Məhkəmə qərarları › İş №2(029)-545/2023

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-545/2023

24.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-545/2023 24.08.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi İddiaçı oğunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə” dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 8800(səkkiz min səkkiz yüz)manat pulun və ödənilmiş 108 manat dövlət rüsümunu,cəmi 8908 manat pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, cavabdeh Qusar rayonu Hil kənd sakini Cavabdeh1 özünə məxsus “Vaz 21154” markalı,**-HM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili 8800 manata ona etibarnamə ilə satmışdır.Sonradan həmin etibarnamənin etibarlıq müddəti bitdiyindən, yəni 1 il 3 aydan sonra Cavabdeh1 xx.xx.2020-ci il tarixdə bir daha avtomobilə dair ona etibarnaməni vermişdir. və Vadim İsmayılovun iştirakı ilə Sadulla tərəfindən onun evinə göndərdiyi Sadullanın doğma oğlu olduğu Cavabdeh2 vermişdir.O, pulu X13 İsmayılovun, həyat yoldaşı Aydəmirov Solmaz və qızının iştirakı ilə vermişdir. Müəyyən vaxt keçdikdən sonra o, avtomobili Vadim İsmayılova satmışdır.Həmin nəqliyyat vasitəsi X3 mülkiyyətində olmuşdur. 2021-ci il tarixdə Vadim İsmayılov avtonəqliyyat vasitəsini öz adına rəsmiləşdirmək istəyəndə mümkün olmamışdır,çünki cavabdeh xx.xx.2021-ci il tarixli “Nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında etibarnamə”ni Qusar rayon notariat ofisində ləğv etdirmişdir. Etibarnamə ləğv edildiyi üçün onun tərəfindən Vadim İsmayılova verdiyi 22 dekabr 2020-ci il tarixli etibarnamə də qüvvədən düşmüşdür.O, İddiaçı cavabdeh X1 etibarnamənin hansı səbəbdən ləğv edilməsini soruşanda X7 onlara borclu olduğundan ondan qisas almaq üçün etmişdir. Belə olan halda o, ona demişdir ki, burda onun nə təqsiri var, bununla o,axı ona ziyan vurmuşdur o da ona cavab olaraq dedi ki, narahat olmasın sonuncu pulunu qaytaracaq, ona ziyan vurmayacaq. Hətta bu məsələ ilə bağlı o, Cavabdeh1 oğlu Cavabdeh2 öz etirazını bildirəndə, onlar hər iki şəxs ona “sən narahat olma sənə ziyan vurmayacayıq, sənin pulu qaytaracayıq”. Lakin bu günə kimi onlar onun pulunu qaytarmayıblar, müxtəlif bəhanərlərlə pulun qaytarılmasından imtina edirlər və nəticə də ona maddi ziyan vurublar. Pulun onlara verilməsi ilə bağlı Edik İsmayılovun yazılı surətdə təqdim olunmuş ərizəsi də var. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 8800(səkkiz min səkkiz yüz)manat pulun və ödənilmiş 108 manat dövlət rüsümunu,cəmi 8908 manat pulun cavabdehlərdən müştərək qaydada tutlub ona qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək izahatında bildirmişdir ki,o,Cavabdeh1 8800 manata maşın almışdır. Sadulla ona həmin maşını etibarnamə əsasında satmışdır, etibarnamənin müddəti bitdikdən sonra Sadulla ona yeni etibarnamə yazmışdır. O, pulu evində ailə üzvlərinin və qaynının iştirakı ilə Sadullanın oğlu Cavabdeh2 vermişdir. Sadulla ilə aralarında alqı-satqı müqaviləsi olmayıb. Sadulla oğlu Ediki göndərmiş, o da, pulu Edikə verib, Edik də pulu Sadullaya çatdırmalı idi. Maşın Sadullaya məxsus olmuşdur. Vaz 21154 markalı maşın idi. Ona etibarnaməni Sadulla vermişdi, bir ildən sonra yenə etibarnamə verdi, sonra uşağları oxuduğuna görə o, maşını qaynı Vadim İsmayılova satdı. O, maşını Vadimə 7930 manata, etibarnamə əsasında satmışdır. Sadullanın oğlu Edik, Vadimin evini təmir etmiş, Vadimdən pul ala bilmədiyinə görə həmin maşına olan etibarnaməni Sadulla ləğv etdirmiş, Sadulla da Vadimdən maşını almışdır. Çünki həmin maşın Sadullanın adında olmuşdur. Sadulla özü ona pulu qaytaracağını etiraf etmiş, indi isə pulu qaytarmır, maşının kimdə olduğunu bilmir, o, dəymiş ziyanı tələb edir, Sadulla ona pulun qaytaracağını söz vermiş, indi isə qaytarmır. Əvvəlki məhkəmə iclasında Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi, həmçinin iş üzrə Cavabdeh1 iddianı qəbul etməmiş, məhkəməyə izahatında bildirmişdir ki, o,İddiaçı maşın satmamışdır, onun maşınını oğlu Edik 8800 manat satıb. O, Xamizə etibarnamə vermişdir, Xamizə etibarnaməni maşını öz adına keçirtməsi üçün vermişdir. Xamizə maşını oğlu satmışdır. Vaz 21154 markalı maşın idi. O, Xamizə etibarnaməni maşını öz adına salmaq üçün vermişdir. Bir ildən sonra Xamiz ondan yeni etibarnamə yazmağını xahiş etdi, o, da ona yeni etibarnamə vermişdir. Xamiz bir müddətdən sonra həmin maşını Vadimə satıb. O, etibarnaməni maşın Xamizdə olanda ləğv etdirməmişdir. Etibarnamə ləğv etdirəndə maşın Vadimdə olub. Vadimin, onun oğluna borcu var idi, buna görə mübahisə yarandı, o, da İddiaçı Vadimə satmış olduğu maşının etibarnaməsini ləğv etdirmişdir. O, maşını Xamizin Vadimə satdığını bilirdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq onlar, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir mlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan ƏN-Vİİ 368535 saylı nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamənin surətindən görünür ki, Xidirov X4 Xamiz Xanəmir oğluna “Vaz 21154” markalı,**-NM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili 1 illik müddətə xx.xx.2021-ci il tarixədək sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq və ərizə vermək səlahiyyətləri üzrə etibarnamə vermişdir. İşdə olan xx.xx.2023-cü il taixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, 2019-cu ildə Qusar rayon Hil kənd sakini Cavabdeh1 özünə məxsus “VAZ-21154”markalı ** HM *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili 8800 manata Qusar rayonu Yasab kəndində yaşayan İddiaçı etibarnamə ilə satmışdır. Sonradan etibarnaməni etibarlılıq müddəti bitdiyindən Cavabdeh1, xx.xx.2020-ci il tarixdə bir daha avtomobilə dair etibarnaməni İddiaçı vermişdir. Sonradan İddiaçı xx.xx.2020-ci il tarixli etibarnamə əsasında həmin avtomobili 8800 manata qaynı X5 etibarnamə ilə satmışdır. 2021-ci ildə X12 rayonunda avtomobili öz adına rəsmiləşdirmək istədikdə Sadulla Xidiriovun, İddiaçı verdiyi etibarnaməni xx.xx.2021-ci il tarixdə Qusar rayon notariat ofisində ləğv edilmiş və bununlada İddiaçı Vadim İsmayıova verilmiş etibarnamə etibarsız sayıldığından sonuncu avtomobili rəsmiləşdirə bilməmiş, avtomobili evinə həyətinə gətirib orada saxlamış, etibarnaməsi olmadığıdan avtomobili istifadə edə bilməmişdir. Bu səbəbdən Vadim İsmayılov avtomobilin alınması üçün 8000 manat pulu İddiaçı geri qaytarmasını tələb etmişdir.İddiaçı etibarnaməni hansı səbəbdən ləğv edilməsini Cavabdeh1 soruşmuş və sonuncu 2019-cu ildən Cavabdeh2 Vadim İsmayılovun evin təmirində usta kimi işləmiş və əmək haqqı kimi 10000 manat pulun oğlu Cavabdeh2 borclu qaldığını, həmin məbləğinin müxtəlif bəhanələr gətirməklə bu günə kimi qaytarılmadığından, pul əvəzinə həmin avtomobil geri alınması üçün etibarnaməni ləğv etdiyini bildirmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli 2(029)-99/2022 saylı Qusar rayon Məhkəməsinin qətnaməsinin surətindən görünür ki, VAZ-21154 minik markalı ** NM *** dövlət qeydiyyat nişanlı avtomobil xüsusi mülkiyyət hüququ üzrə üçüncü şəxs Cavabdeh1 məxsusdur. Həmin avtomobil Cavabdeh1 tərəfindən 17 sentyabr 2020-ci il tarixli etibarnaməyə əsasən İddiaçı idarəçiliyinə verilmişdir. Bundan sonra həmin avtomobil İddiaçı tərəfindən 22 dekabr 2020-ci il tarixli etibarnaməyə əsasən X3 idarəçiliyinə verilmişdir. Vadim İsmayılov aralarında olan şifahi razılığa əsasən avtomobilə görə İddiaçı 7930 manat məbləğində pul vermiş, lakin həmin şəxslərin aralarında avtomobilin alqı-satqısına dair müvafiq müqavilə bağlanmamışdır. Bununla da, onların aralarında olan alqı-satqıya dair şifahi razılaşma heç bir hüquqi nəticə yaratmayan əhəmiyyətsiz əqd olmuşdur. Qusar rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2021-ci il tarixli 2(029)-715/2021 saylı qətnaməsinə əsasən VAZ-21154 markalı **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobilin X2 alınıb Cavabdeh1 qaytarılması qət edilmişdir. Belə olan halda, Vadim İsmayılovun əhəmiyyətsiz əqd üzrə İddiaçı verdiyi 7930 manat pulu geri tələb etmək hüququ, sonuncunun isə həmin pulu Vadim İsmayılova qaytarmaq öhdəliyi əmələ gəlmişdir. Bundan başqa İddiaçı 7930 (yeddi min doqquz yüz otuz) manat məbləğində pul və məhkəməyə iddia ərizəsi verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat məbləğində pul, cəmi 8030 (səkkiz min otuz) manat məbləğində pul vəsaiti tutularaq X5 verilməsi qət edilmişdir. İşdə olan 15 iyul 2022-ci il tarixli Cavabdeh2 tərəfindən tərtib edilmiş ərizədən görünür ki, o, 1989-cu il tarixdə Qusar rayonu Hil kəndində anadan olmuşdur. Atası Cavabdeh1 adında qeydiyyat şəhadətnamə əsasən Vaz 21154 markalı **-NM-*** qeydiyyat nişanlı 2012ci il istehsalı olan tünt albalı metalik rəngli minik avtomobilini 2019-cu il tarixdə Qusar rayonu Yasab kəndində yaşayan İddiaçı 8800 (səkkiz min səkkiz yüz) manata satılmışdır. Həmin məbləği o, Xamizə məxsus evindən günorta vaxtlarında Xamizin ailə üzvlərinin iştirakı ilə 8800 manat pulu almışdır. Atası Cavabdeh1 onun tərəfindən 8800 manat aldığından sonra İddiaçı etibarnamə verilmişdir. Etibarnaməyə əsasən İddiaçı idarə etmək, bağışlamaq, sərəncam vermək və digər hərəkətlər etməyə səlahiyətlər verilmişdir. Onlar həqiqətən yəni atası və o, razılıq əsasənda atasına məxsus olan **-HM-*** qeydiyyat nianlı avtomobili İddiaçı 8800 (səkkiz min səkkiz yüz) manata satmışlar. İddiaçı oğlu özünə məxsus olan onlar tərəfindən satılmış ** HM *** qeydiyyat nişanlı avtomobili müəyyən vaxtdan sonra qanuni əsasla X6 7930 manata satmışdır. Vadim İsmayılov özünə məxsus evində tikinti-təmir işlərini apardığına görə ona 10000 (on min) manat borclu qalmışdır. Dəfələrlə o, pulun qaytarılmasını tələb etsə də, müxtəlif bəhanələr gətirərək pulun qaytarılmasını təmin etməmişdir. Ona görə də, atası Sadulla Xıdırov məcbur olmuşdur ki, İddiaçı verilmiş və İddiaçı tərəfindən Vadim İsmayılova verilmiş etibarnamələri ləğv etsin. Vadim İsmayılova məxsus evində onun tərəfindən təmir işləri aparılıb 10000 (on min) manat borclu qaldığı İddiaçı ailə üzvləridə bilirlər, yəni X11 Edikə 10000 manat təmir işləri apardığına görə İddiaçı ailə üzvləri və digər şəxslər Vadimin Edikə borclu olduğunu bilirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsində qeyd edilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1. maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1.-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2.-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Mübahisənin həlli ilə əlaqədar olaraq yuxarıda göstərilən qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının tələblərini əsaslandıran bütün faktları və halları məhkəməyə bildirməsini yoxlamışdır. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Bu baxımdan Cavabdeh1 izahatında bildirmişdir ki,o,Xamizə etibarnamə vermiş, Xamizə etibarnaməni maşını öz adına keçirtməsi üçün vermişdir.Xamizə maşını oğlu satmış, İddiaçı bir müddətdən sonra həmin maşını Vadimə satmış, Vadimin, onun oğluna borcu olduğuna görə həmin maşının etibarnaməsini ləğv etdirmiş,İddiaçı Vadimə satmış olduğu maşının etibarnaməsini ləğv etdirmiş,o, maşını Xamizin Vadimə satdığını bilmişdir. Məhkəmə Cavabdeh1 izahatını iddiaçının tələbini etiraf etməsi faktı kimi nəzərə alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 izahatı iddianın etirafı qəbul edilməli və İddiaçı cavabdehlərCavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə” dair iddia tələbi təmin edilməlidir. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, həqiqətən də, cavabdeh Qusar rayonu Hil kənd sakini Cavabdeh1 özünə məxsus “Vaz 21154” markalı,**-HM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili 8800 manata İddiaçı etibarnamə ilə satmışdır.Həmin pulu İddiaçı Qusar rayonu Yasab kəndində yerləşən özünə məxsus evində ailə üzvlərinin iştirakı ilə Sadulla tərəfindən onun evinə göndərdiyi Sadullanın doğma oğlu olduğu Cavabdeh2 vermişdir.Müəyyən vaxt keçdikdən sonra İddiaçı avtmobili Vadim İsmayılova satmışdır.Həmin nəqliyyat vasitəsi X3 mülkiyyətində olmuşdur.2021-ci il tarixdə Vadim İsmayılov avtonəqliyyat vasitəsini öz adına rəsmiləşdirmək istəyəndə mümkün olmamışdır, çünki cavabdeh xx.xx.2021-ci il tarixli “Nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında etibarnamə”ni Qusar rayon notariat ofisində ləğv etdirmişdir. Cavabdeh1 məhkəmə iclasında nəqliyyat vasitəsinin İddiaçı oğlu tərəfindən satıldığından xəbərdar olduğunu bildirmiş, digər Cavabdeh2 məhkəməyə ərizə ilə müraciət edərək sözü gedən nəqliyyat vasitəsini İddiaçı 8800 manat satdığını və pulu iddiaçıya məxsus evdə iddiaçının ailə üzvlərinin iştirakı ilə aldığını etiraf etmişdir.Bununla da, cavabdehlər iddiaçıya verilmiş ƏN-Vİİ 368535 saylı etibarnaməni ləğv etdirməklə əsassız varlanmaq istəmişlər. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 108 (yüz səkkiz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 8800 (səkkiz min səkkiz yüz) manat məbləğində əsas borc pul və 108 (yüz səkkiz) manat ödənilmiş dövlət rüsumu məbləğində pul müştərək qaydada tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar