqdim edilmədiyi bildirilərək məhkəməyə müraciət etməyi tövsiyyə olunmuş, bu barədə 06 mart 2024-cü il tarixli 289 saylı məktub verilmişdir. X40 vəfat edərkən hazırda qüvvədə olan Mülki Məcəllə qüvvədə olmamış, 1964- cü il Mülki Məcəlləsi qüvvədə olmuşdur. Ona görə də, hesab edir ki, onun ərizəsinin əsasları 1964- cü ildən 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin normaları ilə müəyyən olunmalıdır. Bildirir ki, mərhum X40 vəfat edən zaman onun 9 yaşı olmaqla yetkinlik yaşına çatmayan şəxs olmuşdur. Həmin vaxt o, mərhum anası ilə birlikdə həmin evdə yaşamış, orada yetkinlik yaşına çatmış, bundan sonra da orada yaşamaqda davam etmişdir. Hesab edir ki, mərhum atasından miras qalmış yuxarıda qeyd etdiyi fərdi yaşayış evini və həmin evin yerləşdiyi torpaq sahəsini miras əmlak kimi qəbul etmək üçün onun subyektiv vərəsəlik hüququ vardır. Onun həmin mirası faktiki olaraq qəbul etməyi isə qeyd etdiyi kimi yetkinlik yaşına çatmamış şəxs olmaqla orada yaşamağı, hazırda da həmin evi idarə etməyi ilə təsdiq olunur. Göründüyü kimi, o, miras qoyan mərhum X40in mirasını mirasın qəbul edilməsinin faktiki üsulu ilə qəbul etmiş və ona görə də, həmin miras əmlakın onun tərəfindən qəbul edilmişi faktı müəyyən olunmalı və miras əmlak onun mülkiyyətinə verilməlidir. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, ərizəni müdafiə edir, təmin edilməsini xahiş edir. Bundan başqa bildirmişdir ki, şəxsi işlərilə əlaqədar təyin olunmuş məhkəmə iclasına gələ bilmir, ona görə də işə onun iştirakı olmadan baxaraq ərizənin təmin edilməsinə dair və ədalətli qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Qusar rayon Notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq həmin ofisin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4 və 185.5-ci maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Belə ki, işdə olan xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1ində yerləşən fərdi yaşayış evinin tam hissəsi X25 və həmin fərdi yaşayış evinin yerləşdiyi 0.22 ha torpaq sahəsi payları ümumi birgə olmaqla X4, X9 və Ərizəçi xüsusi mülkiyyətindədir. İşdə olan İİ-ИЕ 062102 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X25 09 oktyabr 1931-ci ildə ünvan 1ində anadan olmuşdur. İşdə olan İX-ЖГ 470766 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1984-cü ildə ünvan 1ində anadan olmuşdur. X8, anası X6r. İşdə olan Xİİ-ЖГ 470048 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 21 avqust 1971-ci ildə ünvan 1ində anadan olmuşdur. X8, anası X6r. İşdə olan İİ-ИЕ 062102 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X18 01 oktyabr 1960-ci ildə ünvan 1ində anadan olmuşdur. X8, anası X6r. İşdə olan İ-ИЕ 586098 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 07 aprel 1958-ci ildə ünvan 1ində anadan olmuşdur. X8, anası X6r. İşdə olan АЗ ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X21 20 aprel 1966-cı ildə ünvan 1ində anadan olmuşdur. X8, anası X6r. İşdə olan AZ-İİ 116437 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X22 xx.xx.2020-ci il tarixdə Qusar şəhərində ölmüşdür. İşdə olan İİ-ЖГ 418842 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X25 19 aprel 1993-cü il tarixdə Qusar rayonu Xuraa kəndində ölmüşdür. İşdə olan AZ-İ 461840 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 16 iyul 2011-ci il tarixdə ünvan 1ində ölmüşdür. İşdə olan İV-ЖГ 292681 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X23 ilə X7 nikahları 20 iyul 1986-cı ildə rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra qadın “Mamedova” soyadını qəbul etmişdir. İşdə olan İ-ЖГ 388999 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə X2 nikahları 22 iyul 1977-cı ildə rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra qadın “Vələdova” soyadını qəbul etmişdir. İşdə olan X14, X15, X3 etibarnamə üzrə nümayəndəsi X16 notariat qaydasında təsdiq olunmuş ərizəsindən görünür ki, ataları X25 xx.xx.1993-cü il tarixdə ölmüşdür və onların tərəfindən mirasin qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddət ötürülmüşdür, yəni buraxılmışdır. Onun ölümündən sonra mirasin nədən ifadə edilməsindən və harda olmasindan asılı olmayaraq mirasi qəbul etməmişlər və buna görədə öz vərəsəlik hüququnu rəsmiləşdirmək niyyətində deyillər. Mirasin qəbul edilmə müddətinin bərpası və miras əmlakin bölüşdürülməsi ilə əlaqədar məhkəməyə müraciət etməyəcəklər. İşdə olan Qusar RİHB-nın Xuray İƏD üzrə nümayəndəliyindən verilmiş 62 saylı 21 fevral 2024-cü il tarixli arayışdan görünür ki, Verilir Qusar RİHB-nın Xuray kənd İƏD üzrə nümayəndəliyi tərəfindən ondan ötrü ki, həqiqətən X12 vəfat edənə kimi Qusar rayonunun Xuray kəndində yaşamış onun ölümündən sonra aşağıdakı kimi vərəsələri qalmışdır. Qızı: Quliyeva (Vələdova) Məhbubə Zayid qızı, qızı: Quliyeva (Məmmədova) Şükufə Zayid qızı, oğlu: X24, qızı: X10, oğlu Ərizəçi. Mərhumun ölümündən sonra miras əmlakı Ərizəçi idarə edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinin tələbinə əsasən hesab edir ki, aşağıdakı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müddəaları tədbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, Ərizəçi miras qoyan Zayid Quliyevin oğludur. Miras qoyan Zayid Quliyev vəfat etdikdən sonra onun miras kütləsinə daxil olan əmlakları qəbul etmək hüququ onun oğlu olan Ərizəçi mənsub olmuş, həmin şəxs həmin əmlakları faktiki olaraq qəbul etməklə onlara yiyələnmiş, ailəsi ilə birlikdə miras əmlak olan evdə yaşamışdır. Odur ki, hazırda miras qoyan Zayid Quliyevin yuxarıda göstərilən miras əmlaklarını vərəsəlik qaydasında qəbul etmək üçün Ərizəçi subyektiv vərəsəlik hüququ vardır. Həmin hüququ eyni zamanda ərizəçinin bacılarına və qardaşına mənsub olsa da, həmin şəxslər həmin mirası qəbul etmək istəmirlər, bu barədə notariat qaydasında təsdiqlənən ərizələr vermişlər. Bununla da, mirasa dair subyektiv hüquqa malik şəxslər arasında hər hansı mübahisə mövcud deyildir. Göründüyü kimi, Ərizəçi uzun müddətdir ki, miras qoyan Zayid Quliyevin miras kütləsinə daxil olan, ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evində yaşamaqla həmin evə və evin yerləşdiyi həyətyanı torpaq sahəsinə faktiki sahiblik edir və onlardan istifadə edir. Belə olan halda, məhkəmə hesab edir ki, Ərizəçi miras qoyan Zayid Quliyevin miras əmlaklarını mirasın qəbul edilməsini faktiki üsulu ilə qəbul etmiş və ona görə də həmin əmlakların miras əmlak kimi Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli, həmçinin həmin miras əmlaklar vərəsəlik yolu ilə Ərizəçi mülkiyyətinə verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. X17 miras kütləsinə daxil olan, xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışda göstərilən, ünvan 1ində yerləşən evin və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsinin mərhum Zayid Quliyevə məxsus hissəsinin miras əmlak kimi Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin və həmin miras əmlaklar vərəsəlik yolu ilə onun mülkiyyətinə verilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar